Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə3/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   212

XALQ OYUN-TAMAŞALARI 

 

Açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkəzində,  şəhər meydançalarında, 



karvansaraylarda, bazar içində, küçələrdə, kənd  əkənək yerlərinin yanında göstərilən kütləvi xalq 

tamaşalarına ümumiləşdirilmiş  şəkildə, sənət növü kimi "meydan teatrı" deyilir. Meydan teatrı 

xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərkolunmaz hadisələrinə 

münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla 

təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur. 

Meydan tamaşalarını şərti olaraq dörd bölümə ayırmaq olar: 



mərasim və əsatir şənlik oyun-tamaşaları; 

kütləvi həyat və məişət etno-mədəni oyun-tamaşaları; 

əyləncəli səhnə oyunları; 

mistik xarakterli şəbih tamaşaları. 

Azərbaycanda mərasim tamaşalarını ümumiləşdirib iki qismə bölmək olar: mövsümi 

mərasimlər və məişət mərasimləri. 

Mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması, elin-elatın yaylağa 

çıxması, qoyun qırxını ilə əlaqəlidir. 

Məişət mərasimlərinə aşıq toyları, dərviş düyünləri, ölən igidlərin şəninə ağılar deyib, bayatı 

çağırmaq, yuğlama (ağlama) məclisi qurmaq, vəsfi-hal oyunları aiddir.  

Dodu-qodu. Kütləvi xalq mərasimi tamaşalarından olan Qodu-qodu (Dodu-dodu da deyilir) 

yurdumuzda aramsız yağan,  əkinə  və biçinə ziyan vuran leysanlara son qoymaq məqsədilə 

keçirilirdi. Tamaşada qadın obrazını xatırladan xırdaca Kuklalar düzəldilirdi və ona "qodu" 

deyilirdi. 

Bu, Günəş tanrısını, sonraki illər Günəşin özünü təmsil edirdi. Oyun iştirakçıları yağışa 

məhəl qoymadan qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxuyur, tərifli sözlər deyir, onu vəsf 

edirdilər. Onları musiqiçilər müşayiət edirdilər. Qodunu qırmızı parçalarla bürüyürdülər və bu da 

Günəşin rəmzi kimi səciyyələnirdi. 



Kəvsər. Qışı qorxutmaq, onun tufan-boranına hazır olmaq məqsədilə keçirilən el mərasiminə 

kəvsəc deyilib. Kəvsəc oyununun təşkilatçıları  qışın mənfur obrazını canlı vermək məqsədilə  ən 

bacarıqlı, çevik, çalıb-oxuyan, məzəli danışan təlxəyə  cırcındır paltar geyindirir, onun üz-gözünü 

kömürlə, unla eybəcər hala salır və sonra da qatıra mindirib kəndi, obanı gəzdirirdilər. 



Cütçü  şıımıı. Adından göründüyü kimi, bu mərasim sırf - əkinçiliklə bağlıdır. Ulu 

zamanlarda insanların torpağa ilahi varlıq kimi tapındıqlarını təcəssüm etdirib. Novruz bayramının 

torpaq çərşənbəsində icra olunan Cütçü şumu oyun-tamaşası yalnız  əkənək torpağı bol olan 

kəndlərdə göstərilirdi. Mərasim cüt və kotanın vəsfi-halı kimi dəyərləndirilirdi. Adətən, ən bərəkətli 

əkin sahəsinin yanındakı meydançada keçirilirdi. 

Yel baba. Bu oyun zəmilərdən taxıl biçilib xırmanlara toplanandan sonra keçirilirdi. Məqsəd 

taxıl sovurmaq naminə meh əsdirmək üçün Yel tanrısını köməyə çağırmaq olub. Mərasimdə "A yel 

baba, yel baba" nəğmə-gözəlləməsi xorla oxunardı. Mahnının ifaçıları  nəğmədə oxunan sözlərin 

məna və məzmununu hərəkətlərlə də göstərməyə çalışardılar. 



Güdül. Qodu-qodudan fərqli olaraq, bu mərasim tamaşası yağışı çağırmaq məqsədilə 

keçirilərdi. Kökü su tanrısına pərəstişlə bağlıdır.  Əkinin torpaqda boy verib su istədiyi, ancaq 

havaların quraq keçən vaxtlarında icra olunub. İştirakçılar suyu vəsf edən nəğmələr oxuyar, yağışı 

çağıran bayatılar söyləyərdilər. 

Kütləvi etno-mədəni oyun-tamaşaları xalqın təbiət hadisələrinə (Günəş, yağış, ildırım 

çaxması, doğum-ölüm və sairə) itaətkar,  şüurlu münasibətləri, həyatı  dərk etmək cəhdləri ilə 

bağlıdır. 

Yuğ. Islamdan çox-çox əvvəl Azərbaycan  ərazisində  məşhur,  şöhrətlı, mərd xalq 

qəhrəmanlarının, el igidlərinin ölümü ilə bağlı keçirilən anmaq, xatırlamaq, onu vəsf etmək və sonda 




mütləq ağlamaq mərasiminə yuğ deyilir. Yuğ toplantısı üçün camaat bir yerə  cəm olurdu. Xüsusi 

qonaqlıq mərasimi düzəldilirdi, məclisə  məşhur yuğçular çağırılırdı. Adətə görə yuğ  mərasimini 

təqdim edən oyunçular beş dəstədən ibarət olurdular: qılıncoynadanlar, çalğıçılar, müğənnilər, ağıçı 

qadınlar və kişilər. 



Sayaçı. Azərbaycanda sayaçı oyunu çox məşhurdur. Köçəri türk tayfaları, qoyunçuluqla 

məşğul olan elat camaatı, heyvandar tərəkəmələr arasında geniş yayılıb. Qoyunun yun qırxımı, döl 

və quzulama dövrlərində qoyunçular tərəfindən keçirilən kənd mərasimidir. Oyunçular şən bayatılar 

çağıra-çağıra, holavarlar söyləyə-söyləyə, mərasimə uyğun nəğmələr zümzümə edə-edə  çıxışa 

hazırlaşırdılar. Geyim mərasimindən sonra sayaçılar  şadlıq edən izdihamın dövrəsmdə yurdları 

gəzər, bərəkət, firavanlıq, halal ruzi olan qoyuna aid sayalar oxuyardılar. 



Qaravəlli. Mahiyyəti və estetik tipi baxımından komediya tamaşasıdır. Orta əsrlərdə toy-

nişan mərasimlərində, dastan-nağıl məclislərində qaravəllilər söylənilib. Əvvəllər varsaqlar, sonralar 

aşıqlar söylədikləri nağıl-dastanın arasında bir növ nəfəs dərmək, gərginliyi, psixoloji dramatizmi 

aradan götürmək üçün yumorlu hadisələr nəql edirdilər. Məzhəkə, məsxərə tipli bu söyləmələr 

qaravəlli adlanırdı.  Əsrlər, qərinələr keçdikcə qaravəlli oyunu nağıl məclislərindən ayrılıb və 

müəyyən estetik göstəricilərlə səciyyələnən məzhəkə-oyun meydan tamaşasma çevrilib. 



Məzhəkə. Xalq oyunlarının  ən qədimlərindən biri də  məzhəkədir. Formaca xalq 

tamaşalarının daha çeviki, bitkini olan məzhəkə tamaşalarının oyun prinsipi bilavasitə improvizəyə 

əsaslanır. Qaravəlli oyunlarından fərqli olaraq, məzhəkə tamaşalarında kobud, əndazəni aşan 

zarafatlara, şit atmacalı lağaqoymaya, intim epizodları qabartmağa üstünlük verilib. Məzhəkələrdə 

mənfi xarakterli insanlar, əməli qüsurlu adamlar, cəhalət, kütlük, mənəviyyatsızlıq,  əxlaqsızlıq, 

cəmiyyətin kiçik qüsurları, həyat davranışındakı zahiri çatışmazlıqlar ifşa hədəfi seçilib. 



Məsxərə. Mənşəcə Qədim saray tamaşaları ilə bağlı olan məzhəkəli oyun-tamaşa növüdür. 

Sonralar saray "çərçivəsindən" çıxaraq meydan tamaşası kimi geniş intişar tapıb, yeni inkişaf 

səmtinə düşüb, təzə ifadə vasitələri ilə zənginləşib. Məsxərə oyunları camaatın gur yığnaq yeri olan 

meydanlarda göstərilib. Eyni zamanda karvansaraylarda, aşxanalarda, hətta ev mərasimlərində də ifa 

olunub. Məsxərələrdə müxtəlif peşə sahiblərinin tipikləşdirilmiş, qroteskli hərəkətlərlə, satirik, hətta 

şit, açıq-üryan təhqirlərlə  məişət koloriti aşılanmış tipik obrazları lağa qoyulub. Kənd yerlərində 

göstərilən belə tamaşalara l a ğ o y u n u da deyilib. 

Dərvişlik.  Mənası qapı atzında yatan, yoxsul, dilənçi deməkdir. Dərvişlik təxminən XI 

əsrdən başlayaraq Hindistanda, Pakistanda, İndoneziyada,  İranda və Azərbaycanda geniş yayılıb. 

Tədricən sufi təriqətinin bir qolu kimi formalaşıb. ilk əvvəllər dərvişlər müxtəlif dini təriqətlərin 

təmsilçiləri və  təbliğçiləri zəminində intişar tapıb. Get-gedə ölkələri,  şəhərləri, kəndləri didərgin 

həyat tərzində gəzərək el arasında nağıl məclisləri quran nağılbaz-oyunbazlar kimi tanınıblar. Eyni 

zamanda zəhərli ilanlar gəzdiriblər,  əqrəblər oynadıblar, gözbağlayıcılıq ediblər, ritmik hərəkət 

oyunları çıxarıblar. Onların göstərdikləri tamaşalara d ə r v i ş   m ə r ə k ə s i  deyilib. 

Dərvişlər dəridən tikilən və ya qalın toxunuşlu parçadan saya paltar geyiniblər. Çiyinlərindən 

kəşkül asıblar, sağ qulaqlarında həlqəvari sırğa olub. 

Hoqqa. Sözun mənası "sehrli qutu", sandıqça deməkdir. Sonralar müəyyən mürəkkəb 

oyunlar hoqqa adlanıb. El arasında ona g ö z b a ğ l a y ı c ı oyunu da deyilir. 

Əyləncəli səhnə oyun-tamaşalarına aid olan oyunlar meydan teatrının yığcam, iştirakçısı az 

olan formasıdır. Onlardan ən məşhurlarının qısa şərhini nəzərdən keçirək. 



Lağlağı oyunu. Bir ifacının göstərməsi olan bu oyun bəzən l a ğ o y u n u da adlanır. 

Xarakterlərinin mahiyyətinə görə  məsxərə oyununa bənzəyir.  İfaçı  kənd arasında müəyyən 

xarakterik xüsusiyyətləri, davranış  tərzi, geyim-kecimi, danışığı, görkəmi ilə  fərqlənən bir şəxsi 

özünə "obyekt" seçib. Sonra onun komik obrazını tamaşaçılara təqdim edib. Bu oyun əyləndirmə və 

güldürmə xarakteri daşıyıb. 

Şəbədə.  Geniş yayılıb və xaraktercə, üslubca lağ oyununa yaxındır.  Şəbədə   oyunlarının 

mövzusu bilavasitə  məişət hadisələrindən götürülüb. Kiçik və sadə süjetli əhvalat qəsdən 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə