Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   2   3   4   5   6   7   8   9   10   ...   39

27 
 
aşağı  tezlikli  rəqsləri  orqanizm,  ancaq  vibrasiya  kimi  qəbul 
edir. Çox hallarda vibrasiyalar səslə müşaiyət olunur. Rəqslər 
yaradan  mənbə  bilavasitə  orqanizmlə  təmasda  olduqda  (əllə 
işlədilən elektrik və pnevmatik alət, formalaşdırıcı maşınlar və 
s.)  vibrasiyadan  yarana  biləcək  təhlükə  daha  qorxulu  olur. 
Belə hallarda damarların və əsəb sisteminin xəstələnməsi (baş 
ağrıları, baş gicəllənməsi, yorğunluğun artması) baş verir.  
Səsin  təsir  səviyyəsini,  xüsusi  cihazlarla  (səsölçənlər) 
ölçülür.  Səsölçənlər,  səs  tezlikli  spektr  analizatorları  ilə 
birlikdə işləyirlər.  
Vibrasiyalar  isə  mexaniki  vibroqraflarla  ölçülür  və 
onların müxtəlif tipləri mövcuddur.  
 
Səs və vibrasiyalarla mübarizə üsulları 
 
Səs  və  vibrasiyalarla  mübarizədə  əsas  təbirlərdən  biri 
səslərin  uzaqlığını  aşağı  salması  və  vibrasiya  rəqslərinin 
amplitudasının  azaltmasıdır.  Buna,  istehsal  qurğularının 
konstruktiv  olaraq  təkmilləşdirmək  və  istehsala  yeni,  daha 
müasir  texnologiyaların  tətbiqi  ilə  nail  olurlar. Bundan  başqa 
avadanlıqlarda  səs  izolyasiyasını  gücləndirməklə  səs  və 
vibrasiyaların qarşısını almaq olur. İstehsalatda çalışan işçiləri 
fərdi  yolla  mühafizə  etməklə,  onlara  səs  və  vibrasiyaların 
təsirini azaldırlar. 
Maşınların  fırlanan  hissələrinin  səsini  azaltmaq  üçün 
onların  səthlərini  hamar,    balansirovkanı  daha  dəqiq  və 
diyircəkli  yastıqları  isə  etibarlı  seçirlər.  Elektrik  qurğularında 
gurultu  və  vibrasiyalar  aşağıdakı  səbəblərdən  mümkündür: 
transformator  nüvələrinin  zəif  sıxılması  nəticəsində,  qaynaq 


28 
 
aparatlarının 
keyfiyyətsiz 
sazlanmasından, 
şinlərin 
izolyatorlara  zəif  bərkidilməsindən,  kollektorların  səthlərinin 
pis  emalından  və  asinxron  mühərriklərinin  iki  fazada 
işləməsindən  və  s.  Səslərin  səviyyəsini  azaltmaq  məqsədi  ilə 
maşın və aparatları örtmək üçün səslərdən izoləedici müxtəlif 
quruluşlardan  (örtüklər  və  s.)  istifadə  olunur.  Hiss  olunacaq 
dərəcədə  səslərin  azaldılmasına  divarların  səs  uducu 
materiallarla  örtməklə  nail  olurlar.  Səs  uducu  materialları 
adətən liflərdən və ya parçalardan hazırlayırlar.  
Bina  konstruksiyalarının  vibrasiyasını  (maşınların 
hərəkətlərindən)  azaltmaq  üçün,  onların  altına  amortizatorlar 
(rəqsləri söndürənlər) qoyurlar.  
Elektrik  mühərriklərinin  və  dəzgahların  səsini  və 
vibrasiyasını  azaltmaq  üçün  aşağıdakı  tədbirlər  görülür: 
keyfiyyətli  və  etibarlı  diyircəklər  tətbiq  edilir,  maşınlar  dəqiq 
yığılır,  az  səsli  işçi  çarxlardan  istifadə  olunur,  metal  çarxlar 
plasmast çarxlarla əvəz edilir. 
İşçilərin  səslərdən    (gurultudan)  fərdi  qorumaq  üçün, 
muma və ya qliserinə hopdurulmuş pambıqdan və ya yumşaq 
rezindən  hazırlanmış  tıxaclardan,  bəzi  hallarda  isə  qulaqları 
sıx bağlayan xüsusi geyimlərdən (şlem) istifadə edilir. 
Ayaqlardan 
bədənə 
ötürülən  vibrasiyalardan  və 
sarsıntılardan qorumaq üçün keçədən  və ya qalın rezin altlığa 
malik ayaqqabıların geyinməsi məsləhətdir. 
 
1.6 Adamın elektrik cərəyanından xəsarət alması 
 
Elektrik  cərəyanı  insan  bədənindən    keçdikdə    ona 
istilik, kimyəvi və bioloji təsirlər göstərir. 


29 
 
İstilik  təsiri  bədən  dərisində yanıqlar  şəklində, müxtəlif 
üzvlərin  həddən  artıq  qızması  formasında,  həmçinin  ifrat 
qızmaların  nəticəsində  qan  damarlarının    və  əsəb  liflərinin 
qırılması kimi müşahidə olunur. 
Kimyəvi  təsir  qanın  orqanizmdə  olan  digər  məhlulların 
elektrolizinə  səbəb  olur,  bu  da  öz  növbəsində  onların  fiziki-
kimyəvi  tərkibinin  dəyişməsinə  gətirib  çıxarır  və  nəticədə 
orqanizmin normal fəaliyyəti pozulur. 
Elektrik  cərəyanın  bioloji  təsiri,  bədəndə  olan  canlı 
toxumaların və hüceyrələrin təhlükəli həyəcanlanmasına səbəb 
olur.  Bu  cür  təsirlərdən  canlı  toxumalar  və  hüceyrələr  məhv 
ola bilər. 
Elektrik  cərəyanının  təsirindən  alınan  xəsarət əsasən  iki 
müxtəlif  formada  özünü  biruzə  verir-elektrik    zərbələri    və 
elektrik travmaları. 
Elektrik zərbələri dedikdə, cərəyanın insan bədəninə elə 
təsiri  başa  düşülür  ki,    bu  zaman  bədənin  əzələləri  (məsələn, 
əl,  ayaq  və  s.)  qıc  vəziyyətinə  düşür.  Bu  halda  adam  , 
cərəyanın  qiymətindən  və  təsir  müddətindən  asılı  olaraq, 
ürəyin və nəfəsin normal işləməsinə baxmayaraq huşunu itirə 
də bilər, itirməyə də. Daha ağır hallarda huşun itirilməsi, qan-
damar  sisteminin  pozulmasına  və  nəticədə  ölümlə  qurtara 
bilər. Elektrik zərbələrinin təsirindən bədənin vacib üzvlərinin 
(ürək, beyin və s.) iflicinə səbəb olur.  
Elektrik travmaları zamanı cərəyanın bədənə təsirindən, 
orqanizmin  toxumaları  (dəri,  əzələlər,  sümüklər,  rabitələr) 
dağılır. 
İnsan bədəninə ən qorxulu təhlükə, yanıqlar halında olan 
elektrik  travmalarıdır.  Elektrik  yanıqları  bədənin  bilavasitə 


30 
 
elektrik qurğusunun cərəyan keçirən hissəsi və elektrik qövsü 
ilə toxunma yerlərində yaranır. 
Elektrik  zərbələrinin  ağır  formasında  adam  klinik  ölüm 
halına düşə bilər (nəfəsi kəsilir və qan dövranı dayanır). Tibbi 
yardım olmadıqda klinik ölüm, bioloji ölümə çevrilə bilər.  
Elektrik    cərəyanının  təsirindən    xəsarət  almış  adamın 
ölümünün  səbəbləri-ürəyin  dayanması,  köks  qəfəsinin 
əzələlərinin iflici nəticəsində nəfəsin kəsilməsidir. 
İnsan  bədənində  yaranan  cərəyanın  qiyməti,  ona  tətbiq 
olunmuş gərginliklə və orqanizmin müqaviməti ilə təyin edilir. 
İnsan orqanizminin müqaviməti bir sıra faktorlardan asılıdır.   
İnsan  orqanizminin  üzvləri    və  toxumaları  müxtəlif  
xüsusi həcmi müqavimətinə malik olur. Ən böyük müqavimət 
quru  dəri  və  sümük  toxumaları,  ən  kiçik  isə  qan  və  belilig 
mayesi malikdir. İnsan bədənin müqavimətini təyin edən əsas 
faktor  dəri və onun üst səthidir (harda, qan daşıyan damarlar 
olmur).  Dərinin  üst  qatının  xüsusi  həcmi  müqaviməti  yüksək 
(10
8
Om

sm)  olduğundan  ona  dielektrik    kimi  baxmaq  olar. 
Dərinin digər qatları (daxili) qandamarları, vəz əsəb sonluqları 
ilə təchiz olduğundan çox kiçik xüsusi müqavimətə malik olur. 
İnsan  bədəninə  şərti  olaraq,  üç  ardıcıl  birləşdirilmiş 
müqavimətdən ibarət elektrik dövrəsinin hissəsi kimi baxmaq 
olar (dəri-daxili üzvlər və toxumalar-dəri). Bu cür hal şəkil 2-
də göstərilmişdir. 
Sxemdən  göründüyü  kimi,  elektrik  dövrəsinin  dəri  qatı 
hissəsinə  aid  müqaviməti,  aktiv  müqavimətlə  (r
d
)  yanaşı, 
dərinin  üst  səthinin  (dielektrik)  əmələ  gətirdiyi  tutum  (C
d

toplananından  da  ibarətdir.  C
d
  -  toplananın  qiyməti  kiçik 
olduğundan çox vaxt onun təsirini nəzərdən atırlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə