Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   2   3   4   5   6   7   8   9   ...   19

www.achiq.info 

11 


lakin göründüyü kimi, yeganə ünsiyyət vasitəsi deyildir. 

İnsan dili ulu əcdadlarımızın işarələrlə ünsiyyətindən müasir dilin üzvlərinə bölünən səsli-sözlü 

nitqindən uzun və tədrici təkamül, inkişaf yolu keçmişdir. Adətən, dil dedikdə səsli-sözlü nitq nəzərdə 

tuturlar. Lakin nəzərə alsaq ki, dil ümumiyyətlə ünsiyyət vasitəsidirsə, onda səsli-sözlü aydın nitq onun 

növlərindən biri, süni ünsiyyət vasitələrini nəzər almasaq, sonuncusudur.  

Bəşəriyyət insanın yaranmağa başlanmasından üzvlərinə bölünən səsli-sözlü aydın nitqin meydana 

gəlməsinədək uzun bir inkişaf yolu keçmişdir. Müasir insanın ulu əcdadları olan insanabənzər varlıqların 

(elmi ədəbiyyatda bunları bəzən troqloditid də adlandırırlar) sürü halında yaşadıqlarını, deməli, cəmiyyət 

halında birləşdiklərini qəbul etsək, deməli, onların arasında ünsiyyətin olduğunu da qəbul etməliyik çünki 

ünsiyyətsiz heç bir cəmiyyət, heç bir sürü mövcud ola bilməz; ünsiyyətsiz yalnız ayrı-ayrı fərdlər, nəinki 

sosial, hətta heç bir heyvani münasibətlərə girməyən fərdlər mövcuddur. Hər hansı iki fərdin (hətta ikiğ 

quşun, iki heyvanın) münasibəti artıq ünsiyyətdir. Ünsiyyət isə dilsiz mövcud ola bilməz. Ünsiyyət vasitəsi 

kimi işarələr sistemini dil kimi qəbul etmək olur. Bu mənada bütün canlılar dilə malikdir. 

Çox vaxt nağıl və dastanlarda ağıllı vəzirlər, dünya görmüş qocalar, sehirli qüvvəyə malik adamlar 

bütün quşların və heyvanların dilini bilir. Əlbəttə, bu, real iddia deyildir. Lakin istehza edib «quşların, 

heyvanların da dili olar?» demək də düzgün deyildir. Quşların, heyvanların dilinin olması bir məsələ, 

insanın onları başa düşə bilməsi problemi başqa məsələdir. 

Son zamanlar elm sübut etmişdir ki, suda-quruda yaşayanların, quşların, məməlilərin «dilləri» vardır. 

Moskva Dövlət Universitetinin tədqiqatçıları son illər 500-dən çox suda-quruda yaşayan quş və məməli 

növünün (qurbağadan başlamış canavaradək) «dilini» tədqiq etmişlər. Dünyanın hər yerində tədqiqatçılar 

uzun illərdir ki, meymunların dili üzərində tədqiqat aparırlar. 

Tədqiqatçılar müəyyənləşdirmişlər ki, toyuqların «dili 200 hers tezlikli diapazona uyğun gəlir, çox: 

mürəkkəb və mükəmməldir: o, onlarca müxtəlif siqnallardan ibarətdir. Toyuğun təlaş bildirən siqnalı bir 

neçə-çalara malikdir: düşmən havada göründükdə bir cur, qurudan gəldikdə başqa cür siqnal verilir; cücələr 

də həmin siqnala uyqun hərəkət edir. Müəyyənləşdirilmişdir ki, hətta cücələri yeməyə çağırdıqda belə toyuq 

müxtəlif siqnallar verir. Qəribə burasıdır ki, yumurtadan çıxmazdan uç gün əvvəl embrion qırt toyuqla 

danışmağa-başlayır: hətta bu vaxt yumurtanı qulağa tutduqda embrionun çıxardığı səsləri eşitmək 

mümkündür. Bu siqnalları insan dilinə çevirsək, belə çıxır: «mənə istidir», yaxud «mən üşüyürəm». Hansı 

siqnalın verilməsindən asılı olaraq toyuq ya yumurtanı çevirir, ya yumurtanın üstündən durur, yaxud yem 

axtarışını dayandırıb yumurtanın üstündə oturur. 

«Pravda» qəzetinin 23 sentyabr 1982-ci il tarixli nömrəsində «Quş dili, o necədir?» adlı bir yazıda 



www.achiq.info 

12 


deyilir: 

«Nağıllarda quşlar danışır, doğrudan da onlar bir-birini necə başa düşürlər? Məlum olmuşdur ki, 

qanadlılar hər halda «danışırlar». Ancaq sözlərlə yox. Quşlar aləminin nümayəndələri işarələrlə danışırlar, 

bu işarələr çoxdur: çığırtılar, fitlər, təmas, müəyyən iylər, işıq, yaxud alabəzək ləkələrin köməyilə siqnal-

vermə, qeyri-adi duruş. 

Alimlər heyvanat aləminin «dili» ilə yalnız 35-40 il bundan əvvəl maraqlanmağa başlamışlar. 

Qanadlılar arasında ən çox yayılmış ünsiyyət vasitəsi səslər, müxtəlif səslənməyə malik səslərdir. Alimlər 

hesablamışlar: quşların cəh-cəhi, nəğmələri 400-ə qədər çalara malikdir. Məlum olmuşdur ki, ən nanal heç 

də sağsağan deyil, qarğalardır. Onların dilində 300-ə yaxın çığırtı və qarıldama vardır. Onların heç də 

hamısının mənası açılmamışdır. Ancaq bəzi «sözlərin» mənası artıq məlumdur. Məsələn, fasiləsiz boğuq 

qarıldama bildirir ki, dəstə tarlada toplaşmalıdır. 

İlk baxışda belə görünür ki, dünyada qarğalar hamıdan asan yaşayırlar. Haraya uçsa, harada qonsa öz 

yoldaşları ilə dil tapar. Ornitoloqlar deyirlər, yox. Quş dillərınin də öz dialektləri, öz şivələri vardır. 

Təcrübələr nəticəsində müəyyənləşdirilmişdir ki, Miçiqan gölü sahilinin qarğaları, məsələn, Florensiya 

şəhəri tərəfindəki qarğalarla ümumi rəyə gələ bilmirlər, şəhər qarğaları kənd qarğalarını başa düşmürlər. 

Belə bir eksperiment aparılmışdır: ornitoloqlar Fransada Bretanda yaşayan qarğaların həyəcan 

siqnallarını maqnitofon lentinə yazmışlar. Yazı Amerika qitəsində bir neçə dəfə səsləndirilmişdir. Əfsus, 

«amerikalılar» öz fransız həmqəbilələrinin xəbərdarlığına cavab vərməmişlər. 

Əlbəttə, ən bacarıqlıları - gəzəri qarğalardır, çünki onlar yaxşı «poliqlot»durlar. Demə, "onlar bir 

yerdən başqa yerə uçaraq yerli «dialektləri» nisbətən tez mənimsəyirlər. Lakin gəzəri qarğaların heç də 

hamısı belə qabiliyyətə malik deyildir. 

Quşların dili metafora deyildir, həqiqətdə mövcud olan əlaqə vasitəsidir. Məşhur ornitoloq Konrad 

Lorens buna əmin olmuşdur. Təxminən bir il ərzində o qazların çığırtısını, qaqqıltısını, fışıltısını - bir sözlə 

bütün mürəkkəb qaz fonetikasını öyrənmiş və

...

 hətta özü quş dilini mənimsəmişdir. Qazlar professorun 



qaqqıltısına cavab vermiş, onun əmrlərini yerinə yetirmiş, sahilə çıxmış, yaxud çəməndə otlamağa getmiş, 

hamısı «birlikdə suya tullanmışlar. 

Alimlər mühüm kəşf etmişlər. Onlar öz tədqiqatlarında belə nəticəyə gəlmişlər ki, heyvanlar aləminin 

"bütün nümayəndələri doğulan kimi «danışmağı» bacarırlar. Yumurtadan yeni çıxan quş balası artıq öz 

dilində danışa bilir. O bunu çoxlu digər instinkt və adətləri ilə birlikdə əcdadlarından irsən almışdır. Ancaq 

əksinə olaraq insan «balası» isə öz valideynlərinin dilini uzun müddət və inadla öyrənməli olur. 




Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə