Ə. N. Quliyev azərbaycan-rusiya münasiBƏTLƏRİ tariXİNDƏN


  AZƏRBAYCANIN RUSİYA İLƏ ƏLAQƏLƏRİ



Yüklə 399,91 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix30.12.2023
ölçüsü399,91 Kb.
#164320
1   2   3   4   5   6
azerbaycan rusiya munasibetleri tarixinden

2. 
AZƏRBAYCANIN RUSİYA İLƏ ƏLAQƏLƏRİ
HAQQINDA İLK MƏLUMATLAR. X-XII ƏSRLƏRDƏ
AZƏRBAYCA N-RUSİYA M ÜN ASİ BƏTLƏRİ
Azərbaycanın şərqi slavyanlar ilə əlaqəsi haqqında ilk xəbərlər 
çox qədim dövrlərə aiddir'.
Hələ eramızın V əsrində Xəzər xaqanlığının paytaxtı İtil 
şəhərində Qafqaz ölkələrilə ticarət edən slavyan tacirlərinin bütöv 
məhəllələri varmış. Novqorod tacirləri Xəzər dənizinin qərb və cənub 
sahillərinə tez-tez gələrək, buraya mal gətirərlərmiş. IX əsr ərəb 
yazıçısı İbn-Xordadbch qeyd etmişdir ki, slavyan tacirləri Volqa çayı 
ilə üzərək, Xəzər dənizi sahillərindəki vilayətlərə və hətta Bağdada 
qədər gedirmişlər. Müəllif yazır: «...Onlar Cürcan dənizi (Xəzər 
dənizi.-Ə. 
Q.)
ilə üzür və bu dənizin hər sahilinə çıxırlar... Bəzən 
onlar öz mallarım Cürcandan dəvələrlə Bağdada aparırlar...»1
2. 
Slavyan tacirləri Yaxın və Orta Şərq ölkələrinə xəz dəriləri və başqa 
mallar aparıb satırmışlar. Eyni zamanda azərbaycanlı tacirlər də Şərqi 
slavyan torpaqlarına səfər edirdilər.
1 Вах: Б.Дорн. Каспий. О похолах древных русских в Табаристан. с допол­
нительными сведениями о других набегах на побережье Каспийского моря. 
СПб. 1875, sah. 378 -388.
2 А.Я. Гаркави. Сказание мусульманских писателей о славянах и русских. 
СПб. 1870. sah. 48-49
9


Volqa və Don çayları arasındakı ərazini tutan və Don çayı, Kcrç 
boğazı, Volqa çayı ilə ticarət yollarını bağlayan Xəzər xaqanlığı 
Rusiyanın Qafqaz xalqları ilə əlaqə yaratmasına mane olurdu*
1 1
. Bun­
dan əlavə, xaqanlıq rus knyazlıqlarının ərazisinə dağıdıcı basqınlar 
təşkil edir, bu da rusları Qafqazla əlaqə saxlamaq iiçün başqa yollar 
axtarıb tapmağa vadar edirdi. Belə bir şəraitdə ruslar bəzən şərqdən 
qərbə doğru bütün Zaqafqaziyanı dolaşmağa və buradan Qara dəniz 
ilə vətənə qayıtmağa məcbur olurdular.
IX əsrin axırlarından başlayaraq rusların Zaqafqaziya, xüsusən 
Azərbaycana səfərlərinin məqsədləri dəyişmişdi. Bu səfərlər ticarət 
məqsədlərindən əlavə, həm də hərbi qənimət ələ keçirmək niyyətilə 
düzəldilən yürüşlər xarakteri almağa başlamışdı.
Rusların Azərbaycana səfərləri haqqında tarix əsərlərində olan 
ən ilk məlumat 880, 909 və 910-cu illərə aiddir. Mühəmməd əl-Həsən 
«Təbəristan tarixi»ndə yazır ki, ruslar 909-cu ildə 16 gəmi ilə 
Abesquna (ehtimala görə Dərbənd rayonuna-Ə. 
Q.)
gələrək, burada 
hərbi qənimət ələ keçirmiş və sonra daha cənuba doğru irəlilədikdə 
müsəlmanlar tərəfindən dəf edilmişdilər. 910-cu ildə ruslar eyni yol 
ilə yenə səfər təşkil etmişdilər. «Çoxlu miqdarda» rus Sara adasına 
yaxınlaşmış, sonra buradan gəmilərlə Gilan tərəfə getmişdilər. 
Rusların bir hissəsi quruya çıxmış, bir hissəsi isə gəmilərdə qalmışdı. 
Gilan hakiminin qoşunları gecə vaxtı ruslara hücum etmişdi. 
Gəmilərdəki ruslar dənizlə geri qayıtmaq istərkən, yolda pusquda du­
ranlara rast gəlmiş və Şirvanşahın donanması tərəfindən məğlubiy­
yətə uğradılmışdılar5.
Tarix əsərlərində olan məlumata görə X əsrin birinci yarısında 
(913—914-cü illərdə) ruslar Xəzər dənizinin qərb sahillərinə daha bir 
yürüş təşkil etmişdilər. Onlar əvvəlcədən Xəzər xaqanı ilə razılığa 
gələrək və əldə edəcəkləri qənimətin yarısını ona verməyi vəd
Б. А. Рыбаков. Русь и Хазария. B.D.Qrckovun 70 illiyi münasibətilə 
buraxılan məcmuədə. M. 1952, səh. 76-88.
: V. F. Minorski. Ruslar Zaqafqaziyada. (Yeni məlumat). Bolqarıstan Elmlər 
Akademiyasının xəbərləri, № 5, M., 1954, səh. 377 380.
1 Б.Дорн. Göstərilən əsəri səh. 5- 6.
10
edərək, hərəsində 100 adam olan 500 gəmi ilə Volqa çayından keçib 
Xəzər dənizinə enmişdilər. Ruslar Bakı şəhərinin yaxınlığında bir 
adanı tutub burada yerləşmişdilər. Onlar gedəndən sonra həmin ada 
rus adası adlanmağa başlamışdı.1 Məsudi rusların bu səfərini belə 
təsvir edir: «Rusların gəmiləri Xəzər hüduduna çatdıqda... onlar xəzər 
padşahının yanma nümayəndələr göndərərək, onun dövlətindən 
keçib... Xəzər dənizinə, yaxud Gürcan, Təbəristan və başqa qeyri- 
ərəb tayfalarının adı ilə adlanan dənizə enmək üçün icazə istədilər... 
şərt qoydular ki, əldə edəcəkləri qənimətin yarısını padşaha 
versinlər... Padşah onların xahişini qəbul etdi və ruslar kanala daxil 
olub... çayın mənsəbinə və çayın Xəzər dənizinə tökülən yerlərinə 
gəlib çatdılar...»2. Sonra Məsudi göstərir ki, rusların gəmiləri Xəzər 
dənizinə çıxdıqda bir-birindən ayrılıb, bir hissəsi Təbəristan 
vilayətinə, digər hissəsi isə «neftli vilayətə (Bakı nəzərdə tutulur- 
Ə. 
O.)
tərəf irəlilədi və Azərbaycana yaxınlaşdı...»3.
Bu səfər əsnasında qənimət ələ keçirən naslar Volqa çayının 
ağzında xəzərlər tərəfindən darmadağın edildilər. Məsudinin yazdı­
ğına görə, burada 30 minə qədər adam öldürüldü.
944-cü ildə rus qoşunları yenə Dərbənd yaxınlığında görünmüş, 
qalıqlarla Kür çayının ağzına qədər üzüb gəlmiş, sonra çayla üzü 
yuxarı qalxaraq Bərdənin yaxınlığında olan Mübarəki deyilən yerə 
çatmışdılar. Rus dəstələri Bərdə şəhərini tutmuş və bir müddət öz 
əllərində saxlaya bilmişdilər. Ruslar şəhərin əhalisi ilə dinc əlaqə 
yaratmağa çalışmışdılar. XIII əsr tarixçisi İbn-əl-Əsirin yazdığına 
görə ruslar Bərdədə «əfv elan etmiş... və əhali ilə yaxşı dolanmışlar»4.
Tarix əsərlərində olan məlumata görə, X əsrin axırlarında Dər­
bənd əmiri iri feodallara və fanatik ruhanilərə qarşı mübarizədə özü­
nün ruslardan ibarət olan mühafizə dəstələrindən istifadə edirmiş5.
1 «Сборник материалов для описания местностей и племен Кавказа» 
məcmuəsi (SMOMPK) 29-cu cild , Tiflis, 1901 səh. 69.
- SMOMPK . 38 ci cild. Tiflis ,1908, səh.47 48
3 Yenə orada.
A
Б. Дорн. Göstərilən əsəri, səh. 513.
3 V.F. Minorski. Göstərilən məqaləsi, səh. 377-380.


Bu səfərlərin çoxu knyazların xeyri üçün təşkil edilən səfərlərdən 
ibarət olsa da, rusların Azərbaycana gəlmələri Rusiya ilə Azərbaycan 
arasında müəyyən iqtisadi, siyasi və mədəni əlaqə olduğunu göstərir 
və Azərbaycanda ruslar haqqında məlumatın artmasına obyektiv 
surətdə kömək edirdi. 944-cü il səfərinin aydın göstərdiyi kimi, ruslar 
bu səfərə yalnız hərbi qənimət ələ keçirmək xatiri üçün çıxmayaraq, 
yeni torpaqlarda yerləşmək məqsədini də güdürdülər. Bu yürüş uzaq 
cənubda torpaqlar tutmaq üçün rus dövlətinin hakimləri tərəfindən 
göndərilən mütəşəkkil və intizamlı qoşun dəstələrinin yürüşü idi. Ərəb 
müəlliflərindən İbn-əl-Əsir və İbn-Mistəveyh bu yürüş zamanı rus­
ların mərdlik və igidlik göstərdiklərini qeyd etmişlər. XII əsr böyük 
Azərbaycan şairi və mütəfəkkiri Nizami rusların bu səfərini, bir 
qədər fantastik şəkildə olsa da, çox sənətkaranə təsvir etmişdir. Niza­
minin dahiyanə əsəri «İsgəndəmamə» poemasında «ruslar cəsarətli 
əsgərlər kimi, çətinliklərə adət edən və öz ölkəsinin istiqlaliyyətini 
şiddətli vuruşmalarda qorumağa hazır olan mərd adamlar kimi» 
təsvir edilir1. Yenə həmin əsərdə rusların Şərq ölkələrinə gətirib 
satdıqları mallar təsvir olunur. «Yeddi gözəl» poemasında Nizami 
slavyan gözəlinin məftunedici surətini yaradaraq, rusların məişəti, 
adət və ənənələrilə tanış olduğunu göstərmişdir. Nizami slavyan 
gözəlinin yalnız zahiri gözəlliyini deyil, həmçinin ağıllı və iradəli bir 
qız olduğunu da qeyd edir. Poemada deyilir:
Şəkər gülüşlüydü, günəş camallı,
Həmi hünərliydi, həmi kamallı.
Oxuyub hər dərsi bilik yığaraq,
Yazmışdı hər elmə dair bir varaq.
Rusların Azərbaycana səfərləri sonralar da davam etmişdi1
2
3 .
XII əsrdə Azərbaycan-Rusiya əlaqələrinin xeyli möhkəmləndiyi 
müşahidə edilirdi. Bu əsrdə Azərbaycanda məhsuldar qüvvələrin
1 C. П. Толстов. Из предистории Руси. «Советская этнография» jurnalı, VI 
VII cild, 1947, səh. 40.
2
Вах: B.Minorski. Qafqaz tarixinə dair tədqiqlər, Kembric universiteti.
Şərqşünaslıq seriyası, N 6. İııgiliscədən tərcüməsi, Azərbaycan SSR EA Tarix ins­
titutunun elmi arxivi. 3310, vərəq 120-122.
12
inkişafı və feodal münasibətlərinin daha da möhkəmlənməsi Azər­
baycanın xarici ticarətinin canlanmasına şərait yaratmışdı. Əvvəllər­
də olduğu kimi bu dövrdə də Şərqin böyük ticarət mərkəzlərini 
Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının bəziləri Azərbay­
candan keçirdi. Azərbaycanın Rusiya ilə ticarət əlaqəsi, xüsusən 
Şirvan ilə rus knyazlıqları arasında ticarət genişlənməkdə davam 
edirdi. Xəz, bal, mum və dəri kimi rus malları Azərbaycan bazarla­
rının rəvac malları hesab olunurdu. Başlıca olaraq Şirvan, Şəki və 
Gəncədə istehsal olunan hazır «ipək və pambıq parçalar, neft, habelə 
xalça, mis və gil qablar, zəfəran, balıq və başqa mallar Azərbaycan­
dan rus torpaqlarına ixrac edilirdi.
O zaman Ermənistan və Gürcüstan ilə Rusiya arasında da müəy­
yən ticarət-iqtisadi və siyasi əlaqələr yaranmışdı. Ermənilər bundan 
hələ xeyli əvvəl Bizans ordusu sıralarında ruslarla tanış olaraq, 
Bizansın düşmənlərinə qarşı dəfələrlə ruslarla birlikdə vuruşmuşdular.
Ermənistan və Gürcüstanın Rusiya ilə əlaqəsi X I- XII əsrlərdə 
xüsusilə genişlənmişdi. Rostov-Suzdal knyazı Andrey Boqolyub- 
skinin oğlu Yurinin XII əsrdə gürcü çariçası Tamara ilə evlənməsi 
rus knyazlarının Qafqaz feodal zadəganları ilə dostluq münasibətlə­
rini təsdiq edən hallardan biri idi.
Yalnız tatar-monqol zülmü müəyyən müddət Zaqafqaziya 
ölkələrinin Rusiya ilə əlaqəsini kəsmiş oldu.

Yüklə 399,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə