Ə. N. Quliyev azərbaycan-rusiya münasiBƏTLƏRİ tariXİNDƏN



Yüklə 399,91 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix30.12.2023
ölçüsü399,91 Kb.
#164320
  1   2   3   4   5   6
azerbaycan rusiya munasibetleri tarixinden



Azərbaycan Respublikası
v p V
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Milli 
Kitabxanası
Ə. N. Quliyev
AZƏRBAYCAN-RUSİYA
MÜNASİBƏTLƏRİ
TARİXİNDƏN
(XV-XVIII əsrlər)
:^. baycan 
Respublikası 
Prezidentinin 
iş lə r İd a rə s i
! ’V.EZİDENT KİTABXANASI
Renessans-A" 
Bakı-2015


Buraxılışa nıəsul:
Redaktor:
Dizayn:
Korrektor:
V. Bəhmənli
Ə. Əsədzadə
A. Əliyeva
S. Səmədova
Ə. N. Quliyev. Azərbavcan-Rusiya münasibətləri tarixindən.
Bakı. 2015, “ Renessans-A’’ Nəşriyyat Evi, səh. 56.
ISBN 978945221060-0
“Renessans-A"
Bakı
2015
Ə sər çapa hazırlanarkən ilk nəşrin kitab göstəriciləri saxlanılm ışdır
AZƏRBAYCAN SSR
SİYASİ VƏ ELMİ BİLİKLƏRİ YAYAN CƏMİYYƏT
Cəmiyyətin üzvü,
tarix elmləri namizədi
Ə. N. QULİYEV
AZƏR BAYCA N - RU Sİ YA
MÜNASİBƏTLƏRİ
TARİXİNDƏN
(XV-XVIII əsrlər)
B akı-1958


9 (S 2) 
Q 82
1. Məsələnin qoyuluşu
Azorbaycan-Rıısiya münasibətlərinin tarixi məsələsi mühüm və 
aktual elmi problemlərdən biridir. Azərbaycan-Rusiya münasibətləri 
məsələsinin düzgün qoyuluşu və öyrənilməsi çox böyük elmi və 
siyasi-tərbiyəvi əhəmiyyətə malikdir.
XV-XVIII əsrlərdə Azərbaycanın Rusiya ilə iqtisadi, siyasi və 
mədəni əlaqələri Azərbaycan xalqının tarixində, ölkənin Rusiya ilə 
birləşdirilməsindən qabaqkı dövrdə Azərbaycanda xarici siyasət 
sahəsində Rusiyaya istinad etmək meylinin meydana çıxması və qəti 
şəkil almasında çox böyük rol oynamışdır.
Azərbaycan xalqının qabaqcıl mədəniyyət nümayəndələri və 
tərəqqipərvər dövlət xadimləri Azərbaycanın Rusiya ilə birləşdiril­
məsinin qızğın tərəfdarı olaraq, həmişə Azərbaycan xalqının rus xalqı 
ilə əlaqəsinin möhkəmləndirilməsinə böyük fikir vermişlər. XIX əsr 
Azərbaycan demokratik fikrinin görkəmli nümayəndəsi, alim-filosof 
M. F. Axundov Azərbaycanın Rusiya ilə birləşdirilməsindən və 
Azərbaycan xalqının rus xalqı ilə sıx əlaqə yaratmasının əhəmiyyə­
tindən danışaraq yazmışdır ki, bu əlaqənin qüvvətlənməsi nəticəsində 
«...rusların himayəsi altında canları, malları və namuslarının toxu­
nulmazlığı tamamilə təmin olunmuş müsəlmanlar ruslardan ürküb 
qaçmaq və uzaqlaşmaq hallarına son qoymuş olarlar. Onlar başa 
düşərlər ki, özlərinin İrandakı və Türkiyədəki qardaşları acınacaq 
vəziyyətdə və dəhşətli ehtiyac içində yaşayırlar. Onlar rus xalqı ilə 
qaynayıb qovuşacaq və dini etiqaddan doğan fanatizm və müridizm
5


əbodi olaraq onların arasından məhv olub gedəcəkdir... Qafqaz 
müsəlmanlarında savadlanmaq həvəsi, elmləri öyrənmək cəhdləri 
əmələ gələcək, onların əxlaq və tərbiyəsi yaxşılaşacaq...»1.
Rusiyanın Şərqdə mütərəqqi rolu haqqında, Qafqaz və Orta Asiya 
xalqlarının Rusiya ilə birləşdirilməsinin obyektiv-mütərəqqi əhəmiy­
yəti haqqında, öz böyük qardaşları rus xalqının başçılığı ilə ölkəmizin 
bütün xalqlarının fəhlə və kəndlilərinin ümumi düşmənə-çarizmə, 
mülkədarlara və kapitalistlərə qarşı birgə mübarizəsi haqqında mark­
sizm-leninizm klassiklərinin fikirləri XV-XVIII əsrlər Azərbaycan- 
Rusiya münasibətləri tarixini öyrənmək üçün də metodoloji əsasdır.
XV-XVIII əsrlərdə Azərbaycan-Rusiya münasibətləri tarixinin 
ayrı-ayrı cəhətləri burjua-dvoryan tarixnəvisliyi və şərqşünaslığı 
nümayəndələrinin əsərlərində: S. M. Solovyovun, Q. Melqunovun, 
V. V. Komarovun, P. Q. Butkovun, N. Dubrovinin, V. Pottonun və 
başqalarının əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə xeyli faktik 
materiallar vardır ki, həmin mövzunun tədqiqi zamanı bu material­
ların öyrənilməsi zəruridir. XV-XVIII əsrlər Azərbaycan-Rusiya 
münasibətləri tarixini tədqiq etmək üçün rus şərqşünasları V. V. Bar- 
told, A. Krımski və başqalarının əsərlərinin böyük əhəmiyyəti vardır.
Azərbaycan-Rusiya münasibətləri və bu münasibətlərin əsrlər 
boyu inkişafı inqilabdan əvvəlki Azərbaycan tarixnəvisliyi nümayən­
dələrinin əsərlərində də bu və digər dərəcədə xarakterizə edilmişdir. 
Bu cəhətdən görkəmli Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxa­
novun «Gülüstani-irəm» əsəri son dərəcə maraqlıdır. Həmin əsərdə 
Azərbaycan tarixi ən qədim dövrlərdən 1813-cü ilədək, yəni Rusiya 
ilə İran arasında bağlanan və Azərbaycanın şimal vilayətlərinin 
Rusiyaya birləşdirilməsini rosmən təsdiq edən Gülüstan sülhünün 
bağlandığı vaxta qədər işıqlandırılır. Həmin əsərdə Azərbaycanın 
Rusiya ilə birləşdirilməsinin uzun müddət davam edən prosesi təsvir 
olunur. İran və Türkiyə zülmkarlarının Azərbaycana basqınları və 
burada törətdikləri zülmün ağır nəticələri göstərilir.
XVIII-XIX əsrlər Azərbaycan-Rusiya münasibətləri tarixinin
1 M. F. Axundov. Əsərləri, 
III 
cild. Seçilmiş məktublar. Bakı 1955, səh. 268-
269
.
6
bəzi məsələləri Azərbaycan tarixçilərindən Hacı Seyid Əbdülhəmi­
din, Kərim ağa Fatehin, Mirzə Camalın, Mirzə Adıgözəlbəyin, Mirzə 
Əhməd Mirzə Xudaverdi oğlunun, Əhməd bəy Cavanşirin və 
başqalarının əsərlərində də işıqlandırılmışdır.
Azərbaycan-Rusiya əlaqələri haqqında biz Qafqazın başqa xalq­
ları nümayəndələrinin əsərlərində, xüsusən Esay həsən-Cəlalyanın, 
Abraam Yerevantsinin, H. Əlqədarinin, Q. A. Ezovun və başqalarının 
əsərlərində də mühüm məlumatlara rast gəlirik. Bir sıra xarici 
müəlliflərin, başlıca olaraq XVI-XVI1I əsrlərdə Azərbaycan və İranı 
gəzmiş tacirlərin, səyyahların, diplomatların əsərlərində və səyahət­
namələrində də Azərbaycan-Rusiya münasibətləri məsələlərinə dair 
çoxlu faktik material vardır.
Lakin demək lazımdır ki, inqilabdan əvvəlki tarix əsərlərində 
Azərbaycan-Rusiya münasibətləri məsələsi xüsusi olaraq tədqiq 
edilmir və yuxarıda sayılan müəlliflərin əsərlərindəki materiallar ilk 
məxəz xarakterində olub Azərbaycan-Rusiya münasibətləri tarixin­
dən dolayı yolla bəhs edir, ya da bu böyük və mühüm problemin 
yalnız airı-ayrı cəhətlərindən danışır. Bundan əlavə, inqilabdan 
əvvəlki müəlliflərin bir çoxunun sinfi məhdudluğu və yazılarının bir 
tərəfli mahiyyətdə olması nəticəsində həmin problem bu əsərlərdə 
düzgün işıqlandırılmamışdır. Azərbaycan-Rusiya münasibətlərinin 
tarixi məsələsi, eləcə də Rusiyanın başqa Qafqaz xalqları ilə müna­
sibətləri məsələsi həmin əsərlərdə əksər hallarda rus çarizminin müs­
təmləkəçilik meylləri nöqteyi-nəzərindən izah edilir və Qafqaz 
xalqlarının Rusiya ilə birləşdirilməsinin tarixi şəraiti, bu xalqların 
xarici siyasət sahəsində Rusiyaya meylinin artması aydınlaşdırılmır, 
qeyri-rus xalqların Rusiya ilə birləşdirilməsinə və bu hadisənin həmin 
xalqların tarixində mütərəqqi əhəmiyyətinə düzgün, əsl elmi qiymət 
verilmir.
Azərbaycan-Rusiya münasibətlərinin tarixinə, eləcə də ölkəmiz­
dəki başqa qciri-rus xalqlarla Rusiyanın münasibətləri tarixinə aid 
məsələlər yalnız Böyük Oktyabr sosialist inqilabının qələbəsindən 
sonra həqiqətən elmi surətdə işlənməyə başlamışdır. Sovet tarixçi­
lərinin: məsələn, M.A.Polievktovun, E.S.Zcvakinin, N.A.Smimovun,
7


V. N. Leviatovun, V. P. Lıstsovun, ıM. S. İvanovun, E. A. Paxomovun. 
V. S. Sısoycvin əsərlərində, habelə ölkəmizdə nəşr edilən müxtəlif 
elmi orqanlarda bir sıra sovet tarixçiləri və şərqşünaslarının dərc 
edilmiş məqalələrində Azərbaycan- Rusiya münasibətlərinin tarixinə 
aid ayrı-ayrı mühüm məsələlər izah edilir. Bununla əlaqədar olaraq 
görkəmli sovet tarixçi-şərqşünası professor İ.P.Petruşevskinin tədqi­
qat əsərlərini xüsusi olaraq qeyd etmək lazımdır. İ. P. Petruşevski öz 
əsərlərilə Azərbaycan-Rusiya münasibətləri tarixinin, eləcə də 
Azərbaycan tarixinə aid bir sıra başqa mühüm məsələlərin öyrənil­
məsinə çox böyük kömək etmişdir.
XVIII əsrin əvvəllərində erməni xalqının azadlıq hərəkatının 
tarixinə aid məsələlər barəsində sovet tarixçisi P T. Arutyunyanın 
tədqiqat əsərləri də bizim mövzumuzun işıqlandırılması üçün ciddi 
əhəmiyyətə malikdir. Həmin əsərlərdə zəngin və az məlum olan ma­
teriallara əsasən Azərbaycan-Rusiya münasibətləri tarixinə və 
Azərbaycanda Rusiya meylinin artmasına dair mühüm faktlar 
gətirilir.
Azərbaycan-Rusiya münasibətləri məsələsinin tədqiq edilməsi 
sahəsində Azərbaycan sovet tarixçilərinin əsərləri üzərində xüsusi 
olaraq dayanmaq lazımdır. E.A.Paxomovun, V.S.Sısoycvin və 
V.N.Leviatovun yuxarıda adı çəkilən və bəhs etdiyimiz mövzuya az- 
çox dərəcədə toxunan əsərlərindən əlavə, Azərbaycan sovet 
tarixçilərindən Q. Axundovun, H.B. Abdullayevin, A.A Əbdürrəhma­
novun və başqalarının Azərbaycan-Rusiya münasibətləri məsələsinin 
işıqlandırılmasında mühüm yer tutan əsərləri xüsusilə qeyd edil­
mişdir. Bununla əlaqədar olaraq, Azərbaycan SSR Elmlər Akademi­
yasının akademiki mərhum H.N.Hüseynovun «XIX əsrdə Azər­
baycanda ictimai və fəlsəfi fikir tarixindən» adlı böyük əsərini 
xüsusilə qeyd etmək lazımdır ki, burada XIX əsrə qədər Azərbaycan 
-Rusiya münasibətləri tarixindən də bəhs edilir.
Bununla bərabər etiraf etmək lazımdır ki, X V - XVIII əsərlərdə 
Azərbaycan-Rusiya münasibətləri tarixinə dair indiyədək xüsusi və 
samballı tədqiqat əsərləri yaradılıb nəşr edilməmiş və bu ciddi qüsu­
run aradan qaldırılması Sovet Azərbaycanı tarixçilərinin mühüm
8
vəzifələrindən biridir.
Oxuculara təqdim olunan bu əsər çox kiçik bir m əqsəd-XV- 
XVIII əsrlərdə Azərbaycan-Rusiya münasibətlərinin əsas inkişaf 
mərhələlərini ümumi şəkildə qeyd etmək və Azərbaycanın Rusiya 
ilə birləşdirilməsi ərəfəsində burada xarici siyasət sahəsində 
Rusiyaya meylin meydana çıxması və formalaşmasının tarixi şəraitini 
aydınlaşdırmaq məqsədini daşıyır. Bu mövzuya keçməzdən əvvəl 
XV əsrə qədər Azərbaycan-Rusiya əlaqələri tarixindən qısaca bəhs 
etməyi də lazım bilirik.

Yüklə 399,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə