Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

182
Paketdən istifadə edərkən onu sol əldə tutub sağ əllə üzlüyün çərtilmiş kə­
narından dartılır, yapışdırılmış hissə qoparılır və içərisindəki mumlanmış paket 
və  sancaq  çıxarılır.  Kağız  örtüyün  büküşündən  sancağı  çıxarıb  müvəqqəti 
olaraq göz önündə paltara bərkidin. Mumlanmış kağız örtüyü ehtiyatla açıb sol 
əlinizlə  bintin  pambıq­cuna  yastıqcıq  tikilmiş  kənarından  tutun  və  sağ  əlinizlə 
binti  açın.  Bu  zaman  ikinci  yastıqcıq  sərbəst  açılır  ki,  onu  bint  boyu  hərəkət 
etdirə  biləsiniz.  Yastıqcıqların  bir  üzü  qırmızı  saplarla  tikilib.  Vacib  olduqda 
yardım göstərən əlləri ilə yalnız yastıqcığın bu üzünə toxuna bilər.
Yastıqcıqların  digər  tikişlər  olmayan  səthi  yaranın  üzərinə  qoyulur.  Kiçik 
yaralanmalarda  yastıqcığın  biri  yara  üzərinə  qoyulur.  Böyük  ölçülü  yaralarda, 
yanıqlarda  isə  hər  ikisindən  yanaşı  şəkildə  istifadə  edilir.  Deşilmış  ikitərəfli 
yaralarda yastıqcığın biri yaranın giriş, digəri isə çıxış hissəsinə qoyulur. Sonra 
dairəvi gedişlə yara bintlənib sancaqla bərkidilir. Paketin üzlüyünün daxili səthi 
steril  olduğu  üçün  onlardan  hermetik  sarğılarda  istifadə  edilir.  Paket  əleyh­
qazlar üçün olan xüsusi çantalarda və ya paltarın cibində saxlanılır.
  LAYİHƏ


183
Fərdi dərman qutusu
Fərdi  dərman  qutusunun  içərisində  yanıqlar,  yaralanmalar  zamanı  (ağrını 
aradan  qaldırmaq  məqsədilə)  öz­özünə  və  qarşılıqlı  yardım  üçün  lazım  olan, 
radio aktiv,  zəhərli  və  qəza  təhlükəli  kimyəvi  maddələrin  təsirini  azaltmaq, 
aradan qaldırmaq və yoluxucu xəstəliklərin qarşısının alınması üçün lazım olan 
vasi tələr olur.
Fərdi dərman qutusu yuvacıqlara malik, 90x100x20 mm ölçüdə, 130 qr çə ­
kiyə malik plastmas qutudur. Havanın soyuq vaxtı maye halında olan dərman 
vasitələrinin  donmaması  üçün  onu  paltarın  içəri  cibində  saxlamaq  lazımdır. 
Dərman  qutusunun  yuvacıqlarında  aşağıda  göstərilən  dərman  vasitələri  yer­
ləşdirilir: 
Yuvacıq № 1: Ağrıkəsici vasitə şpris­tübikdə hazır halda olur. Sınıqlar za­
manı, geniş sahəli yaralar, yanıqlarda istifadə edilir. Təcili hallarda inyeksiyanı 
paltarın üstündən də yeritmək olar.
Yuvacıq  №  2:  Fosforüzvi  zəhərləyici  maddələrlə  zəhərlənmələr  zamanı 
istifadə  olunan  antidot.  Zəhərlənmə  təhlükəsi  olduqda  antidot  qəbul  edilir  və 
bundan sonra əleyhqaz geyilir.
Yuvacıq № 3: Antibakterial vasitə. Bu preparatdan radiasiyanın təsirindən 
yaranan mədə­bağırsaq pozuntularında, yoluxucu xəstəliklərin profilaktikasında 
istifadə edilir.
Yuvacıq № 4: Radiasiyadan qoruyucu vasitə. Radiasiya təhlükəsi olduqda 
qəbul edilir.
Yuvacıq № 5: Geniş təsir spektrli antibakterial vasitə. Yoluxucu xəstəliklərlə 
yoluxma təhlükəsi olduqda, yaxud yoluxma baş verdikdə, geniş ölçülü yanıq və 
yaralarda təcili profilaktik vasitə kimi istifadə olunur.
Təlimat üzrə qəbul etmək
Ağrıkəsici
Zəhərlənməyə qarşı vasitə
Bakteriyaya  qarşı 
vasitə N 2
Radiasiyaya qarşı vasitə N1
Radiasiyaya  qarşı 
vasitə N2
Qusmağa qarşı vasitə
Bakteriyaya qarşı vasitə N1
  LAYİHƏ


184
Yuvacıq  №  6:  Radiasiyadan  qoruyucu  vasitə.  Preparat  atom  elektrik 
stansiyalarında baş verən qəzalardan sonra, radiasiyalı ərazidə otlayan inəyin 
təzə südündən içdikdə 10 gün müddətində qəbul olunur. Preparat orqanizmə 
südlə  daxil  olan  radioaktiv  yodun  qalxanvarı  vəz  tərəfindən  tutulmasının 
qarşısını alır.
Yuvacıq №7: Qusmaya qarşı vasitə. Başda olan zədələnmələr, beyin silkə­
lənmələri zamanı, eyni zamanda radioaktiv şüalanma baş verdikdə qusmanın 
profilaktikası məqsədilə istifadə olunur.
Fərdi dərman qutusunda ən çox istifadə ediləni həb şəklindəki sistamin adlı 
maddə ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədir. Bu həbləri şüalan­
madan 30­40 dəqiqə əvvəl qəbul etmək məsləhətdir.
Ev üçün dərman qutusu
Gündəlik həyatımızda, xüsusən fövqəladə hadisələr zamanı vaxtaşırı zədə­
ləyici faktorların təsiri ilə üzləşirik. Bu zaman insanların bəziləri yaralan malara, 
sınıqlara məruz qalır, bəzilərində isə başağrıları, ürəkdöyünmə, mədə ağrıları, 
bu  və  ya  digər  xəstəliklər  baş  verir.  Unutmamalıyıq  ki,  hətta  balaca  yaralan­
malar belə insan üçün təhlükə yarada bilər.
  LAYİHƏ


185
Profilaktika və ilk tibbi yardım göstərən zaman öncə görüləcək tədbir yaraya 
steril  sarğının  qoyulmasıdır.  Bu  məqsədlə  içərisində  sarğı  vasitələri  olan  ev 
üçün dərman qutusunun olması zəruridir.
Ümumiyyətlə,  içərisində  bütün  hallarda  istifadə  oluna  biləcək  dərman  və 
vasitələrin  olduğu  dərman  qutusunu  komplektləşdirmək  mümkünsüzdür.  Sa­
dəcə, ailə üzvlərində olan xəstəlikləri, rayonun, şəhərin sanitar­epidemioloji vəziy­
yə tini nəzərə alıb optimal tərkib yaratmaq olar. Ev üçün dərman qutusunda ilk 
tibbi yardım üçün lazım olan minimum vasitələr olmalıdır. Onun təqribi tərkibi 
aşağıdakı kimidir:
­ Validol həbləri – ürək nahiyəsində olan kəskin ağrılarda istifadə edilir.
­ Nitroqliserin – stenokardiya tutmalarında istifadə edilir.
­ Korvalol, valokordin – ürək ağrıları, ürəkdöyünmələr zamanı istifadə edilir.
­ Aspirin – soyuqdəymələr zamanı, qızdırmalı vəzyyətlərdə iltihab əleyhinə 
vasitə.
­  Analgin  həbləri  –  ağrıkəsici,  iltihab  əleyhinə,  qızdırmasalıcı  kimi  istifadə 
edilir.
­ Baralgin, pentalgin həbləri – ağrıkəsicidir.
­ Spazmalqon həbləri – baş ağrılarında istifadə edilir.
­  Aktivləşdirilmiş  kömür  həbləri  –  mədə­bağırsaq  sistemində  köp  olduqda 
istifadə edilir.
­ Besalol – qarın boşluğu orqanlarının xəstəliklərində ağrıkəsici effekti verir.
­  Natrium  hidrokarbonat  tozu  –  mədə  qıcqırmaları  zamanı  və  ağız  boşlu­
ğunu qarqara etmək üçündür.
­  Kalium  permanqanat  –  suda  həlle  dilmiş  məhlulu  ilə  yaraların  yuyulma­
sında və qarqara etmək üçün istifadə edilir.
­  Bakteriosid  leykoplastır  –  sıyrıntılarda,  kəsilmiş  kiçik  yaraların  müalicəsi 
üçün istifadə edilir.
­ Adi leykoplastır – sarğıların bərkidilməsində istifadə edilir.
­ Yodun spirtdə 5%­li məhlulu – antiseptik vasitə kimi xaricə təyin edilir.
­  Ammonyak  məhlulu  (naşatır  spirti)  –  dəm  qazı  ilə  zəhərlənmələrdə, 
bayılmalar zamanı tənəffüsün bərpa edilməsi məqsədilə istifadə edilir.
­ Öskürək əleyhinə həblər – yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərində 
təyin edilir.
­ Qansaxlayıcı turna – qanaxmaların müvəqqəti olaraq dayandırılmasında 
istifadə edilir. Adətən, zədə nahiyəsindən yuxarıda qoyulur.
­  Sintomisin  emulsiyası  –  yanıqlar  və  donvurmalar  zamanı  xaricə  təyin 
edilir.
­ Termometr.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə