24
EcoVision
XƏBƏRLƏR
Türkiyənin Müdafiə naziri İsmət Yılmaz isə bildi-
rib ki, belə görüşlər ölkələrimiz arasındakı dostluq
əlaqələrini daha da möhkəmləndirir, əməkdaşlığımızın
digər sahələrdə inkişafı üçün yeni imkanlar açır.
İ.Yılmaz növbəti - üçüncü görüşün bu ilin sonunda
Türkiyədə keçiriləcəyini bildirib.
türkdilli dövlətlər üzrə “Müasir İpək yolu”
proqramı hazırlanır
Dörd türkdilli dövlət – Qırğızıstan, Qazaxıstan,
Azərbaycan və Türkiyə birgə turizm məhsulu yarada-
caq. Bu fikri Qırğızıstan Respublikası Mədəniyyət, İn-
formasiya və Turizm Nazirliyinin turizm departamenti-
nin direktoru Maksat Çakiyev səsləndirib.
Onun sözlərinə görə, hazırda türkdilli dövlətlər üzrə
vahid turizm marşrutunun yaradılmasını nəzərdə tutan
“Müasir İpək yolu” proqramı hazırlanır. Marşrut Qırğı-
zıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə dövlətlərini
əhatə edəcək.
M.Çakiyev qeyd edib ki, türkdilli ölkələrdə dünya
ictimaiyyətinin marağına cavab verən təbiət obyektləri
və tarixi yerlər kifayət qədərdir. O deyib: “Turizmin inki-
şafı üçün “Böyük İpək yolu” brendindən istifadə etmək
lazımdır. Elə bunun üçün də müvafiq proqram işlənilib”.
Xatırladaq ki, ölkələr arasında birgə turizm
məhsulunun yaradılması barədə razılıq keçən il əldə
olunub. Bu istiqamətdə zəruri tədbirlərin həyata
keçirilməsi planı hazırdır və yaxın vaxtlarda icrasına
başlanılacaq.
dünYa XəBərLərİ
Elektron ticarət sektorunda lider ölkə hansıdır?
ABŞ elektron kommersiya sektorunda liderlik
edərək Şimali Amerika və Avropanı geridə qoyur. 2015-
ci ildə ABŞ-da onlayn satışlardan gəlirlərin 349 mil-
yard dollara çatacağı, “RetailMeNot” şirkəti tərəfindən
tədqiqatın aparıldığı səkkiz Avropa ölkəsində bu
göstəricinin 254 milyard dollar təşkil edəcəyi gözlənilir.
Ölkə həmçinin 115 dollar təşkil edən orta onlayn sifariş
göstəricisi üzrə birinci yerdədir. Bu isə səkkiz Avropa
ölkəsindən 26 faiz (85 dollar), İsveçdən 21 faiz (91 dol-
lar), Böyük Britaniyadan 22 faiz (90 dollar) və Kanada-
dan 15 faiz (98 dollar) çoxdur.
On ölkədə aparılan tədqiqatdan məlum olub
ki, onlayn satışlarda artım bilavasitə mobil ticarətin
populyarlığının artması ilə əlaqədardır. ABŞ-da ba-
zar həmçinin tədqiqatın keçirildiyi digər ölkələrlə
müqayisədə mobil kommersiya sektorunda sürətlə in-
kişaf edir. Proqnozlara görə, 2015-ci ildə ABŞ-da mobil
kommersiyanın həcmi səkkiz Avropa ölkəsinin 20 faiz-
lik göstəricisi (61,5 milyard dollar) ilə müqayisədə on-
layn satışların ümumi həcminin 27 faizini təşkil edəcək.
Bu il onlayn satışların 14 faiz artacağı ABŞ-dan kənar
ölkələrdə Şimali Amerika və Avropa bazarlarının böyük
beynəlxalq müştəri bazasında maraqlı olan pərakəndə
satışla məşğul olanlar üçün cəlbedici olacağı proqnoz-
laşdırılır. Məsələn, tədqiqatın aparıldığı səkkiz Avropa
ölkəsi arasında internet satış həcminin 82 faizi Almani-
ya, Fransa və Böyük Britaniyanın payına düşür.
Həmçinin Almaniyada elektron ticarətin illik artımı-
nın 23 faiz olacağı proqnozlaşdırılır. Hazırda bu ölkə
Avropa bazarında onlayn satışların həcminə görə ikinci
yeri tutur. Fransada bu göstəricinin 17 faiz (Avropada
satış həcminə görə üçüncü yer), Böyük Britaniyada 16
faiz (Avropada onlyan satışların sayına görə birinci yer),
Polşada 21 faiz, Kanadada 13 faiz olacağı gözlənilir.
Beynəlxalq telekommunikasiya
İttifaqı 5G rabitənin yeni standartını
tətbiq etmək niyyətindədir
Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ)
xüsusi işçi qrup yaradılıb. İşçi qrupun üzvləri 5G stan-
dartın tətbiq edilməsi sahələrinin tədqiqi ilə məşğul
olacaq. BMT-nin xəbərlər mərkəzi xəbər verir ki, bu,
böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi
və qəbulunu həyata keçirməyə kömək edən yeni nəsil
simsiz rabitənin telekommunikasiya standartdır.
Hazırda İnformasiya-Kommunikasiya Texnologi-
yalarının (İKT) mənimsəməsi sahəsində liderlik edən
bir sıra dünya şirkətləri yeni formatın hazırlaması ilə
məşğuldur. Ekspertlərin fikrincə, texnologiya 2020-
ci ildə kommersiya istifadəsi üçün əlçatan olacaq.
Bu texnologiya hazırda smartfonlarda və planşet
kompyuterlərdə istifadə olunan 4G formatını əvəz
edəcək.
Mütəxəssislər hesab edirlər ki, yeni format yal-
nız mobil rabitədə deyil, həm də avtomatlaşdırılmış
cərrahiyyə, virtual reallıq, robotlaşdırılmış sistemlərin
hazırlanması, sənaye və nəqliyyat vasitələrinin avto-
matlaşdırılması kimi innovasiya sistemlərində istifadə
oluna bilər.
26
EcoVision
ATİB XƏBƏRLƏRİ
atİB XəBərLərİ
türkiyənin İqtisadiyyat naziri nihat
Zeybekçi azərbaycanda fəaliyyət göstərən
türk iş adamları ilə görüşdü
Türkiyənin İqtisadiyyat naziri Nihat zeybekçi Türkiyə
səfirliyində Azərbaycanda fəaliyyət göstərən türk iş
adamları ilə görüşdü. Bu görüşdə Azərbaycan Türkiyə İş
Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın da
iştirak edib.
Vergilər nazirliyinin yaradılmasının 15 illik
yubileyinə həsr olunmuş "azərbaycanın vergi
sistemi: reallıqlar və perspektivlər" mövzusunda
ıV Vergi Forumunun Plenar iclası keçirilib
Fevralın 9-da Bakıda Azərbaycan Respublikasının
Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə
həsr olunmuş "Azərbaycanın vergi sistemi: reallıqlar və
perspektivlər" IV Vergi Forumu öz işinə başlamışdır.
Forumun Plenar iclasında Prezident Administrasiya-
sının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət
orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq struk-
turlarının, BMT-nin, Avropa Birliyinin, Dünya Bankının,
Beynəlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə,
Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yer-
li bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarla-
rın ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin
nümayəndələri və iş adamları iştirak edib.
Forumda Azərbaycan Türkiyə İş Adamları Birliyinin
sədri Cemal Yangın da iştirak edib.
atİB sədri “İslam mədəniyyətində elm və
texnologiya” mövzusunda beynəlxalq
simpoziumda iştirak edib
Fevralın 20-də Xəzər Universitetində IRCICA (Research
Center for Islamic Art, Science and History) qurumunun
birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində elm və tex-
nologiya” adlı beynəlxalq simpozium öz işinə başlayıb.
Simpoziumda ATİB İdarə Heyətinin sədri Cemal Yan-
gın da iştirak edib.
Simpoziumun açılış proqramında Xəzər Universite-
tinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri
professor Hamlet İsaxanlı iştirakçıları salamladıqdan
sonra elm tarixinin əhəmiyyəti və İslam mədəniyyətinin
elm tarixindəki rolunun əhəmiyyətindən danışıb. Sonra
IRCICA-nın direktoru, fəlsəfə doktoru Halit Eren qurumun
İslam mədəniyyətinin müxtəlif aspektlərinin tədqiqinə
həsr olunmuş rolu haqqında danışaraq, simpoziumun
bu fəaliyyətlərə öz töhfəsini verəcəyini bildirib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsma-
il Alper Coşkun Xəzər Universitetinin elmin inkişafına
dəstəklə əlaqəli təşkil etdiyi müxtəlif maraqlı tədbirlər
arasında İslam mədəniyyətində elm mövzusuna həsr
olunmuş bu simpoziumun böyük əhəmiyyət daşıdığı-
nı qeyd edib. Akademik Vasim Məmmədəliyev İslam
mədəniyyətinin dünya mədəniyyəti tarixinə töhfələri
haqqında danışaraq, ölkəmizdə daha az bilinən bu
sahənin aydınlanmasına həsr olunmuş simpoziumun
işinə uğurlar arzulayıb.
Azərbaycanın müxtəlif ali təhsil qurumlarından çox-
lu elm adamının və tələbələrin də iştirakı ilə hər plenar
iclasın sonunda məruzələrlə əlaqəli sual-cavab və fikir
mübadiləsi aparılıb.