Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   35   36   37   38   39   40   41   42   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
103 
dastanında  Alı  kişi  də  Qıratla  Düratı  belə  böyüdürdü.  Orda  da  insanın 
nəzərlərinə – baxışlrına görə atlar qanadlarını itirdi. Baxmayaraq göydən 
gəlməmişdi, sudan çıxmışdılar...) 
 
*** 
 
Atalar  ona  görə  deyiblər  ki,  qalan  şey  yoxdur,  hər  şey  dəyişir,  bö-
yüməli olanlar  böyüyür, kiçilməli olanlarsa kiçilir... 
Xalq  da  belədir,  xalqın  da  köklüsü,  köksüzü  olur.  Köksüz,  əsilsiz-
nəsilsiz xalq yaradıcı deyil, bu mənada heç nəyi olmaz; nə şəhəri olar, nə 
qalası,  nə  musiqisi,  nə  özünəməxsus  adət-ənənəsi.  Heç  nəyi  olmadığına 
görə də başqa xalqların yaratdıqlarına əl uzadır, oğurluq edir; musiqisin-
dən  götürür,  geyimindən,  yeməyindən,  adət-ənənəsindən  götürür.  Bax-
mayaraq,  millət  kimi  özünü  göstərməkçin  yalan-doğru,    yazıb-yaratdıq-
ları da var. Əl uzadıb başqa xalqlardan götürdüklərinə də: – Bu, mənəm, 
bütün bunlar mənimdi...! – deyə bilir. 
Təəssüf ki, bu cür oğurluqları çox görmüşük, indinin özündə də tez-
tez baışmıza gəlməkdədir. 
Əsilli-nəcabətli,  köklü  Xalq  yaradıcı xalqdır,  yaratdıqlarıyla  ətrafına 
güclü təsir edər, ab-hava yaratmağı bacarar, özünün olan heç nəyi başının 
üstə  qaldırıb,  –  Mənəm,  –  demək  ağlına  belə  gəlməz...Yaşayıb- 
yaratmaqla məşğul olar. 
 
 
 
 
 
 
*** 
 
Belə  deyirlər  ki,  vaxtın-zamanın  ilk  çağlarında  Günəş  Güngözəl 
adında  qızıl  saçlı  bir  gözəlmiş,  ulduzlar  da  başında  qırx  incəbel  qız 
bəxtəvərlik içində yaşayırmış. Dan söküləndə darana-darana dənizlərdən 
çıxarmış, doğudan batıya dünyanı seyr eliyərmiş, sonra da bir dağın bir 
yamacında düşərgə salıb əylənərmiş. 
Günlərin  birində    bir  çobana  rast  gəldi,  Çoban  çiynyndə  kəpənəyi 
(yapıncı)  tütək  çalmaqdydı,  heç  başını  da  qaldırıb  Güngözələ  fikir 
vermədi, tütəkdə sevgisini axtarırıdı: 
Saçın uzun hörməzlər, Sarı gəlin, 
Gülü sulu dərməzlər... 
Səni mənə verməzlər, Sarı gəlin... 
Güngözəl başının dəstəsi qırx incəbelə dedi: 

 
İndi çobanın yapıncısını soyunduracam, baxın... 
Qırx incəbel yeri-yerdən gülümsədilər... Güngözəl üz-gözünün dumanını 
silib cilvələndi, yanaqları alışıb yandı, alaseyrək buludlar vardı, qarşısından 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
104 
çəkildi, Güngözəlin baxışlarından od saçıldı. Çoban yapıncısını çıxardıb yan-
yörəsinə baxdı. Sonra başını qaldırdı, gördü Gün qızıl saçlı bir gözəldi. Min 
könüldən bir könülə Güngözələ aşiq oldu... Güngözəl də Çobana vurulmuşdu, 
bunu  qırx  incəbel  də  bilirdi,  artıq.  Vaxt  idi,  Güngözəl  qızıl  tellərini  yığıb 
qəmlənə-qəmlənə dağların ardına, – ayrılığa endi... Dan söküləndə Güngözəl 
yenə  darana-darana,  tellənə-tellənə  dənizlərdən  çıxdı,  qırx  incəbel  də  ar-
dınca... Yenə dünyanı seyr eləyəndən sonra gəlib dağın ətəyində əyləndilər... 
Amma  Güngözəl  fikirliydi,  ona  görə  də  yerüzü  qayğılı,  hava  qaş-qabaqlı, 
buludluydu.  Çobanınsa  nə  gecəsi  gecəydi,  nə  gündüzü  gündüz.  Buludların 
arasından sevdiyi Güngözəli arayırdı. 
Qırx incəbel Güngözəlin könlünü açmaq üçün dövrəsində halay tutub 
oxuyurdular. 
Bulud gəldi aşdı-daşdı, 
Çəmən çayıra dolaşdı. 
Bir igid el çobanı 
Güngözəli aldı qaçdı... 
Güngözəlim gəl çıx, 
Səmənd ata kəmənd at
Səmənd ata min çıx! 
 
Elə buna bənd imiş, göyün üzü açıldı, buludlar qoşun-qoşun dərələr 
boyu  sürünüb  gözdən  itdi.  Güngözəl  qızıl  hörüklərini  sallayıb  Çobanın 
yanına  endi.  Çobanla  qol-boyun  olmuşdular.  Çəmən-çayır,  gül-çiçək 
sevinc  içində ətir saçırdı. Qırx incəbel qızsa yenə mahnısını oxuyurdu: 
 
Səmənd ata kəmənd atdım, 
Səmənd ata min çıx...   
Güngözəl gəl, çıx! 
 
Qaraxan  adında  zalım  bir  xan  vardı,  o  da  başının  adamlarıyla  ova 
çıxmışdı.  Gördü,  Çoban  sürünü  başına  buraxıb  gözəl  bir  qızla    kef-
damaqdadı.  Qız  da  elə  gözəldi,  dillə  deyiləsi  deyil.  Qaraxan  hirsləndi, 
adamlarına dedi: 

 
Gedin, Çobanı qandallayın, qızı da gətirin gəlin! 
Xanın  atlıları  hücum  etdilər.  Çoban  işi  belə  görüb  qamçısını  çəkdi, 
qamçı ildırım oldu, çaxdı, Xanı da admlarını da yandırıb külə döndərdi. 
Belə deyirlər ki, o vaxtdan Güngözəllə Çoban bir-birini tapa bilmədi. 
Çobanın özü Ay oldu, qamçısı ildırım. Qırx incəbel də dağılışdı, çəkilib 
hərəsi bir ulduza döndü... 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
105 
Beləcə,  onlar  yedi-içdi,  dörə  (yuxarı  başa,  hörmətli,  sayılan  yerə) 
keçdi, bir bu nağıl qaldı, bir də qırx incəbelin oxuduğu bu mahnı... 
 
Səmənd ata kəmənd at, 
Səmənd ata min çıx, 
Gün gözəlim gəl çıx... 
 
 
 
 
 
Yel Babası, Çən Qarısı... 
 
Uşaq  vaxtı,  ən  çox  gözlədiyimiz,  nənələrimizin-babalarımızın  söylə-
dikləriylə  varlığını  yaxından  duyduğumuz  Yel  Babasıydı,  bir  də  Çən 
Qarısı... Tərbiyəmizdə iştirak etmiş baş qəhrəmanlar da deyə bilərik... 
“Yel babası yelnən gələr, Çən qarısı çənnən gələr” çənli-çiskinli ha-
valarda  nənəm  nəvə-nəticələrini  başına  yığıb  nağılına  beləcə  başla-
yardı... 
“Çən  qarısı  həmişə  çənə  bürünüb  gəlir,  onun  brüncəyi  çəndi,  gəlir, 
bacamızdan baxır, buxarı başında əlini qızdıra-qızdıra sizi axtarır, deyir, 
görüm  balacalar  necədi,  hardadılar,  neynirlər?  Sözə  baxırlarmı,  xalı 
toxuyurlarmı,  dərs  oxuyurlarmı?  Bilirlərmi  ki,  quşa  daş  atmazlar,  yola 
daş atmazlar. Quşun qanadına dəyər, yolun adamına dəyər... Çən qarısı-
nın  ətəyi  yayda sərin  olur, qışda ilıq.  Kim sözə baxır,  kim dərs  oxuyur, 
ətəyini onun üstünə salır ki,  tez böyüsyn. Sözə baxmayanları,  dərs oxu-
mayanları, yola daş atanları, quşa daş atanları, çox yatanları ətəyinə bü-
küb aparır, ilin bu başından o başına yumaq yumaqladar, kələf açdırar... 
Yel  babası  da  sözə  baxanları,  dərs  oxuyanları  yel  atına  mindirib 
yarıdar-yarsıdar,  sözə  baxmayanlara  püĢkək  təmizlədər,  çör-çöp  yığdı-
rar... Bunların belə mahnısı da vardı, oxuyardıq: 
 
Yel babası, yelnən gəl, 
Aynan gəl, ilnən gəl, 
Xıdır Nəbiyə qovud, 
Sənə yelapardı bişirdim, 
Çiçəklə-güllə gəl. 
 
 
Çən qarısı çən qara , 
 
Mən ağ olum, sən qara. 
 
Püşkəyi sel apara, 
 
Çör-çöpü yel apara. 
 
Yumağın suya düşəsi


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə