Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
93 
Orta  məktəbi  qonşu  kənddə  bitirmişik,  o  vaxtlar  məktəbin  yataqxa-
nası olmadığı üçün məktəbin özü bizə kənd evlərindən otaq kirələmişdi. 
Biz ağır daşlardan “Ģtanq” düzəltmişdik, elə torpaq döşəməli evin içində 
vaxt  tapan  kimi  daş  qaldırırdıq...Hansı  çərşənbə  axşamıydısa,  ev  yiyəsi 
dedi:  –  Bala,  daşı  evdə  saxlamayın,  ağırlıqdı,  il  boyu  ağırlığınnan  çıxa 
bilmərik, üstümüzdə qalar, atın bayıra...  
Daşı bayıra daşıdıq, qaranlıq çökmüşdü. Qızlar, qadınlar qulaq falı-
na çıxıblarmış. Mən qucağımda qara daş qapını açdım, qapımızı pusma-
ğa gəlmiş qonşu qızla üz-üzə çıxdım... Aradan əlli il keçib, o gözəl yara-
şıqlı  qızın  daşa  dönmüş  üzünü  hələ  də  unuda  bilmirəm.  Ağlaya-ağlaya 
dediyi sözlər də qulaqlarımdan getmir: – Bəxtimə gəlmişdim, üzümə daş 
çıxdı...   
*** 
Ola bilsin,  çox şeylər təsadüflərə bağlıdır, çox ola bilər, amma xalq 
yaratdıqlarını  yaşadır,  yaşadıqlarını  da  təsadüfi  hesab  etmir...  Bu 
məqamları, sirrləri yaşamağa can atması  da ona görədi. Xalqın bu sirlər 
haqda  düşündüklərini  bir-iki  kəlməylə  belə  ifadə  edə  bilərəm:    “bizlik 
olmayan yerin elmi...”    
 
 
 
 
 
*** 
 
 
 
 
 
Torpaq çərĢənbəsi... 
 
Həmişə suyla bir yerdədir, heç kəs torpağı sudan ayrı bilməz. Təsəv-
vürə belə gələn deyil. Təsəvvürdə, yaddaşda yəni, ancaq bir şey var; su-
dan  torpağa  çıxmaq,  torpağa,  yəni  yaşamağa...  Sudan  Oda  çıxış  yoxdu, 
ola  da  bilməz.  Sudan  Oda  gedən  yol  məhvə,  yox  olmağa  aparar.  Suyla 
torpaq bir yerdə bətn kimidir, ana bətni kimi... Var olan hər şey bir-birinə 
bağlıdır, hər şey,  əgər hərəkətdədirsə, öz  yerini,  nədən sonra nəyin  gəl-
diyini  bilir. Bununla da Yaranışın əbədi hərəkəti alınır. Bax, od indi gə-
lir,  yalnız indi bu  əbədi  hərəkətə qatılır: ilıq-ilıq,  gülümsəyə-gülümsəyə 
suyla torpağı – ana bətnini isitməyə, cücərtməyə gəlir... Bu cücərmə, yəni 
yerin,  el  diliylə  desək,  cücük  çağı  əslində  suyla  torpağın  qovuşduğu 
vaxta  deyilir.  Bu  vaxt  ana  bətnində  olduğu  kimi,  torpağa  düşən  toxum 
zamanı  gələndə  suyla  torpağın  tərkibindəki  istiliklə  –  odla  mayalanır, 
cücərir və  Günəşi  içir...  “Günəşi  içənlərin şərqisi...” Mənim düşüncəmə 
görə insanların bu bayramla bağlı bildikləri də dediyim həmin əbədi hə-
rəkətin,  bu  əbədi  düzənin  içindədir.  Xalq  bu  əbədi  düzənin  içində  ol-
duğuna  görə  də  bildiklərini  hardan  bildiyini  anlamır,  anlamaq  da  lazım 
olmur,  təbiətə  qarışıb  yaşayır.  Ona  görə  də  təbiətin  qanunauyğunluğu 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
94 
kimi, insanlarımızın da bildikləri belə dəqiqdi, gözlə görünə biləcək, əllə 
toxunulacaq qədər gerçəkdir. Gecəylə  Gündüzün  bərabər  olmağından 
böyük  gerçəklik  təsəvvür  eləmək  mümkündürmü?!  Əgər  bu  Xalq  bu 
böyük həqiqəti bilibsə və bildiklərini xırdalıqlarınacan qoruyub  yadında 
saxlayıbsa, bununla da əhatəsində olduğu xalqlardan öz möhtəşəmliyiylə 
seçilib  (bəlkə  də  qorxudub  decək  düz  olar)  bayramını  keçirirsə  elmi 
tədqiqatlar,  araşdırmalar  adına  alimlik  edib    ona  mane  olmağımız  nəyə 
lazım?!  İndi  qalxıb  hərə  bir  söz  deyir;  biri  deyir,  dörd  ünsürlə  bağlı 
çərşənbələr olmayıb. Ola bilsin, elə bölgəmiz var ki, bu adətləri çoxdan 
unudub... Amma bütün hallarda Xalq  elliklə suyun  ilk və sayalı-sınaqlı 
olduğunu bilib; torpağı, odu, havanı da eləcə. Bu dörd ünsürün üstündə 
inanclarını yaşadıb, özü demiş: oğrun-doğrun bayramını keçirdib.  
Dediyim  kimi,  torpaq  çərşənbəsində  əsas  olan  “Deşmə  keçid”dir. 
Torpağın  elə  vaxtıdır  ki,  el  diliylə  desək,  elə  bil  “dincə  qoyulub”,  indi 
gərnəşəcək,  yəni  torpağın  suya  açılan  vaxtıdı,  suyu  içib  üzünü  Oda 
çevirəcək,  isinib  nəfəsini  dərəcək...  Bu  ara  həm  də  səməninin  cücüyə 
qoyulması  çağıdı.  Ən  çox  da  “Deyin  səmənisi”...  Yeniyetmə  (ərlik) 
qızlar  bu vaxtlar bəxtlərinə səməni göyərdirlər. 
Bu  cür  deyin  səmənisi  cücərdənlər  əllərində  də  səməni  “deşmə  ke-
çid”dən  bu  alxışlarla  keçirlər:  “Anam  torpaq,  ağırla-uğurla  məni, 
suçumu-günahımı  al,  ağırlığımı-yağırlığımı  götür,  dilək  səmənisi 
böyütdüm, bax, bağrıma basmıĢam, səməni kimi oğul böyüdüm, qız 
böyüdüm. Anam torpaq, ayağım üstündə, əlim ətəyindədi. Yeməyimi 
verdin, diləyimi də ver! 
Böyük  bacılarımın,  böyük  bibilərimin  yeniyetmə  çağlarında  hərənin 
öz  səmənisi  olardı;  deyin  səmənisi...  Deyin-niyyət  eləyib  səməni  bö-
yüdərdilər.  Üç-dörd  yaşım  olardı,  az-çox  yadımdadı,  dili  dualı,  alxışlı 
“Deşmə keçid”dən keçərdilər. Sonrakı nəsillərdə artıq bunları görmədim, 
beş-on  ilin  içində  çox  şey  dəyişmişdi;  “Deşmə  keçid”i  də  su  yuyub 
aparmışdı. Kolxoz işindən başı ayılan yox idi ki, yeni “deşmə” açsınlar. 
Amma evimizin yanından axan çay öz əbədi yürüşüylə hələ də axıb get-
məyindəydi;  İlin-Ayın  son  gecələrində  bizi  yenə  ağırlayır-uğurlayır, 
vaxtını keçirdib solub-saralmış səməniləri axıdıb aparırdı... 
1970-ci  illərin  əvvəllərində  “Bulaq”  radio  verilişinə  gələn  məktub-
ların arasında “Deşmə keçid” haqda  bir məktub vardı. Elə həmin vaxt-
larda da işləyib  verilişdə səsləndirdim. Amma bu keçidin   Novruz bay-
ramıyla heç bir əlaqəsi, bağlılığı yox idi... Keçid bir təpə ətəyində qazılır, 
əyrim-üyrüm yollarla gedib təpənin başqa bir yanından çıxır; bu keçidə el 
arasında “yenidən doğulma” keçidi də deyilirmiş... 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə