OZAN DÜNYASI № 4(11), 2012
25
DĠGƏR DĠNĠ QIFILBƏNDLƏR VƏ QOġMALAR HAQQINDA
Cavan aşıqlarımız dini məsələlərlə bağlı qoşmaları, qıfılbəndləri bilmirlər
və yaxud da çox az bilirlər. Mən istərdim ki, onlar Aşıq Ədalət Nəsibovun, Aşıq
İsfəndiyarın, Aşıq Mahmudun, Aşıq Cahangirin, Sərraf Qasım kimi şairlərin,
Cənubi Azərbaycan aşıqlarının və digər ustad aşıqların sinəsində yatan
xəzinələri öyrənsinlər, bunları tez bir zamanda yazıya köçürsünlər, çünki yaş öz
sözünü deyir.
Cavan aşıqlar dastanlarda olan dini məsələlərlə bağlı sözlərdən, qıfılbənd-
lərdən və sairədən xəbərsizdirlər. Onları öyrənmək lazımdır: məsələn: isuliddin
beşdir. Bunların hamısını aşıqlarımız çox sadə və müxtəsər deyiblər.
İsuliddin beşdir, əvvəli tohid,
Təvvüm Ədalətdir, seyyim mübivvit,
Çaharım imamət, nəccimdi miad,
Dinin sütunudur, şərifəti var!
***
Yaxud, başqa bir misal:
Məhəmməd peyğəmbərin meraca getməsi hekayətindən:
Əli Düldül minib, Məhəmməd Buraq,
Aləmin sərvəri, o çeşmi çıraq!
Əbazər Əlini çağırdı qonaq,
40 yerdə verdilər mənzilgahını,
Əli göydə verdi şeydullahını.
***
(Xəstə Qasım)
Qıfılbənd
Nədən xəlq olundu Düldülün Səngi,
De, nəyə bənzərdi onun irəngi,
Cənabi Əmirin əzəlki cəngi,
Əzəl Zülfüqarın de, kimə çaldı?
Cavab:
Nurdan xəlq olundu Düldülün səngi,
Göy Abıya bənzər onun irəngi,
Cənabi Əmirin əzəlki cəngi,
Əzəl Zülfüqarın Əntərə çaldı.
OZAN DÜNYASI № 4(11), 2012
26
AġIQ HÜSEYN BOZALQANLI HAQQINDA
Aşıqların çoxu Hüseyn Bozalqanlının “Qayıtdı” rədifli şeirini düzgün oxu-
murlar. Bu qoşma 5 bənddir. Oxuyanlar isə bunun 4 bəndini oxuyur, sonra da 2-
3 bəndi bir-birinə calayırlar. Hətta böyük, tanınmış, adlı-sanlı, gözəl səsləri olan
Aşıq Əkbər və Aşıq Şakir də 4 bəndi oxuyur. Mən bu qoşmanın yaranmasının
bütün təfsilatını bilirəm.
Atam İbrahim Mirzəli oğlu Dərələyəzdə folklorunun dərin bilicilərindən
olmuşdur. O, Aşıq Mirzə ilə təxminən eyni yaşda idi. Aşıq Mirzə 1888-də,
İbrahim Mirzəlioğlu isə 1889-cu ildə anadan olub. Aşıq Mirzə və Aşıq Əsəd
atamla yaxın olublar. Məclisləri çox zaman bir yerdə keçiriblər. Bu, əsasən,
1922-1935-ci illər arasında və 1950-ci illərdən sonra olmuşdur.
Atam bu əhvalatı ərəb əlifbası ilə cib dəftərinə yazmışdır, mən oradan bili-
rəm. Aşıq Mirzənin atamla çox səmimi zarafatları da olmuşdur. O, dini dastan-
larda çətinə düşəndə atamı çağırarmış. Hətta bir gün... Goranboyun Xoylu kən-
dində belə bir əhvalat olur. Bu kəndin kökü 1918-ci ildə Dərələyəzdən gəlmədir
və orada qohumlarımız da var idi. Bu kənddə məclisdə Aşıq Mirzəyə bir sual
verirlər. O, dərhal cavab verir ki, bu, çox uzun məsələdir. Bunu sabahkı məclisi-
mizdə deyərəm.
Aşıq Mirzə buradan çıxan kimi dostlarına deyir ki, Dərələyəzli Mirzəlioğ-
lunu tapıb bura gətirin, yoxsa mən burada biabır olaram. Onlar maşın göndərib
bir gündən sonra atamı Dərələyəzdən Xoyluya aparırlar. Aşıq Mirzə deyir ki,
xəstələnmişəm. Məclisi sabah davam etdirəcəyik. Başını sarıtdırır, deyir soyuq-
lamışam. Yol uzaq olduğu üçün atam bir gün gecikir. Sabahı gün məclisə
gedəndə, camaat durub atamla görüşür və deyirlər ki, “Aşıq Mirzə, daha İbra-
him Mirzəlioğlu gəlib, sənə ehtiyac yoxdur, qoy bu məsələni o danışsın.”
Hadisə belə olur!
Aşıq Hüseynlə Aşıq Mirzə bir məclisdə imiş. Məclis bir qədər gec qurtarır.
Həmin gün də Aşıq Mirzə bir sevgilisinə söz veribmiş ki, məclisdən sonra
mütləq səninlə görüşməliyəm.
Məclis qurtarıb evə gələndə Aşıq Mirzə ustadı Hüseynə deyir ki, ustad, bu
gün çox yoruldun.
Bir qədər tez yataq ki, məclis sabah da davam edəcək.
Aşıq Hüseyn deyir, yaxşı, lampanın xodunu al. Bu zaman Aşıq Hüseyn
havasını dəyişməyə gedir və belə bir hadisəylə qarşılaşır: Gecə qaranlıq imiş.
Bir də görür ki, bir nəfər ağ paltarlı adam onu arxadan qucaqladı və dərhal geri
dönüb yüyürə-yüyürə uzaqlaşdı. Aşıq Hüseyn sürətlə ona yaxın getmək istəsə
də, çata bilmir. Qayıdıb otağa gəlir və Aşıq Mirzəyə deyir ki, daha mən yatası
olmadım. Lampanın xodunu artır və mənim sazımı da divardan endirib mənə
ver. Aşıq Mirzə çox cəhd etsə də, məqsədi baş tutmur. Aşıq Hüseyn ona deyir ki,
dəftər-qələmini götür yaz!
OZAN DÜNYASI № 4(11), 2012
27
Aşıq Mirzə də bunu olduğu kimi yazır. Aşıq Mirzə mənim atamla dost və
müsahib olduğu üçün bütün təfsilatı ona danışmışdır. Mən də atamdan öyrənib
və onun qeyd dəftərindən oxumuşam.
QAYITDI
Bir Sona sallandı çıxdı xanadan,
Süzdü, oylağına dəydi, qayıtdı.
Axtardı Səyyadın, bula bilmədi,
Gördüm ki, pərişan oldu, qayıtdı.
Gecənin nisfində yatan çağında,
Sevgilər ixtilat qatan çağında,
Maral bərəsinə çatan çağında,
Yad ovçudan o, xof aldı qayıtdı.
Baxdım bu gəlməyin qeyri-qəsdi var,
Bəzəyin, ziynətin şövqi-şəsti var,
Anladım dilbərin yəqin dostu var,
Arif eyhamından bildi qayıtdı.
Ağlibas, ağ bədən, bir məhcəmaldı,
Hürüdü, pəridi, mələk misaldı,
Mürğ-ruhum
1
uçdu, rəngim saraldı,
Ağlımı başımdan aldı qayıtdı.
Dostumu nəfsimə sata bilmədim,
Atdım müjgan oxun, ata bilmədim,
Ha yüyürdüm, daldan çata bilmədim,
Hüseynə çəngəlin çaldı qayıtdı.
Folklorumuzda belə məsələlər çoxdur. Səhhətim imkan vermir ki, mən
bunların hamısını deyim.
Mən istərdim ki, aşıqlar hər bir müəllifin sözlərini olduğu kimi, heç bir
dəyişiklik etmədən oxusunlar.
Bütün folklorşünaslarımıza, aşıqlarımıza uğurlar arzulayıram.
1.Mürğ-ruh – farsca can quşu, könül quşu deməkdir. Can, könül quşu
bədəndən çıxandan sonra rəng saralır, ağıl da başdan çıxır.