54
Mədə seliyinin bir xüsusiyyəti də qan
hasil edən sümük iliyinə kömək etməsidir.
Orqanizm üçün böyük əhəmiyyətə malik B 12
vitamininin sümük iliyinə çatdırılmasını təmin
edir. B12 vitamininin sümük iliyinə qədər
səyahəti və mədə seliyinin bu səyahətdəki
rolu təhlil edildikdə mikroskopik səviyyədə
baş verən möcüzə ilə qarşılaşırıq.
B12 vitamini insan orqanizminə daxil
olduqdan sonra həzm sistemi boyu hərəkət
edir. Daha sonra nazik bağırsaqdan qan
dövranına keçərək qana qarışır və sümük iliyi
hüceyrələrinə çatır.
B12 vitamini nazik bağırsaqda həzm
olunur. Ancaq nazik bağırsaqdakı hər hansı
həzm hüceyrəsi B12 vitaminini tutmur. Nazik
bağırsağın kiçik bir bölgəsində ancaq B12
vitaminini tutan xüsusi hüceyrə qrupu var.
Bu hüceyrə qrupu bütün həyatlarını möcüzəvi
şəkildə ancaq B12 vitaminini tutmağa həsr
edirlər. Bu hüceyrələr trilyonlarla molekulun
arasından B12 vitaminini ayırd edib tuturlar.
Bəs bu hüceyrələr B12 vitaminini necə
tanıyıb digər maddələrdən ayırd edirlər?
B12 vitaminini tutmaqla məsul olduqlarını
haradan bilirlər?
B12 vitamini orqanizmə daxil
olduqdan sonra həzm sisteminə, daha sonra
nazik bağırsaqdan qan dövranına keçir.
Bu hüceyrələrin B12 vitaminini
tutarkən göstərdiyi ağıl, əlbəttə, təsadüfən
meydana gələ bilməz. Aydındır ki, bu
sistemi üstün və güclü olan uca Allah xüsusi
yaratmışdır. Sistemi bir az dərindən təhlil
etdikdə daha çox möcüzəvi yaradılış dəlilləri
ilə qarşılaşırıq.
54
Düşünən İnsan,
Avqust 2013
www.tekamulsaxtakarliqlari.com
55
Nazik
bağırsaqdakı
hüceyrələr
sərbəst haldakı B12 vitaminini tanımırlar.
Bu hüceyrələrin B12 vitaminini tanıması və
tutması üçün B12 vitamini xüsusi molekul
ilə işarələnməlidir. Əlbəttə, bu ehtiyac da
nəzərə alınmış və B12 vitamininin bağırsağa
çatmadan işarələnməsini təmin edən sistem
qurulmuşdur.
B 12 vitamini hələ mədədə olarkən
mədə hüceyrələri B12 vitamini üçün xüsu-
si molekul hasil edirlər. Həmin molekul
B12
vitamininin
səyahətinin
növbəti
mərhələlərində ehtiyacı olan “şəxsiyyət
vəsiqəsidir”. Bu vəsiqə B12 vitamininə
möhkəm yapışır və B 12 nazik bağırsağa doğru
səyahətinə davam edir.
Nazik
bağırsaqda
ancaq
B12
vitaminini tapmaqla məsul olan sərhəd
gözətçiləri (xüsusiləşmiş hüceyrə qrupu) B12
hüceyrəsinin qan dövranına keçməsini təmin
edəcəklər. Ancaq bu gözətçilər sərbəst haldakı
B12 vitaminini tanımırlar. Məhz bu mərhələdə
B12 vitamininin köməyinə əlindəki “şəxsiyyət
vəsiqəsi” çatır. Sərhəd gözətçiləri “şəxsiyyət
vəsiqəsi” sayəsində trilyonlarla molekulun
arasından B 12 vitaminini tanıyırlar. Sonra
“şəxsiyyəti müəyyən edən” bu molekulun
köməyi ilə B 12 vitaminini qan dövranına
daxil edirlər. Beləliklə, B12 qan yolu ilə sümük
iliyinə gedir.
Göründüyü kimi, mədə hücey–
rələri B12 vitamininin orqanizm üçün
əhəmiyyətindən xəbərdardırlar. Bundan
əlavə, bağırsaq hüceyrələrinin B12 vitaminini
tanımaq üçün işarəyə ehtiyacı olduğunu bilir
və bu işarə molekulunu xüsusi hasil edirlər.
Gözləri, əlləri və beyni olmayan bağırsaq
hüceyrələri də bu işarəni tanıyır və B12 vita-
minini tuturlar.
Bir cəhəti də unutmaq olmaz: bütün
bu hadisələr nəticəsində mənimsənən B12
vitamininin nə mədə hüceyrəsinə, nə də
bağırsaq hüceyrəsinə faydası var. B 12 vitamini
çox uzaqda – sümük iliyində istifadə olunur.
Bu vitamin sayəsində insan orqanizmində
qan hasil edilir və insanın həyatını davam
etdirməsi təmin olunur.
Təkcə
bir
vitaminin
səyayəti
və bu səyahətdəki təfərrüatlar belə in-
san orqanizmində qurulmuş sistemin
qüsursuzluğunu göstərmək baxımından
kifayətdir.
Şübhəsiz ki, bu proseslərin şüurla
həyata keçirilməsi hüceyrələrin iradəsi ilə baş
vermir. Çünki hüceyrələr şüursuz atomların
birləşməsindən ibarət quruluş vahidləridir.
Hüceyrənin içində şüur, iradə axtarmaq
mənasızdır. Buradakı sistemi yaradan hər
şeyi yoxdan var edən aləmlərin Rəbbi uca
Allah`dır.
55
Düşünən İnsan, Avqust 2013
Düşünən İnsan,
Avqust 2013
56
Uca Allah`ın ən dəyərli
nemətlərindən biri olan gənclik insanın
Allah`ın rizasını qazanmaq və Quran
əxlaqına xidmət etmək üçün ən faydalı
dövrlərindən biridir. Quran ayələrini
və Peyğəmbərimizin (s.ə.v) hədislərini
təhlil etdikdə Quran əxlaqının
yayılmasında gənclərin böyük rolu
olduğunu görürük. Uca Allah`ın
qullarına göndərdiyi son peyğəmbər
olan hz. Muhəmməd (s.ə.v) bütün
insanları İslam əxlaqı ilə yaşamağa
dəvət etmişdir. İlk müsəlmanlar
arasında hər yaş dövründən olan
insanlar olmuşdur. Lakin bu insanlar
arasında gənclər çoxluq təşkil edir.
Məkkənin tanınmış ailələrinə mənsub
gənclər İslam əxlaqına xüsusi diqqət
göstəriblər. İslam əxlaqını yaymaqda
hz. Peyğəmbərə (s.ə.v) ən çox dəstək
olan və kömək edənlər bu imanlı
gənclərdir. Peyğəmbərimizə (s.ə.v) ilk
56
Düşünən İnsan,
Avqust 2013
www.romantizmtehlukesi.com
57
dövrlərdə inanmış müsəlmanlardan
bir neçəsi 50 yaşlarında, bəziləri 35
yaşdan yuxarı, digərləri isə 30 yaşdan
aşağı idi. Bütün möminlər üçün
hikmətli nümunə olan bu gənclərin
fəaliyyətlərinə bir çox misal çəkmək
olar. Tarixi mənbələrə əsasən:
Peyğəmbərimizin (s.ə.v)
ətrafındakı bu gənclərdən
-Hz. Əli çox kiçik yaşda
Rəsulullaha tabe olmuş, qələbələrinin
çoxunu da 20-30 yaşları arasında
qazanmışdır.
- Gənc yaşlarında Həbəşistana
hicrət edən Cəfər ibn Əbu Talibin
İslamı müdafiə etmək üçün Həbəşistan
hökmdarının, xristian din adamlarının
və saray əyan-əşrəfinin hüzurundakı
hikmətli nitqi tarixə düşmüşdür.
-Musab ibn Umeyi 25 yaşında
Birinci Əqəbə beyətindən sonra hz.
Muhəmməd (s.ə.v) Mədinəyə müəllim
göndərmişdir. Onun fəaliyyətləri
nəticəsində bir çox mədinəli müsəlman
olmuşdur.
-Hz. Muhəmmədin (s.ə.v)
qonşu
hökmdarlara
və
ərəb
qəbilələrinə göndərdiyi məktubların
çoxunu Zeyd ibn Sabit adlı gənc
səhabə yazırdı. Eyni zamanda qonşu
ölkələrdən gələn məktubları tərcümə
etmək və bunlara cavab yazmaq üçün
hz. Muhəmmədin (s.ə.v) əmri ilə ibrani
və suryani dillərini öyrənmişdi. Vəhy
katiblərindən biri idi. Hz. Muhəmməd
vəfat etdikdə Zeyd ibn Sabitin 21 yaşı
vardı.
Bundan
əlavə,
Peyğəm-
bərimizin
(s.ə.v)
ətrafındakı
bu gənclərin ilk illərdə ərəb
yarımadasından kənarda da İslam
əxlaqının
tanınmasına
mühüm
töhfələri olmuşdur.
Hz.
Muhəmməd
(s.ə.v)
gənclərə böyük əhəmiyyət vermiş,
vəhy katiblərini əsasən gənclərdən
57
Düşünən İnsan,
Avqust 2013
Düşünən İnsan, Avqust 2013
58
seçmişdir. Gənclərdən müəllimlər
təyin etmişdir. Gəncləri əksəriyyəti
yaşlı səhabələrdən ibarət ordulara
sərkərdə təyin etmişdir. Bir çox
müharibədə bayrağı şəxsən özü
gənclərə vermişdir.
Hz. Musa və Əshabi-Kəhf
Firon və bütpərəst qövmü ilə
nümunəvi mübarizə aparan hz. Musa
qövmünü din əxlaqına dəvət etmişdir.
Bu dəvəti nəticəsində iman gətirən
və hz. Musanın köməkçiləri olan
insanların da gənclər olduğu Quranda
belə bildirilir:
Firon və onun əyanları
tərəfindən
özlərinə
işgəncə
veriləcəyindən qorxaraq Musaya öz
qövmündən yalnız azsaylı gənc nəsil
iman gətirdi... (Yunus surəsi, 83)
Bir zaman Musa öz gənc
xidmətçisinə belə demişdi: “Mən iki
dənizin qovuşduğu yerə çatana qədər
yaxud uzun illər sərf edənə qədər
(səfərimə) davam edəcəyəm”.
Əshabi-Kəhf isə Quranın
“Kəhf” surəsində bildirilən iman
gətirən bir qrup gəncdir. “Kəhf” surəsi
Peyğəmbərimizin (s.ə.v) və bir çox
İslam aliminin müxtəlif cəhətləri ilə
diqqət çəkdiyi surədir. Kəhf və Rəqim
əhlindən bəhs edilən “Kəhf” surəsində
axırzamana (hədislərdə xəbər verilən,
qiyamətdən əvvəlki dövr) işarə edən
bir çox ifadə var. Bu ayələrdən bəziləri
belədir:
Yoxsa
əshabi-kəhfin
və
Rəqimin ayələrimizdən əcaib bir
şey olduğunu güman edirsən? O
zaman gənclər mağaraya sığınıb:
“Ey Rəbbimiz! Bizə Öz dərgahından
mərhəmət bəxş et və işimizdə bizə düz
yol göstər” – demişdilər. (Kəhf surəsi,
9-10)
58
Düşünən İnsan,
Avqust 2013
www.romantizmtehlukesi.com
59
Bu ayələrdə axırzamanda
gənclərin üzərinə böyük məsuliyyət
düşdüyünə, batil sistemlərlə ideoloji
mübarizə aparılmasında, din əxlaqının
təbliğ edilməsində və zülmün aradan
qaldırılmasında gənclərin mühüm
vəzifəsinin olduğuna işarə edilə bilər
(doğrusunu Allah bilir).
Peyğəmbərimiz
hz.
Muhəmməd
(s.ə.v)
hədislərində
axırzamanda möminlərin başına
rəhbər keçəcək mübarək şəxs olan hz.
Mehdini müjdələmişdir. Axırzamanda
Allah`ın zülm və fitnə-fəsadla dolu
dünyanı ədalətlə doldurmaq və
İslam əxlaqını yer üzünə hakim
etmək üçün göndərdiyi hz. Mehdinin
köməkçilərinin də gənc olduğu bir
rəvayətdə xəbər verilmişdir:
Hükeym ibn Sad belə demişdir:
İmam Əmirülmuminin Əlinin (ə.s)
belə buyurduğunu eşitdim:
“Mehdi əleyhissəlamın əshabı
gəncdir və aralarında yaşlı yoxdur;
ancaq gözdəki sürmə və ya yeməkdəki
duz qədərdirlər. Yeməkdəki ən az şey
də duzdur.”
Gənclər yer üzündə gözəl
əxlaqın yayılması, müharibələrə,
zülmə, müsəlmanların əziyyətinə
son qoyulması üçün özlərini məsul
hiss etməli və yaxşılığı əmr edib
pislikdən çəkindirmək vəzifəsini
boyunlarına götürməlidirlər. Zülm və
ədalətsizliyin əsasını təşkil edən batil
fəlsəfi sistemlərlə ideoloji mübarizə
aparmalı,
özlərindən
əvvəlki
əməlisaleh
möminlərin
həyatını
nümunə götürməlidirlər. Beləliklə,
mömin gənclər bu cəhdləri ilə dünyanı
aydın gələcəyə aparacaqlar.
59
Düşünən İnsan,
Avqust 2013
Düşünən İnsan, Avqust 2013
60
60
60
Düşünən İnsan,
Avqust 2013
www.yaradilisdelilleri.com
61
61
61
Düşünən İnsan,
Avqust 2013
Trilobit
Dövr: Paleozoy erası, Devon dövrü
Yaşı: 380 milyon il
Bölgə: Ohayo, ABŞ
Trilobitlər Kembri dövründə ortaya çıxan ən əsas canlılardandır. Dünyanın müxtəlif
bölgələrində yaşayıblar. Ən çox Kembri dövrünə aid təbəqələrdə iz qoyublar. Trilobitlərin
heyranedici xüsusiyyətlərindən biri fasetli gözləridir. Bu gözlər çoxlu gözcüklərdən ibarətdir.
Bunlar eynilə milçəyin altı bucaqlı fasetli gözləri kimi hər biri ayrılıqda funksionaldırlar.
Hər biri fərqli görüntünü qavrayır və bu görüntülər bir bütöv görüntü şəklində birləşir.
Aparılan tədqiqatlar trilobit gözündə 3000-dən çox gözcük olduğunu göstərib. 3000-dən çox
gözcük 3000-dən çox fərqli görüntü deməkdir. Bu isə 530 milyon il əvvəl yaşamış bir canlının
göz və beyin quruluşunun kompleksliyini və qətiyyən təkamüllə meydana gəlməyəcək qədər
qüsursuz olduğunu göstərir.
Düşünən İnsan, Avqust 2013
62
İkitaylı molyusk (bivalve)
Dövr: Yura dövrü
Yaşı: 206-144 milyon il
Bölgə:
Mahacanqa
hövzəsi,
Madaqaskar
Madaqaskar adasında tapılmış
144 milyon illik ikitaylı molyusk
fosilinə baxdıqda bu canlının bu gün
yaşayan nümunəsi ilə eyni olduğunu
görürük.
İkitaylı molyuskun səthindəki
ən incə cizgilər belə fosildə müşahidə
olunur. Gördüyümüz kimi, aradan
144 milyon il keçməsinə baxmayaraq
canlı heç bir dəyişiklik keçirməmiş,
təkamül keçirərək başqa bir canlıya
çevrilməmişdir.
62
62
Düşünən İnsan,
Avqust 2013
Dövr: Paleozoy erası, Daş kömür dövrü
Yaşı: 300 milyon il
Bölgə: Meyzon Krik, Bredvud, İlinoys ştatı, ABŞ
Şəkildəki qırxayaq fosilinin 300 milyon il yaşı var. 300 milyon il
əvvəl yaşamış qırxayaqların bugünkü qırxayaqlardan heç bir fərqi
yoxdur. Bütün canlılar kimi qırxayaqlar da təkamül keçirməyib,
yaradılıblar.
Qırxayaq
62
Düşünən İnsan,
Avqust 2013
www.yaradilisdelilleri.com
63
63
63
Düşünən İnsan,
Avqust 2013
63
Düşünən İnsan,
Avqust 2013
Düşünən İnsan, Avqust 2013
64
Bütün ömrümüz boyu xaricdə
əsli var olan maddənin zehnimizdəki
görüntülərini izləyirik. Xarici aləmdə əsli var
olan maddə dediyimiz hər şey bizim üçün
sadəcə bir hissdir. Hisslərimiz rəng, işıq,
dad, qoxu kimi anlayışları meydana gətirir,
lakin maddə haqqında məlumat çatdıra
bilmirlər. Buna görə də biz xaricimizdəki
dünyanın həqiqətdə necə olduğunu heç
vaxt bilə bilmərik. Elmin gəldiyi nəticə də
budur. Hər şeyin yalnız maddi varlıqlardan
meydana gəldiyini iddia edənlərin isə bunu
sübut etmək üçün verəcəkləri cavab yoxdur.
Bütün ömrümüz boyu sadəcə zehnimizdəki
görüntüləri izləyirik və bütün dünyamız
bu görüntülərdən ibarətdir. Buna görə
də maddə adı verilən və duyğularımızın
xaricində olan hər hansı məfhumu təsvir
və ya şərh etmək mümkün deyil. Çünki
bu anadangəlmə kor olan insanın rənglər
haqqında fikir söyləməsinə bənzəyir.
Rəngləri heç vaxt görməmişdir, buna görə
də təsvir də edə bilməz. Belə bir təsvirə cəhd
edən insan yalnız fərziyyələr irəli sürər.
Yolda gəzən bir insan həqiqətdə
beyninin içindəki yolda gəzir, beyninin
içindəki maşınlar yanından ötüb keçir.
Əgər göz qapaqlarımıza yavaşca toxunsaq,
bu həqiqət bizə daha yaxşı aydın olar. Belə
ki, gördüklərimiz gözümüzdə titrəməyə
başlayar. Televizorun antenasını tərpədəndə
görüntünün əsdiyi kimi, burda da eyni
hadisə baş verir. Beynimizin içindəki
televizorun qarşısında oturub ona baxırıq,
bizə nə göstərilirsə, onu izləyirik. Yeyib-
içmək, yolda yerimək, məktəbə getmək,
işdən qayıtdıqdan sonra dostlarla görüşmək,
yəni bütün həyatımızı sanki video kasetdəki
film kimi izləyirik. Təsvir, səs, qoxu, dad,
toxunma duyğusu beyində hiss edilən
duyğulardır. Yəni xarici dünyamızı daxili
dünyamızda yaşayırıq. Bütün həyatımızı
beynimizin içindəki kiçik evimizdə keçiririk.
Oradakı televizordan ətrafa baxırıq. Bütün
bunları beynimizdəki 1 sm3-lik hüceyrədə
yaşayırıq. O hüceyrədən kənara çıxmadan
həyat sürürük.
64
www.maddevexeyal.com
Dostları ilə paylaş: |