DüŞMƏn nüfuzu


İnsan haqları adı altında düşmən nüfuzu



Yüklə 0,61 Mb.
səhifə12/30
tarix14.06.2018
ölçüsü0,61 Mb.
#48950
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

İnsan haqları adı altında düşmən nüfuzu


Dünya xalqları yekdil olaraq bu fikirdədir ki, bir millət öz mədəniyyətinə təcavüzə yol versə, məhv olub gedər. O millət qalibdir ki, onun mədəniyyəti qalibdir. Elə bir mədəniyyət ki, onun qələbəsi ilə iqtisadiyyat, siyasət, təhlükəsizlik və hərb sahəsində də qələbə əldə olunur.

Dünyanın super gücləri çalışırlar ki, onların dili dünyaya yayılsın. Çünki dil mədəniyyəti ötürmək üçün əsas yollardandır. Din və etiqad, milli adət-ənənələr dil yolu ilə ötürülür. Bu gün dünyanın böyük gücləri zorla da olsa öz mədəniyyətini başqa xalqlara qəbul etdirmək istəyir. Amerikalılar dünyanın müxtəlif ölkələrinə qoşun yeridib öz adət-ənənələrini zorla qəbul etdirirlər. Biganə mədəniyyətlər buralara da gəlib çatır. Bura insan haqları adı altında yol axtarırlar. Amerikalılardan soruşan yoxdur ki, dünyanın harasında qaradərililərlə sizin kimi vəhşi rəftar edirlər? Dünyanın harasında yüzlərlə qadın və uşağı, kişini bir binaya yığıb od vurublar?! Əgər dünyanın bir yerində belə hadisələr baş veribsə, onda insan haqlarının pozulmasından danışın. Bu hadisələr Amerikada baş verib. Amerikadan başqa haradasa belə vəhşiliklər görməmişik. Sionistlər də dünyanın ən qəddar cəmiyyətidir. Amerikanın himayəsi altında hərəkət edirlər.1

3. Siyasət barəsində düşmən nüfuzu və təxribat

Siyasətə nüfuz etmək odur ki, ölkənin taleyi ilə bağlı qərarlar çıxarılan siyasi mərkəzlərə nüfuz edilsin. Bir ölkənin siyasi qurumları düşmən təsiri altında olarsa, o zaman bu ölkədəki bütün qərarlar həmin xarici dövlətin mənafelərinə uyğun olacaq. Bütün sahələrdə nüfuz etmiş dövlətin iradəsi yeriyəcək. Onların istədiyi budur. İstəmirlər ki, özlərindən bir nəfəri gətirib hakim etsinlər. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Hindistanda öz adamlarını hakimiyyətdə yerləşdiriblər. İngiltərəli bir şəxs Hindistana başçılıq edib. Bu gün artıq zaman dəyişib bu mümkün deyil. İstəkləri budur ki, bir millətin özündən onlar kimi düşünən birini hakimiyyətə gətirsinlər. Onların istədiyi kimi qərar çıxarsın, onların istədiyi kimi addım atsın. Taleyüklü qərarlar çıxarılan mərkəzlərə nüfuz etmək istəyirlər.

Əgər biz ayıq olsaq, onların ümidi puça çıxar. Onlar İran xalqının, İslam Respublikası quruluşunun bir gün yatacağını gözləmirlər. Vəd edirlər ki, 10 ildən sonra İran başqa bir İran olacaq. İmkan verməməliyik ki, düşmənin qəlbində belə bir şeytani ümid möhkəmlənsin. İnqilabın sütunlarını, inqilabi düşüncəni elə möhkəmləndirməliyik ki, aparıcı fiqurların səhnədən çıxması ilə inqilabi hərəkat sönükməsin. İnqilab Keşikçiləri və digər inqilabi qüvvələrin əsas vəzifəsi budur.1

4. Təhlükəsizlik sahəsində düşmən nüfuzu və təxribat

Təhlükəsizlik sahəsində düşmən nüfuzu ciddi məsələdir. Amma ideoloji, siyasi sahə ilə müqayisədə bu kiçik məsələdir.2

Xalqa müraciətlə deyirəm ki, siz böyük və şücaətli xalq inqilabın ölkədən vurub çıxardığı düşməni 10 illərdir qapı arxasında saxlamısınız, onun nüfuzuna yol verməmisiniz. Dəfələrlə xalqa, məsullara müraciətlə təkrarlamışam ki, düşmən nüfuz etmək istəyir. Harada nüfuz üçün yol görsə dayanmayacaq. Diqqətinizi gücləndirin. Düşmən milli təhlükəsizliyinizi hədəfə alıb. Bir xalq üçün milli təhlükəsizlik hər şeydən əhəmiyyətlidir. Ölkədə sabitlik yoxsa dövlət bir iş görə bilməz. Bütün quruculuq işlərinin həyata keçməsi üçün ölkədə sabitliyə ehtiyac var. Hərc-mərclik, qeyri-sabitlik olanda dövlət iş görə bilmir. İqtisadiyyat da, mədəniyyət də, sosial məsələlər də sabitliklə şərtlənib. Buna görə də düşmən təhlükəsizliyi hədəfə alıb. Xalqımız bunu anlayır. Şükür ki, xalqımız oyaqdır.3

Yol vermək olmaz ki, düşmən nəzarət adı altında təhlükəsizlik və müdafiə sahələrinə nüfuz etsin. Dövlət məsullarının belə bir icazəsi yoxdur. Təftiş, nəzarət adı altında biganələri təhlükəsizlik və müdafiə sahəsinə buraxmaq olmaz. Ölkənin müdafiə qabiliyyəti gücləndirilməlidir. Müdafiə sənayesi xalqın vuran əlidir və o inkişaf etməlidir. Dünyaboyu müqavimətçi qardaşlarımızın dəstəklənməsi də müzakirə mövzusu ola bilməz. Biz onları himayə etmişik və edəcəyik.1

Təhlükəsizlik sahəsində düşmən nüfuzunun öz amilləri var. Məsullar, inqilab keşikçiləri diqqətli olsun. Təhlükəsizliyə düşmən nüfuzunun qarşısını tam şəkildə əngəlləmək lazımdır.2


İkinci fəsil: Düşmən nüfuzunun hədəfləri və vasitələri

Məmləkətə hakim olmaq düşmən nüfuzunun hədəflərindəndir


Düşmən müxtəlif qiyafələrdə, müxtəlif çöhrələrdə, bəzən qaşqabaqlı, bəzən təbəssümlə, bəzən vədə verməklə, bəzən hədə-qorxu gəlməklə irəli gəlir. Hamı bilməlidir ki, bütün bunlarda düşmənin məqsədi məmləkətə nəzarəti ələ almaqdır. Düşmən müstəmləkə dövrünə qayıtmaq istəyir. Onun istəyi qeyd-şərtsiz ölkəmizə hakim olmaqdır. İslam belə bir qayıdışa tam müxalif olduğundan, bu plana qarşı müqavimət göstərdiyindən onlar da İslama müxalifdirlər. İslam düşmənlə ona görə müxalifdir ki, İslam maarifi, İslam hökmləri onun istəkləri qarşısında möhkəm səddir. Xalqımıza müxalifdirlər. Çünki xalq onların qarşısında dağ kimi dayanıb. Düşmənə müqavimət göstərən bütün qüvvələrə qarşıdırlar. Möminlərlə düşmənçilikləri daha güclüdür. İnqilabi təşkilatlarla qatı düşməndirlər. Hizbullah fərdlərlə sərt müxalifdirlər. Çünki onların möhkəm sədd olduğunu görürlər. Hizbullah düşmən nüfuzu qarşısında dayanıb. Düşmən çalışır ki, İslam Respublikasının inkişafını əngəlləsin, onun tərəqqisinin qarşısını alsın. Qədim Amerika siyasətçilərindən biri deyirdi ki, təkfirçi, terrorçu qruplaşmaların bizim üçün əhəmiyyəti yoxdur, qoy olsunlar. Deyirdi bizim üçün əhəmiyyətli olan İran İslam Respublikasıdır. Çünki İslam Respublikası böyük mədəniyyət yaratmaq fikrindədir. Əlbəttə o mədəniyyət yox, imperiya sözünü işlədir. Deyirdi bu əsasla İranı əsas düşmən saymalıyıq.1

Düşmən nüfuz etməklə modern istismar yaradır


Şəhid ailələri bizim üçün bir yaddaş və iftixardır. Bu da var ki, şəhid ailələri düşmənin xalqımıza qarşı cinayətlərini heç zaman unutmur. Düşmənin cinayətlərini yaddan çıxarmaq olmaz. Əmirəlmöminin (ə) buyurur ki, əgər səngərdə yatsanız, bu o demək deyil ki, qarşınızdakı səngərdə də əsgər yatıb.2 Kim düşməndən arxayın yatsa, düşmən ona qarşı yatmayacaq. Düşmən oyaqdır. O sizin yatmağınızı gözləyir. Müharibə həmişə silah-sursatla, hərbi olmur. Bəzən siyasi müharibə də gedir. Bəzən mədəniyyət sahəsində savaş açırlar. Düşmən çalışır ki, hər vasitə ilə təxribat yaratsın. Gözlərimiz açıq olmalıdır. Təxribat nöqtəsini görməliyik. İmkan verməməliyik ki, fitnəkarlıq genişlənsin. Mədəniyyət və siyasət sahələrində fitnəkarlıqların qarşısını almalıyıq.

Bu gün imperializmin siyasəti modern siyasətdir. Bu neçə əsrlər davam etmiş qədim siyasətdən fərqlənir. Modern siyasət nədir? Müasir istismar siyasəti budur ki, bu siyasət sayəsində düşmənin nəzərdə tutduğu adamlar özləri də bilmədən ona kömək etsinlər. Düşmən sizin imanınızı öz istəkləri qarşısında maneə görür. Bu maneəni aradan qaldırmaq istəyir. Öz aramızdan adamlar tapılır ki, bu divardan dəliklər açsınlar. Onlar bizdən olsa da düşmənə işləyir. Düşmən onlara sərmayə yatırır. Amerika hətta Konqresdə büdcə ayırıb ki, ölkəmizin daxilindəki qüvvələri maliyyələşdirsin. Bu açıq modern istismar növüdür. Bu ona bənzəyir ki, müsabiqədə rəqibi bir yolla yerə oturdurlar. Məsələn, onu narkotikaya aludə edirlər. O narkotikaya aludə olandan sonra artıq hərəkət etməyə gücü qalmır. O artıq özü də bilmədən düşmənə işləyir. Hərəkət edə bilmirsə demək rəqibi qalib olacaq. Modern istismar belədir. Gənclər ayıq olmalıdır. Qızlarımız ayıq olmalıdır. Müəllim və müəllimələr, ata-analar çox diqqətli olmalıdır. İctimai fikri formalaşdıran insanlar diqqətli olmalıdır. Natiqlər, yazıçılar, sənəd adamları ayıq olmalıdır.1



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə