Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə93/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   89   90   91   92   93   94   95   96   ...   101

www.vivo-book.com 

 

475 



ayındakı  yağışlı  havalar  keçmiş  hərbi  şəhərciklərə  gedən 

yolu keçilməz etmişdi. 

Onlar  daha  iyirmi  dəqiqə  dolanıb  nəhayət, 

fasadında  möcüzəvi  şəkildə  qırmızı  ulduzlarını  saxlamış 

xaraba görkəmində olan kiçik evlərə yaxınlaşdılar. 

Cəfərov evlərə tərəf getmək istəyərkən Ağayev onu 

saxladı. 

–  Baxın,  –  o  yavaşca  dedi,  –  orda  “UAZ”  və 

“Volqa” dayanıb. Deməli, evciklərdə kimsə var. Özünüzlə 

silah götürmüsünüz? 

Cəfərov silahını çıxardı. 

Ağayev ehtiyatlı, tam  əyilmiş vəziyyətdə evciklərə 

tərəf  getdi.  Lauton,  Dyula  və  Cəfərov  silahlarını 

hazırlayıb  onu  gözləyirdilər.  Mövcud  vəziyyətə  görə 

İnterpol  əməkdaşlarına  göndərildikləri  ölkəyə  silahla 

gəlməyə  icazə  verilirdi.  Uçuş  zamanı  silah  pilota  təhvil 

verilir və yerə endikdən sonra geri alınırdı. İndi onlar üçü 

də şərti siqnalı gözləyirdilər. 

“Doğrudanmı,  yenə  atəş  açmaq  lazım  gələcək?!  – 

Cəfərov  əsəbi  halda  düşündü.  –  Biz  hamımız  kovboya 




www.vivo-book.com 

 

476 



çevrilirik,  tariximizsə  səfeh  və  pis  qurulmuş  vesternə 

dönür”. O, getdikləri beş evdən ibarət bu hərbi şəhərciyə 

səfərlərinin  tarixini  nəzərdə  tutmurdu.  O,  öz  xalqının 

tarixi barədə düşünürdü. 

Birinci  evcikdən  kiminsə  qışqırığı  və  atəş  səsi 

gəldi. Sonra daha bir qışqırıq eşidildi və səs kəsildi. 

– Cəld ora, – Lauton təklif etdi. 

Onlar  demək  olar  ki,  qaçaraq  evciyə  tərəf  atıldılar 

və  içəri  az  qala  giriş  qapısını  qıraraq  girdilər.  Ağayev 

arxası onlara tərəf dayanmışdı. Mirzə birinci bunu gördü. 

Daha  sonra  o,  çarpayıda  oturan  və  öz  dəhşətlərini 

gizlətməyən  iki  oğlan  gördü. Ağayevin  qarşısında, stulda 

dünən  Cəfərovun  əlindən  qaça  bilən  və  dağlarda 

Manafovla birlikdə olan həmin keçəl oturmuşdu. Uğurunu 

dərk  edən  Cəfərov  karıxmış  və  xoşbəxt  təbəssümünü 

gizlədə bilmədi. 

–  Silah  çıxarmaq  istəyirdi,  –  Ağayev  keçələ 

tuşlanmış  tapançanı  tərpətmədən  izah  etdi,  –  o  başa 

düşsün deyə, havaya atəş açmağa məcbur oldum. 



www.vivo-book.com 

 

477 



–  Salam,  Aleksandr  Petroviç,  –  Cəfərov  yorğun 

halda dedi, – nəhayət ki, görüşdük. Sizi çoxdan axtarıram. 

Keçəl ona qəzəblə baxsa da, heç bir cavab vermədi. 

– Koordinator o olub, – Ağayev öz əsirini göstərdi. 

–  Amma  o,  Aleksandr  Petroviç  deyil.  Ümumiyyətlə,  nə 

rusdur, nə də bizim respublikaların vətəndaşı. O yunandır 

–  Konstantin  Papadopulos,  deyəsən,  sizin  əsl  adınız 

beləydi, – o, Aleksandr Petroviçə müraciət etdi. 

O, heç nə demədən susurdu. 

– Məni də tanımırsınız? – Lauton ingiliscə soruşdu. 

– Doğrudanmı tanımırsınız? 

–  Tanıyıram,  –  yunan  cavab  verdi.  –  Amma  bura 

niyə  bu  heyvan  sürüsüylə  gəlmisiniz?  Özünüzə  layiq 

müttəfiqlər tapa bilmirdiniz? 

–  Bu  insanlar  sizi  tapmaq  və  həbs  etmək  üçün 

əllərindən  gələni  ediblər,  Papadopulos.  Hərçənd, 

düşünürəm ki, heç bu da sizin soyadınız deyil. Oyun bitdi. 

Biz  israr  edəcəyik  ki,  sizi  Fransa  və  ya  İtaliyaya  təslim 

etsinlər.  Orda  ayağınızda  çoxsaylı  cinayətlər  var. 

Hərçənd, Azərbaycanda da fərqlənməyə macal tapmısınız. 




www.vivo-book.com 

 

478 



– Bəsdir, – yunan üz-gözünü turşutdu, – nə təslim? 

Burdakılar barbardır, vəhşidir. Onlar nəyisə izah belə edə 

bilmirlər. 

– Ona görə siz paralel dəhlizi məhz burda yaratmaq 

fikrinə düşdünüz? – Lauton dəqiqləşdirdi. 

– Mən sizi başa düşmürəm. 

–  Siz  hər  şeyi  çox  gözəl  başa  düşürsünüz.  Sizin 

adamlarınız  Batumda  Şalva  Ruruanın  gəmisinə  hücum 

edib 

onun 


adamlarını 

öldürüblər. 

Erməni 

və 


azərbaycanlılardan  ibarət  birləşmiş  bələdçi-cinayətkar 

qrupa da siz rəhbərlik etməklə İrana lazımi məbləğdə pul 

daşımısınız.  Aslandüzdə  malın  alışını  və  bura 

göndərilməsini  də  siz  təşkil  etmisiniz.  Türkiyədən  bura 

göndərilmiş  koordinator  da  məhz  sizsiniz.  Mən  hətta 

bilirəm  ki,  siz  Türkiyəyə  Nyu-Yorkdan  gəlmisiniz.  Sizi 

kimin göndərdiyini deyim? 

“Aleksandr Petroviç” əlini yellədi. 

–  Məsxərəyə  qoymaq  lazım  deyil,  Lauton.  Mən 

sizin  necə  işlədiyinizi  bilirəm.  Etiraf  edirəm  –  mən 

uduzdum, amma bu hələ heç nə demək deyil. 



www.vivo-book.com 

 

479 



– Sizi bura kim göndərib? 

–  Sizin  məni  sorğu-suala  tutmağa  ixtiyarınız  var? 

Sizin vəzifəniz məni yerli dövlətin polis orqanlarına təhvil 

verməkdir.  İşə  başlayın,  qoy  onlar  məni  sorğu-sual 

etsinlər. 

– Gözləyirəm, – Lauton səbirlə dedi. 

–  Heç  kim,  –  həmsöhbətinin  əsəbləri  dözmədi,  – 

heç kim göndərməyib. 

– Siz yeni dəhliz yaratmaq istəyirsiniz. Məhz buna 

görə Gürcüstanda “Minqrel qrupu”yla əlaqə qurmusunuz, 

Azərbaycanda  bir  qrup  nüfuzlu  şəxslə  münasibət 

yaratmısınız.  Siz  rus  mafiyasının  Nyu-Yorkdan 

göndərdiyi qasidsiniz, – Lauton hər bir sözü vurğulayaraq 

deyirdi. – Sizi Zaqafqaziyaya Ryaboy göndərib. 

Yunan qəzəblə ona baxdı. 

–  Özünüzü  başqalarından  ağıllı  sayırsınız,  cənab 

Lauton? 

–  Ən  azından,  sizdən  ağıllıyam,  Papadopulos.  Biz 

İnterpola  sorğu  göndərmişik.  Sizin  barmaq  izlərinizi 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə