47
Milli hüquqla beynəlxalq hüququ fərqləndirən əsas
kriteriyalardan biri də sənədlərin məzmununda olan
formalardadır. Milli hüquqda tənzimləmə obyekti vətəndaş,
qeyri-vətəndaşdırsa, beynəlxalq hüquqda bu obyekt rolunda
dövlət və onun yaratdığı törəmə subyekt olan təşkilat iştirak edir.
Tərəf kimi dövlətin vəzifə və məsuliyyəti əsas götürülür. Milli
hüquqda dövlət məsuliyyət müəyyən edir, beynəlxalq hüquqda
isə məsuliyyət müəyyən etməklə yanaşı, icraedici, əməledici
tərəfə də çevrilir.
Qanunlarda əsas subyektlər vətəndaşlar, qeyri-vətəndaşlar
hüquqi və fiziki şəxslərdir. Beynəlxalq hüquqda isə beynəlxalq
hüququn əsas (dövlət) və törəmə (beynəlxalq universal, regional
və ixtisaslaşmış təşkilatlar-məsələn, BMT-nin qurumları)
subyektləridir.
Onu da nəzərə almaq lazımdır ki, Avropa İttifaqında milli
hüquqla beynəlxalq hüquq çox yüksək səviyyədə bir-birini
tamamlamaqdadır. Burada İtiffaqa üzv olan dövlətlər həm
qurumun milli subyektləri, həm də beynəlxalq subyektləri
qismində çıxış edirlər. Burada Avropa İttifaqının mərkəzi
qurumları birləşmiş, vahid beynəlxalq hüquq tərəfi kimi çıxış
edə bilir. Dövlətlər bur qurumu bir qədər fərqli (klassik
beynəlxalq hüquqdan fərqli) siyasət və hüquq sistemi kimi
formalaşdırıblar. Beynəlxalq hüquqla milli hüququn vəhdəti
tamamilə yeni bir forma alıbdır.
Azərbaycanda “Rurbanizasiya (Ruralizasiya-əhalinin
şəhərlərdən rayon və kəndlərə köçürülməsi) Dövlət
Proqramı”nın qəbulu və əhəmiyyəti
Hər bir dövlətdə əhalinin məkana uyğun şəkildə nisbi taraz
paylanması həmin dövlətin siyasi, iqtisadi və sosial gücünü
artırır. Əhalinin sosial təminatı və əmək məhsuldarlığı və
nəticələr iqtisadi gücü yaradır. İqtisadi güc də siyasi müqaviməti
gücləndirir. Dövlət və xalq varlı olanda güc də çox olur. Bu,
48
siyasi gücün dolayı artması faktorudur. Birbaşa isə onu demək
olar ki, əhalinin məkanı tam tutması, xüsusilə sərhədlərdə
yaşayış məskənlərinin artması, ölkələrarası sərhəd ticarətinin
genişlənməsi təbii ki, ölkənin siyasi gücünü çoxaldır. Əhalinin
kifayətliliyi ölkəyə siyasi güc (məsələn, müdafiə qabiliyyəti),
əmək məhsuldarlığı isə iqtisadi güc gətirir. Əmək məhsuldarlığı
istehalat
düşüncələrini,
xalqın
istehsalat
psixikasını
formalaşdırır. Çalarlı istehsalat strukturu dövlətin iqtisadi
sistemini də çalarlı edir və tələb və təklif arasında balans yaranır.
Məkan və zaman fəlsəfi kateqoriyaları bir-birini tamamlayır. Hər
bir məkan öz məqamında fayda verən nöqtəyə çevrilir. Bu
baxımdan da resurs çatışmazlığı aradan qalxır. Bazarla istehsalat
arasında, resursun “mənbəyi” və “mənsəbi” arasında bir
uyğunluq meydana gəlir.
Əhali və onun məkanı tarazlı formada əhatə etməsi amili
dövlətin gücünü əks etdirən mühüm faktordur. Əhali amili və
onun ərazi üzrə taraz paylanması ilk növbədə dövlətin daxili
məkan və müstəvi gücünü artırır. Ölkənin iqtisadi baxımdan
yaşayış məskənlərinin gücü dövlətin siyasi məzmununu
genişləndirir və daxilini siyasi elementlərlə tamamlayır. Dövlət
və ölkə məfhumunda boşluqlar yaranmır. Ölkənin və
dövlətin bütün elementləri tarazlı və harmonik əsaslarla
uyğunlaşır. Bu da sabit dövlətin və iqtisadi taraz ölkənin
formalaşmasına zəmin yaradır. Tarazlı məskənlər dövlətin,
ölkənin baza elementlərinin struktur və sistemləşməsini
təmin edir, eləcə də üst elementlərin (belə demək mümkünsə,
hərəkətdə
olan
elementlərin)
baza
elementlərdən
faydalanmasını və baza elementlərin özünə keçməsini
şərtləndirir.
Hər bir dövlətin əhalisi və yaşayış məskənləri həmin
dövlətin ərazisinə düz mütənasib (şərti olaraq deyək) yerləşsə
yaxşı olar. Bu anda tarazlı resurs amili formalaşır. Regionların
tarazlı inkişafı meydana gəlir. Ölkənin iqtisadi sistemi şaxəli
forma alır və tərkibin müxtəlif miqyaslı elementləri iqtisadi
49
bütövlükdə cəmləşir. Bu anda iqtisadi bütöv sistem formalaşmış
olur. İqtisadi komplekslilik yaranır.
Hər bir məhsuldar şəxs öz məkanında məhsul verməyə
başlayır. Bu da cəm halda dövlətin kompleks inkişafını
şərtləndirir.
Əahlinin taraz paylanması iqtisadiyyatın avanqardı və alt
təbəqəsi olan sənayenin də tarazlı inkişafına gətirib çıxarır. Eyni
zamanda məhsuldar qüvvələrin düzgün istifadəsinə səbəb olur
və regionlarda kadr potensialı qıtlığını (məsələn, rayon
məskənlərində istehsalatı təşkil etmək üçün lazımi mütəxəssislər
çatışmazlığını) aradan qaldırır.
Əhalinin ölkənin ərazisi üzrə taraz paylanması, rayon və
kənd
əhalisinin öz məskənlərində qalması məhsuldar
torpaqlardan da səmərəli istifadəni meydana gətirir. Bu amil
həmçinin mərkəzlərin yüklənməsinin və ekoloji tarazlığın
pozulmasının qarşısını alır. Əhalinin taraz paylanması ərazinin
də inzibati baxımdan idarəçiliyini asanlaşdırır. Mərkəzi
hakimiyyət regional hakimiyyətin idarəçiliyini yaxşı təşkil edə
bilir. Əhalinin taraz paylanması həm bölgələrdə, həm də ümumi
iqtisadi sistemlərdə istehsal və istehlak balansının da
qorunmasına xidmət edir.
Əhalinin taraz paylanması ölkənin müdafiə qabiliyyətini də
artırır və müdafiə elementlərinin vahid əsaslarla cəmlənməsini
təmin edir. Ümumiyyətlə, hər bir ölkənin ümumi əhali
tərkibində şəhər və kənd əhalisinin nisbətləri pozulmamalı və
aqrar proseslər istehsal prosesləri ilə yekunlaşmalı və
tamamlanmalıdır. Onu da vurğulamaq olar ki, əhalinin daha çox
şəhərlərdə
cəmləşməsi
kənd
təsərrüfatı
məhsullarının
çatışmazlığını yaradır və əhali üçün sağlam qida məhsulu
təminatında problemləri ortaya çıxarır. Qida məhsulları
istehsalında kimya emalının payını artırır ki, bu da özlüyündə
təbii məhsullarla qidalanmalara zərbələr vurur.
Dostları ilə paylaş: |