O biri tayını tap
Və anan səni bağrına basacaq.
Münzəvi qadın bir anda hər iki ayaqqabını tutuşdurdu, üzərindəki
yazını oxuyan kimi üzünü barmaqlığa dayayaraq qeyri-adi sevincələ
qışqırdı:
-
Qızım mənim! Qızım!
-
Ana! - Qaraçı qız cavab verdi. Bu səhnəni təsvir etməkdə
qələm acizdir.
Onları qalın divarla dəmir barmaqlıqlar bir-birindən ayırırdı.
-
Ah, lənətə gəlsin bu divarı! Qızımı görürəm, ancaq qucaqlaya
bilmirəm! Heç olmasa, əlini mənə ver! Əllərini!
Gənc qız barmaqlığın arasından əlini anasına uzatdı; münzəvi
qadın onun əlinə sanlaraq bərk-bərk dodaqlanna sıxdı. Bədəni uçunur,
tir-tir titrəyirdi. Onun sağ olduğunu yalnız hıçqırmağından bilmək
olardı. Göz yaşları gecə yağan leysan yağışı kimi axırdı. Zavallı ana
on beş ildən bəri qaranlıq və dibsiz qəlbinə damla-damla yığılan göz
yaşlarını istəkli balasının əlləri üzərinə axıdırdı.
Birdən dikəldi, uzun və ağarmış saçlarını geriyə atdı və heç bir
söz söyləmədən dişi pələng kimi pəncərəsindəki dəmir barmaqlığı
əllləriylə silkələməyə başladı. Ancaq barmaqlıq möhkəm idi. Bunu
görən qadın daxmasının küncündə yastıq əvəzinə istifadə etdiyi iri
daşı götürüb müdhiş qüwəylə barmaqlığa çırpdı. Dəmirin bir parçası
sındı, ətrafa qığılcımlar saçıldı. Daşı ikinci dəfə vuranda bir dəmir də
qırıldı. Sonra ikiəlli yapışaraq bəzi dəmirləri əydi, bəzilərini də
yerindən çıxardı. Bəzən elə anlar olur ki, zəif bir qadının əli qeyri- adi
qüvvəyə malik olur.
Bunlan etmək heç bir dəqiqə də çəkmədi. Sonra qızının belindən
yapışaraq hücrəsinə çəkdi.
-
Bura gəl! Mən səni xilas edəcəyəm! - dedi.
Qızını içəri saldıqdan sonra ehtiyatla yerə qoydu, sonra körpə
uşaq kimi yenə qucağına aldı və sevincindən dəli kimi qışqıra-qışqıra,
gülə-gülə, öpə-öpə, göz yaşları tökə-tökə kiçik daxmanın içində oyan-
buyana vurnuxmağa başladı.
-
Qızım, mənim qızım! - o deyirdi, - mən öz qızımı tapdım!
Budur mənim qızım! Mərhəmətli Tanrı qızımı özümə qaytardı! Ey!
Hamınız buraya gəlin, mənim qızımı görmək istəyirsiniz? Ya həzrəit-
İsa,
781
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
mənim qızım necə də gözəldir! Yarəb, balamı gözəl bir qız edib qay-
tarmaq üçün məni tam on beş il gözlətdin. Demək, qaraçılar qızımı
yeməyibmiş! Bəs bunu söyləyən kim idi?.. Qızım, məni öp! Bu qara-
çılar nə qədər mərhəmətlidir! Mən onları nə qədər sevirəm! Bu sənsən,
qızım! Demək, sən buradan keçərkən ürəyim hər dəfə boş yerə
döyünmürmüş. Mən də bunu nifrət zənn edirdim, Aqnesacığım, məni
əfv et, əfv et məni! Sən məni çox kinli zənn edirdin, eləmi? Halbuki
mən səni sevirəm! Bəs sənin qoynundakı xal hanı, hanı sənin xalın!
Onu mənə göstərsənə! Hə, budur, budur! Ah, sən nə qədər gözəlsən!
Bu iri gözləri mən sənə bəxş etmişəm, gözəlim!.. Məni öp! Mən səni
sevirəm! Artıq başqa anaların uşaqları var, yoxdur, bunun mənim üçün
heç bir fərqi yoxdur. Nə işim var onlarla, qoy onlar gəlib görsünlər ki,
mənim qızım budur! Bu, onun boynu, bu, onun gözləri, bu, onun
saçları, bu, onun əlləridir! Yer üzündə ondan gözəl məxluq varmı!?
Mən əminəm ki, onu sevənlər, ona pərəstiş edənlər çox olacaq! Mən
on beş il göz yaşı tökmüşəm. Bütün gözəlliyim solub gedib və nəhayət,
yenidən onda çiçək açıb. Öp məni, qızım!
O, qızına saysız-hesabsız çılğın sözlər pıçıldadı, bu sözlərdə onun
qəlbinin bütün kədəri, sevinci, həyəcanları ifadə olunurdu. O, gənc
qızın üst-başını elə kökə salmışdı ki, qız bundan utanırdı. Onun ipək
saçlarını əliylə oxşayır, alnını, gözlərini, əllərini, ayaqlarını öpürdü və
bütün bunlar qadının qəlbini qürurla doldururdu. Gənc qız ona mane
olmur və yalnız hərdənbir sakitcə, hədsiz mehribanlıqla təkrar edirdi:
-
Anacan!
-
Görürsən, qızım, - münzəvi qadın sözlərini öpüşlərlə kəsərək
deyirdi, - görürsən, mən səni lap çox sevəcəyəm. Biz buradan uzaqlara
gedəcəyik. Biz çox xoşbəxt olacağıq. Vətənimizdə, Reyms şəhərində
bizim mirasımız qalmışdır. Reymsi xatırlayırsan, eləmi? Ah, sən bunu
necə xatırlaya bilərsən! O zaman sən lap balaca idin! Dörd aylıq ikən
nə qədər qəşəng olduğunu bilsəydin, sənin o qədər incə ayaqların vardı
ki, hətta Epernədən onlara baxmağa gələrdilər. Halbuki, Epernə yeddi
mil uzaqlıqdadır. Bizim öz evimiz olacaq, öz tarlamız olacaq. Mən
səni öz yatağımda yatırdacağam. İlahi! Pərvərdigara! Kim buna inana
bilər? Mən öz qızımı tapdım!
-
Anacan! - Nəhayət, gənc qız həyəcanına üstün gələrək dedi, -
demək, qaraçı mənə doğru fal açıbmış. Bizim dəstəmizdə mərhə
782
downloaded from KitabYurdu.org
mətli bir qaraçı vardı, mənə dayə kimi baxırdı, keçən il öldü; bu
kisəciyi də mənim boynuma o asmışdı. Həmişə mənə deyərdi: “Bax
bu kisəciyi yaxşı qoru, o, sənin sərvətindir, cavahirindir, bu, sənə
ananı axtarıb tapmağa kömək edəcək. Sən ananı köksündə gəzdi-
rirsən”. Görürsən, o, doğru fal açıbmış!
Münzəvi qadın qızını yenə qucaqladı və dedi:
-
Yaxın gəl, səni öpüm! Sən bu sözləri elə gözəl danışırsan ki!
Vətənimizə qayıdanda sənin ayaqqabılarını balaca İsa heykəlinin
ayaqlanna geyindirmək üçün kilsəyə bağışlayarıq. Biz həzrəti-Mər-
yəmin göstərdiyi bu möcüzənin əvəzini çıxmaq üçün əlimizdən gələni
etməliyik! Sənin nə qədər məlahətli səsin var! Sən danışarkən mən,
sanki, gözəl musiqiyə qulaq asıram. Ah, aman yarəb! Mən öz qızımı
tapdım! İnana bilmirəm! Necə oldu ki, mən sevincimdən ölmədim!
O, yenə əl çalmağa və gülməyə başladı.
-
Biz çox xoşbəxt olacağıq!
Bu zaman gənc qız çox güman ki, kilsə tərəfdən yaxınlaşan və
getdikcə sahil boyunda eşidilməyə başlayan at ayaqları tappıltısı və
silah səsi eşitdi. O, həyəcanlanaraq anasının qucağına cumdu.
-
Anacan! Məni xilas et! Onlar gəlirlər!
Münzəvi qadın sapsarı saraldı.
-
Aman Allah!.. Sən nə danışırsan! - dedi. - Lap yadımdan çıx-
mışdı: səni təqib edirlər! Sən nə etmisən ki?
-
Özüm də bilmirəm, - zavallı qız cavab verdi, - məni ölümə
məhkum ediblər!
-
Ölümə? - Qudula bağırdı və sarsıldı. - Ölümə! - o təkrar etdi
və diqqətlə qızının üzünə baxmağa başladı.
-
Hə, anacan, onlar məni öldürmək istəyirlər. Odur, dalımca
gəlirlər. Bu dar ağacı mənim üçün hazırlanmışdır! Məni xilas et!
Məni xilas et! Onlar yaxınlaşırlar. Məni xilas et!
Münzəvi qadın bir müddət daş kimi hərəkətsiz qaldı; sonra,
sanki, şübhə edirmiş kimi başını yırğaladı və birdən əvvəlki vəhşi
qəhqəhəsilə gülərək bağırdı:
-
Yox, yox! Sən nə danışırsan! Belə ola bilməz! Heç mümkün-
dürmü ki, mən səni bircə dəqiqəliyinə tapmaq üçün on beş il göz-
ləyim, ola bilərmi ki, mənim qızım artıq böyüdükdən, gözəl bir qız
olduqdan sonra mənimlə danışarkən, məni sevərkən onu məndən
ayırsınlar! Mümkündürmü ki, onlar mənim qızımı gözlərimin önündə,
783
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |