46
sözünü gizli saxlamağa çalıĢır. Kiçik yaĢlardan ev quran, Ģəkil çəkən, əĢyalarla
oynayan, təkbaĢına domino, dama, nərd oynayan (əgər ailədə lazımi fiqurlar, daĢlar
varsa) uĢaqlar sorğu-sual olmadan ucadan, səsli danıĢığa girib kiminləsə
həmsöhbət olmamıĢdan əvvəl daxili nitqlə düĢünməyi, düĢündüklərinri fikrinə
gətirərək sözlərə, dilə, ünsiyyət vasitəsinə çevirməyi lazımınca bacarmırlar. Bu halı
uĢaqların ümumi inkiĢaf səviyyəsinin göstəricisi kimi, əqli, zehni düĢüncənin zəif
formalaĢması kimi də yozmaq olar. Daxili nitq, əsasən, söz sənətkarlarında - Ģair
və yazıçılarda güclüdür. ġeir yazanlarda daxili nitq həmiĢə zahiri yazılı nitqdən
qabağa düĢür və yazıçılara nisbətən daha erkən yaĢlardan baĢlanır. ġeirin nə
olduğunu biləndən, heca, qafiyə, rədif haqqında fikir, mülahizə formalaĢandan
sonra məktəb illərində (kimi lap erkən, kimi yuxarı yaĢlarda) onlar qəlblərindən
keçənləri ipə-sapa düzməyə, dilə gətirməyə, səsli, zahiri nitqə keçməyə can atırlar.
Burada ailənin, bağçanın rolunu da kiçiltmək olmaz. Söz deməyi, söz incilərini
qiymətləndirməyi bacaran, Ģeiri, nəğmə, mahnı, bayatıları məlahətlə söyləyən,
kitablardan uca səslə oxu-yub eĢitdirməyi xoĢlayan Ģəxslərin əhatəsində olanlarda
bu proses daha güclü gedir. Əlbəttə, məqalə yazmağı bacarmayanlar hekayə
yazmağa giriĢməzlər. Alimlərə gəldikdə isə nəticələr bilavasitə dərin təfəkkürün
məhsulu olduğu üçün onlar öz növbələrini hələ ali məktəb skamyalarında
əyləĢəndən sonra iĢə giriĢə bilərlər. Axı onlar elmi axtarıĢların nəticələrini
ümumiləĢdirib, mülahizələrini ardıcıl, sistemli Ģəkildə, terminlər, düsturlar,
sxemlər, rəqəmlərlə formalaĢdırmalı olurlar. Daxili nitqi siyasətdən, etik
normalardan uzaq nitq kimi xarakterizə edənlər də vardır. Bu fikir hər məqamda
özünü doğrultmur. Daxili nitq eĢidilmək üçün olmadığından bəzi insanlar özündə
sərbəstlik hiss edir, fikrindən keçən vulqar, loru sözləri, arqo və jarqonları,
dialektizmləri, məhəlli sözləri düĢünməkdə, iĢlətməkdə sərbəstdirlər, çünki
baĢqasının yanında deyilməyən, yaxud yazılmayan söz və ifadələr, söyüĢlər,
qarğıĢlar onsuz da dildə mövcuddur və nitq sahibi onların mənasını baĢqaları kimi
yaxĢı dərk edirlər. Bu, çox ciddi məsələdir, amma ciddi olan, öz mənliyini uca
tutan, nitq mədəniyyətinin, əxlaq normalarının sirlərini bilən mədəni adam heç
vaxt öz daxili nitqində deyilməsi məqbul sayılmayan söz və ifadələri hətta öz
ailəsinin yanında belə iĢlətməz (4, səh.142) Daxili nitqə ədəbi bədii əsərlər
içərisində ən çox dramatik növlərdə rast gəlirik. Bu nitq manerasına, quruluĢuna və
dil vahidlərindən istifadəsinə görə bədii bir priyom kimi seçilir. Dram əsərlərində
daxili nitq personajları müĢayiət edir, gah obrazın replikasından əvvəl, gah da
sonra gələrək müəllifin münasibətini, personajın daxili düĢüncəsini əks etdirməyə
yönəlir, tamaĢaçıları obrazın daxili aləmini görməyə hazırlayır. Müəllif
replikalardan əvvəl, yaxud surətin adından sonra mötərizədə "səktə","öz-özünə,
"öz-özünə yavaĢca", "öz-özünə mırıldanır (deyinir, donquldanır)", "fikrə gedir",
"öz-özündən soruĢurmuĢ kimi" və s. söz, söz birləĢmələri, elliptik cümlələr iĢlədir.
Nümunə:
Tələbə qız (Ģən tərzdə Cavadla MüĢfiqə müraciətlə): Keçən dəfə siz, Belə Ģərt
kəsdiniz: Bədahətən qəzəl deyilsin!
Cavid: Misraların birini Cavad Ġkincisini MüĢfiq söyləsin!
47
Tələb qız (Cavadla MüĢfiqə müraciətlə) Hə, indi baĢlayın görək.
MüĢfiq: Bəs rədif? (Cavada iĢarə ilə) FikirləĢ bir az…
Tələbə qız: Olar mən deyim? - Rədifi "Olmaz"
(Cavad ilə MüĢfiq Cavidə və məclisə baxırlar. Onlar iĢarə ilə razı olduqlarını
bildirirlər). (ġamil Zaman. Zamana sözüm. "MüĢfiq" pyesi. Bakı, 2006 səh. 491).
Daxili nitq müəllif baxıĢının, müəllif münasibətinin təzahürü kimi verilir. Daxili
nitq özü üçün nitq olsa da, sözsüzdür. Söz nəzərdə tutulur, lakin səslənmir, fikrin
mənasını, məzmununu for-malaĢdırır. Zahiri nitqlə daxili nitqi qarĢılaĢdırsaq nəticə
kimi demək olar: 1) Daxili nitq tələffüz edilməyən, səssiz lal nitqdir, zahiri nitq isə
səsli, eĢidilən nitqdir; 2) Zahiri nitq Ģifahi və yazılı formada, daxili nitq isə ancaq
Ģifahi formadadır. 3) Zahiri nitqi bütün dil vasitələri ilə müxtəlif üslublarda
səsləndirmək mümkündür, daxili nitqdə isə sürətlilik, subyektivlik, yığcamlıq,
elliptivlik səciyyəvidir, cümlə üzvləri yerli-yerində iĢlənmir və s. (18,səh.52)
Sual və tapĢırıqlar
1. Ünsiyyət Ģəraitindən asılı olaraq nitq hansı növlərə bölünür?
2. Zahiri nitq və onun əsas Ģərtləri nədir?
3. Ədəbi bil normaları hansı nitqdə tam gözlənilir?
4. Daxili nitq necə prosesdir?
5. Tələffüz olunmyan səssiz nitq necə təzahür edir və hansı formalarda özünü
göstərir?
6. Kiçik yaĢlı uĢaqlarda daxili nitq hansı formada gedir?
7. Daxili nitq hansı əsərlər üçün səciyyəvidir? Daxili nitqi bədii bir priyom kimi
götürmək olarmı?
8. Zahiri nitqin hansı formaları vardır? Bəs daxili nitq hansı formada olur?
9. Daxili nitq zahiri nitqdən nə ilə fərqlənir?
10. Zahiri və daxili nitqin xüsusiyyətlərini ayrı-ayrılıqda göstərin və onları
müqayisə edin.
ÇalıĢma 38. Mətni oxuyun, nitqin növlərini aydınlaĢdırın.
… Oğlan gözlərini qızdan çəkməyərək ikinəfərlik oturacaqdan nə vaxt ayağa
qalxdığını bəlkə özü də hiss etmədi.
- Buyurun, əyləĢin, xanım qız!
Qız birdən-birə ona edilən təklifdən azca tutuldu. Əvvəlcə nə cavab verəcəyini
kəsdirə bilmədi. Nəhayət: - Sağ olun! Mənə belə yaxĢıdır. - deyə dilucu cavab
verdi.
- O…O… Dəyməz. Buyurun, əyləĢin. Borcumuzdur.
Oğlan son cümləsini elə yavaĢca dedi ki, bəlkə də onunla yanaĢı oturmuĢ qadın
belə bunu eĢitmədi. Sonra o, gözucu qoca kiĢiyə tərəf baxdı. Sol əlini cibinə qoyub
bir addım kənara çəkildi, əks tərəfə baxan pəncərəyə yanaĢdı, baĢı üzərində
avtobus boyu uzanmıĢ tutacaqdan yapıĢdı. Pəncərədən baxa-baxa ürəyindən
keçirtdi: - Canı yanmıĢ, nə qızdır! Yerini verəndə də gərək beləsinə verəsən, daha
uĢaqlı qadına yox.Hədsiz bir sevincin iĢartısı onun gözlərində oynayırdı. "Hörmət,
bax budur". Sonra "himm…" edərək dodaqlarına çatmayan səslə öz-özünə dedi:
Dostları ilə paylaş: |