«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə11/122
tarix19.07.2018
ölçüsü6,86 Mb.
#56781
1   ...   7   8   9   10   11   12   13   14   ...   122

 
28 
Türk etnosunun ilkin  oykumeni  YaranıĢ haqqında  olan  mifə görə 
də aydın seçilir. Əksər türklər Göylə Yerin ayrılması və onların arasında 
insan  oğlunun  yaranması  düĢüncəsinə  sahibdirsə,
 
quzey  və  doğu  bölgə-
lərdə  yaĢayan  bəzi  türk  boyları  Yerin  yaranmasını  quĢla  bağlayan  yerli 
mifləri mənimsəmiĢlər. Belə ki, Avrasiyanın quzey zolağında formalaĢıb, 
Sibir üzərindən Amerikaya qədər  yayılan bu mifin hindavropa və  finuqor 
dilli xalqlarda yaxın çalarla geniĢ iĢlənməsi göstərir ki, Sibir türkləri bunu 
həmin  xalqlardan  almıĢlar.  Bu  mifə  görə,  ördək  (və  ya  digər  su  quĢu) 
okeanın  dibindən  dimdiyində  gil  çıxarır  və  bundan  Yer  əmələ  gəlir  və 
ya  Yerlə  Göy  quĢ  yumurtasından  yaranır.
54
  YaranıĢ  mifi  prototürkləri 
Orta  və  Mərkəzi  Asiya  ilə  deyil,  «Saman  yolu»  deyimində  gördüyümüz 
Ön Asiya ilə bağlayır.   
Quzey yönü bildirən Qütb ulduzu bəzi türk dillərində Altun /Temir 
Kazıq adlanır.  Bu  baxımdan,
 
azər
 
boylarının quzey
 
bölgəsində
 
olan Dər-
bəndin
 
«dəmir qapı» epiteti ilə verilməsi də diqqəti çəkir. 
Yerin  bağa  (tısbağa)
 
üzərində durması haqqında mifik dünyagörüĢ 
prototürk
 
çağında geniĢ yayılmıĢdır.
 
Azər dilində
 
bağa ilə
 
bağlı
 
deyimlər, 
arxeoloji  qazıntılar  vaxtı  basırıqlarda  (kurqanlarda)  bağa  çanaqlarına  rast 
gəlinməsi bu mifik  görüĢü  əks  etdirir.  Əvvəlki  bitikdə  daĢ  bəlgələrə  aid 
bölmədə  verdiyimiz  Göytürk
 
daĢ
 
abidələrinin
 
bağa-özül
 
üzərində
 
ucaldıl-
ması gələnəyi bu mifin Azərbaycandan doğuya aparıldığını göstərir. 
Sumerlərin  kosmoqoniya  görüĢünə  görə,  hər  tərəfi  okeanla  əhatə 
olunan evrən (kainat) Göy və Yerdən ibarətdir. Göy-Yer (An-Ki) arasında 
Ģəffaf hava təbəqəsi - atmosfer GünəĢ, Ay, ulduz və planetlərin doğulub 
iĢıq saçdığı məkandır. Bu məkan öncə baĢı Göy və ayağı Yer olan böyük 
dağdan onların ayrılmasından sonra  yaranmıĢdır. Yuxarıya çəkilən boĢ 
məkan olan Göy (haradasa) aĢağı və yuxarıda bərk dayağa söykənir, Yer
 
isə
 
düz
 
müstəvi
 
Ģəklindədir.
55
  
Saqa  türkləri  öz  soykökünü  Göy  və  Yer  tanrılarının  oğlu  sayılan 
Tarqitay ilə bağlayırlar.
 
Bu kosmoqonik görüĢü saqa boylarından eĢidən 
Herodot  qələmə  almıĢdır.  Yunanların  Herodota  danıĢdığı  saqa  soykö-
künə aid əfsanədə isə Tarqitay Herakl (Koroğlu) ilə əvəz olunmuĢdur.
56
 
Prototürklərin
 
yaxın qonĢuluğunda olan bu kosmoqonik görüĢün detalları 
                                                 
54
 Напольских, 1990, 5-17. 
55
 Крамер, 1965, 100. 
56
 
Azər xalqı, 2000, 82. 


 
29 
sonrakı türk qaynaqlarında əks olunmuĢdur. Belə
 
ki,
 
sumer mətni ilə göy-
türk qaynağı eyni deyimləri ortaya qoyur:
 
57
  
 
 Göy Yerdən ayrılandan sonra, 
 Yer Göydən ayrılandan sonra, 
 Ġnsana ad veriləndən sonra … 
           (Sumer qaynağı
 
 :aDqJLĠK:ry:zGY:ArS:irht:kökazü   
                        : 
smNLIK:ILGo: 
Ġsik:aRnik  
 [üze kök teñri asra yağız yer kılınduk-
ta ekin ara kiĢi oğlı kılınmıĢ...]  
«Yuxarıda mavi Göy, aşağıda qara Yer,  
yarananda ikisinin arasında insan oğ-
lu yaranmış…» (Orkun, 1994, 29) 
Kosmik
 
vaxt  ölçülərini dərk
 
edənə qədər insanlarda doğumla ölüm 
arasındakı
 
yaĢa,
 
gecə-gündüzə,
 
yarım
 
və dolu Ay görünüĢünə (aypara və 
bədr), yayın qıĢla əvəzlənməsi kimi doğal olaylara köklənən vaxt duyumu 
minillər boyunca təkmilləĢmiĢ, boy və budun qurumu çağında ərsəyə gə-
lən «nəsil yaĢı» ölçüsü müxtəlif xalqlarda uzun müddət davam etmiĢdir.
 
Özündən əvvəlki yazarlar
 
kimi, Herodot da 100 il 
=
 «üç nəsil» xronologi-
yasını qullanmıĢdır. Bioloji yaĢa köklənən fərdi vaxt duyumu da vardır. 
Belə ki, eyni zaman ölçüsü tez böyümək istəyən yeniyetmələrə  «uzun», 
vaxtın tez keçməsindən gileylənən yaĢlılara isə «qısa» görünür.  
Kosmik  ritmə  uyğunlaĢan  doğal  durumun  (təbiətin)  qavranılması 
təqvim, il, «yeni il», fəsil, ay, gün, gecə-gündüz kimi vaxt anlayıĢlarında 
gerçəkləĢir.  Səma  cisimlərinin  durumu  ilə  formalaĢan  türk  kosmoqoni-
yasında  miladdan  öncə  «həftə»  anlayıĢı  olmamıĢdır,  Azərbaycanda  bu 
anlayıĢ ilk xristianlığın  yayıldığı çağlarda ortaya çıxmıĢdır. Ona görə də 
türk  dillərində  günlərin  adını  bildirən  ortaq  sözlər  yoxdur.
58
 
Ġlin  dörd 
fəslini yaz (bahar),  yay, küz və qıĢa ayıran türk boyları ayları təsərrüfat 
və hava durumu
 
ilə adlandırmıĢlar. Axıska türkləri kiçik-ay (fevral), 
biçin-ayı  (iyun),  orağ-ay  (iyul),  bögrüm-ay  (sentyabr),  son  küz,  koç-ay, 
kara-kıĢ (dekabr-yanvar) deyimlərini, azərlər boz-ay, böyük və kiçik çillə, 
qırxım, oğlaq, quyruq doğan və sair sözləri iĢlədirlər. Azər dilində müəy-
yən kultlarla bağlı
 
Yelda gecəsi (Ģəbi-yelda),
 
Xızır günü və zaman anlayı-
                                                 
57
 Eyni qaynaq, 105; Orkun, 1994, 28-29.  
58
 Bu barədə M. KaĢğari yazır: «Türklərdə həftənin yeddi gününün adı yoxdur, çünki həftə 
deyilən şey islamdan sonra bilinmişdir» (MK, I, 347); Azərbaycanda həftə günlərindən 
yalnız  4-cü  günü  (cümə  axĢamı)  bildirən  adına//adna  deyimi  yayğındır
 
(Яскяр,1987,
 
68). 


Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə