Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

17 



səviyyəsində  dünyanın  zahiri  görüntüsündən  duyulan  təəssüratı  özündə 

əks  etdirir.  Doğrudan  da,  qartalın  məkanı  dağ,  qağayının  məkanı  dəniz, 

bülbülün məkanı bağdır. Lakin bu zahiri bağlılığın altında sənətkar duyu-

munun fəlsəfəsi var. Nə qartalın dağa, nə qağayının dənizə, nə də bülbü-

lün bağa bağlılığı sadəcə məkani bağlılıq olmayıb, dünyanın düzümünün, 

varlığın  quruluşunun  harmoniyasını  özündə  əks  etdirir.  Aşıq  Pənahın 

poetik  təsvirə  daxil  ediyi  bu  bağlılıqlar  sadəcə  məkani  bağlılıq  olsaydı, 

şeirdə dərin məzmun, fəlsəfi-poetik məna yarada bilməzdi. Bu cəhətdən, 

göstərilən  bağlılıq  səviyyələri  dünyanın  mənəvi-əxlaqi  dəyərlərinin  dü-

zümünü, varlığın mahiyyətini inikas edir. Bu inikası dərindən başa düş-

mək  həmin  bağlılıq  səviyyələrini  təşkil  edən  ünsürlərin  milli  düşüncə-

mizdəki  yerinə  diqqət  yetirmək  lazımdır.  Bu  cəhətdən,  dağ  –  əzəmət, 

güc, güvənc, mərdlik simvolodur. Bu halda qartal öz əzəmətini, gücünü 

məhz  dağdan  alır.  Eləcə  də  dəniz  –  nəhənglik,  nəhayətsizlik,  saflıq, 

təmizlik,  paklıq  simvoludur.  Bu  halda  da  qağayı  öz  mənəvi  gözəlliyini 

dənizdən alır. Bağ da Azərbaycan milli düşüncəsinin mənalı simvolların-

dandır. Poeziyamızın ən məşhur orazlarından olan bülbül də bütün həyat 

eşqini  bağdan  alır.  Beləliklə,  qartalın  –  dağa,  qağayının  –  dənizə, 

bülbülün  –  bağa  bağlılığı  dünyanın  elementləri  arasında  stixial  bağlılığı 

təcəssüm etdirir.  Yəni  dağ,  dəniz,  bağ  təbiətin  stixial  gücünü,  qartal, 



qağayı,  bülbül  isə  həmin  stixial  güclərin  təcəssümünü  inikas  edir

Beləliklə,  dağ  qartalda,  dəniz  qağayıda,  bağ  bülbüldə  təcəssüm  olunur. 

Aşıq Pənahın poetik fəlsəfəsində bu təcəssümün dinləyicinin təxəyyülünü 

hərəkətə gətirən daha bir səviyyəsi var. Bu halda dağın qartalda təcəssüm 

olunması onun qartala çevrilib qanadlanması demək olduğu kimi, dənizin 

qağayıda təcəssüm olunması onun qağayıya çevrilib qanadlanması, eləcə 

də  bağın  bülbüldə  təcəssüm  olunması  onun  bülbülə  çevrilib  həyat  eşqi 

haqqında cəh-cəh vurması deməkdir. 

Birinci  bənddəki  bu  fəlsəfi  məna  quruluşu  digər  bəndlərin  “fəlsəfə-

sinə” də vaqif olmağa imkan verir. Aşıq Pənah təsdiq edir ki, tər bənövşə 

– bahara, lalə, nərgiz – dağlara, şamamalar – tağlara, gül – budağa bağ-

lıdır.  Bu  halda  baharın  gücü,  mahiyyəti,  cövhəri  bənövşədə,  dağların 

şəhdi-şirəsi,  həyat  enerjisi,  əzəmət  estetikası  lalə-nərgizdə,  tağın  bütün 

cövhəri, şirinliyi şamamada, budağın zərifliyi, stixial eşqi güldə təcəssüm 

olunur. Buradan aydın olur ki, bənövşə baharın təcəssümü olmaqla onun 

mahiyyətini,  lalə-nərgiz  dağın  təcəssümü  olmaqla  onun  mahiyyətini, 

şamama  tağın  təcəssümü  olmaqla  onun  mahiyyətini  ortaya  qoyur.  Bu, 

varlıq  aləminin  stixial  təcəssümü,  ünsürlərin  mahiyyətcə  bir-birinin 

təcəssümü  olması  deməkdir.  Beləliklə,  bənövşə  –  bahara,  lalə,  nərgiz  – 

dağlara, şamamalar  – tağlara,  gül  – budağa  çevrilib  onda  yeni  bir ömür 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

18 



yaşayır. Burada çox dərin bir fəlsəfə vardır. Belə ki, bənövşənin bahara 

bağlılığı baharın həm də bir bənövşə ömrü yaşaması deməkdir. Eləcə də 

dağlar  –  lalə-nərgiz,  tağlar  bir  şamama,  budaqlar  bir  gül  ömrü  yaşayır. 

Pənah  bununla  varlıq  aləminin  hər  bir  ünsürünün  mənalı  olduğunu, 

onların  görünən  mənalarının  altında  ilk  baxışda  görünməyən  mənalar 

xəzinəsinin yatdığını poetik-metaforik fəlsəfənin dili ilə bəyan edir. 

Aşıq Pənah təsdiq edir ki, insan oğlu – günəşə, pərvanələr – atəşə, yar 

əhvalı  –  xoş  qılığa  bağlıdır.  Sənətkar  bu  bənddə  insanın  mənəviyyat 

aləminin  poetik  fəlsəfəsini  yaradır.  Belə  ki,  insanın  günəşə  bağlılığında 

aləmin  vəhdəti  ideyası  ifadə  olunmuşdur:  pərvanənin  atəşə  bağlılığı  ilə 

insanın  günəşə  bağlılığı  eyni  bir  məna  cərgəsi  yaradır:  insanın  ana 

qaynağı günəş olduğu kimi, pərvanənin “günəşi” atəşdir. Burada diqqəti 

cəlb  edən  yar  əhvalının  xoş  qılığa  bağlılığı  məsələsidir.  Xoş  qılıq  məna 

sırası etibarilə günəş və atəşlə eyni sırada durur. Demək, göydəki günəş, 

yerdəki  atəş  nə  məna daşıyırsa, xoş  qılıq da eyni mənanı  daşıyır. Günəş 

yerin  ana  qucağı,  enerji  –  həyat  mənbəyi  olduğu  kimi,  xoş  qılıq  da 

sevginin, məhəbbətin, xoşbəxtliyin günəşidir. 

Sənətkar bəyan edir ki,  gözdən  gözə  düşən  yol,  baxışlar öpüşən  yol, 

ürəklər  görüşən  yol  –  bir  sorağa  bağlıdır.  Burada  iki  əsas  məna  vahidi 

var: yol və soraq. 

Yol,  ümumiyyətlə,  çox  mürəkkəb  məna  vahididir.  Onun  məişətdə, 

həyatda, danışıq dilində, nitq folklorunda, dilin ideomatik vahidlər siste-

mində,  təsəvvüfdə,  dində  çox  dərin  mənaları  var.  Lakin  bu  mənaların 

hamısı  bir  nöqtədə  kəsişir:  yol  aləmlər,  dünyalar  arasında  körpü,  əlaqə 

vasitəsidir. Yol olmasa insanlar bir-biri ilə heç bir əlaqə saxalaya bilməz, 

ünsiyyətdə olmaz. Bu mənada  yol təkcə birbaşa anlamında olan məkani 

yol deyildir. Yol həm də mənəvi anlayışdır. Bənddəki soraq vahidi yolun 

məhz mənəvi  səviyyəsi  ilə bağlıdır. Məkani  yolla insanlar və  digər  can-

lılar hərəkət edir. Mənəvi yolla isə xəbərlər – soraqlar axır. Və insanların 

bütün ünsiyyəti, ünsiyyətdə reallaşan həyatı mənəvi yola, bu yolla gedib-

gələn sorağa bağlıdır. 

Aşıq bildirir ki, Pənah – eşq aləminə, ömür – vüsal dəminə, mahnı – 

sazın siminə, söz – dodağa bağlıdır. Bu bəndin iki məna səviyyəsi var: 

Birincisi, Aşıq Pənahın özünə aid olan məna səviyyəsi

İknicisi, ümumən insanlığa aid olan məna səviyyəsi. 

Yəni  burada  lirik  qəhrəmanın  obrazı  bir  tərəfdən  Aşıq  Pənahın 

şəxsiyyətini  təcəssüm  etdirirsə,  digər  tərəfdən  ümumən  insanların  həyat 

təcrübəsinin poetik obrazlaşması kimi çıxış edir. 

Pənahın eşqə bağlı olması bənddəki digər mənaların əsasıdır. Bəndin 

digər misralarındakı mənalar bu poetik hökmdən doğur. Baxmayaraq ki, 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə