«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə8/122
tarix19.07.2018
ölçüsü6,86 Mb.
#56781
1   ...   4   5   6   7   8   9   10   11   ...   122

 
21 
ortaq söz kimi iĢlənən alma, armud, albalı, qızıl (zoğal), qoz, üzüm, alça  
meyvə adları da türkmənĢəlidir. 
Azərbaycanın
 
çoxçeĢidli  florası  kimi,
 
faunası  da  zəngindir.  Hətta 
biosfer
 
bir sıra
 
köçəri
 
quĢların qıĢlama yerini də burada yaratmıĢdır. Bu-
rada  türlü-türlü  uçan,  üzən,  qaçan  və  sürünən  heyvanların  yaĢamı  üçün 
hər  cür  coğrafi  Ģərait  və  iqlim  növü  vardır.  Türk  dillərində  iĢlənən  və 
qonĢu xalqların dilinə keçən türkmənĢəli zoonimlərin tədqiqi göstərir ki, 
prototürk etnosu ilk heyvanları Ön Asiyanın qədim Azərbaycan bölgəsin-
də görmüĢ və onlara ad vermiĢdir.Ona görə də, bir çox türk zoonimi qə-
dim Ön Asiya izoqlosu kimi diqqəti çəkir. Belə ki, bars, arslan, eĢĢək, qo-
duq, ilan, qoyun, buğa və sair bu kimi adların Ön Asiyada bəzi qədim ölü 
dillərdə iĢləndiyini görmək olur. Azərbaycanın heyvanat aləmi türk etno-
sunun  yaĢamına,  onun  həyat  tərzinə  təsir  edən,  yaylaq-qıĢlaq  yaĢamına 
təkan verən önəmli faktor olub. Heyvan adları toponimlərdə
 
də geniĢ əks 
olunmuĢdur.
40
 
TanınmıĢ
 
türkoloqlar
 
A.
 
M.
 
ġerbak və K.
 
M.
 
Musayev
 
türk
 
dillərində 
zoonimləri geniĢ tədqiq etmiĢ, onların iĢlənmə arealını, heyvan adlarında 
ortaq izoqlosları, bunlardan bəzilərinin etimologiyasını vermiĢ, ev və çöl 
heyvanlarının  türklərin  məiĢətindəki  rolunu  açıqlamıĢlar.
41
  Bu  məsələlər 
üzərində sonrakı bitiklərdə etnoqrafiya və zoonimlər bölmələrində geniĢ 
dayanacağıq,
 
burada
 
isə
 
biosferin
 
türk
 
etnosuna
 
diqtə etdiyi bir-iki
 
məqama 
diqqəti çəkək.  
Qədim
 
Azərbaycanda
 
biosfer-fauna-etnosun  üçyönlü  qarĢılıqlı
 
əla-
qəsi  prototürk  boylarının  evsəlləşdirdiyi  (əhliləĢdirdiyi)  ev  heyvanları-
nın növündə və bunların da etnosun yaĢamını yeni çalarlı axara salması 
arxeoloji bəlgələrdə aydın görünür. Hələ yığım dönəmində itdən ovculuq-
da əl heyvanı kimi istifadə olunması göstərir ki, insanlar qədim çağlarda 
heyvanı  evsəlləĢdirməyi  bacarmıĢlar.  Ġtdən  sonra  digər  ev  heyvanı  və 
quĢlar ələ öyrədilmiĢdir. Bunların sırasında
 
qoyun,  keçi,  donuz,
 
inək, at, 
dəvə, öküz, eĢĢək, toyuq, ördək, qaz və sair heyvanlar vardır. 
Evsəl  (əhliləĢmiĢ)  heyvanın  etnosun  yaĢam  tərzində  oynadığı  rolu 
aydın görmək üçün hindavropa
 

 
türk etnosu məiĢətində donuzun yerini 
müqayisə edək. Qoyunçuluqla bağlı yaylaq yaĢamınına köklənmiĢ türklər 
                                                 
40
  At,  eĢĢək,  qatır,  dəvə,  qoduq,  donuz,  qaban,  ayı,  qurd  (börü),  quĢ,  qaranquĢ,  qaraquĢ, 
torağay, durna, laçın, kərkəs, sərçə, göyərçin, sağsağan, ilan, bağa (tısbağa), arı zoonim-
lərinə toponimlərin tərkibində rast gəlmək olur.  
41
 Щербак, 1961, 82-172; Мусаев, 1975, 52-157. 


 
22 
çevrədəki
 
donuz-qabanı ovlasa
 
da,
 
onun evsəl heyvana
 
çevrilməsində ma-
raqlı
 
olmamıĢlar,
 
çünki  donuzla  yaylaq-qıĢlaq  yaĢamı  uyuĢmur.  Hindav-
ropa  boylarının  yaĢamını  isə  donuzsuz  təsəvvür  etmək  mümkün  deyil. 
Ġtaliyada  qədimdə  Yer  və  Məhsuldarlıq  tanrılarına  törəyiĢ  simvolu  kimi 
donuz qurbanı verilirdi.
 
Qərbi Avropa təsərrüfatında m.ö.
 
II minildə üstün-
lük
 
təĢkil
 
edən donuzçuluq sonralar
 
Qara-dənizin quzeyində davam etmiĢ, 
bu  gələnəyi  hindiran  boyları  Xarəzm  civarına  gətirsə  də,
 
burada  m.ö.
 
VII 
əsrdən görünməyə baĢlayan donuz sürüləri sonralar aradan çıxmıĢdır.
42
 
 
Donuzdan  fərqli  olaraq,  qoyun  türk  etnosunun  yaĢamına  dərindən 
sirayət edib. Dünyada qoyunun evsəlləĢməsi olayı öncə Güney Azərbay-
canın dağlıq bölgələrində baĢ vermiĢdir. Qoyunçuluq bir tərəfdən  yaylaq-
qıĢlaq yaĢamını ĢərtləndirmiĢ, digər tərəfdən əti-ağartısı ilə türklərin qan 
tərkibində dərin iz buraxmıĢdır. QonĢu xalqlarla müqayisədə azər türklə-
rində xolesterin dərəcəsinin həddindən artıq  yüksək olması da 5-6 əsrin 
deyil, 5-6 minilin gerçəkləĢdirdiyi durumdur. 
Türk dillərində zoonimlərin etimologiyası, heyvandarlıq, maldarlıq 
terminologiyası türk etnosunun hansı heyvanı evsəlləĢdirdiyini və hansını 
baĢqa xalqdan mənimsədiyini ortaya çıxara bilir. Bu baxımdan, zoonimin 
yayılma coğrafiyası da əhəmiyət daĢıyır. Belə ki, azər dilində inək, saxa 
dilində inax sözünün iĢlənməsi bir-birindən çox uzaqda yaĢayan bu xalq-
ların prototürk çağından qalma zoonimdən istifadə etdiklərini göstərir.  
Hindavropa dillərindəki *ked praforması ilə ortaq izoqlos olan keçi 
və qıdığ sözləri keçinin Aralıq dənizi bölgələrində evsəlləĢdiyindən xəbər 
verir.  Lakin  Norveç dialektinə  tikka,  gürcü və  svan dillərinə  txa,  daqəl 
Ģəklində keçən təkə sözü sonrakı əlaqələrin nəticəsidir. Türklərlə kontaktda 
olmuĢ xalqların dilinə yüzlərlə həm yabanı, həm də evsəl heyvan adları,
 
heyvandarlıq
 

 
atçılıq terminləri keçmiĢdir.
  
BaĢqa  xalqların
 
türklərdən  aldığı  zoonimin  tarixi  bəzən  o  qədər 
qədim olur ki, türklərin Atayurdunu Altayda olduğunu güman edən uz-
manlar bu alınmanı türk dilindən deyil, baĢqa dildən türk dilinə keçdiyini 
yazırlar. Halbuki, türk etnosunun ilkin yurdu Ön Asiya olduğunu nəzərə 
alanda  bütün  bu  dolaĢıq  etimologiyalar  çox  rahatca  gerçək  yozumunu 
tapır.  Məsələn,  belə  mübahisəli  etimologiyası  olan  öküz  sözü bəzi  hin-
                                                 
42
 Цалкин, 1966, 73-74, 132, 151;  Avropadan Anadoluya gəlib yerləĢən hetlərin yazı-
sında «donuz əti yeyən» və «donuz əti yeməyən» xalqlar fərqləndirilir, hətta «Het qanu-
nunda» 81-86-cı bölmələr donuz cinsi və növlərinə, donuz oğurluğu məcəlləsinə, 90-cı 
bölmə isə donuz yağını yeyən itə ölüm cəzası verilməsi kimi məsələlərə həsr olunub. 


Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə