Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə96/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   93   94   95   96   97   98   99   100   101

www.vivo-book.com 

 

490 



–  Bəs  niyə  bacının  ailəsi  haqda  soruşmursan?  – 

Vladimir Vladimiroviç gülümsədi. 

– 

Bilmirəm. 



Mən 

rezidentlərin 

sözlərinə 

güvənməyə  adət  etmişəm.  Siz  dediniz  ki,  hər  şey 

qaydasında olacaq. Ona görə də heç nə soruşmuram. 

–  Onlar  indi  Sankt-Peterburqdadırlar.  Bu  da 

ünvanları.  Onlara  çətinliklə  də  olsa,  ikiotaqlı  mənzil 

almışıq.  Ərini  işə  düzəltmişik.  Sənin  bacın  hələ  evdə 

oturur.  Başa  düşürsən,  onlar  üçün  evə  qayıtmaq  çox 

təhlükəlidir. 

Yaxın  bir  neçə  ay  ərzində  sizin 

Zaqafqaziyada  vəziyyət  çox  ağır  olacaq.  Və  sən 

doğmalarına  tərəf  boylanmadan  işləməlisən.  Yalnız  bu 

halda bizim şansımız olacaq. Razısan? 

– Onlar normal yerləşib? 

–  Özü  də  necə!  Bacın  sevincdən  ağlayırdı.  Deyir, 

uşaqlara Leninqradı çoxdan göstərmək istəyirmiş. O belə 

də  deyir  –  Leninqrad.  Yeri  gəlmişkən,  sən  də  heç  vaxt 

Sankt-Peterburq demirsən. 

–  Bu,  mənlik  deyil.  Mən  əvvəlki  kimi 

mühafizəkaram,  –  Dronqo  Vladimir  Vladimiroviçə  əlini 



www.vivo-book.com 

 

491 



uzatdı. – Bacımın ailəsinə görə təşəkkür edirəm. O mənim 

tez-tez  olan  səfərlərim  zamanı  çox  xiffət  edir,  amma 

məncə hər şeyi düzgün başa düşür. 

–  Bunlar  Sadıxovun  adətən  qaldığı  ünvanlardır,  – 

həmsöhbəti  Dronqoya  mehmanxanalar  və  mənzillər  olan 

siyahı  uzatdı,  –  mümkün  qədər  dəqiq  yoxla.  Sadıxov 

yaxşı  bilir  ki,  onu  axtaracaqlar.  Əlbəttə  ki,  o  peşəkar 

deyil,  amma  belə  bir  işə  girişibsə,  deməli  o  qədər  də 

diletant  deyil.  Belə  görünür  ki,  o,  yeni  mafiyanın  ən 

önəmli fiqurlarından biri olub. Hərçənd, buna Bağırovun 

özünün  necə  reaksiya  verəcəyi  məlum  deyil.  Sadıxovu 

onun  adamları  da  axtara  bilərlər.  Bizdə  olan  məlumata 

görə Bağırov bu gün təcili Bakıya uçur. Görünür, şəhərdə 

nə  baş  verdiyini  yerində  araşdırmaq  istəyir.  Amma  onun 

orda çox layiqli, ondan heç nədə geri qalmayan, hətta bəzi 

şeylərdə üstün  olan  rəqibi  var.  Bəlkə  Asif  Paşayev  adını 

eşitmisən? 

–  Əlbəttə,  eşitmişəm,  –  Dronqo  təsdiqlədi,  – 

Azərbaycanın  ən  zəngin  adamlarından  biridir.  Yadıma 

gəlir,  bir  neçə  ay  əvvəl  Moskvada  qəbulların  birində 




www.vivo-book.com 

 

492 



onunla  qarşılaşmışdım.  Azərbaycanın  mədəniyyət  naziri 

Rusiyanın  hansısa  görkəmli  xadimi  haqda  danışarkən 

əlavə  etmişdi  ki,  o,  Bruney  sultanından  da  zəngindir. 

Onda  ordakılardan  biri  zarafat  etmişdi:  doğrudanmı,  o, 

Paşayevdən  də  zəngindir?  Əlbəttə,  yox,  nazir  də  belə 

cavab  vermişdi.  Bruney  sultanı  Paşayevlə  müqayisədə 

kasıb adamdır. Bu tipə elə o zaman fikir vermişdim. 

–  Bu  hətta  şişirtmə  olsa  belə,  o  qədər  də  böyük 

şişirtmə deyil. İstənilən halda, Sadıxovu tapmağa çalış. O, 

Paşayevə  gedən  açardır.  Onun  ən  etibarlı  adamıdır.  Ona 

görə  də  Sadıxovu  Bakıda  aradan  götürməyərək  ona 

şəhərdən  qaçmağa  imkan  verdilər.  Yeri  gəlmişkən,  mən 

məlumatdan belə başa düşdüm ki, Lauton və yerli hüquq-

mühafizə  orqanları  nümayəndələri,  sənə  Batumda 

haqqında danışılan həmin keçəli ələ keçiriblər. Məlumata 

görə  o  özünü  yunan  kimi  qələmə  verir,  amma  əsl  adını 

hələ bilmirik. Zaqafqaziyada özünü “Aleksandr Petroviç” 

kimi,  Fransa  və  İtaliyadasa  “Konstantin  Papadopulos” 

kimi  təqdim  edib.  Düşünürəm  ki,  barmaq  izlərini 

götürəndən sonra, nəhayət, bu əclafın əsl adını biləcəyik. 




www.vivo-book.com 

 

493 



Amma  onun,  Ryaboyun  və  ya  rus  mafiyasının  Nyu-

Yorkdakı  digər  qruplarının  Zaqafqaziyada  bütün  işi 

koordinasiya  etmək  üçün  göndərdiyi  qasid  olduğu  artıq 

şübhə  doğurmur.  İndi  o  tutulandan  sonra  bir  çox  şeylər, 

nəhayət ki, aydınlaşacaq. 

–  Hə,  mənə  Batumda  onun  haqqında  danışıblar. 

Qafqaz  respublikaları  kimi  qəliz  regionda  belə  əminliklə 

fəaliyyət  göstərə  bilirsə,  o  hörmətə  layiqdir.  Orda  tez-tez 

yerlilər  belə  başlarını  itirir,  osa  belə  arsızlıqla  bütün 

sərhədləri  keçə  bilir.  Lauton  onu  yerli  hökumətə  təhvil 

vermək istəyir? 

– Əlbəttə. Onunla başqa neyləməlidir ki? 

–  Qorxuram  ki,  bu  səhv  iş  ola.  Belə  görünür  ki, 

keçəl yaxşı hazırlıqlıdır. Ona qarşı ən yaxşı müstəntiqləri 

işə qoşmaq lazımdır. Onu danışdırmaq asan olmayacaq. 

–  Bunu  nəzərə  almışıq.  Onu  Milli  Təhlükəsizlik 

Nazirliyinin  təcridxanasına  aparıblar.  Məncə,  ordan  qaça 

bilməz. 



www.vivo-book.com 

 

494 



– Əmin olmayın, – Dronqo dedi. – Bakıda ən yaxşı 

həbsxanalardan  qaçış  halları  artıq  olub.  Hər  cür  tədbir 

görmək lazımdır ki, bu təkrarlanmasın. 

–  Biz  Lautona  lazımi  təlimatı  göndərərik,  – 

Vladimir Vladimiroviç razılaşdı. 

Bir  neçə  dəqiqə  sonra  Dronqo  Sadıxovun  qalmağı 

sevdiyi  “Savoy”  mehmanxanasına  gedirdi.  Əlbəttə  ki, 

qaçaq  nazir  müavini  orda  olmadı.  Dronqo  şəhərin  ən 

yaxşı  otellərini  bir-bir  yoxlamağa  başladı.  Sadıxov  heç 

harda  yox  idi.  Dronqo  hər  ehtimala  qarşı  şəhər 

hakimliyinə 

də 


getdi. 

Azərbaycan 

səfirliyinin 

mehmanxanası  onun  yanında  yerləşirdi.  Ora  gələn 

qonaqların siyahısını da yoxladı. Sadıxov orda da yox idi. 

Son ümidi ona səhər verilmiş iki ünvana qalmışdı. Bunlar 

Paşayevin  Moskvada  “hər  ehtimala  qarşı”  aldığı 

mənzillərin  ünvanı  idi.  Biri  “Mir”  prospektində,  digərisə 

Ostojenkada  yerləşirdi.  Mənzillərin  birində  təmir  gedirdi 

və  ustalar  şefin  qəfil  peyda  olan  qonağının  –  Dronqo 

özünü  belə  təqdim  etmişdi  –  nə  istədiyini  anlaya 

bilmədilər.  İkinci  mənzilə  artıq  variantları  götür-qoy 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə