Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə23/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

48 
 
"Hörmət?  Mən  ona  hörmət  naminəmi  yer  verdim?".  O,  alnını  barmaqları  ilə 
ovuĢdurdu.  Gözlərini  yumub  ürəyində  danıĢmağa,  fikrindən  keçirməyə  baĢladı: 
"YaxĢı,  bəs  buna  nə  ad  verək?  Hörməti,  deyəçən,  o  qoca  əbləh  elədi  axı.  Yerini 
uĢaqlı  qadına  verdi.  Görəsən,  niyə?  Qadın  uĢaqlıdır.  Deməli,  əri  var.  Bəs  qoca 
yerini  ona  niyə  verdi?  Yəqin,  onun  da  arvadı  var.  Bəlkə  ölüb?"  (Süleyman 
Hüseynov. Manana.  Bakı, 2002, səh.41) 
ÇalıĢma  39.  VerilmiĢ  sözlərin  leksik  mənasını  izah  edin,  onların  20-25  il  bundan 
əvvəl  necə  ifadə  olunduğunu,  əvvəlkilərin,  yoxsa  indikilərin  öz  dilimizə 
məxsusluğunu  aydınlaĢdırın: 
ildönümü,  çimərlik,  duracaq,  saxlanc,  əyləc,  dönəm,  qaynaq,  yüzillik,  özəlləĢmə, 
nəfəslik, açıqca, bölgə, soyqırım, yarlıq, ulu, dürlü, araĢdırma, hərbiləĢmə, köçkün, 
yetərsay. 
ÇalıĢma  40.  AĢağıdakı  sözlərin  hansı  alınmaların  hesabına  meydana  gəlməsini 
araĢdırın: 
öndər,  soykökü,  bilgisayar,  baĢqan,  istilikölçən,  bilgi,  soyad,  soydaĢ,  cangüdən, 
ömürlük,  toplum, çağ, bağımsız, çağdaĢ, duyum, durum; 
ÇalıĢma  41.  Mətndən  dilimizin  lüğət  tərkibindəki  özləĢmə  göstəricilərini 
müəyyənləĢdirin,  mənalarını izah  edin. 
Azərbaycan  toplumunun  qarĢısına  çıxan  hər  dürlü  iqtisadi  iliĢkilər  nə  qədər  çox 
olsa  da,  soydaĢlarımız  özünü  itirmir  və  dönmədən  həmin  iliĢkiləri  aradan 
qaldırırlar.  XXI  yüzilliyin  girəcəyində  dünyanın  çağdaĢ  dövlətlərindən  biri  olmaq 
üçün  ölkəmizin  hər  dürlü  imkanlarının  varlığını  hamı  söyləyir.  Çox  çalıĢmaq  və 
saxlancımızın  çiçəklənməsi  naminə  durumumuzu  yaxĢılaĢdırmaq,  çağdaĢ 
ölkələrdən  ömürlük  biri  olmaq  istəyimizdir.  Bu  gün  belə bir dönəmdə yaĢayırıq ki, 
dövlətimizin  bağımsızlığı  uğrunda  çarpıĢmaqdan  özgə  yolumuz  yoxdur.  Tarix 
soydaĢlarımızı  sınağa  çəkir.  Bu  sınaqdan  üzü  ağ  çıxmaq  üçün  biz  hamımız 
öndərimizin  siyasətini  dəstəkləməli,  baĢqanımız  da,  əsgərimiz,  çavuĢumuz, 
gizirimiz  də  cangüdənlər  kimi  bütün  bölgələrimizin  sınırlarının  keĢiyində  ayıq-
sayıq durmalıyıq. 
 
ÇalıĢma  42.  Ġdman  cəmiyyətində  Ģöbə  müdiri  iĢləyirsiniz.  Müəyyən  qədər  idman 
ləvazimatı  almaq  üçün direktorunuza  tələbnamə  yazın. 
 
 
  NİTQİN MƏDƏNİ VƏ QEYRİ-MƏDƏNİ FORMALARI 
Mədəni  nitq  ədəbi  dilə  yaxĢı  yiyələnmiĢ  Ģəxslərin  iĢlətdiyi  nitqdir.  Deməli,  ədəbi 
dilə  mükəmməl  yiyələnmədən  mədəni  nitqdən  danıĢmaq  olmaz.  Nitqin  mədəniliyi 
ədəbi  dilin  qayda-qanunlarını  yüksək  səviyyədə  mənimsəməklə,  dilimizin  fonetik 
normalarını  gözlə-mək,  zəngin  söz  ehtiyatına  sahiblənmək,  bədii  dil  vasitələrinə 
yiyələnməklə  təmin  olunur.  Mədəni  nitq  aydın,  səlis,  zəngin,  ifadəli,  yerli-yerində, 
qulaqlarda  rəvan  səslənən,  oxuyarkən  göz  oxĢayan,  məntiqi  cəhətdən  obyektiv 
gerçəkliyə  uyğun  nitqdir.  Bu  nitqdə  söz  birləĢmələri  və  cümlələr,  sintaktik 
konstruksiyalar  qrammatik  cəhətdən  düzgün  qurulur,  natiqsə  əxlaq  qaydaları 
çərçivəsində  təmkinli,  soyuqqanlı,  özünə  və  sözünə  arxayın  Ģəkildə,  lakin 


49 
 
insanlara,  hadisələrə,  görülən  iĢlərə  isti  münasibəti  ilə  seçilir.  Təbii  ki,  insanlarda 
nitq  mədəniyyətinə  yiyələnmə  eyni  dərəcədə  deyildir.  Bu,  insanın  savadından, 
mütaliəsindən  və  qavrayıĢından,  danıĢdığı  dilə  yaxĢı bələdliyindən, yazılı və Ģifahi 
dilin  normalarına  mükəmməl  yiyələnməsindən  asılıdır.  Nitq  mədəni  və  qeyri-
mədəni  formalara  bölünür.  Burada  da  orta  və  yüksək  səviyyəli  mədəni  nitqi 
fərqləndirmək  olar.  Dilimizin  fonetika,  leksika,  frazeologiya,  qrammatika  və 
üslubiyyat  bölmələrini  orta  məktəb  həcmində  öyrənmiĢ  məzunlar  müstəqil  həyata 
baĢlayarkən  orta  səviyyəli  mədəni  nitqlə  öz  fikirlərini  ifadə  edə  bilirlər.  Onlar 
müəyyən  məqamlarda  çıxıĢ  edirlər,  bəziləri  hətta  Ģeir,  məqalə,  hekayə  də  yazmağı 
bacarırlar,  öz  dinləyicilərinə  bəzi  məsələlərlə  əlaqədar  məlumat  çatdırırlar.  Orta 
səviyyədə  olmasına  baxmayaraq  bu  nitqdə  fikir  aydın,  məntiqi  cəhətdən  düzgün 
qurulur.  Orta  səviyyəli  mədəni  nitqdə  diksiya,  tələffüz  norma  daxilində  olur,  yəni 
dialekt-Ģivə  danıĢığı  səviyyəsindən  yüksəkdə  dayanır.  Yüksək  səviyyəli  mədəni 
nitqin  orta  səviyyəlidən  fərqi  təkcə  dil  normalarını  gözləməklə  bitmir,  bu  nitq  həm 
də  ifadəlidir,  obrazlı  və  emosionaldır.  Belə  nitq  sahibləri  gələcəyin  Ģairi,  yazıçısı, 
alimi,  siyasətçisi,  diplomatıdır,  ən  "pis"  halda  natiqdir,  masabəyi,  söz  ustasıdır. 
Qeyri-mədəni  nitqdə  gözə  tez çarpan məddahlıq, yaltaqlıq (bu da ins0andan baĢqa 
cür  istedad  tələb  edir)  ruhu,  əzbərçilik  xasiyyəti,  tamahkarlıq,  simasızlıq  kimi 
qeyri-mədəni  məziyyətlərdir.  Burada  Ģöhrət,  layiqsiz  ad-san  xatirinə  fikir  Ģüurlu 
surətdə  pozulur,  qəbul  olunmuĢ  prinsiplər,  nitq  əlaqələri  təhrifə  məruz  qalır.  Belə 
nitqdə  aldatma,  böhtan,  xəbərçilik,  lovğalıq  kimi  qeyri-etik  normalara  rast  gəlirik. 
Əlbəttə,  bu  zaman  danıĢanın  mədəni  və  ya  qeyri-mədəni,  savadlı  və  ya  savadsız 
nitqini  onun  düzgünlüyü,  səlisliyi  və  məntiqiliyi  ilə  müəyyənləĢdirmək  də 
mümkündür.  Savadlı  adamların  nitqini  forma  və  məzmununa  görə  iki  qrupa 
bölürlər: 1) gözəl forması və məzmununa görə adamlara müsbət təsir göstərən nitq. 
Bu  nitq  forma  və  mündəricəsinə  görə  yüksək  səviyyədə  olub,  fikrin  aydın  və səlis 
ifadəsi  ilə  seçilir:  2)  forma  və məzmun cəhətdən zəif, təsir dərəcəsi aĢağı olan nitq. 
Bu  nitqdə  ardıcıllıq,  rəvanlıq  axarlıq  dinləyiciləri  qane  etmir.  Bu,  çox  vaxt 
savadsızlıqdan  deyil,  insanın  daxili  aləmi  ilə  bağlı  natiqlik  bacarığı  ilə  ĢərtləĢir. 
Natiq nitqini ümumxalq danıĢıq dili əsasında   qurarkən məntiqli danıĢır, buna görə 
də  dinləyicilərin  rəğbətini  qazanır,  alqıĢlarla  qarĢılanır, xoĢ sözlərlə də yola salınır. 
Ġ.Nəsiminin,  AĢıq  Qurbaninin,  M.P.Vaqifin  (Hər  oxuyan  Molla  Pənah  olmaz), 
A.Ələsgərin,  C.Məmmədquluzadənin,  Ü.Hacıbəyovun,  S.Vurğunun,  Əlağa 
Vahidin,  müasir  dövrümüzdə  Xəlil  Rza  Ulutürkün,  Zəlimxan  Yaqubun, 
zəmanəmizin  böyük  siyasətçisi,  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyevin,  prezident  Ġlham  Əliyevin  çıxıĢları  səlis,  elmi,  qrammatik  və  məntiqi 
baxımdan  savadlı,  təsirli  olduğuna  görə  örnək  kimi  nəsildən-nəslə  ötürülür.  Xalq 
hər  bir  Ģəxsə  öz  əməli  iĢinə  və  nitq  qabiliyyətinə  görə  qiymət  verir.  YaxĢı,  gözəl 
söz,  kəlam,  dil  nitq  Ģəklində  insanın  qiymətini  yüksəklərə  qaldırır.  Mədəni  nitq 
qeyri-mədəni  nitqdən  istifadə  olunan  zəngin  söz  ehtiyatı,  dilin  daxili  qrammatik 
quruluĢunun  bütün  incəliklərinə  qədər  gözlənilməsi  ilə,  intonasiyaya,  xoĢ  avaza, 
ritmə  uyğun forması ilə seçilir. Belə nitq bir növ, yaradıcılıq iĢidir, gözəl bədii əsər 
səviyyəsində  yazılıĢdır,  muğamlarımız  kimi  hamının  ürəyincədir.  Dil  normaları 
üçün  ölçü  olan  yüksək  mədəni  nitq  böyük  istedad  və  mütəmadi  vərdiĢ  hesabına 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə