Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


I əsrdə  Arşaki nəslindən olan  I Cəsur Vaçaqan



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə24/296
tarix17.12.2023
ölçüsü4,04 Mb.
#149956
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   296
az tarixi 2

I əsrdə 
Arşaki nəslindən olan 
I Cəsur Vaçaqan 
Albaniyanın bütün 
vilayətlərini vahid dövlətdə birləşdirmişdi. Tarixdə onun və varislərinin 
hakimiyyət dövrü haqqında geniş məlumatlar yoxdur. 226-cı ildə yaranmış 
Sasani dövlətinin Roma ilə apardığı uğurlu müharibələrin nəticələri Albaniya 
üçün böyük təhlükə yaratmışdı. 262-ci ildə Albaniya Sasani dövlətinin nüfuz 
dairəsinə daxil edilsə də, 272-ci ildə onun asılılığından çıxa bilmişdi. Müxtəlif 
vaxtlarda Alban hökmdarlarının Sasanilərdən asılılığı nominal səciyyə 
daşıyırdı. Bəzi hallarda bu asılılıq qohumluq münasibətləri ilə pərdələnirdi. 
Albaniyanı öz hökmdarları idarə edir və onlar çox zaman müstəqil siyasət 
yeritməyə çalışırdılar. Alban hökmdarı 
Urnayrın (313 

371) 
dövründə 
bütpərəstliklə mübarizə güclənmiş, xristianlıq dövlət dini elan edilmiş və 
kilsələrə torpaqlar bağışlanmışdı. Ümumiyyətlə, xristianlıq Albaniyada I əsrdən 
yayılmağa başlamışdı, Qafqazda ilk xristian məbədi indiki Şəki ərazisində 
Kis 
(Kiş) kəndində inşa edilmişdi. Urnayrın dövründə Albaniya əhalisinin bir 
hissəsi xristianlığı qəbul etmişdi, qalan əhali öz əvvəlki dinində qalmışdı. 
Alban katalikosluğunun 
mərkəzləri müxtəlif vaxtlarda 
Çola,
35 


Qəbələ və Bərdə şəhərləri olmuşdur. 
Sasani hökmdarı 
II 
Şapurun vassalı və müttəfiqi olan Urnayr Romaya 
qarşı Sasanilərin apardığı müharibələrdə hərbi qüvvə ilə iştirak edirdi, 359-cu il 
Amid və 371-ci il Dzirav döyüşlərində sasanilərin tərəfində çıxış etməkdə 
Umayrm əsas məqsədi Albaniyanın müstəqilliyini və ərazi bütövlüyünü 
qoruyub saxlamaqdan ibarət idi. 359-cu il Amid döyüşündə Sasani - Alban 
qüvvələri qalib gəldiyindən Albaniya əvvəllər itirdiyi Arsax, Naxçıvan və 
Kaspiananı geri qaytarmışdı. Ancaq 371-ci il Dzirav döyüşündə müttəfiqlər 
məğlub olduqlarından Alban torpaqlarının bir hissəsi Romanın əlinə keçmişdi. 
Umayrdan sonra hakimiyyətdə olmuş Ycsuagenin dövründə Alban 
əlifbası yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. 444- cü 
ildə hökmdar taxtında atası Yesuageni əvəz etmiş 
II 
Vaçenin hakimiyyəti 
dövründə (444 - 463) Partav (Bərdə) şəhəri salınmış və dövlətin paytaxtı bu 
şəhərə köçürülmüşdü. II Vaçenin dövründə Albaniyanın hərbi - siyasi və 
beynəlxalq vəziyyəti çox gərgin olmuşdur. Bu, Sasani hökmdarı II Yezdəgerdin 
(438 - 457) Cənubi Qafqazla bağlı siyasətini hədsiz dərəcədə sərtləşdirməsi ilə 
bağlı idi. Sasanilər Xəzər sahilləri boyunca bütöv bir müdafiə tikililəri 
silsiləsinin (Beşbarmaq, Gilgüçay və alınmaz Dərbənd) salınması işlərinə çoxlu 
Alban əhalisini cəlb edirdilər. Bu zaman əhali əsas məşğuliyyətindən 
ayrıldığından, ölkənin təsərrüfat həyatına ağır ziyan dəyirdi. Bu işlər üçün 
Alban əhalisindən çoxlu vergi də toplanırdı. Sasanilər ölkənin ən mühüm 
strateji bölgələrinə fars dilli əhali köçürüb yerləşdirirdilər və onlar yerli Alban 
əhalisinin hesabına ən yaxşı torpaqlarla təmin olunurdular. Bu yolla sasanilər 
etnik dayaq yaratmağa çalışırdılar. Cənubi Qafqazdakı xristianlara Romanın və 
Bizansın tərəfdarları kimi baxan sasanilər hər vasitə ilə albanları, iberləri və 
digər xalqları mədəni - ideoloji assimilyasiyaya uğratmağa yönələn siyasət 
yürüdürdülər. Bu zaman əsas diqqət Cənubi Qafqazda zərdüştlüyün 
yayılmasına verilirdi. II Yezdəgird 450-ci ildə Alban, İber hökmdarlarını və 
digər hakimləri paytaxt şəhəri Ktesifona çağıraraq onlara zorla zərdüştlüyü 
qəbul etdirmişdi. Onların arasında Alban hökmdarı və Yezdəgirdin bacısı oğlu 
II 
Vaçc də var idi. Sasani hökmdarı zərdüştlüyü Cənubi Qafqazda yaymaq üçün 
700 kahin göndərmişdi və onlardan 300-ü Albaniya üçün nəzərdə tutulmuşdu. 
Sasanilərin həyata keçirdiyi köçürmə, vergi və dini siyasət 
Azərbaycanda və ona qonşu olan ölkələrdə tez - tez üsyanların baş verməsinə 
səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə sasanilərə qarşı 
yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal 
döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə 
baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar. 
457-ci ildə II Yezdəgirdin ölümü ilə II Vaçe zərdüştlükdən imtina 
edərək xristianlıq məzhəbinə qayıtmış və həmin il II Vaçenin başçılığı ilə 
Albaniyada sasanilərə qarşı üsyan başlamışdı. Sasani hökmdarı Firuz 462-ci 
36 


ildə hunları -onoqurları üsyanın yatırılmasına cəlb etdikdən sonra bir illik ağır 
döyüşlərdən sonra, 463-cü ildə üsyançılar məğlubiyyətə uğramışdılar. II Vaçe 
taxtdan salınmış və Albaniyada çar hakimiyyəti ləğv edilmişdi. Nəticədə ölkəni 
Sasani mərzbanı idarə etməyə başladı. 
481- 484-cü illərdə Albaniya, İberiya və başqa bölgələrdə sasanilərə 
qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani 
hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili 
müstəqil idarəetmə hüququ qazanmışdı. Xristianların təqibi dayandırılmış, 
Albaniyadan Sasani xəzinəsinə daxil olan bacın miqdan isə azaldılmışdı. 
Məzdəkilər hərəkatı.
Sasani hakimiyyəti altında olan Atropatenada V 
əsrin 80-ci illərində Məzdəkilər adlanan güclü bir xalq hərəkatı (481 - 529) 
başladı. Hərəkatın başçısı Məzdəkin əsas ideyası allahın yaratdığı nemətlərin 
insanlar arasında bərabər bölünməsindən ibarət idi. Məzdəkilər əmlak və sosial 
bərabərliyi yaratmaq, ədalətli cəmiyyət qurmaq uğrunda mübarizə aparırdılar. 
Hərəkatda kəndlilər, sənətkarlar, şəhər yoxsulleın və bəzi əyanlar da iştirak 
edirdilər. Məzdəkin ardıcılları iri əyanların malikanələrinə və varlı tacirlərin 
evlərinə basqınlar edərək onların əmlaklarını öz aralannda bölüşdürürdülər. İri 
torpaq sahiblərinin bir çoxu öldürülmüş, çoxları isə ölkədən qaçmışdı. Sasani 
hökmdarı I Qubad (488 - 531) hiylə işlədərək üzdə bu hərəkatı himayə edirdi. O, 
Məzdəkilər hərəkatından mərkəzi hakimiyyətə düşmən olan iri əyanları və din 
xadimlərini sıradan çıxarmaq üçün istifadə edirdi. Hərəkatın çox təhlükəli 
həddə qədər genişləndiyini görən I Qubad siyasətini dəyişdi və 529-cu ildə 
Məzdəkilər hərəkatını amansızlıqla yatırdı. Hərəkatın başçıları və Məzdək qətlə 
yetirildi. Hərəkat iştirakçılarına kütləvi divan tutularaq 80 minə qədər adam 
öldürüldü. 
III Vacaq anın hakimiyyətə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə