23
davropa dillərində
*oks Ģəklində iĢlənsə
də, onun 10 minil öncə Güney
Azərbaycanın batı bölgələrində evsəlləĢməsi bəllidir, qədim öküz~ökör
dialekt variantları da bu zoonimin prototürk çağında yarandığını ortaya
qoyur. Lakin türklərin məiĢətinə baĢqa xalqlardan daxil olan evsəl heyvan-
lara bu dillərdə ayrı-ayrı adların verilməsi doğaldır, necə ki,
azər dilinə
camış/gamış Ģəklində irandilli boylardan keçən zoonim noqay, qaraqal-
paq dillərində suv sığırı adlanır.
BaĢqa xalqların dilinə keçən yabanı və evsəl heyvan, quĢ adları, atçı-
lıq və heyvandarlıqla bağlı terminlər sırasında bunları göstərmək olar: qaz,
baklan, çayka, berkut, Ģonqar, xoruz, bars,
yolbars,
arslan, qaplan,
börü,
qaban, samur, ilan, qoç, qoçkar, qoyun, baran, toxlu, təkə, kulan, eĢĢək,
ayğır, alaĢa-at, öküz, davar, mal, dəri, süd, kımız, yoğurt, qatıq, yağ və s.
Azərbaycanın coğrafi durumu burada təkcə iri və xırda buynuzlu
heyvandarlığın deyil, həm də atçılıq, dəvəçilik və arıçılıq təsərrüfatının
da formalaĢmasına
Ģərait
yaratmıĢdır. Bu
sahələr bağ-bostan və taxıl
əkinçiliyi ilə
yanaĢı inkiĢaf
etmiĢ,
bəzi
boylar
bir
sahəni, bəziləri də digər
sahəni
üstün tutub tərəkəmə və ya oturaq yaĢam durumunu gerçəkləĢdir-
miĢlər. Yaylaq-qıĢlaq yaĢamını seçən boyların ilxıları və sürüləri həddən
artıq çoxaldığı çağlarda, özəlliklə, böyük quraqlıq illəri baĢlayanda onla-
rın uzaq ellərə də köçməsi qaçılmaz olmuĢdur.
Minillərlə Xəzərin baĢına
dolanan
,
hətta
Altaya
qədər ge-
dib
çıxan türk
boylarından
bəzi-
ləri zaman-zaman geriyə qayıt-
mıĢlar. Doğuda qalanlarsa ora-
larda kök salıb ikinci Atayur-
dunu ərsəyə gətirmiĢlər. Türk
boylarının belə bir Atayurdu da
son 4-5 minilin axarında Xəzə-
rin quzeyindən keçən Qıpçaq
çölü boyunca gerçəkləĢmiĢdir.
Bununla
da türk etnosunun bir
neçə oykumeni ortaya çıxmıĢdır.
Beləliklə,
etnos-fauna-flora əlaqəsini
tənzimləyən
biosfer etnos və
onun qidalandığı faunanın, heyvanların qidalandığı floranın zənginliyi ilə
Yer üzündə Azərbaycanın bənzərsiz təbiətini yaratmıĢ, Ulu Yaradan bu
gözəlim prototürk yurduna mərhəmətini əsirgəməmiĢdir.
24
Türk xalqlarının astroloji biliyi dilində, mifologiya
və folklorunda dərin iz qoysa da, bugünə qədər bu
gərəkli və həm də maraqlı sahə sistemli Ģəkildə
öyrənilməmiĢdir.
43
Halbuki
qamçılıq (Ģamanizm)
dünyagörüĢü baĢdan-baĢa astroloji biliyə köklənmiĢ-
dir. Türklərin kosmonimiya görüĢlərinə köklənən zaman və məkan ölçü-
ləri, «dünyanın» cəhətlərə bölünmə prinsipi sosiolinqvistik təhlildə aydın
görünür. Azərbaycanda Aya, GünəĢə tapınma «Gün haqqı» andında və
Ay çıxanda salavat çevirmə gələnəyində saxlanmıĢ, Ay kultu məbədinin
izləri bir neçə bölgədə qalmıĢdır. Bu bəlgələr mifologiyaya aid bitikdə
geniĢ Ģərh olunacaq, burada yalnız etnologiya ilə bağlı bir-iki detal üzə-
rində dayanmağı uyğun bildik.
Yaranma zamanı neolit, yaranma ocağı Ön Asiya olan Samanyolu
deyiminin sonrakı yayılma arealı isə türk boylarının sonrakı köçləri ilə
bağlıdır. Belə ki, Samanyolu deyiminin Monqol sınırınacan uzanması do-
ğuya miqrasiyanı əks etdirir. Bunu aydın
görmək
üçün
V. A.
Nikonovun
tərtib etdiyi aĢağıdakı xəritəyə baxmaq kifayətdir:
44
43
L. Bazin, Sir G. Klauson və F. Nemetin bu sahəyə həsr etdikləri məqalələr özlüyündə
çox qiymətli tədqiqatlar olsa da, bütövlükdə türk kosmonimiyasının deyil, daha çox hind,
çin və sair xalqların dilindən keçən ulduz adlarının doğu türk dillərində buraxdığı izi
ortaya çıxarmaq yönündə yazılmıĢdır. Təbii ki, prototürk dünyagörüĢündən fərqlənən
xristian, manixey, buddizm terminologiyası doğu türklərdə sonrakı hadisədir. Təəssüf
ki, Armin Vamberinin XIX əsrdə yazdığı «Türk-tatar boylarının əski kulturunda səmavi
cisimlər» (A török-tatar nep primitiv culturájábar az égi tester. Budapest, 1879) adlı 14
səhifəlik kitabçanı əldə edib oradakı izahlarla tanıĢ ola bilmədim.
44
Никонов. 1980, 251.
Kosmonimiya
25
Samanyolunu pifaqorçular, litva, basuto, oci kimi bir sıra xalqlar
ruhların məskəni, siamlar Ağ fillərin yolu, ispanlar Sant Yaqo yolu sayır-
dı.
45
Samanyolu deyiminin müxtəlif xalqlarda necə adlandığını tədqiq
edən V. A. Nikonov haqlı olaraq yazır: «Kosmonimiya qiymətli qaynaq
kimi xalqların və onların dilinin mənĢəyinə, dünyagörüĢünə, xalqlar ara-
sındakı əlaqələrə və miqrasiyalara aydınlıq gətirir».
46
Samanyolu türk boylarının yayılma arealını göstərməklə yanaĢı, köç
istiqamətlərini də ortaya çıxarır. Həm də monqol və türk xalqlarının gene-
tik qohum olmadığını çox aydın sərgiləyir. Belə ki, «Samanyolu» deyimi
Somon yul (özbək), Saban jolı (qazax), Saman yoli (uyğur), Samançı jol
(qırğız) kimi fonetik fərqlərlə monqol etnosu ilə təmas xəttinə qədər uzanır,
bu xətdən sonra monqol-buryat dillərində «Göyün çatı» deyiminə keçir:
Tenqeriyn zaadol, Tenqerin züydel.
Monqol mühitinə düĢən tuva və
həmin
mühitdən keçib daha yuxarı, quzey-doğu bölgələrdə məskunlaĢan saxa
türkləri artıq kalka ilə monqol deyimini iĢlədirlər. Bu deyimi monqol
etnosundan qopub,
Xəzərin quzey yaxasına gəlib yerləĢən kalmıklar
da
Te
ñ
qrin uydl Ģəklində saxlamıĢlar.
Samanyolu deyiminin doğu sınırı qırğız-uyğur boyları ilə bitirsə,
batı sınırı da qədim türk boyları ilə qarıĢığı olan bolqar, macar və Osmanlı
türklərinin kultur təsiri altında olmuĢ serb-xorvat və alban (arnavut) xalqı-
nın
dilində
yaĢayır.
Eyni səbəblə güneydə
Efiopiyaya
qədər yayılan
Saman
yolu
öz
yerini
quzeydə
finuqor
deyimi olan «QuĢ
yolu» ifadəsinə
vermiĢdir.
Bu ifadə də yaranma və yayılma arealı baxımından maraqlıdır. Belə ki,
köçəri quĢların keçdiyi yol üzərində
yerləĢən Ġtil-Ural arası,
Avropa-Asiya
sınırı finuqor etnosunun
Atayurdu sayılır.
Bu baxımdan,
«QuĢ yolu» deyi-
minin protofinuqor boylarında yarandığını və buradan bozqır türklərinə,
tatar
və
çuvaĢ
xalqlarına,
Baltikyanı bölgələrə
keçdiyini,
bir
sözlə,
finuqor
boylarının miqrasiyası və onlarla sıx təmasda olan xalqlarda yayıldığını
görmək olur.
Avrasya xalqlarının demoqrafiyası Samanyolu deyiminin müxtəlif
xalqlarda mövcud ifadə məzmunu ilə yaxĢı açılır. Belə ki, Avropa xalq-
ları bu deyimi «Südyolu», akad-asur boyları «Ġlan yolu», Qafqazdilli
xalqlar da bunu karvan, sürü, ayı və baĢqa heyvan yoluna bənzətmiĢlər.
Əkinçi türklər «Saman yolu» ifadəsini iĢlətdikləri halda, bozqır türkləri
45
Тайлор, 173.
46
Никонов, 1980, 259.
Dostları ilə paylaş: |