Dərslik layiHƏ 4 MÜNDƏRİcat


Zəhərli kimyəvi maddələr əleyhinə paket



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

186
Zəhərli kimyəvi maddələr əleyhinə paket
Zəhərli kimyəvi maddələr əley hinə paketlərdən insanın palta rına, bədəninə, 
fərdi  qoruyucu  vasitələrə  və  alətlərə  düşmüş  damcı­maye  halda  olan  zəhərli, 
kimyəvi  təhlükəli  maddələrin  zə rərsizləşdiril məsi  məq sədilə  isti fadə  olu nur.  Pa­
ketə da olan deqa zasiyaedici vasitə və 4 pambıq­cuna tampon daxildir. Paket 
sello fan kisə cikdə yerləşdirilib.
1
2
Zəhərli kimyəvi maddələr 
əley hinə paket:
1 – 125–135 ml şüşə flakon;
2 – 4 pambıq­cuna
İstifadə za manı paket açılır, tamponlar dan biri flakonda olan məhlulla isla­
dılır. İsla dılmış tam ponla dəri nin açıq sahə ləri, əleyhqa zın şlem­maskası silinir. 
Yenidən isladılan tamponla paltarın yaxalığı, man jet lər təmizlənir. Maye dəriyə 
qısamüddətli, qıcıqlandırıcı təsir edir. Amma bu, iş qabiliyyətinə təsir göstərmir. 
Yadda  saxlamaq  lazımdır  ki,  paketdə  olan  maye  zəhərlidir  və  gözlər  üçün 
təhlükəlidir.  Buna  görə  də  gözlərin  ətrafını  quru  tamponla  silib  2%­li  soda 
məhlulu ilə təmizləmək lazımdır.
1. Fərdi tibbi qoruyucu vasitələr haqqında təqdimat hazırlayın.
2. Fərdi sarğı paketinin istifadə qaydasını şərh edin.
3. Fərdi dərman qutusunun yuvacıqlarını şərh edin.
4. Ev üçün dərman qutusu haqqında təqdimat hazırlayın.
5. Zəhərli kimyəvi maddələr əleyhinə paketin istifadə qaydalarını gös­
tərin.
6. Aşağı və yuxarı ətraflarınıza sarğı qoyun.
Sual və tapşırıqlar
  LAYİHƏ


187
35.  RADİOAKTİV VƏ KİMYƏVİ ZƏDƏLƏNMƏLƏRİN 
TİBBİ PROFİLAKTİKASI
Radioaktiv  və  kimyəvi  zədələnmə  ocaqlarında  fəsadları  azaltmaq  üçün 
ərazinin, texnikanın, avadanlıqların, üst geyiminin, həmçinin bədənin açıq his­
sə lərinin  zərərsizləşdirilməsi  üzrə  kompleks  tədbirlərin  həyata  keçirilməsi 
olduqca vacibdir. Bunun üçün tam və qismən təmizləmələr tətbiq edilir.
Radioaktiv və kimyəvi zədələnmələr hansı ilkin yardımları zəruri edir?
Radiasiyalı,  kimyəvi  və  bioloji  təhlükəli  obyektlərdə  qəzalar  baş  verdikdə, 
kütləvi  qırğın  silahları  tətbiq  edildikdə  insanların  paltarları,  texniki  vasitələr  və 
ərazi radioaktiv, kimyəvi və bioloji vasitələrlə zəhərlənə bilər.
Radioaktiv  maddələrin  təsiri  bir  neçə  gün  ərzində,  damcı  şəklində  olan 
zəhərləyici maddələrin təsiri bir neçə gün, soyuq vaxtlarda isə bir neçə həftə və 
bir  ay  davam  edir.  Bioloji  vasitələrin  təsir  müddəti  bir  neçə  gün  və  bir  ay  ola 
bilər.
Adamlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, 
texniki  vasitələr  xüsusi  təmizləmə  keçməlidirlər.  Sanitariya  təmizlənməsi  – 
adam ların bədəninin və paltarlarının zəhərlənmələrdən təmizləməkdən ibarətdir.
Bu təmizləmə
 qismən və tam ola bilər.
Qismən təmizləmə – zədələnmə ocaqlarında və yaxud onlardan çıxandan 
sonra  vaxt  az  olduqda  bədənin  açıq  hissələrini  müstəqil  təmizləməklə  bitir. 
Radioaktiv  maddələrlə  zəhərləndikdə  qismən  sanitariya  təmizləmə  bu  ardıcıl­
lıqla aparılır:
– Əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silir, süpürür və 
çırpırlar;
– Ayaqqabıları yaş əsgi ilə silir və yaxud yuyurlar;
–  Əleyhqazların  (respiratorun)  çantasını,  üzlü  borucuğunu,  qutusunu  yaş 
əsgi ilə silirlər;
– Əleyhqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boyunu, əlləri təmiz su ilə 
yuyur, ağzı və boğazı qarqara edirlər.
İnsanların  dərisi  və  paltarı  damcı­maye  halında  zəhərləyici  maddələrlə 
zəhərləndikdə  qismən  sanitariya  təmizlənməsi  təcili  olaraq  yerinə  yetirilir. 
Bunun  üçün  kimya  əleyhinə  paket  və  ya  maye  ilə  isladılmış  tənzif  dəsmalla 
dərini, paltarı və əleyhqazın üzlüyünü sürtmək lazımdır.
  LAYİHƏ


188
Tam  təmizləmə  –  vaxt  çox  olduqda  zədələnmə  ocaqlarından  çıxandan 
sonra sanitar yuma məntəqəsində aparılır. Bu vaxt adamların bədəni isti su ilə, 
sabunla və hamam lifi vasitəsilə yuyulur.
Xüsusi  təmizləmə  –  deqazasiya,  dezinfeksiya  və  dezaktivasiyadan  iba­
rətdir.
Xüsusi təmizləmə
Deqazasiya
Dezaktivasiya
Dezinfeksiya
Deqazasiya
Deqazasiya kimyəvi, fiziki­kimyəvi və fiziki üsullarla aparıla bilər.
  Fiziki­kimyəvi üsul zəhərlənmiş səthdən yuyucu məhlullar, yaxud həlle­
dicilər vasitəsilə zəhərli maddələrin yuyulmasına əsaslanır. 
  Fiziki üsul yüksək temperaturlu qaz axınının təsiri şəraitində zəhər lən­
miş səthlərdən zəhərli maddələrin buxarlanması və qismən parça lan­
masına əsaslanır. Bu üsul istilik maşınları vasitəsilə aparılır.
Dezinfeksiya
Dezinfeksiya  və  yoluxucu  xəstəlik  törədicilərinin  zərərsizləşdirilməsi  ətraf 
mühitdəki  yoluxucu  xəstəlik  törədən  mikrobların  məhv  edilməsinə  yönəldilmiş 
tədbirlərdir.
Dezinfeksiyanın profilaktika dezinfeksiyası, cari dezinfeksiya və son dezin­
feksiya növləri olur.
  Profilaktika  dezinfeksiyası  yoluxucu  xəstəliklərin  baş  verməsi  və  ya 
ümumi istifadə olunan əşyalar vasitəsilə yoluxmanın keçməsi imkan­
larının qarşısını almaq məqsədilə aparılır. 
  Cari  dezinfeksiya  xəstənin  yatağı  yanında  yoluxmanın  yayılmasının 
qarşısını almaq məqsədilə keçirilir. 
  LAYİHƏ


189
  Son dezinfeksiya xəstə təcrid ediləndən, xəstəxanaya qoyulandan və 
sağalandan sonra yoluxma ocağını xəstəlik törədicilərdən tam təmiz­
ləmək məqsədilə keçirilir.
Bunu bilmək vacibdir!
Xlorlu  əhəng  suyu  əlləri,  qab­qacağı,  otağı,  ayaqyolunu  və  s.  zərər­
sizləşdirmək  üçün  0,2–0,5  faiz,  2–3  faiz,  5–10  faiz  su  məhlulu  halında  və 
quru halda işlədilir.
Xlorlu  əhəngin  10  faizli  durulaşdırılmamış  məhlulunu  hazırlamaq  üçün 
1  kq  xlorlu  əhəng  və  10  litr  (1  vedrə)  su  götürülür.  Bu  miqdardakı  xlorlu 
əhəngə əvvəlcə azacıq su qatıb bütün kəsəklərini əzib xırdalayır və qalan 
suyu  tədricən  əlavə  edərək  əhəngə  qarışdırırlar.  Belə  məhlul  hazır­
landıqdan dərhal sonra işlədilir.
Xloraminin  0,2–0,5  faizli  məhlulu  damcılı  yoluxma  zamanı  binaları 
dezinfeksiya  etmək,  0,2–3  faizli  məhlulu  bağırsaq  yoluxmaları  zamanı  alt 
paltarlarını yumazdan əvvəl islatmaq üçün işlədilir.
Lizol  3–5  faizli  məhlul  halında  maye  ifrazatları,  binaları,  dəri  və  rezin 
məmulatları,  ayaqqabıları,  əlləri  zərərsizləşdirmək,  alt  və  üst  paltarlarını 
islatmaq üçündür. 
Formalin formaldehidin 40 faizli suda məhluludur. Dezinfeksiya kamera­
larında dəri və xəz əşyaları zərərsizləşdirmək  üçün işlədilir.
Dezaktivasiya
Dezaktivasiya qurğulardan, binalaradan, paltarlardan, sudan, qida məhsul­
la rından və s. radioaktiv maddələrin təmizlənməsidir.
Radioaktiv  yoluxma  zonasından  çıxdıqdan  sonra  dərhal  radioaktiv  tozu 
kənar etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi 
sanitar  təmizlənmə  ilə  həyata  keçirilir.  Paltarların  ən  sadə  dezaktivasiya  yolu 
silkələmə,  tozu  çırpma,  tozsoran  ilə  təmizləmə,  bu  üsulların  az  effektliliyi  za­
manı  yuyucu  vasitələrlə  xüsusi  camaşırxanalarda  yuyulmadır.  Suyun  dezakti­
vasiyası üçün bioloji süzgəclərdən istifadə olunur. Yaxşı qablaşdırılmış məhsul­
ların  dezaktivasiyası  üçün  onları  yuyurlar,  qablaşdırılmamış  məhsulların 
dezaktivasiyası  üçün  isə  onların  üst  səthlərini  soyurlar.  Azqiymətli  və  kiçik 
miqdarlı məhsulları məhv edirlər.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə