------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
15
əsla boş və puç bir söz eşitməzlər, (eşitdikləri) yalnız salamdır və orada ruziləri
onlar üçün səhər-axşam (hazırdır)”.
َر
ْ
ن ِم ًءا
َ
ز
َ
ج
ا
ً
با َس ِح ًءا
َ
ط
َ
ع
َ
ك
ر
ب
36. “(Bu) sənin Rəbbinin tərəfindən bir mükafatdır, kifayət qədər olan və
keçmiş əməllərə görə verilən bir bəxşişdir”.
Sonda isə bu mükafatlardan daha üstün olan məsələyə toxunulur. Belə ki,
zəif və aciz bəndəyə Allah kimi əzəmətli xaliqin diqqət yetirərək onu dəyərli hesab
etməsi və nemət verməsindən də üstün bir şey ola bilərmi?!
Ayədə “rəbb” kəlməsinin 2-ci şəxsin təkində olan şəxs əvəzliyi ilə (
َ
ک)
işlənməsi və ondan sonra “ətaən” (bəxşiş) ifadəsinin gəlməsi də Allahın sonsuz lütf
və mərhəmətinə işarədir.
“Hisabən” sözü isə “kifayət qədər” mənasını verir. Yəni təqvalılara kifayət
qədər nemət və mükafat veriləcəkdir.
Əmirəl-möminin Əli (ə) buyurur: “Qiyamət günü Allah möminlərin
mükafatını on dəfədən yeddi yüz dəfəyə qədər artıracaq və bu barədə Allah
Quranda buyurur: “(Bu,) sənin Rəbbinin tərəfindən bir mükafatdır, kifayət qədər
olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir”.
18
Bu rəvayətdən başa düşülür ki, Allahın bəndələrə mükafatı öz fəzilətinə
uyğun olmaqla yanaşı, eyni zamanda, onların əməlləri ilə də mütənasibdir.
Ayədəki “hisabən” kəlməsi həmin məsələyə dəlalət edir.
ا َم َو ِض
ْر
َ ْ
لْا َو ِتا
َوا َم َّسلا رب َر
ا
ً
با
َ
ط ِخ
ُ
ه
ْ
ن ِم
َ
نو
ُ
ك ِل
ْمَي َلَۖ
ِن
ََٰ
م
ْ
ح َّرلا ا َم
ُ
ه
َ
ن ْي
َ
ب
37. “Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən
(göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə
qadir olmazlar!”.
Bu ayədə Allahın böyüklüyünə və mükafatların Rəhman olan Allah
tərəfindən verilməsinə işarə edilmişdir. Aləmlərin rəbbi, idarəçisi olan Allahın
rəhməti hər şeyi əhatə etmişdir. Möminlərə Qiyamətdə dəyərli və əzəmətli
mükafat verən də Odur. Eyni zamanda, dünyada da bu cür nemətlər ilahi rəhmət
olaraq yer və göy əhlinə göstərilmişdir.
“La yəmlikunə” – “qadir deyillər” cümləsindəki şəxs əvəzliyinin bütün yer
və göy əhlinə və yaxud da məhşərə toplaşan təqvalı və ya zalımların hamısına
şamil olduğu ehtimal edilir. Yəni Qiyamətdə heç kəs nəzərdən qaçırılmayacaq və
Allah ədalətli və hər şeyi dəqiqliklə ölçüb-biçdiyi üçün kimsə etiraz edə
bilməyəcək. Həmçinin, Allahın icazə verdiyi kəslərdən başqa, heç kəsin şəfaət
etmək haqqı da olmayacaq.
Bu məsələyə “Bəqərə” surəsinin 255-ci ayəsində də işarə edilir: “...İzni
olmadan onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə
nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi
və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?!”.
Bir sıra əhəmiyyətli mətləblər
1. Təqvalı şəxslərə verilən savablar və zalımların cəzası
Əvvəlki ayələrdə təqvalılara verilən mükafat və zalımlara nəsib olan
cəzalardan söhbət açılır və onlar bir-biri ilə müqayisə edilir.
18
“Nurus-Səqəleyn” təfsiri, c. 5, səh.495, hədis 29.
------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
16
Mömünlər üçün “məfaz”, yəni “nicat və qurtuluş” yeri, zalımlar üçün isə
“mirsad” – “pusqu yeri və tələ” ifadəsindən istifadə olunur.
Təqvalılara veriləcək üzüm bağlarından söhbət açılır, kafirləri isə sonsuz və
ağrılı əzab gözlədiyi bildirilir.
Möminlər cənnətdə dadlı şərablara, kafirlər isə cəhənnəmdə irin və
çirkdən ibarət olan qaynar suya qonaq ediləcəklər.
Eyni zamanda, möminlərə nemət veriləcəyi, kafirlərin isə əzabının
artırılacağı bildirilir. Xülasə, bu iki dəstə əməl baxımından fərqli qütblərdə durduğu
kimi, mükafat və cəza baxımından da fərqlərə malikdir.
2. Cənnət şərabları
Quranın digər ayələrində də cənnət şərablarından söhbət açılmış və
bildirilmişdir ki, ondan içənlərin duyduğu ləzzəti vəsf etmək mümkün deyil.
Ayələrə diqqət yetirin:
“İnsan” surəsi, 21-ci ayədə buyurur: “Onların əyinlərində yaşıl rəngli, nazik
və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi
onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab
içirəcəkdir.”
“Saffat” surəsinin 45-47-ci ayələrində bu şərabın baş ağrısına, məstliyə və
ağlın aradan getməsinə səbəb olmadığı da bildirilir: “Onların dövrəsində (cənnətdə
axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar.
Ağappaq və içənlər üçün başdan-başa ləzzət olan bir şərab.
Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə
ağılları başdan çıxar.”
Digər bir ayədə həmin şəraba sərin olması üçün kafur qatıldığı da
bildirilmişdir: “Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur
qatılmış camdan içəcəklər”.
19
Növbəti ayələrdə böyük gün, onun bəzi xüsusiyyətləri və o gündə baş
verəcək hadisələr haqqında açıqlamalar verilir:
ا
ً
با َو َص َلا
َ
ق َو
ُ
ن
ََٰ
م
ْ
ح َّرلا
ُ
ه
َ
ل
َ
ن ِذ
َ
أ
ْ
ن َم
َّ
لَ ِإ
َ
نو ُم
َّ
ل
َ
ك
َ
ت
َ
ي
َ
لَ
ۖ
ا
ًّ
ف َص
ُ
ة
َ
ك ِئ
َ
لَّ َم
ْ
لا َو
ُ
حو ُّرلا ُمو
ُ
ق
َ
ي َم ْو
َ
ي
38. “Ruhun (Cəbrail və ya mələk cinsindən olmayan başqa şərafətli bir
varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allahın) izn verdiyi
kəslərdən başqa, heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq”.
Şübhəsiz, “ruh” və “mələklər”in o gündə bir sırada dayanması, Allahın izni
ilə danışmaları yanlız və yanlız Allahın fərman və göstərişlərini icra etmək üçündür.
Onlar bu dünyada da Allahın əmrlərini icra edirlər. Axirət aləmində bu məsələ
daha da geniş olacaqdır.
Sual: Bu ayədə “Ruh”dan məqsəd kimdir?
Cavab: Bu barədə təfsirçilər müxtəlif nəzəriyyələr irəli sürmüşlər:
1. Mələk cinsindən olmayan və onlardan üstün olan məxluq.
2. Cəbrail (ə).
3. İnsanların ruhu.
4. Cəbraildən (ə) də üstün olan bir mələk. Bu mələk bütün peyğəmbər və
məsum imamlarla birgə olmuşdur və onlarladır.
19
“İnsan” surəsi, ayə 5.
------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
17
Bəzi ayələrdə Allah-taala “ruh”u özünə nisbət verərək buyurur:
“Elə ki, ona surət verib Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan)
üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!”.
20
“Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha
ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz öz ruhumuzu
(Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə
düşdü.”
21
Bu açıqlamalardan belə başa düşülür ki, “ruh” müxtəlif və fərqli mənalarda
işlədilmişdir, lakin bizim bəhsimizlə uyğun olan fikir “Ruh”un Allahın böyük
mələklərindən, hətta Cəbrail mələkdən üstün olması fikridır. Belə ki, bir hədisdə
İmam Sadiqdən (ə) nəql edilmişdir: “O, (yəni Ruh) Cəbrail və Mikaildən böyük
mələkdir.”
22
Hər halda bu varlıq qiyamət günündə digər mələklərlə birlikdə Allahın
itaətində olacaqdır.
Sonra Allah-taala insan və mələklərin səf-səf duracağı və həm də
günahkarlara əzab, təqvalılara mükafat verilən o böyük günə işarə edərək
buyurur:
ا
ً
بآ َم ِه
ر
ب َر َٰ
َ
لَ ِإ
َ
ذ
َ
خ
َّ
تا َءا
َ
ش
ْ
ن َم
َ
فۖ
ُّ
ق
َ
ح
ْ
لا ُم ْو َي
ْ
لا
َ
ك ِل
َٰ َذ
39. “O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz
Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, ona
yetişsin)”.
“Haqq” həqiqəti olan, sübuta yetirilmiş mənalarını ifadə edir. Bu məna
qiyamət barəsində tamamilə sadiqdir. O gündə hər kəsin haqqı özünə
qaytarılacaq. Məzlumların haqqı zalımlardan alınacaq, sirlər və həqiqətlər
tamamilə aşkar olacaq.
Bu həqiqətlərə diqqət yetirmək insanda Allaha doğru hərəkət və onun
göstərişlərinə əməl etmək üçün maraq və həvəs yaradır. Yəni bu ilahi hərəkət
üçün bütün səbəb və vasitələr hazırdır. Peyğəmbərlər bəşəriyyət üçün lazım olan
bütün hidayət yollarını açıqlamışlar. Eyni zamanda insanın daxili peyğəmbəri olan
“əql” də bütün yaxşı və pis yolları onun üçün müəyyən edib göstərmişdir. Onu
seçmək insanın öz ixtiyarı əsasındadır. Yalnız güclü iradə lazımdır ki, Allahın insana
verdiyi bu ixtiyardan istifadə edib irəliləsin.
“Məab” qayıdış yeri və bəzən də yol mənasında işlədilir.
Sonda Allah-taala günahkarların cəzalanması və o böyük günün yaxın
olması məsələsi üzərində təkid edərək buyurur:
ُ
ك ي ِ
ن
َ
تْي
َ
ل ا
َ
ي ُر ِفا
َ
ك
ْ
لا ُلو
ُ
ق
َ
ي َو
ُ
ها
َ
د
َ
ي
ْ
ت َم
َّ
د
َ
ق ا َم ُء ْر َم
ْ
لا ُر
ُ
ظ
ْ
ن
َ
ي َم ْو
َ
ي ا ًبي ِر
َ
ق ا
ً
با
َ
ذ
َ
ع ْم
ُ
كا
َ
ن ْر
َ
ذ
ْ
ن
َ
أ ا
َّ
ن ِإ
ْ
ن
ا
ً
با َر
ُ
ت
ُ
ت
40. “Həqiqətən, biz sizi yaxın olan əzabla qorxutduq – elə bir günlə ki, (o
gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: “Kaş ki,
torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)””.
Dünyanın ömrü nə qədər də olsa, axirət ömrü ilə müqayisədə bir neçə
saata bənzəyir. Allah-taala “Məaric” surəsi 5-7-ci ayələrdə öz Peyğəmbərinə
buyurur: “Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan,
20
“Hicr” surəsi, ayə 29.
21
“Məryəm” surəsi, ayə 17.
22
“Məcməul-bəyan” təfsiri, c.10, səh. 427.
------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
18
dözümsüzlükdən əsər-əlamət olmasın). Onlar onu (o günü) uzaq görürlər
(mümkünsüz bilərlər). Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.”
Həmçinin, İmam Əli (ə) bu barədə buyurur: “Hər bir gələcək, yaxındadır.”
23
Niyə də yaxın olmasın?! Halbuki, ilahi əzabın səbəbi insanların öz
əməlləridir və həmişə də onlarla birgədir. “Ənkəbut” surəsi 54-cü ayədə
buyurulur: “Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki, Cəhənnəm
kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir.”
O əzəmətli gündə böyük bir dəstə qəm-qüssə və həsrət içərisində
olacaqlar. Bu peşmançılıq və həsrətin onlar üçün heç bir faydası olmayacaqdır.
Belə bir xəbərdarlığın ardınca buyurur: “...Elə bir günlə ki, (o gün) hər kəs öz əlləri
ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: “Kaş ki, torpaq olaydım (və heç bir
məsuliyyətim olmayaydı)””.
Ayədə işlədilən “Yənzuru” cümləsi barəsində təfsirçilər müxtəlif fikirlər
söyləmişlər:
1. “Yənzuru” (baxır) cümləsi bu ayədə “Yəntəziru” (gözləyir) mənasına
təfsir olunmuşdur. Məqsəd budur ki, insan o gündə öz əməllərinin cəzasını
gözləyəcəkdir.
2. “Əməl dəftərinə baxmaq” mənasında təfsir edilmişdir.
3. Məqsəd əməllərin cəza və mükafatını müşahidə etməkdir.
“Qəddəmət yədahu” ibarəsinin işlədilməsi insanın əksər işləri əlləri ilə
yerinə yetirməsinə görədir. Təkcə əl ilə görülən işlərlə şamil edilmir, əksinə dil,
göz, qulaq, ayaqla da yerinə yetirilən əməllər hamısı bu qanuna daxildir.
Quran o böyük gün (Qiyamət) çatmadan öncə bizə xəbərdarlıq edərək
buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabahı üçün
qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki,
Allah etdiklərinizdən xəbərdardır!”
24
Hər halda kafirlər bütün ömürləri boyu etdikləri əməllərini öz qarşılarında
müşahidə etdikdə, qəm-qüssəyə batıb həsrət çəkərək deyərlər: “Ey kaş, torpaq
olaydıq!” Yəni ey kaş, insan yaranıb və ölüb torpaq olduqdan sonra Qiyamətdə
yenidən dirilməyəydik! Kafirlər və günahkarlar qiyamət səhnəsi, ilahi ədalət və
əməllərinin cəzasını müşahidə etdikdə, özlərindən müxtəlif əksül-əməl göstərərlər.
Quran ayələrində bu barədə oxuyuruq:
“...(Qiyamət günü) “əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə!...”
25
“Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq “Ey
Rəbbimiz! (söz verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik,
belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə
inananlardanıq!” – (deyəndə) görəydin.”
26
“...Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)”.
27
23
“Nəhcül-bəlağə”, xütbə 102.
24
“Həşr” surəsi, ayə 18.
25
“Zümər” surəsi, ayə 56.
26
“Səcdə” surəsi, ayə 12.
27
“Nəbə” surəsi, ayə 40.
Dostları ilə paylaş: |