17
Lakin dünyadakı hər şey və hər varlıq məqsədyönlü
şəkildə yaradılmışdır. Allah kainatdakı hər şeyi insanların
düşünmələri üçün yaratmışdır. Allah Quran ayələrində yeri,
göyü və ikisi arasındakıları kimin daha gözəl davranacağını
sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa dünya həyatı
ərzində bütün etdikləri ilə sınanır. Onu yaradan və ölümündən
sonra yenidən dirildən, haqq-hesaba çəkən Allah qarşısında
böyük məsuliyyət daşıyır. Quranı oxumaq, dinləmək, ayələr
üzərində düşünmək və anlayıb tətbiq etmək də hər bir insanın
ən öndə gələn vəzifələrindən biridir. Allah bu həqiqətə “Məgər
kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu
babalarına gəlməyən bir şey gəldi?” (Muminun surəsi, 68)
ayəsi ilə diqqət yetirir.
Düşünən insan kainatdakı bu qədər incə nizamın və
qüsursuz dizayn nümunələrinin təsadüfən meydana
gəlməyəcəyinə, var olan hər şeyin yaradıcısı
olduğuna qərar verəcək. Ətrafındakı yaradılış
möcüzələrini çox dərindən düşündükcə Allahʹın
varlığının dəlillərini, Onun yaratdığı hadisələrdə
hikmətləri görərək Allahʹa təslim olacaq və yalnız
Onun rizasını qazanmaq üçün yaşayacaqdır.
Bu həqiqətin fərqində olan şeytan insanların
qəflət içində ömür sürmələrini, Allahʹın
ayələrindən uzaqlaş-malarını, bunun üçün də
düşünməmələrini istəyir. Allah şeytanın bu
hədəfini bir ayədə belə bildirir:
“... Mən də Sənin düz yolunun üstündə
oturub insanlara mane olacağam! Sonra onların
yanına qarşılarından və arxalarından, sağlarından
və sollarından gələcəyəm...” (Əraf surəsi, 16-17)
Şeytan bu son hədəfinə çatmaq üçün insanları
qəflətdə saxlayacaq xüsusi şəraitlər hazırlayır. Bunun üçün
insanların zəif xüsusiyyətlərindən istifadə edərək planlar qurur,
ssenarilər yazır və bunları insanların nəfslərinin ən çox məmnun olacağı, ən
çox zövq alacağı vəziyyətə gətirməyə çalışır. Din əxlaqından uzaq insanlar
da belə mühitlərdə iman edən insanların əksinə Allahʹı unudaraq, axirəti
heç düşünməyərək qəflət içində olurlar.
Məsələn, əyləncə yerləri şeytanın bu incə planını asanlıqla
tətbiq etdiyi məkanlardır. Çünki din əxlaqına tabe olmayan insanlar buna
bənzər yerlərdə heç bir şey düşünmədən, boş
zehinlə vaxt keçirirlər. Bu məkanlarda
ən dəyər verilən şeylər geyilən
geyim, taxılan bəzək
17
Düşünən İnsan,
Avqust 2013
Düşünən İnsan, Avqust 2013
18
əşyaları, xərclənən pul
və ətrafdakı insanlardır. Heç
kimin bir-birini eşidə bilmədiyi yüksək
səsli musiqi, dumandan insanların bir-
birini görə bilmədiyi tüstülü hava, partlayan
fişənglər, yüksək səsli danışıqlar və qışqırtılar
bir yerə yığılınca Allah qorxusu olmayan insanların
diqqətini əsla toplaya bilməyəcəyi və düşünə bilməyəcəyi
mühit tamamlanmış olur.
Əlbəttə, insanların əylənmələri, şad olmaları, söhbətindən
xoşları gələn insanlarla bir yerdə olmaları gözəl nemətlərdir.
Lakin burada nəzərdə tutulan axirətin unudulduğu, Allahʹın adının
anılmadığı mühitlərdir. Yaradılış məqsədini tamamilə unutmuş,
Allah qorxusunu qəlbində hiss etməyən, əylənmək üçün deyil,
buradakı qafil şəraitə düşmək üçün vaxtını belə yerlərdə keçirən
insanların nə xəbərdarlıqları düşünəcək, nə də anlayacaq
halları qalar. Onsuz da belə insanların bu cür məkanları
seçmələrindəki səbəblərdən biri də hər şeyi unutmaq və
düşünməməkdir ki, bunu da tez-tez dilə gətirirlər. Belə
məkanlara, öz ifadələri ilə, fikrini dağıtmaq üçün gələn
insan on dəqiqə əvvəl ağlı başında davranarkən bir anda
hər cür lazımsız hərəkətləri normal görməyə başlayır.
Yenə öz ifadələri ilə çılğıncasına əylənmək üçün hər cür
əxlaqsızlığı məqbul qarşılayır, baş verənlərə qarşı laqeyd olur.
Belə mühitlərdə Allah qorxusu hiss etməyən insanların
zehinlərindən faydalı düşüncənin keçməsi demək olar ki,
mümkün deyil.
Beləliklə, şeytan “düşünməyin!” əmrinə insanların itaət etmələrini
təmin etmiş olur. Allah “Onlardan kimi bacarırsansa, səsinlə
yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına
və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver...” (İsra surəsi, 64)
ayəsi ilə də şeytanın bu üsuluna diqqət çəkir.
İnsanların dərin qəflət içində yaşadıqları bu həyat hal-hazırda
yalnız əyləncə məkanları ilə məhdud deyil. Səs-küylə, lazımsız hərəkətlərlə
insanların Allahʹın ayələrini düşünməkdən uzaqlaşdırıldıqları hər
mühit şeytanın yuxarıda bəhs etdiyimiz planının bir hissəsidir. Futbol
oyunlarında tribunaları, konsertlər zamanı stadionları dolduran
izdihamların meydana gətirdiyi və buna bənzər mühitlərdə şeytan eyni
üsullarla bəzi insanları düşünməkdən uzaqlaşdırır. Bir çox insan belə
yerlərə əylənmək, yarışı izləmək və ya gözəl səs dinləmək üçün deyil,
insanlara qışqırmaq, dava etmək, qısacası, hər cür çirkin hərəkəti etmək
üçün gəlir. Üstəlik, belə yerlərdə bir iki nəfər deyil, minlərlə, on minlərlə
izdiham, hamısı bir-birilərinə təsir edə bilir və hamısı qafil vəziyyətə düşə
bilir.
Belə mühitdə bir çox insan Allahʹın onu hər
tərəfdən əhatə
etdiyini, hər an ölüm mələkləri ilə
qarşılaşa biləcəyini ağlına
gətirmir.
18
Düşünən İnsan,
Avqust 2013
www.Allahianmaq.com