Yeni
əmələ
gəlmiş
yarpaq
İnkişaf
etmiş
yarpaq
Kökümsov
Erkək qıjı
2
2
27
26
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
İbtidai
və ali sporlu bitkilər
1
2
1. Açar sözlərdən
istifadə edərək cümlələri
tamamlayın:
Qutucuq, ziqot, spermatozoid,
ayaqcıq, su, protonema, yumurtahüceyrə,
spor, rizoidlər.
Erkək bitkilərin yuxarı hissəsində içində
erkək qametlər –__ yetişən erkək cinsiyyət
orqanları əmələ gəlir. Onlar __iştirakı ilə
sərbəst hərəkət edə bilir. Dişi bitkilərdə dişi
cinsiyyət hüceyrəsi – __ yetişən dişi cinsiy-
yət orqanları yerləşir. Yumurta hüceyrənin
mayalanması nəticəsində __ yaranır. Ondan
uzun__ üzərində yerləşən qutucuq əmələ
gəlir. Sporlar __ içində inkişaf edir. Onlar
yetişdikdə__qapaqcığı açılır və __ tökülür.
Rütubətli torpağa düşdükdə __ yaşıl sap –
__ inkişaf edir. Onun üzərində __ və
tumurcuqlar olur. Tumurcuqlardan cavan
zoğlar inkişaf edir.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Şəkildə dişi və
erkək
bitkiləri
göstərin.
Rəqəmlərlə işa-
rələnən hissə-
ləri adlandı-
raraq fikrinizi
əsaslandırın.
Öyrändiklärinizi
tätbiq edin
Öyrändiklärinizi
tätbiq edin
Mamırların təbiətdə və insan həyatında rolu. Mamırlar torpağın üzə-
rini örtərək ora havanın keçməsini çətinləşdirir. Bu isə torpağın turşulaş-
masına və bataqlıqlaşmasına səbəb olur. Sfaqnumun çürüməsi nəticəsin-
də torf əmələ gəlir. Torfdan insanlar yanacaq, gübrə və xalq təsərrüfa-
tında xammal kimi istifadə edirlər. Ondan, həmçinin, ağac spirti, plast-
mas, izolyasiya materialı, qətran və digər qiymətli məhsullar alınır.
Qıjıkimilər
ali sporlu bitkilərə aiddir. Qədim rəvayətə görə, qıjı ildə bir dəfə
çiçək açır. İnsanlar meşələri gəzərək çiçəkləyən qıjı axtarırdılar. İnanırdılar ki,
onun çiçəyini görən xəzinə tapıb dövlətli və xoşbəxt olacaq. Bu, ona görə rəvayət
adlanır ki, əslində, qıjı heç vaxt çiçək açmır.
· Sizcə, qıjının çiçək açmamasına səbəb nədir?
10.
Qıjıkimilər. Qıjıların çoxalması
İşin gedişi: 1. Qıjının zahiri görünüşünə
nəzər salın. Kökümsovun üzərindəki kök-
ləri tapın. Bu, hansı köklərdir? 2. Yarpa-
ğın alt səthində içərisində spor olan qo-
nur qabarcıqlara diqqət yetirin. Qıjının
həyatında sporların əhəmiyyəti nədir?
3. Bitkinin şəklini çəkin və onun orqan-
larının adlarını qeyd edin.
Qıjıkimilərin əlamətləri. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə
və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə
çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir.
Qıjıkimilərin müxtəlifliyi.
Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə,
xüsusən meşə örtüyü altında rast gəlinir. Əksəriyyətinin gövdəsi otşəkil-
lidir, lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika kimi zona-
larda bəzi ağacşəkilli formalara da təsadüf edilir. Qıjıkimilər arasında
lianlara da rast gəlinir.
Qıjılar. Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər
olur. Geniş yayılmış nümayəndəsi olan
erkək qıjı çoxillik bitkidir, yerüstü
gövdəsi olmur. Yeraltı gövdəsi kökümsovdur. Kökümsovlardan əlavə köklər
və yerüstü yarpaqlar çıxır. Erkək qıjının cavan yarpaqlarının ucları
spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür. Fotosintez nəticəsində
yaranan üzvi maddələrin bir qismi kökümsovda ehtiyat halında toplanır.
Çoxalması. Qıjıların çoxalması zamanı qeyri-cinsi nəsil cinsi nəsillə
əvəz olunur. Mamırlardan fərqli olaraq, yetkin qıjı bitkisi qeyri-cinsi
nəsil hesab edilir. Əgər qıjının yarpağına baxsaq, onun alt hissəsində ki-
çik, qonur qabarcıqları görmək mümkündür. Onların daxilində
sporan-
gilər adlanan kisəciklər yerləşir. Bunların içərisində sporlar yetişir.
Qıjıkimilərə
qıjılar, qatırquyruğular və plaun-
lar aiddir.
Qıjının çoxalması
Sporangi
Yetişmiş
sporlar
İlk cücərti
Protal
Erkək
cinsi orqan
Dişi cinsi orqan
Yumurta
hüceyrə
Mayalanmış
yumurta
hüceyrə (ziqot)
Rüşeymli
protal
Yetkin
bitki
Spermatozoid
QEYRİ-CİNSİ NƏSİL
CİNSİ NƏSİL
İşin məqsədi: Qıjı bitkisinin quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.
Təchizat: Lupa, canlı qıjı bitkisi.
Fäaliyyät –
Fäaliyyät –
Laboratoriya iåi.
Qıjının quruluşu
2. Yosun və mamırların
oxşar və fərqli
əlamətlərini qeyd edin.