155
baxmayaraq, bu gün də gərginliklər, böhranlar, münaqişələr,
müharibələr olduqca çoxluq təşkil eməkdədir. Mən
hesab edirəm
ki, bu kimi halların səbəbkarlarından biri də məhz NATO
İttifaqıdır. NATO-nun mövcudluğu və onun postsosialist məkanı
hesabına genişlənməsi dünyada təhdidləri, gərginlikləri,
inamsızlıqları, şübhələri daha da artırmaqdadır. NATO
beynəlxalq əlaqələrin mənfi balanslaşdırılmasını təmin edən əsas
qurumdur.
Cənab Baş Katib, məlumdur ki, NATO 1949-cu ildə
Sosialist bloku ilə Qərb arasında yaşanan “soyuq müharibə”nin
nəticəsi olaraq meydana gələn bir qurum olub. Avropanın
sosialist blokunun, əsasən də SSRİ-nin hərbi təcavüzündən
Avropa ölkələrini və Şimali Amerikanın Avropadakı maraqlarını
qorumaq məqsədi ilə formalaşdırılıb. Qurumun mövcudluğu
SSRİ-ni də 1955-ci ildə analoji hərbi ittifaq yaratmağa sövq
edib. Sənədlərə, bəyanatlara, mövqelərə əsasən, Alyans həm
hərbi və ya da istənilən təcavüzdən kollektiv şəkildə qorunmanı
məqsəd kimi qarşıya qoyub, həm də üzv olan ölkələrin
ərazisində demokratik dəyərləri: söz azadlığını, insan
hüquqlarını və qanunun aliçilik prinsiplərini qorumağı əsas
vəzifə və məqsəd kimi müəyyən edib.
O da məlumdur ki, NATO, sənədə əsasən ona üzv olan
dövlətlərin beynəlxalq təcavüzdən kollektiv qorunması və yöndə
hərbi-siyasi güclərin birləşdirilməsi məqsədilə yaradılıb.
Alyansa üzv olan dövlətlərdən birinin hərbi təcavüzdən müdafiə
olunması bütün üzvlərin müdafiə olunması anlamını verib.
Alyans tarixi boyu hərbi-siyasi vəzifəli və təyinatlı bir quruma
çevrilib. Yaradılanda onun 12 üzvü olub. “Soyuq müharibə”
dövründə üç dəfə, ondan sonra isə daha üç dəfə genişlənmə
siyasətini həyata keçirib. Hal-hazırda üzvlərinin sayı 28-ə çatıb.
Qurum bu gün bütün Avropanı demək olar ki, hərbiləşdirib.
Zəngin hərbi strukturu mövcuddur. Təəssüf ki, NATO-nun
(Alyansa üzv olan ölkələrin) bugünkü hərbi xərcləri bütün dünya
dövlətlərinin hərbi xərclərinin 70 faizini təşkil edir. O da