Dilçiliyin obyekti,predmeti və vəzifələri



Yüklə 63,25 Kb.
səhifə17/25
tarix02.06.2023
ölçüsü63,25 Kb.
#115072
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
DİLÇİLİYƏ GİRİŞ CAVABLARI.

103.Sinharmoniya
Sinharmoniya ( saitlərin harmoniyası) mövqe ilə bağlı fonetik proses kimi türk və fin- uqor dilləri üçün xarakterikdir və dilin iki xüsusiyyətinə əsaslanır. Birinci xüsusiyyət ondan ibarətdir ki, söz bu dillərdə kök ilə başlanır və suffikslər ona ardıcıllıqla qoşulur, məs: ev-lər-imiz-in. İkinci xüsusiyyət saitlərin ön və arxaya sıraya görə qarşı qoyulmasıdır, ona görə də sözdə eyni sıradan olan saitlər işlənir: evimiz, bağlarda, üzümçülərdə. Alınma sözlər də əsasən sinharmoniya qanununa tabe olurlar.
104. Kök və inkorporlaşan dillər
Kök dillər:
Bu qrupa Hindi-Çin regionunda yaşayan xalqların dilləri daxildir.Çin, İndoneziya, Vyetnam, Siam, Birma və s. dillər köklərdən ibarətdir.Burada köklər şəkilçi qəbul etmir. Demək olar ki, qrammatik forma həddindən az inkişaf etmişdir. B. Çobanzadə kök dillər haqqında maraqlı məlumat verir. " sözlərində heç bir şəkil və şəkilçi olmayan dillərə hecayi-cəzri dillər deyilir. Bu dillərdə sözlər şəkilçi və qoşmalardan məhrum, köklərdən ibarətdir. Çin, Siam və Asiyanın cənub-şərq dillərindən bir çoxu cəzri və yaxud hecayi sinfə girirlər. Madam ki, bu dillərdə sözlərin şəkilləri, yəni şəkilçi və qoşmaları yoxdur, onda bu dillər şərqdən ( morfologiya--A.B) məhrum olub, bunlardan yalnız nəhv sintaksis vardır. Məsəla: çincə "ta" sözü eyni zamanda həm böyüklük, həm böyük, böyütmək, qayət ( nəhayət), lap mənalarına gelir. Bu növ dillərdə şəkilçilər olmadığından sözlərin mənası cümlədəki mövqeyi, vurğusu, ahəngi və sair ilə təyin olunur ".Cümlədə söz sırası Çin dilində aparıcı rol oynayır.
İnkorporlaşan dillər:
Bu dillərdə bir neçə söz birləşərək vahid bir tərkib əmələ gətirərək yenə həmin mənanı ifadə edir. Bu dillərdə şəkilçilər də vardır ki, bu cəhətdən onlar aqqlütinativ dillərə də oxşayır. İnkorporlaşan dillərin özünə-məxsus mürəkkəbləşmə üsulu vardır. Prof. B. Çobanzadə tərkibi dillər deye bu qrupdan bəhs edərək yazır: "Şimali Amerikanın yerliləri və ümumiyyətlə, Şimali Amerika irqinə mənsub olan dillər bu sinfə girir. Söz təşkili nöqteyi-nəzərindən bu dillər iltisaqi dillərə, yəni Ural-Altay zümrəsinə yaxın olmaqla bərabər, bunların əlavə olaraq daha bir xüsusiyyəti vardır ki, bu da digər dillərdə məlum olmayan bir üsulla mürəkkəb sözlərin təşkilidir.
Türk-tatar dillərində bəzi sözlər vardır ki, bu üsulu xatırladır: əlbasdı, Haqverdi, gündoğdu, atdoğdu; Krımda bəzi yerlərin isimləri: Dəvəbağırdan ( keçid) və s. Lakin Şimali-Amerika dillərində bu üsul daha ziyadə, ümumi bütün dilə şamildir. Məs: "Mən ət yetirən " mənasında olan "ninakatlva" cümləsini bir söz kimi "nikakakva" tərzində söyləmək mümkün olur və bu cümlə bir söz kimi digər sözlərə, yaxud eyni surətlə söz rolunu oynayan digər cümlələrə bağlana bilər.
105. Sözdüzəltmə üsulları.
Dilin lüğət tərkibinin morfoloji yolla zənginləşməsi dildə sözdüzəldici modellərin və sözdüzəltmə üsullarının olmasına söykənir.Sözdüzeltmə üsulu söz törədən və törəmə sözün quruluşu və mənasının müqayisəsində müəyyənləşir . Məsələn , dəmirçi , traktorçu sözlərini müqayisə etdikdə müəyyənləşdiririk ki , onlar -çı4 affiksinin dəmir , və traktor isimləri ilə birləşməsindən yaranmışdır . Lakin bu zaman sözdüzəltmə mənaları fərqli ola bilərlər . Morfoloji sözdüzəltme üsulları bir – birindən sözdüzəldici əsas və sözdüzəldici vasitələrlə fərqlənirlər . Sözdüzəldici əsasa görə sözdüzəltmə nitq hissesinin daxilindən keçə bilər və iki nitq hissəsini əlaqələndirə bilər. Sözdüzəltmə vasitələrinə görə sözdüzeltmə əsasların birləşməsi ilə düzələn sözdüzəltməyə və morfoloji ( affiksal ) sözdüzəltməyə ayrılır . Birinci halda yeni söz iki kök və ya əsasın birləşməsi ilə yaranır , məsələn : poladəridən , işbilən ,.Sözlərin ixtisarı və mürəkkəb ixtisar bildirən sözlərin yaranması da bu tipə aiddir :metro ( < metropoliten ) .Kök dillərdə , məsələn , Çin dilində söz köklərinin birləşərək yeni söz yaratması əsas morfoloji sözyaratma üsuludur . Affiksal dillərdə bu üsul affiksal sözdüzəltmə üsulu ilə yanaşı işlənir .


Yüklə 63,25 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə