49
Alan tayfalarının Azərbaycana yürüşləri
Böyük Qafqaz dağlarından şimalda yaşayan tayfalar, o cümlədən alanlar
qənimət əld etmək məqsədi ilə Dərbənd keçidi
vasitəsilə Cənubi Qafqaza – Albaniyaya və Ön Asiyaya dəfələrlə yürüşlər etmişdilər. Bu zaman Xəzər dənizinin qərb sahili və
Dərbənd keçidi şimal ölkələri ilə Ön Asiya arasında
körpü rolunu oynayırdı.
Alan tayfalarının Azərbaycana yürüşləri
eramızın I-III əsrlərində başlamış və müntəzəm xarakter almışdı. Alan tayfalarının
Azərbaycana ən böyük yürüşlərindən biri
eramızın 72-74-cü illərində olmuşdur. Bu yürüş zamanı onlar
qənimət əldə etmək üçün
cənuba doğru üz tutmuş, yol boyu bir çox ölkələri qarət edərək
Atropatenaya daxil olmuşlar. Bu yürüş nəticəsində alanlar
Atropatenanın bir-sıra ərazilərini qarət etmiş, Atropatena padşahı
Pakor öz ölkəsini başsız qoyaraq təhlükəsiz yerə qaçmış, ailəsi isə
alanlara əsir düşmüşdü. Sonra, o, çoxlu pul verərək, ailə üzvlərini geri almışdı. Mədəni inkişaf səviyyəsinə görə albanlardan aşağı
olan alanların Azərbaycana yürüşləri sonrakı əsrlərdə də davam etmişdir. Alan tayfalarının Azərbaycana yürüşlərini onlara məxsus
katakomba qəbirləri (yeraltı sərdabələr) də sübut edir. Albaniya ərazisində alan tayfaları ilə əlaqələndirilən həmin katakomba
qəbrləri
Mingəçevirdə və
Qəbələdə öyrənilmişdir. Bu abidələr
eramızın I-III əsrlərinə aiddir.
QEYD: Karakomba qəbirlərində ölülər iri küplərdə və ya taxta qutularda dəfn edilirdi. Belə qəbrlərə alanlara məxsus silahlar
(ox ucları, xəncər, qılınc), məişət əşyaları, əmək alətləri və bəzək əşyaları qoyulmuşdur. Arxoloji materiallara əsasən məlum olur ki,
Albanlar
şimal tayfalarına, o cümlədən
alan tayfalarına güclü mədəni təsir etmişlər.
Albaniyanın ictimai və dövlət quruluşu
Albaniyada əhali arasında əmlak bərabərsizliyi var idi. Albaniyanın ictimai quruluşu və əhalisi arasında əmlak
bərabərsizliyinin mövcud olmasını aşağıdakı faktlar sübut edir:
•
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş yaşayış binalarındakı fərqlər
•
Qəbir abidələrindən tapılmış əşyalar
•
Yunan və Roma nüəlliflərinin əsərləri
Bəzi yaşayış binaları geniş olub, tikintisində çiy və bişmiş kərpicdən, yonulmuş daşdan istifadə olunurdu. Varlıların evlərinin
üstü
kirəmitlə örtülürdü. Yoxsulların evləri isə
çiy kərpicdən və
möhrədən (qat-qat qoyulan palçıqdan) tikilimiş, damı torpaq və
qamışla örtülmüşdü. Albaniyada varlı və yoxsul qəbirlərini də oradan tapılmış geyim, qab-qacaq, əmək alətləri, silah, bəzək
əşyalarına əsasən bir-birindən asan fərqləndirmək olur.
Albaniyada dövlətə Atropatenada olduğu kimi
padşah başçılıq edirdi. Strabon da bunu təsdiq edir. Əvvəllər hər tayfanın
başında bir padşah var idi. Albaniyada padşahdan sonra ən hörmətli adam
Ay məbədinin kahini hesab olunurdu. Ay məbədinin
kahini - əhalisi sıx olan müqəddəs
əyalətə başçılıq edirdi. Məbəd qulları da onun ixtiyarında idi.
Albaniyada əhali təbəqələri
Albaniyada əhali
dörd təbəqəyə bölünürdü:
•
Birinci təbəqəyə -
padşah, ordu başçısı və
hakim daxil idi.
•
İkinci təbəqəyə -
din xadimləri (kahinlər) daxil idi.
•
Üçüncü təbəqəyə -
hərbçilər və
əkinçilər daxil idi.
•
Dördüncü təbəqəyə -
təsərrüfatda işləyən adi adamlar daxil idi.
Albaniyada azad adamlar əsasən
kənd təsərrüfatı, sənətkarlıq və
ticarətlə məşğul olurdular. Azad adamlar ölkədə
maddi və
mənəvi nemətlərinin yaradıcıları hesab olunurdu. Atropatenada və Albaniyada
qul əməyindən istifadə olunsa da qədim Şərqin
quldar dövlətlərinidəki
qədər geniş istifadə olunmamışdı. Ölkədə qul əməyindən aşağıdakı sahələrdə istifadə olunurdu:
•
Kənd təsərrüfatında
50
•
Sənətkarlığın bəzi sahələrində
•
Padşah mülklərində və malikanələrində
•
Yuxarı təbəqələrini
təsərrüfat sahələrində
Albaniya ordusu
Albanlar cəsur döyüşçülər hesab olunurdular.
Vətən təhlükədə olarkən əli silah tutan bütün kişilər müdafiəyə qalxırdı.
Albanlar döyüş vaxtı
zirehli paltar geyir, dəbilqə qoyur, nizə, ox və
mizraqla silahlanır,
qalxanlardan istifadə edirdilər. Arxeoloji
qazıntılar zamanı çoxlu belə silah nümunələri tapılmışdır. Antik müəlliflər qeyd edirki, Roma sərkərdəsi Pompeyin Albaniyaya
yürüşü zamanı albanlar romalılara qarşı
60 min piyada, 22 min atlı döyüşçü çıxarmışdılar.Albanlar hərbi işdə istifadə etmək üçün
çoxlu
at ilxıları saxlayırdılar. Mənbələr qeyd edirdi ki, albanlar öz qonşusu olan iberlərdən daha böyük ordu təşkil edə bilirdilər.
Albaniyanın təsərrüfatı
Yunan-Roma müəllifləri Albaniya torpaqlarının çox bərəkətli olduğunu yazırlar. Düzənlikdəki əkin sahələri yaxşı suvarılırdı.
Ümuniyyətlə, qədim Albaniya təsərüfatına
aiddir:
•
Əkinçiliklə, maldarlıqla, bağçılıqla, üzümçülüklə məşğul olur, buğda, arpa və darı yetişdirirdilər
•
Taxılı
dəmir oraqla biçir və xırmanda ağac vəllə döyür, sonra iri xüsusi quyularda və saxsı küplərdə saxlayırdılar
(Qəbələ, Mingəçevir və Şamaxıda belə taxıl quyuları və dəmir oraqlar aşkar olunmuşdu)
•
Eramızın ilk əsrlərində
su dəyirmanlarından istifadə edirdilər
•
Bağçılıq və bostançılıq inkişaf etmiş, təsərrüfatda
üzümçülük və
şərabçılıq xüsusi yer tutmuşdu (
Qəbələ və
Şamaxıdan
arxeoloji qazıntılar zamanı aşkarlanmış şərab istehsalı emalatxanalarının qalıqları və şərab saxlamaq üçün istifadə edilən
iri küplər bunu təsdiq edir)
•
Ölkədə maldarlığın inkişafı üçün əlverişli şərait var idi (albanlar at ilxıları, ağ keçi və dəvə saxlayırdılar)
•
Balıqçılıq da təsərrüfatda mühüm yet tutmuşdu (yunan müəllifi
Elian albanların
balıq piyindən sürtkü yağı, içalatından
isə yapışqan hazırlamasını qeyd etmişdir)
Alban ordusuna aid xüsusiyyətlər
Öz qonşusu olan iberlərdən daha böyük ordu
təşkil
edə bilirdilər
Döyüş vaxtı
zirehli paltar geyir, qalxanlardan
istifadə edirdilər
Döyüşdə dəbilqə qoyur, nizə, ox və mizraqla
silahlanırdılar
Hərbi işdə istifadə etmək üçün çoxlu at ilxıları
saxlayırdılar