Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə32/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 34 ____________________________ 
keçirilən informasiyanın yığılması, emalı, saxlanması və qərar 
qəbulu  üçün  ötürülməsi  kimi  prosedurlar  zəncirindən  ibarət 
texnoloji prosesin fiziki təməli üzərində reallaşdırılır. Texnoloji 
səviyyədə  kompüterlər,  rabitə  xətləri,  verilənlər  bazaları  və 
çoxsaylı  sistem  və  tətbiqi  proqramlar  sayəsində  informasiya 
proseslərinin  paralel  baş  verməsi  təmin  edilsə  də,  heç  bir 
iqtisadi  məsələ  və  ya  biznes  məsələsi  həll  edilmir.  Burada 
təqdim  edilən  yanaşmaya  görə,  informasiya  texnologiyaları 
informasiyanın həm mənbəyi, həm də ünvanı olan funksional 
altsistemlər  üçün  təməl  təşkil  edir.  Lakin  unutmaq  olmaz  ki, 
informasiya  texnologiyaları  həm  də  hər  yerdə  və  şirkətin 
bütün  iyerarxiya  səviyyələrində  qərar  hazırlanması  və  qəbulu 
mühitidir.  Bununla  belə,  bu  mühitin  konkret  vəzifəsi  yalnız 
informasiya  proseslərini,  yəni  informasiyanın  yığılması, 
saxlanması, ötürülməsi, emalı və təqdim edilməsi proseslərini 
təmin  etməkdən  ibarətdir  və  informasiya  texnologiyaları 
bilavasitə qərar qəbulu prosesində iştirak etmir. Lakin bu heç 
də  o  demək  deyildir  ki,  informasiya  texnologiyaları  qərar 
qəbuluna  təsir  etmir.  Bunu  yəqin  etmək  üçün  müxtəlif 
səviyyəli  informasiya  texnologiyalarına  əsaslanan  qərarların 
keyfiyyətinə  nəzər  salmaq  kifayətdir.  Belə  ki,  müasir 
informasiya sistemləri daha çox həll variantlarını daha sürətlə 
təqdim etdiyindən, seçim üçün daha geniş imkan yaradır. 
Texnoloji  səviyyə  müəyyən  texnoloji  parametrlərlə  təyin 
edilir  ki,  bunlara  da  sistemin  cəldliyi,  yaddaş  resursu,  rabitə 
kanalının növü və verilənlərin ötürülməsi sürəti və s. aiddir. 
Operativ (əməli) səviyyə şirkətdə sadə və bezdirici, lakin 
olduqca  vacib  əməliyyatlar  icra  edilən  bölmələrdə  formalaşır. 
Bu  bölmələr  müştərilərlə  birbaşa  kontakt  (təmas)  yaradan, 
sifariş  qəbul  edən,  hesab  çıxarışı  verən,  anbardakı  material 
resursları  sərfini  qeydiyyata  alan,  nağd  vəsaitlər  verən  iş 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə