Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə101/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   93   94   95   96   97   98   99   100   101

www.vivo-book.com 

 

515 



O,  hələ  də  məyusluqla  alt  paltarına  baxırdı.  Sonrasa 

qətiyyətlə şalvarını geyinib əllərini yumağa getdi. 

“Zəng etmək lazım gələcək, – Lazarev qərar verdi. – 

Ona nə olub görəsən? Yəqin Mansurovun məlumatı onu belə 

həyəcanlandırıb.  Bir  də  qızın  iniltiləri.  Ona  nəsə  hədiyyə 

etmək lazımdır. Hansısa bir oyuncaq  – məsələn, “Jiquli” və 

ya İspaniyaya istirahətə göndərər. Deyirlər, martda ora yaxşı 

olur”.  Kimsə  ayaqyoluna  girib  Lazarevin  yanında  dayandı. 

O, gələnə fikir verməyib əllərini yumağa davam edirdi. 

Natella Georgiyevna ehtiyatla əyilib qızın çəkmələrini 

çıxarırdı.  Ona  izah  etməyə  çalışırdı  ki,  cırıq  kalqotkanı 

çıxarmalıdır. 

–  Biz  yenisini  almaq  üçün  adam  göndərərik,  –  o, 

sakitcə bədbəxt qızı inandırırdı. 

Amma  qız  ağlamağa  davam  edirdi.  Sanki  cırıq 

kalqotka bakirəliyindən daha böyük bir itkiydi. O, insanlara 

inamını itirmişdi. 

Lazarev  əllərini  yumağa  davam  edirdi.  Buranın 

sabunu  çox  pisdir,  –  o  əsəbiliklə  düşündü,  –  tapşırmaq 



www.vivo-book.com 

 

516 



lazımdır ki, bura yaxşı sabun qoysunlar. Lap onun hesabına 

olsa da. 

Lazarevin  cangüdənlərindən  biri  olan  Vadim  dəhlizə 

çıxmaq  istədi.  Qapıya  yaxınlaşıb  sağ  layını  itələdi.  Qapı 

açılmadı. 

Lazarevin  sağında  dayanan  adam  sanki  ona  heç  bir 

əhəmiyyət vermirdi. 

Birdən  Valya  nəsə  anlayıb  Natella  Georgiyevnadan 

soruşdu: 

– Nəyə görə? O niyə belə etdi? 

Və  yenə  hönkürdü.  Qarşısında  dayanan  qadın  üz-

gözünü  turşutdu.  O  belə  hesab  edirdi  ki,  hər  şeyin  əvəzini 

vermək lazımdır. 

Lazarev  ayaqyoluna  daha  kiminsə  yaxınlaşdığını  və 

dəstəyə  nəsə  etdiyini  eşitdi.  Maraqlıdır,  o  niyə  qapının 

ağzında qurdalanır? Doğrudanmı, qapını aça bilmir? 

Vadim qapını möhkəm dartırdı. Amma o açılmırdı. O, 

Leonidi çağırdı. 

– Kimsə qapını bağlayıb! – o qışqırdı. 



www.vivo-book.com 

 

517 



Hər  ikisi  Lazarevin  kabinetinə  qaçdı.  Ora  girəndə 

ağlayan,  cırıq  kalqotka  və  əzik  donla  oturmuş  Valyanı 

gördülər. Heç nə  anlamadan yenidən dəhlizə aparan qapıya 

tərəf atıldılar. 

Naməlum  adamın  içəri  girmək  istəməyərək  qapının 

arxasında dayanmağı Lazarevin xoşuna gəlmədi. 

“Təzələrdəndir?”  –  Boris  Qriqoryeviç  narazılıqla 

düşündü və özü qapıya tərəf addımladı. 

Vadim  və  Lyonya  qapı  laylarından  heç  olmasa  birini 

yerindən  çıxarmaq  istəyirdilər.  Onlar  artıq  ciddi  nəsə  baş 

verdiyini  anlamışdılar.  Lazarev  qapıya  yaxınlaşıb  dəstəyi 

dartdı. Qapı yenə açılmadı. 

“Yəqin,  dəstəyi  yeyilib,  –  o  artıq  hirslənməyə 

başlayırdı.  –  Bu  axmağın üzündən  alt  paltarını batırdı, indi 

də  ayaqyolunda  ilişib  qalıb”.  Arxasında  səs  gələndə  geri 

çevrildi. 

Valya  nəhayət  ki,  Natella  Georgiyevnanın  ondan  nə 

istədiyini  anlayıb  ehtiyatla  çəkməsini  çıxardı.  Utandığından 

qızara-qızara kalqotkasını da çıxardı. 

Natella Georgiyevna telefona yaxınlaşdı. 




www.vivo-book.com 

 

518 



–  İndi  sürücüdən  xahiş  edərəm,  mağazadan  yenisini 

alar,  –  o,  sakit  şəkildə  dedi,  –  daha  yaxşı  olardı  ki,  sən  də 

onunla  gedib  hər  şeyi  özün  seçəsən.  Məncə,  Boris 

Qriqoryeviç etiraz etməyəcək. 

Lazarev səsboğucusu olan tapançanın ona tuşlandığını 

gördü.  O  hər  şeyi  dərhal  başa  düşdü  –  bağlı  qapını  da, 

dəhlizdə  addım  səslərini  də,  sağında  dayanan  adamın 

fısıltısını da. Qatil sakitcə nişan aldı. 

–  Niyə?  –  Lazarev  qışqırmaq  istədi.  –  Bu 

ədalətsizlikdir! 

Amma dəhşət içində susdu. 

Qatil tətiyi basdı. 

Lazarev  ayağının  altından  yerin  qaçdığını  hiss  etdi. 

İkinci, yoxlama atəşini o eşitmədi. Qatil onun üzərinə əyilib 

qana  bulaşmamağa  çalışaraq  ehtiyatla  çiynindən  tutub 

qaldırdı  və  unitaza  tərəf  sürüdü.  Cəsədi  elə  orda  ayaqları 

yuxarı  vəziyyətdə  qoydu.  Sonra  qapıya  yaxınlaşıb  üç  dəfə 

döydü. Qapı demək olar ki, dərhal açıldı və o dəhlizə çıxdı. 

Sonra kilid şaqqıldadı və sükut çökdü. Yalnız yarım saatdan 

sonra  Vadim  və  Lyonyanın  ağlına  gəldi  ki,  ayaqyoluna 




www.vivo-book.com 

 

519 



baxsınlar.  Orda  Dövlət  Dumasının  deputatı  Boris 

Qriqoryeviç Lazarevin cəsədini tapdılar. 

 

 

   XXX HİSSƏ 



Onlar  hökumət  bağına  da  dördlükdə  getdilər.  Milis 

əməkdaşları  Ağayev  və  Cəfərov  vəsiqələrini  çıxarana  kimi 

onların  cipini  uzun  müddət  içəri  buraxmadılar.  Yalnız 

üzərində  tanış  “DİN”  və  “Prokurorluq”  sözlərini  görəndən 

sonra  adəti  üzrə  olduğu  kimi  hərbi  təzim  verib  naməlum 

maşını buraxdılar. 

Onlar  bağa  girəndə  qarşılarına,  içində  iki  cavan 

kişinin oturduğu qara rəngli “Volqa” çıxdı. Maşının nömrəsi 

yox  idi.  Lauton  təşvişlə  keçib  gedən  maşının  arxasınca 

baxdı, amma heç nə demədi. 

Sonra  onlar  daha  beş  dəqiqə  Asif  Paşayevin  bağını 

axtardılar.  Nəhayət,  evi  tapıb  ona  yaxınlaşdılar.  Ətrafda 

sakitlik  idi.  Lauton  maşından  düşüb  döngədəki  kolların 

yanında  təzə  əyləc  izləri  sezdi  və  məyusluqla  alt  dodağını 

dişlədi. Doğrudanmı, onlar gecikdilər? 



www.vivo-book.com 

 

520 



Evdə sakitlik idi. İstirahət  edənlər  mart  ayında  soyuq 

axşamları şəhərdəki dəbdəbəli evlərində keçirməyə üstünlük 

verdiklərindən  hələ  bura  gəlmirdilər.  Milli  Təhlükəsizlik 

Nazirinin  yaşadığı  evin  sağ  yarısı  qaranlıq  idi.  Asif 

Paşayevin  yaşadığı  sol  tərəfdəsə  giriş  qapısının  önündə 

lampa yanırdı. 

Onlar qapıya yaxınlaşıb zəngi basdılar. 

Ətrafa ölü sükut çökmüşdü. 

Dyula ehtiyatla qapının dəstəyini dartdı. Qapı açıq idi. 

Lauton içəri girmədi. Aralarında  ən təcrübəli olduğundan o 

artıq  nə  baş  verdiyini  bilirdi.  Hollda  işıq  yanmırdı,  yalnız 

pilləkənin  yanındakı  stolüstü  lampa  ətrafı  tutqun  şəkildə 

işıqlandırırdı.  Cəfərov  və  Ağayev  yuxarı  qalxdılar.  Asif 

Paşayev  yataq  otağında  uzanmışdı.  Öz  çarpayısında  elə 

uzanmışdı ki, sanki yatırdı. Boğazından keçən qırmızı şırım 

olmasaydı. Kimsə onları qabaqlayıb onu boğmuşdu. 

–  Cəld  aşağı,  –  Cəfərov  hər  şeyi  anladı,  –  həmin 

nömrəsiz qara “Volqa”nın ardınca gedin. 




www.vivo-book.com 

 

521 



Ağayev  və  Dyula  aşağı  qaçdılar.  Cipin  mühərriki 

gurladı  və  maşının  əyləci  döngədə  cırıldayaraq  darvazaya 

tərəf şütüdü. 

Lauton evə girdi. Cəfərov pilləkənlə aşağı düşürdü. 

–  O  öldürülüb?  –  Lautonun  əsəbləri  həqiqətən, 

dəmirdən idi. O bu cümləni rusca deyə bildi. 

–  Hə,  onu  boğublar,  –  pillələrdə  oturan  Cəfərov 

kədərlə təsdiqlədi. – Biz gecikdik. 

–  Yunanın  pasportunu  tapmaq  lazımdır,  –  Lauton 

xatırlatdı,  –  biz  buna  görə burdayıq.  –  O,  bu  dəfə  ingiliscə 

danışırdı. 

– Cəfərov bu cümləni başa düşmədi. Yalnız “pasport” 

sözünü  başa  düşdü.  Onlar  yenidən  yuxarı  qalxdılar, 

mərhumun  pencəyinin  ciblərinə,  yazı  masasına  baxdılar. 

Pasport heç harda yox idi. 

– Onu axtarmaq lazım deyil, – Cəfərov əlini yellədi, – 

onlar  elə  onun  ardınca  gəlmişdilər.  Biz  onsuz  da  burda  heç 

nə  tapa  bilməyəcəyik.  Başa  düşürsünüz,  onlar  pasportu 

götürüb gediblər. 

O, rusca danışdığından Lauton onu başa düşmürdü. 




www.vivo-book.com 

 

522 



Yenə  əyləc  səsi  gəldi.  Ağayev  və  Dyula  Nilaşinin 

olduğu cip gəldi. Onlar evə girdilər. 

– Tapmadınız? – Cəfərov soruşdu. 

–  Yox,  –  Ağayev  cavab  verdi.  –  Ola  bilsin,  onlar 

Bilgəh tərəfə gediblər, biz onları tapa bilmədik. 

– Polis çağırmaq lazımdır, – Dyula dedi. 

–  Əlbəttə,  –  artıq  karyerasının  bitdiyini  anlayan 

Cəfərov laqeydliklə dedi. Asif Paşayevin qətlini ona heç kim 

bağışlamaz. Bu sondur. 

–  Necə  düşünürsünüz,  –  o,  Dyuladan  soruşdu,  –  qoy 

cənab Lauton desin, onu kim öldürüb? 

Dyula tərcümə etdi. Lauton cavab verdi: 

–  O  deyir:  ya  özününkülər  –  həddən  artıq  bildiyinə 

görə: ya da başqaları – yenə eyni səbəbə görə. Amma onun 

fikrincə  bunu  başqaları  edib.  Cənab  Paşayevin  fəaliyyəti 

onları bezdirib. 

–  Siz  hər  şeyi  hardan  bilirsiniz?  –  Cəfərov  yenə 

pilləkəndə  oturdu.  –  Əlbəttə,  Paşayevin  fəaliyyəti  onları 

bezdirib.  O  axı  oğruydu.  Mafiyayla  onun  öz  oyununu 



www.vivo-book.com 

 

523 



oynamağa  qərar  verib.  Quldurlarsa  belə  şeyləri  bağışlamır. 

Onlar da göstərib ki, Zaqafqaziyada əsl ağa kimdir. 

–  Şəhər  milis  şöbəsindən  adamlar  çağırın,  –  Cəfərov 

laqeydliklə Ağayevə müraciət etdi, – artıq burda bizlik bir iş 

yoxdur. 

Lauton birdən ona yaxınlaşdı. Əyilib əlini onun dizinə 

qoyaraq nəsə deməyə başladı. 

– O deyir ki, – Ağayev tərcümə etdi, – siz çox şərəfli 

və  prinsipial  adamsınız,  cənab  Mirzə  Cəfərov.  O  sizinlə 

tanış olmağıyla fəxr edir. Bura gələnə kimi onu əmin ediblər 

ki,  burda  bütün  milis  və  prokurorluq  işçiləri  satılıb,  şərəfli 

insanlar,  ümumiyyətlə  yoxdur,  hüquq-mühafizə  orqanları 

çoxdan mafiyayla qovuşub. O, çox sevinir ki, bu məlumatlar 

yalan  çıxıb.  Sizin  kimilər,  cənab  Cəfərov  öz  xalqının  adını 

uca edir. 

Mirzə  ayağa  durub  bir  neçə  pillə  aşağı  düşdü. 

Lautonla yanaşı dayandı. Lauton təntənəli şəkildə əlini ona 

uzatdı.  Səbəbi  bilinməyən  anlaşılmaz  bir  həyəcan  yaşayan 

Cəfərov  da  əlini  ona  uzatdı.  Onlar  möhkəm  əl  tutdular. 

Sanki  burda,  Asif  Paşayevin  bağında  onu  ilk  dəfə  hansısa 




www.vivo-book.com 

 

524 



mükafatla  təltif  etmişdilər.  Stolüstü  lampanın  tutqun 

işığında,  Elmar  Ağayev  və  Dyula  Nilaşinin  ruhlandırıcı 

baxışları  altında  o  öz  mükafatını  alırdı.  O  bu  bir  neçə  gün 

ərzində  ilk  dəfə  olaraq  gülümsədi.  Sanki  doğrudan  da,  çox 

vacib və lazımlı iş gördüyünü dərk edirdi. 

– Ona deyin ki, – Cəfərov Dyuladan xahiş etdi, – mən 

də  əcnəbilər  haqda  öz  fikrimi  dəyişdim.  Mən  onları  həmişə 

köpmüş  hind  toyuqlarına  bənzədirdim.  Sən  demə,  onlar 

yaxşı uşaqlar imiş. 

Dyula  bu  cümləni  uzun  müddətə  tərcümə  etdi  və 

“köpmüş hind toyuğu” əvəzinə “səfeh qaz” ifadəsini işlətdi. 

Amma  məna  aydın  idi  və  dördü  də  şən  halda  bərkdən 

güldülər. 

Bu  zaman  aeroport  yoluyla  iki  maşın  gedirdi.  Bu, 

Moskvadan Bakıya indicə gəlmiş Rafael Bağırov idi. O artıq 

Paşayevin  ölümü  haqda  məlumat  almışdı.  Buna  görə  elə 

maşında  əla  fransız  konyakından  bir  qədər  içdi.  Onun 

zövqünü  bilən  sürücü  həmişə  maşında  bu  içkidən  iki  şüşə 

saxlayırdı. 



www.vivo-book.com 

 

525 



Radioda  Dövlət  Dumasının  deputatının  qətliylə  bağlı 

qəzəbli  fikirlər  səsləndirirdilər.  Mafiyaya,  deputatın  qətlinə 

qarşı  qəzəbli  səslər  ən  çox  Lazarevlə  əlaqəli  kommersiya 

strukturlarından  gəlirdi.  Onlar  başa  düşürdülər  ki,  sülhə 

getməli olacaqlar. 

Telefon  zəng  çaldı.  Bağırov  dəstəyi  götürdü.  Bu 

nömrə praktik olaraq, heç kimə məlum deyildi. 

–  Salam,  əziz  Rafael  Mamedoviç,  –  o,  Sarkisyanın 

səsini  eşitdi,  –  sizin  belə  tez  uyğunlaşa  biləcəyinizi 

düşünmürdüm.  İstənilən  halda  sizi  təbrik  edirəm.  Quram 

Xotivari  heç  Lazarevin  ölümü  haqda  bilmirdi,  ona  birinci 

mən dedim. 

–  Çox  sağ  olun,  –  o,  diqqəti  dəyərləndirməyi 

bacarırdı. 

Artur 

Sarkisyanın 



bankıyla 

əlaqələri 

möhkəmləndirmək lazım gələcək. 

–  Siz  yəqin  ki,  hələ  Rubinçiklə  danışmağa  macal 

tapmamısınız.  Əlbəttə  ki,  daha  heç  kim  sülh  istəməyəcək. 

Biz onları darmadağın edəcəyik. 

–  Yox,  –  Bağırov  etiraz  etdi,  –  mən  Rubinçiklə 

danışmışam.  Artıq  qəti  sülh  olacaq.  Aramızdakı  bu 




www.vivo-book.com 

 

526 



müharibəni bitirmək lazımdır. Qoy axmaqlar vuruşsun, bizə 

müharibə lazım deyil. 

–  Əlbəttə,  –  Artur  Sarkisyan  dərhal  razılaşdı,  –  sizə 

olan rəğbətimi bilirsiniz. 

–  Qarşılıqlıdır,  əziz  Artur  Aşotoviç,  qarşılıqlıdır. 

“Onlarda hesab da açmaq olar”, – Bağırovun ağlına gəldi. 

Dəstəyi  təzəcə  yerinə  qoymuşdu  ki,  daha  bir  zəng 

gəldi. 


–  Rafael  Mamedoviç,  –  Filya  Rubinçikin  sakit  səsi 

gəldi,  –  bu  mənəm.  Siz  hələ  sülh  yaratmaq  fikrindən  vaz 

keçməmisiniz ki? 

– Yox, nə danışırsınız. Bəyəm mən qeyri-ciddi adama 

oxşayıram? Mənim təklifim qüvvədə qalır. 

– Mən artıq Ryaboyla danışmışam. O belə hesab edir 

ki, situasiya bir qədər dəyişib. O, sülhə razıdır. O xahiş edir 

ki,  sizin  səlahiyyət  hüdudlarınız  haqda  razılıq  əldə  olunana 

kimi  bütün  fəaliyyətinizi  dayandırasınız.  Mən  vasitəçi  ola 

bilərəm? 

–  Siz  həmişə  bizə  kömək  edirsiniz,  –  Bağırov 

həssaslıqla dedi. 




www.vivo-book.com 

 

527 



–  Nə  danışırsınız!  Bəyəm  bu  köməkdir?  Bu,  sadəcə, 

dostca  xidmətdir.  Siz  Lazarevin  öldürüldüyünü  eşitmisiniz? 

Deyirlər,  Dövlət  Dumasının  ayaqyolunda  öldürüblər. 

Təsəvvür  edirsiniz,  cinayətkarlar  necə  həyasızlıqla  iş 

görüblər? 

– Hə, – Bağırov təmkinlə dedi, – təsəvvür edirəm. 

– Sizi təbrik edirəm, Rafael Mamedoviç. Düşünürəm 

ki, Ryaboy sizin bütün şərtlərinizi qəbul edəcək. Sağ olun. 

– Salamat qalın, – o, dəstəyi asdı. 

Bu gün onun baş nazirlə görüşü olmalıydı. İndi onlar 

artıq  dövlət  əmlakı  oğrusu  olan  Asif  Paşayevdən  canlarını 

qurtarandan  sonra  danışmaq  daha  asan  olacaq.  Baş  nazir 

Bağırovun  ona  dediyi  hər  şeyi  edəcək.  Nəticə  etibarilə,  o 

qeyri-adi heç nə istəməyəcək. 

Birdən  Davidi  xatırladı.  “Qoca,  bu  Saplyanı  tapmasa 

getməyəcək, – Bağırov kədərlə düşündü. – Quramla razılığa 

gəlmək  lazımdır  ki,  Saplyanın  yerinə  kimisə  qoysun.  Qoy 

David  inansın  ki,  onlar  Arçilin  qisasını  aldılar.  Amma 

Saplyanı mütləq tapmaq lazımdır. O, əlbəttə ki, qaçıb, amma 

kim  bilir,  Ryaboy  öz  sifarişini  ləğv  edəcək,  ya  yox... 




www.vivo-book.com 

 

528 



Deməli,  bu  Saplyanı  tapıb  uzun  boynunu  üzmək  lazımdır. 

Bu qatilin şəkilləri artıq milisdə var”. 

Maşınlar şəhərə girirdi. 

 

                                                  SON 



Vətəndaş  Mixail  Quramoviç  Moseşvilinin  açılmamış 

qətli, pis işinə görə töhmət almış müstəntiq Yevgeni Çijovun 

üstündə qaldı. 

Kiyev  rayonunun  prokuroru  Morozov  çoxdan 

gözlədiyi vəzifə yüksəlişini alıb Moskva şəhər prokurorunun 

müavini oldu. 

“Qamma  Bankda”  yeni  prezident  seçildi.  Bu,  Boris 

Lazarevin keçmiş sağ əli Mixail Nikitin idi. 

Rusiyanın ən iri bankı Artur Sarkisyanın “Kontinental 

Bank”ı hesab olundu. Deyirdilər ki, mafiya öz pulunu onun 

bankına  yatırır,  amma  ola  bilsin  ki,  bütün  bunlar  yalnız 

şayiədir. 

ABŞ prezidenti Bill Klinton Moskvaya may ayındakı 

səfəri zamanı Boris Yelsin və Yuri Lujkovla birlikdə dünya 




www.vivo-book.com 

 

529 



şöhrətli heykəltəraş Rafael Bağırovun emalatxanasına da baş 

çəkdi. 


David  Qogiya  “Praqa”  restoranında  hansısa  məşhur 

killerin öldürülməsindən sonra, nəhayət, Tiflisə qayıtdı. 

Federal  əks-kəşfiyyat  xidmətinin  məlumatına  görə 

Hollandiyada  qanuni  oğruların  yeni  toplantısı  gözlənilir. 

Toplantıya  sədrliyi,  Nyu-Yorkdan  olan  keçmiş  SSRİ 

vətəndaşı Ryaboy etməliydi. 

Cinayət-Axtarış  İdarəsi  rəisi  Konstantin  Mixeyev  pis 

işinə  və  cinayətləri  açma  səviyyəsinin  aşağı  olmasına  görə 

DİN orqanlarından qovulmaqla təqaüdə göndərildi. 

Göstərdiyi  rəşadət  və  qəhrəmanlığa  görə  müstəntiq 

Mirzə Cəfərov bir aylıq maaşı qədər mükafat aldı. 

Sağlamlığına  qovuşan  Şalva  Rurua  nəinki  limanın, 

eləcə  də  şəhərin  əsl ağası oldu. Deyilənə görə, onun birinci 

köməkçisi öldürülmüş qardaşı oğlunun arvadı olan gözəl bir 

qadın idi. Amma heç kim heç vaxt bu qadını görməyib. 

Beyləqan  rayonunun  prokuroru  daha  məsuliyyətli 

vəzifəyə  təyin  olundu  və  Şamaxı  şəhərinin  prokuroru  oldu. 



www.vivo-book.com 

 

530 



Bununla  yanaşı  Rəhimov  baş  ədliyyə  müşaviri  rütbəsi  də 

aldı. 


Dərhal  bir  neçə  maddəylə  ittiham  olunan  Zeynal 

Manafovu  Bakı  şəhəri  Daxili  İşlər  İdarəsinin  istintaq 

təcridxanasının  kamerasında  özünü  asmış  vəziyyətdə 

tapdılar. 

Cerald  Lauton  və  Dyula  Nilaşi  Fransaya  geri 

qayıtdılar.  Belə  deyirlər  ki,  onlar  Parisə  üçlükdə  uçublar. 

Dronqo  adıyla  tanınan  BMT-nin  ekspertlər  komitəsinin 

keçmiş  əməkdaşı  da  onlarla  olub.  Deyirlər  ki,  o,  sadəcə 

olaraq, Fransada dincəlmək istəyirmiş. Heç olmasa, bir neçə 

günlüyə. 



 

 

 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə