13
idmana verir; siyasət
sahəsi daha üstünlük kəsb edir; əgər mədəniyyət dərinliyə nüfuz edirsə, sivilizasiya «eninə»,
yəni siyasi üstünlüyün qazanılmasına meyl edir, (siyasi ekspansiya), elm incəsənət, siyasət və iqtisadiyyata tabe olur.
Bədii sahədəki yeniliklər böyük sensasiya və qovğalarla qarşılanır və s. Şpenqlerin fikirincə, sivilizasiyanın bu
keyfiyyətlərindən qorxmaq və çəkinmək deyil, əksinə, onlarala barışmaq lazımdır.
Müasir kulturoloji nəzəriyyə və konsepsiyalarda Z.Freydin (1856-1939) fikirləri müstəsnalığı ilə fərqlənir.
Freydçi kulturologiyanın dərk edilməsində başlıca amil sublimasiya kateqoriyasıdır; yəni razılıq və təsdiqin
alınmasında vacib olan gərginlik məkanının – instinktiv impulsun – psixi enerjinin dərkidir. Freyd mədəniyyət
problemlərini bir sıra əsərlərində şərh etmişdir. Bunlardan «Yuxu və mif» (1907), «Leonardo da Vinçi», «Uşaqlıq
xatirələri» (1910), «Totem və Tabu» (1913), «Kütlə psixologiyası və insan Məninin təhlili» (1921) və b. Freyd
kulturologiyasının vacib zəmini biogenetik qanundur; yəni ontogenez (orqanizmin fərdi inkişafı), filogenez
(orqanizmlərin tarixi inkişafı),
daha doğrusu, vaxtilə insan təkamülü prosesində baş verənlərin fəaliyyətinin
təkrarlanması.
Mədəniyyətin mövcudluğu və təkamülü qanunauyğunluqlarının təhlilində Freyd pozitiv mövqedən çıxış
edərək orqanizmlərin real mövcudluq təcrübəsinə əsaslanırdı. Fərdiyyət – ümuminin maketidir, lakin ümumi
özü fərdilikdən irəli gəlir. Bu prinsipini Freyd, həmçinin etnoqrafiya, dinşünaslıq, sosiologiya, etika, estetika və
o cümlədən kulturologiyaya da şamil etmişdir.
Beləliklə, insan və onun psixikası şüur və rasional səviyyəyə uyğun deyil. Onun altında şüur kompleksi
yerləşir ki, bu da fərdi həvəs və istəklərin həyati enerjisini yaradır. Freyd tərəfindən bu səviyyə «O» (Ld)
adlandırılır. Həyati rol oynayan səviyyələrdən birini də «Fövqəl-Mən» (Super-Ego) oynayır. Bu səviyyə insanın
fərdi həyatının təsirini əhatə edən səviyyədir. Bu səviyyə filogenetik keçmişin (irsi tarix)
təsiri ilə
proqramlaşdırılır ki, buraya da qadağa və normalar aiddir. Üçüncü, orta səviyyə isə, «Mən» (Ego) şüurudur ki,
çox hallarda bu səviyyə insanın arzu, cəhd və istəklərini ifadə edir. «Mən» «Fövqəl Mən» və «O» arasında asılı,
tabeçi bir hissədir.
Beləliklə, Freydə görə mədəniyyət ontologiyalaşı (daha doğrusu o, məişətçilik statusu əldə edir). İnsan
mədəniyyətində Freyd fövqəltəbii, mistik və tərbiyəvi heç bir əlamət görmür; mədəniyyətin inkişafı bioloji
təkamüldən heç də zərrə qədər fərqlənməyən bir hadisədir ki, o da canlıların ümumi qanununa tabedir. Freydə
görə mədəniyyət tərbiyə vasitəsilə deyil, irsiyyətin bioloji mexanizmi ilə ötürülür.
Özünün «Mədəniyyətdən narazılıq» adlı əsərində Freyd mədəniyyətə insan mahiyyəti üçün onun vacib,
zəruri və təbii nöqteyi nəzərindən yanaşır. Başqa sözlə, «Mədəni insan»ın öz məqsəd və arzularını tam şəkildə
həyata keçirməyə qadirolma cəhdlərinə malik ola bilməsi imkanları öyrənilir.
Z.Freyd insan mədəniyyəti üçün aşağıdakı tələbləri mühüm sayır:
təmizlik, gözəlliyə ehtiram) intizam;
Psixi fəaliyyətin ali formalarına intellektual, elmi və bədii nailiyyətlərə hörmət. Bütün bu tələblər insanlar
arasındakı münasibətləri tənzimləməyə vasitədir. Freyd insan mədəniyyəti haqqında belə bir qənaətə gəlir ki,
mədəniyyət insanın təbii tələbatlarına az cavab verir, o, insanın azadlığını məhdudlaşdırır. İnsan mədəniyyəti bir
çox istək və həvəslərin uzaqlaşdırılması əsasında formalaşdığı üçün burada tələbatların tam şəkildə
ödənilməsindən söhbət gedə bilməz. Əslində mədəniyyət insanı bədbəxt edir. O, məhdudiyyətlər sistemidir.
Freydin nəticə çıxardığı müddəalar bunlardır.
Müəllifə görə, insan təbiətin ona bəxş etdiyi həvəs və istəklərə çatmağa cəhd göstərir. Əsil xoşbəxtlik
bundadır! Mədəniyyət ya patoloji meyl yaradaraq həvəs və istəyi təhtəlşüur səviyyəsində sıxır, ya da həvəsi
əvəz edən başqa bir vasitə axtarır.
Mədəniyyətin tərəqqisi mahiyyətinə qadağaların çoxalması, təzyiqin yüksəlməsi daxildir.
Tarixi planda
Freydə görə ilkin mədəni akt qohumlar arasındakı cinsi əlaqələrin qadağasında və arxaik dövrlərdə «oğullar»
tərəfindən «atanın» öldürülməsindən sonrakı peşimançılıqdan başlanır. Bunlar insanların sürü formasında
yaşadığı dövrə təsadüf edir.
Beləliklə, Freydin mədəniyyət anlayışına aşabıdakı aspektlər daxildir:
- Mədəniyyət sublimasiyanın nəticəsidir;
- Mədəniyyət sosiallaşmanın əsrlərələ sınanmış vasitəsi kimi çıxış edərək bu təcrübəni fantaziya, yuxu,
mif, oyun və s. kimi təzahür etdirir;
- Mədəniyyət aqressivliyin qoruycusu mexanizmi kimi çıxış edir;
- Mədəniyyət ictimai qüvvə kimi insan fərdiyyətinin təzahürünə istiqamətləndirilir.
Freydin kulturoloji konsepsiyası kulturologiya nəzəriyyəsinin inkişafında özünəməxsus rol oynayır.
XX əsrdə kulturoloji məktəbin görkəmli simalarından biri də Pitirim Aleksandroviç Sorokindir (1889-
1968). Onun mədəniyyət problemlərinə həsr olunmuş dördcildlik məşhur əsəri «Sosial və mədəni dinamika»
adlanır. Əsərdə müəllifin sosioloji ideyaları kulturoloji konsepsiyanın əsasıda ifadə olunur.
Ən qədim zamanlardan mədəniyyəti tədqiq edən P.Sorokin sistemli metoddan (çarpaz, tematik) istifadə
edərək bu və ya digər tarixi mərhələlərin ardıcıl şərhini əks etdirir. Müəllif özünün nəzəri nəticələrini cədvəl və
qrafiklərlə ifadə edərək statistik materiallarla şərh edir. Müəllifin sonda gəldiyi fikrə görə, hər bir cəmiyyət
özündə üç mühüm aspekti – əşyalar aləmini (konkret əşyalar), subyektiv aləmi (insan) və transsubyektiv aləmi,
(ruhi mahiyyət,
ideyalar, fikir, düşüncə) kəsb edən sosial-mədəni sistemdir. Cəmiyyəti onun simvolik
14
(fovqəlüzvi) komponentinə – digər dəyər, norma və mənəvi sərvətlərinə görə təyin etmək və başa düşmək olar
ki, bu da mədəni xassədir. Mədəniyyət – bir-biri ilə qarşılıqlı əlaqədə olan insanların mənsub olduqları dəyərlər,
normalar toplusudur. P.Sorokinin fikirncə, mədəniyyət geniş mənada özünün inkişaf mərhələsində cəmiyyətin
əldə etdiyi topludur. Bu inkişaf prosesində müxtəlif mədəniyyət sistemləri formalaşır: dini, etik, estetik, hüquqi
və s. Bütün bu mədəni sistemlərin başlıca xüsusiyyəti onların ali səviyyədə birləşmə tendensiyasıdır. Bu
tendensiyaların inkişafı prosesində mədəni fövqəl-sistemlər formalaşır. Sorokinin sözlərinə görə, bu mədəni
fövqəltəbii sistemlər «özünün mentallığı, həqiqət və biliklərin xüsusi sistemi, müstəqil
fəlsəfi və dünyagörüşü,
dini və «müqəddəslik» nümunələri, hüquqi təsəvvürləri, incəsənət formaları, davranış kodeks və qanunları,
sosial münasibətlərin üstünlük təşkil edən formaları, iqtisadi, siyasi təşkilatları, mentalitet və davranışına xas
xüsusi şəxsiyyət tiplərinə xasdır».
Müəllif dəyərləri hər hansı bir mədəniyyətin əsası və özəyi hesab edir. Dəyərlərin dominantlıq xüsusiyyətlərinə
görə Sorokin mədəni fövqəlsistemləri üç tipdə təsnif edir: ideasional, idealist və hissi.
Mədəniyyətin ideasional sistemi yeganə reallıq və dəyərlənən nümunəsi olan Allahın fövqəlhissi və
fövqələqli prinsipinə əsaslanır. Mədəniyyətin bu tipinə Sorokin ilk öncə, orta əsrlər Avropa mədəniyyətini aid
edir. Müəllifin sözlərinə görə, bu mədəniyyətdə «hakim əxlaq
və ənənələr, həyat tərzi, təfəkkür tərzi ali və son
məqsəd olan Allahla vəhdət təşkil edir». Sorokin bu mədəniyyət tipinə həmçinin, Hindistanın Brahman
mədəniyyətini, b.e.ə. VIII və VI əsr yunan mədəniyyətini, Budda və Laoist mədəniyyəti aid edir.
Mədəniyyətin idealist sistemini isə Sorokin ideasional və hissi sistem arasındakı mədəniyyət kimi qəbul
edərək onun dəyərinin Aya, Göyə, Yerə istiqamətlənməsini söyləyir. Obyektiv reallığın bir qisminin fövqəlhiss,
bir qismini isə hisslər təşkil etdiyindən bunların sonsuz rəngarəngliyi nəzərə çarpır.
Sorokin bu tipdən olan
mədəniyyətə b.e.ə. V-IV əsrlərdə qədim yunan və XIII-XIV yüzilliklərin Qərbi Avropa mədəniyyətini aid edir.
Mədəniyyətin müasir tipi Sorokinə görə hissi mədəniyyətdir. O, aşağıdakı prinsipə əsaslanır: «Obyektiv
gerçəklik, onun mahiyyət və mənası hiss ediləndir». «Yalnız gördüklərimiz, eşitdiklərimiz, dərk etdiklərimizi öz
duyğu orqanlarımız vasitəsilə mənimsədiyimizə görə, onlar real və ideal məna kəsb edəndir!». Hissi
mədəniyyətin formalaşması XVI əsrdən başlayaraq XX əsrin ortalarınadək davam edir. Bu mədəniyyət
dindənəəə. Əxlaq və ideasional mədəniyyətin digər dəyərlərindən azad olmağa cəhd göstərir. Bu mədəniyyətin
əsas qəhrəmanları – fermerlər, fəhlələr, evdarlar və hətta cinayətkarlardır.
Müasir «hissi» mədəniyyət Sorokinə görə qürub etməkdədir. Lakin bu heç də insan mədəniyyətinin tamamilə
süqutu demək deyildir.
Müəllifin fikirincə, heç bir mədəniyyət sonsuz deyil, özünün imkan dairəsinə görə bütün
mədəniyyətlər məhduddur. Onun dediyinə görə, insan yaşadıqca mədəniyyət də olub və olacaqdır.
Beləliklə, mədəniyyətin yaranması, inkişafı tarixində onu müxtəlif mövqelərdən şərh edən kulturoloqların
nəzəriyyə, təlim və konsepsiyalarını ümumiləşdirən yeganə cəhət ondan ibarət idi ki, mədəniyyət – bəşəri,
dünyəvi bir ictimai hadisə olmaqla cəmiyyətin həyatında mühüm rol oynamış, insan əqlinin, zəkasının məhsulu
kimi dəyərləndirilməlidir.