31
boyu aparmıĢdır.
64
Bu təqvimi türklərdən alan çinlilər kimi, ondan Tibet
və Koreya xalqları da istifadə edirlər. Uyğur yazısını mənimsəyən mon-
qollar 12 añlı təqvimi də uyğurlardan alıb 1210-da (baĢqa bir tarixə görə
isə 1027-də) özəl qərarla rəsmiləĢdirmiĢlər.
65
Türk kosmonimiyasında üç vertikal və dörd horizontal məkan böl-
güsü vardır:
aşağı, orta, yuxarı;
ön, arxa, sağ, sol. Öncə dörd cəhəti təyin
edə
bilən prototürklərdən
sonra bəzi
türk
boyları səkkiz
bucaqlı bölgüdən
də istifadə etmiĢlər. Bunu uyğur, tatar və azər dillərində görmək olur:
66
Uyğur
öngdün-tağdın bulunq
kidin-tağdın bulunq
kidin-kündin bulunq
öngdün-küntün bulunq
Tatar
tönyak-könçıqıĢ
tönyak-könbatıĢ
könyak-könçıqıĢ
könyak-könbatıĢ
Azər
quzey-doğu
quzey-batı
güney-doğu
güney-batı
Dünyanın horizontal baxımdan 4
və
8 cəhətə
bölünməsi türk etno-
sunun çox böyük
ərazilərə yayılması və
qədim dövlət gələnəyi ilə də ba-
ğlıdır. Vertikal bölgüdə isə kainatın yeraltı, yerüstü və göyə - 3 məkana
bölünməsi və bunun simvolu olan «həyat//dünya ağacı», göyün 9 qata
ayrılması qamçılıq (Ģamanlıq) ilə bağlı ortaya çıxmıĢdır. O.
N.
Tuna sumer
dilində «sınır» anlamında olan
bulug sözünü türk dillərindəki «yön, bucaq,
cəhət» anlamlı
buluñ sözü ilə müqayisə edir.
67
Ancaq sumerlər dörd cə-
həti qonĢu ölkələrin yerləĢdiyi yönlərə uyğun deyimlə vermiĢlər.
68
64
Göyalp, 1977, 41.
65
Kotwicz 1928, 128; Яскяр, 1987, 21; Жуковская, 1988, 48.
66
Azərbaycan bayrağındakı ulduz, əslində, qədim Gök-Tañrı türk simvolikasıdır və
Sumer çağından tanrı, ulduz və göy anlamı daĢıyan damğa ilə eyni mənĢəli olub, Ön
Asiyada yayılmıĢdır. Bu damğa sonra elqurumu (dövlət qurumu) çağında iki dördbucaq-
lının üst-üstə çarpaz qoyulması ilə alınan səkkizbucaqlı ۞ iĢarəyə də çevrilmiĢdir.
Saxa türkləri də 8 cəhəti fərqləndirirlər (Чагдуров, 118-119).
67
Tuna, 1990,19; Lakin sumer mətnlərində
bulùg (bulùñ) sözünün «becərmək»,
«yetiĢ-
dirmək» anlamı qeyd olunmuĢdur (Канева, 1996, 211).
68
Məsələn, sumer dilində belə bir mətn vardır: «O günlərdə Sumerlə eyni dildə danıĢan
və Xamazi bölgəsi ilə ġubur dağı - böyük törənlərin böyük dağı, vacib Ģeylərə malik Uri
ölkəsi,
təhlükəsiz
durumda
olan
Amurru ölkəsi - bütöv cahan və tabe xalq bir dildə En-
lilə alqıĢ deyirdi» (ХПИДВ, 1963, 270, 276, 15-ci qeyd). Bu cümlədən aydın olur ki,
sumerlər dünyanın dörd cəhətini
qonĢu
ölkələrin coğrafi durumu ilə bildirmiĢlər: quzey
-
Uri ölkəsi, özək/güney - Sumer, batı - Amurru, doğu - ġubur dağı.