Dünya xalqlarının nağılları Dağıstan xalqlarının nağılları Bakı «təknur» -2013



Yüklə 382,26 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix02.01.2018
ölçüsü382,26 Kb.
#19441
1   ...   8   9   10   11   12   13   14   15   16

41

üstündə durdu və səfərə çıxdı. O, çox getdi, az getdi, dərə - 

təpə düz getdi və nəhayət bir şəhərə çatdı. Gənc kasıb bir 

qarının evinə daxil olub soruşdu.

-Qonaq qəbul etməzsiniz? 

-Qonaq  allahın  göndərdiyidir,  oğul  gir  içəri  –  deyə  ev 

yiyəsi cavab verdi. 

Bir az istirahət edəndən sonra kəndlinin oğlu soruşdu: 

-Şəhərdə hansı yeniliklər var? 

-Vallah oğul - deyə qarı cavab verdi, - bizim şəhərdə hər 

geçə küçəyə çıxanlar məhv olurlar. Onları kim öldürür? – mə-

lum deyil. Onda gənc qarıya dedi: 

-Get çarın yanına və ona de ki, bir oğlan var, o bizi və 

şəhəri əjdahalardan xilas edə bilər. Qarı çarın yanına yollan-

dı və ona dedi: 

-Möhtərəm çar, səni salamat olasan! Mənim evimdə bir 

əcnəbi yaşayır. O, söz verdi ki, bizi əşdahalardan xilas edəcək. 

-Qarı tez ol, onu bura gətir! – deyə çar əmr etdi. 

Qarı  evə  gəldi  və  qonağı  çarın  yanına  gətirdi.  Çar  ona 

dedi: 


-Sən əgər bizi bu əşdahadan xilas etsən, mən sənə, çoxlu 

mükafat verəcəyəm. 

Gənc eşitmişdi ki, əşdaha qəbirstanlıq tərəfdə qorunur. 

Ona  görə  də  o  qəbirstanlıq  tərəfə  gəldi  və  orada  gizləndi. 

Gecə yarısı o, güclü səs eşitdi, sonra burada uzun qorxulu  vi-

cud göründü. O, belindən bir qamçı çıxartdı bir qəbrə vurdu, 

qəbir açıldı, ordan ölü çıxdı, sonra qamçı ilə bir də vurdu, 

ölü yerinə qayıtdı. Onda gənc onun üstünə atıldı və əlindən 

qamçını aldı. Bu vaxt qorxulu vicud yox oldu. 

Səhər gənc çarın yanına gəldi və ona hər şeyi danışdı. 

Çar çox sevindi: 

-De, görək, səni nə ilə mükafatlandırım? Nə istəyirsən 

istə, nə arzun varsa, de!  

-Sağ və salamat ol, çar! – deyə gənc cavab verdi. –Mənə 

heç nə lazım deyil! Təkcə mənə  kömək elə, bu başmağın o 



42

biri tayını tapa bilim. 

-Sənə nə qədər istəyirsən var - dövlət verə bilərəm, an-

caq bu başmağın o biri tayını tapmağa sənə kömək edə bil-

məyəcəyəm. 

Onda gənc hər şeydən imtina etdi, çarla xudafizləşib yo-

luna davam etdi. O, çox getdi, az getdi, nəhayət başqa şəhərə 

gəlib çatdı. Bu şəhəri başqa çar idarə edirdi. Gənc bu dəfə 

də kasıb qarının evində məskən saldı. O, gördü ki, ev yiyəsi 

tamam çılpaqdır, ondan soruşdu. 

-Niyə sənin ətində paltar yoxdu, lütsən? 

Qarı cavab verdi: 

-Vallah,  oğul,  bizim  şəhərdə  heç  kəsin  əynində  paltar 

yoxdur. Bizim şəhərə üzüb gələn mallarla dolu gəmilər ge-

cələr burada batır. Heç kəsə məlum deyil ki, onları kim ba-

tırır. 


Gənc qarıya dedi: 

-Mən şəhəri bu bəladan qurtararam. Get çara de! 

Qarı hər şeyi çara danışdı. 

Çar əmr etdi ki, mərd əcnəbini dərhal onun yanına gətir-

sinlər. Çar ondan soruşdu. 

-Şəhərimizi  əşdahalardan  qurtarmaq  üçün  sənə  nə  la-

zımdır? 

-Mənə bir neçə gəmi lazımdır, -deyə gənc cavab verdi. 

Ancaq qoy onlar dənizə bir-bir çıxsınlar. Beləliklə mən bilə-

cəyəm onları kim batırır. 

Gəmilər bir- bir dənizə çıxmağa başladılar. Birdən kim-

sə birinci gəmini saxladı və onu aşağı çəkməyə başladı. Gənc 

qorxdu ki, kiminsə əli gəmini dənizin dibinə çəkir. Gənc onun 

üstünə atıldı, əl yoxa çıxdı, ancaq kəndlinin oğlu onun bar-

mağından  üzüyü  çıxara  bildi.  Onda  hünərvər  gənc  qərara 

aldı ki, görsün ki, sualtı çarlıqda nələr baş verir. Qəribə bu-

rasındadır ki, o, dənizdə olsa da tam quru idi, islanmamışdı. 

O, çox getdi, az getdi, gəmi dənizin gedişinə çatdı. Gənc bura-

da çox hündür qala gördü. Qala o qədər hündür idi ki, onun 



43

təpəsinə baxanda adamın başındakı qapaq yerə düşə bilərdi. 

Gənc qalaya daxil oldu. O, burada gördü ki, böyük süfrə açılıb 

üstündə isə ləzzətli yeməkər düzülüb. Ancaq burada heç bir 

canlı vicud görünmür. Gənc yedi, içdi, istirahət etdi və birdən 

gördü ki, açıq sandığın üstündə qızıl başmağın bir tayı var. 

Gənc sandığın üstünə başmağın o biri tayını qoydu, özü isə 

gizləndi. Bir az keçəndən sonra bura üç göyərçin uçub gəldi. 

Onlar tük və lələklərini atıb, gözəl qızlara çevrildilər. 

Birdən onların kiçiyi qızıl başmağın tayını görüb, dilləndi. 

-Bu  başmağın  tayını  mən  uzaq  ölkədə  qoymuşam.  O 

bura necə gəlib çıxıb. Yəqin burada kimsə gizlənib. Əgər gəl-

misənsə, çıx səni görək. Gənç gizləndiyi yerdən çıxdı. 

-Biz  dəniz  hökmdarının  qızlarıyıq,  -deyə  qızlar  dillən-

dilər. 

-Bəs sən kimsən? 



Gənc qızlara öz sərgüzəştlərindən danışdı, onlara qam-

çını və üzüyü göstərdi. 

-Bu, mənim üzüyümdür, - deyə böyük qız bildirdi. 

-Bu qamçı isə mənimdir, -deyə ortancıl dilləndi. 

Kiçik qız və gənc dərhal bir-birlərini sevdilər və evlən-

mələrinə qərar verdilər. 

Çar  və  çariça  razılıqlarını  bildirdilər  və  tezliklə  böyük 

toy çaldırdılar: burada yeddi cüt zurnada və nağarada çalan 

iştirak edirdi. Sonra gənc öz arvadını və onun bacılarını öz 

qardaşları üçün götürüb, dəniz çarından çoxlu qiymətli hə-

diyyələr alıb, evə yollandı.Yolla gedərkən o, kömək göstərdi-

yi çarlara baş çəkdi. Onlar da ona çoxlu hədiyyələr verdilər. 

O, evə gəldi. Dəniz çarının qızlarını  qardaşlarına ərə verdi. 

Burada da böyük toy çaldırdı, toyda bütün şəhər şənlik etdi.




44

İlan və tülKü

(Lak xalq nağılı)

İlan və tülkü 

dost  olsalar  da 

həmişə bir-birlə-

rini  məhv  etmək 

haqqında  düşü-

nürdülər.

Günlərin  bi-

rində  ilan  tülkü-

yə dedi:


-  Xalq  Mək-

kəyə  gedir  ki,  müqqəddəsləri  ziyarət  etsin  və  onlara  dua 

oxusun. Gəl biz də ora gedək.

Tülkü  razılaşdı  və  onlar  Məkkəyə  yola  düşdülər.  Gecə 

getdilər, gündüz getdilər, nəhayət dəniz sahilinə gəlib çatdı-

lar.


- İndi biz nə edək? – deyə ilan  soruşdu. – Axı mən üzmə-

yi bacarmıram. Biz o biri sahilə necə çıxa bilərik?

- Gəl sən mənim belimə min, - deyə tülkü cavab verdi. O 

fikirləşdi ki,  suda ilanı üstündən atar və beləliklə onu məhv 

edər. Lakin dənizin ortasında ilan tülkünün boynunu sıxma-

ğa və onu boğmağa başladı. Tülkü bunu görüb, dedi:

-  Mənim  canım  bədənimdən  çıxmaqdadır,  mən  sənin 

gözlərinə  baxmadan  ölməkdən  qorxuram.  Imkan  ver,  son 

dəfə sənə baxım.

- Yaxşı, - deyə ilan razılğını bildirdi və başını irəli uzatdı. 

Tülküyə elə bu lazım idi. O  ilanın başından yapışdı və onu 

gəmirdi. Işini gördükdən sonra, tülkü dedi:

- Mən rəfiqədə düzlüyü xoşlayıram, əyriliyi yox!



Yüklə 382,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə