Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə50/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

istiqamət verilməlidir ki, onlarda müstəqillik, təşəbüskarlıq, yaradıjılıq fəallıq yaransın.Bu təsirlər həmsinin tərbiyə 

olunanda öz - özündə səylə işləmə arzusu və ona daxili tələbatda yaratmalıdır. Bu isə tərbiyyəçinin tərbiyyələndirmə 

fəaliyyəin  əsasını təşkil edir. 

Mədəniyyət  müəssisələrində  isə  bu iş  daha böyük  ustalıq,  pedaqoci  ustalıq  və  takt  tələb  edir.  Beləki 

mədəniyyət  müəssələrində  marağa  görə  birləşən  müxtəlif  yaş  qururlarında  bu  işin  aparılma  səviyyəsi  də 

müxtəlif olur. Yaşlılardan ibarət bu iş daha mürəkkəb olur. Beləki dövrün aktual istimai – siyasi problemləri 

insanların əxlaqına müxtəlif şəkildə təsir göstərir. İnsanlarda düzgün münasibət formalaşdırmaq, problemli 

situatsiyaları düzgün dərk etdirmək rəhlərdən xüsusi birliklər pedaqoci ustalıq tələb edir. Beləki, tərbiyyəsi 

mövsut şəraiti obyektiv şəkildə təhlil etməli, şəxsi özünə nəzar salmağa, özü – özünü hərəkət və fəaliyyətini 

təhlil  etməyə  məjbur  etməlidir.  Şəxsiyyət  özünü  təhlil  edərək  öz  nöqsanlarını  dərk  etməli  və  ya  özünün 

doğru bildiyi, amma jəmiyyət və ətraf mühit tərəfindən qəbul edilməyən səhv davranış və ya hərəkətlərini 

görməli  başa  düşməlidir.  Anjaq  bundan  sonra  şəxs  də  özünütərbiyə  etmə  arzusu  və  meyli  yarana  bilər. 

Özüntərbiyə  bütün  dövrlərdə  mövjudı  olmuşdur.  Xüsusən  inqilablar  və  yenidənqurma  dövürlərində  buna 

böyük ehtiyyajlar yaranmışdır. Beləki köhnə ijtimai münasibətlər əsasında formalaşmış şəxs yəni jəmiyyətin 

tələblərinə  jətin  alışır,  onda  çaşqınlıq  yaranır,  yəni  tələbləri  qəbul  edə  bilmir.  Mədəniyyət  müəssələri, 

injəsənət  müəssələrinin  tərbiyyəvi  fəaliyyəti  belə  vəziyyətdə  daha  çox  aktuallıq  kəsb  edir.  Mədəniyyət 

müəssələrində  aparılan  tədbirlər  vastəsi  ilə  yeni  əxlaqi  tələblər,  ijtimai  münasibətlərin  mahiyyəti  təhlil 

edilməli, onun daxili mənzərəsi insanlara dərk etdirilməlidir. Yeni münasibətlərin qəbul edilərək insanların 

mənimsəməsinə düzgün istiqamət verilməlidir. Hər bir yeni ijtimai münasibətlər isə yeni əxlaqi keyfiyyətlər 

yaradır və jəmiyyət üzvlərindən bu keyfiyyətləri mənimsəməyi, ona uyğun hərəkət etməyi tələb edir. Odur 

ki, özüntərbiyə ijtimai xarakter daşıyır, onun məzmunu jəmiyyətin dəyişməsilə bərabər gedir. İşgüzar, kamil 

və  hərtərəfli  şəxs  isə  mühit  və  onun  yeni  tələbləri  ilə  ayaqlaşmağa,  özündə  zəruri  keyfiyyətlər 

formalaşdırmağa,  lazım  olmayanları  aradan  qaldırmağa  çalışır.  İjtimai  həyat  hadisələrində  fəal  iştirak 

etməyə  ona  bu  və  ya  digər  şəkildə  təsir  göstərməyə  çalışır.  Bu  isə  əsasən,  insanın  özünün  həyata  olan 

münasibətini  başa  düşdükdən,  dərk  etdikdən  sonra  başlanır.  Həyatın  insana  verdiyi  tələbləri,  şəxs  özü  – 

özünə verməyə başlayır. 

Özüntərbiyə təlabatının əmələ gəlməsində subyektiv səbəblər, amillərdə mühüm rol oynayır. Subyektiv 

şərtlər  dedikdə  formalaşmış  adətlər,  rəftarlar,  əxlaqi  anlayışlar,  ümumi  inkişaf  səviyyəsi,  iradi 

keyfiyyətlər,maraq,  meyl  və  sairə  başa  düşülür.  Bu  keyfiyyətlər insanların fərdi  keyfiyyətlərindən təzahür 

edir.  Özüntərbiyə  stimulları  maddi  və  mənəvi  olmaqla  iki  yerə  bölünür.  Maddi  stimullu  insanların  əmək 

fəaliyyəti və iqtisadi tələbləri ilə bağlı olan stimullardır. Bu stimullar özüntərbiyyədə əsas rol oynayır. 

Mənəvi  stimullara  isə  insanların  mənəviyyata  olan  tələbatlarından  doğan    stimullar  daxildir.  Mənəvi 

stimullar da insanların həyatdakı mövqeyindən doğur, maddi təminatla bağlı olur. 

Müstəqil iş üçün sual və tapşırıqlar. 

1.Özüntərbiyə stimulları hansılardır. 

2.Mühit özüntərbiyəyə nejə təsir edir. 

3.Mədəniyyət müəssələrində hansı özüntərbiyə imkanları vardır. 

 

 



PEDAQOJİ  PROSESDƏ  ÖZÜNTƏHSİL 

 

Biz  əvvəlki    dərslərimizdə    öyrəndik  ki,    təhsil  dar  və  geniş  mənada    işlənilir.  Geniş  mənada  təhsil 



insanların həm sistemli təlim müəsisələrində müəyyən  dövr ərzində, həm də bütün ömrü boyu bilik, bajarıq 

və  vərdişlərə  yiyələnmə  prosesini,  yəni  həm  də  özüntəhsil  əhatə  edir.    Özüntəhsil  sistemli  təlim 

müəssisələrində,  müəyyən  mənada,  müəllimin  rəhbərliyi  altında  təhsillə  paralel  aparılır.  Müəllimin 

rəhbərliyi  altında  aparılan  təhsil-bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə    insanların  həyata  və  vərdişlərə 

yiyələnmə  həyata    hazırlanması  işinə  xidmət  etdiyi  üçün,  onları  mütləq  müstəqilliyə,  müstəqil  şəkildə 

biliklərə yiyələnmə və onu tətbiq etməyə hazırlanmalıdır. Sahibkarlığa istinad edən müasir  iqtisadi-ictimai 

quruluş  da    insanlarda    müstəqilliyin  inkişafını,  müstəqil  şəkildə  biliklərə  yiyələnmə  bacarığının  

formalaşdırılmasını aktual bir tələb kimi qarşıya  qoyur. 

Çünki  istehsalın  yüksək  texnika,  kompyuterlə  idarə  edilməsi,  texniki    idarəetmənin  sürətli  inkişaf  

özüntəhsilin aktuallığını bir daha artırır.   

Sistemli təhsil müəssisələrində təlim, mənimsəmə elə  aparılmalıdır ki, bu istənilən zaman  özüntəhsil 

üçün    bazaya  çevrilə  bilsin.  Daha  doğrusu  təhsil  nəticə  etibarilə  öz  yerini    özüntəhsilə  versin.  Deməli,  

özüntəhsil  təhsil  sisteminə  daxildir,  ümumi  təhsilin    davamıdır,  özüntəhsildə  təhsil  kimi  ictimai-iqtisadi  

tələblərlə bağlıdır, məhsuldar qüvvələrin inkişafı ilə əlaqədardır.  Məhsuldar qüvvələrin inkişafı  insanlarda 

yeni bilik, bacarıq və vərdişlər  formalaşdırılması  tələbləri meydana  çıxarır ki, bu da insanları  özüntəhsilə 

məcbur edir. 

Bu  həmçinin    cəmiyyətin  pedaqoji  proses  qarşısında  qoyduğu  tələblərdən  də  irəli  gəlir.  Hərtərəfli  

inkişaf  etmiş  şəxsin  keyfiyyətlərindən  biri  də  onun  öz    ixtisasını  istədiyi  zaman  dəyişə  bilməsi,  ixtisasına 

şüurlu yanaşaraq  təkmilləşdirə  bilməsi, yeni zəruri bilik, bacarıq və vərdişlərə  müstəqil şəkildə bilməsidir. 

Daima öz inkişafının qayğısına qala bilməsidir.  

Özüntəhsil insanların yüksək şüurluluq və dərk etməsi, idraki fəallığı əsasında baş verir. Obyektiv aləm  

hadisə  və  faktlarının  dərk  olunması  onların  daxili  inkişaf  qanunlarının  mənimsənilməsi,  təhlil-tərkib 

olunması, insanın həmin hadisə və faktı tam dərk etməsi deməkdir. Bu həmçinin o deməkdir ki həmin dərk 

olunmuş  elmi  həqiqətdən,  qanundan  insan  lazım  olduqda  istifadə  edə  bilər.  Həmin  bilikləri  istehsalın, 

təsərrüfatın  müxtəlif  sahələrinə  tətbiq  edə  bilər.  Bu  tətbiq  etmə  prosesi  isə  insandan  yaradıjılıq,  əməyin 

təkmilləşdirilməsi  meyli  isə    təşəbbüskarlığı,  yeni    məlumatlar,  elmi  biliklərə  yiyələnmə  tələbatı  yaradır. 

Yeni məlumatlara yiyələnmə isə özüntəhsil motividir. İnsan ona lazım olan fakt və hadisəni, elmi məlumatı 

öyrənmək  üçün  yenidən  təhsilə  qoşulur.  Deməli  özüntəhsil  yüksək  şüurluluq  və  idraki  fəallıq,  dərk  etmə 

əsasında mümkün  olur. Həmçinin bu proses əvvəlki təcrübə və intelektual səviyyə əsasında baş verir.  Şəxs, 

fərd  malik  olduğu    imkanlara  istinad  edərək    özündə  yeni  keyfiyyətlər,  bilik  və  bacarıqlar  formalaşdırır. 

Yeni,  müstəqil  yiyələnilmiş  biliklər,  bacarıqlar    motivlərdən  asılı  olaraq  müxtəlif  şəkildə  həyata    keçirilə 

bilər;  tam  yeni  bilik  bacarıq  və  vərdişlər  və  ya  mövcüd  bilik,  bacarıq  və  vərdişlərin  yeni  formalara  

salınması,  təkmilləşdirilməsi.    Bu  motivlər  insanların    həyati  –  zərurətindən  və  ya  mağarağından    doğan  

tələblərlə bağlıdır. Özüntəhsildə həyat üçün  zəruri olan motivlər daha çox üstünlük təşkil edir. Bu motivlər 

insanların  həm  iqtisadi  həm  də  ictimai  mövqeyi  ilə  bağlı  olur.  İnsanların  qarşılaşdığı  iqtisadi  ehtiyaclar, 

səmərəli  iqtisadi    münasibətlərdən  dağan  özüntəhsil  daha    şüurlu  və    intensiv  şəkildə  aparılır.  Çünki  bu 

insanların  daxili  və  maddi  marağından  doğan,  şüurlu sürətdə  dərk  olunan  özüntəhsil,  yenidən  mənimsəmə 

prosesidir.  

Özüntəhsil  prosesinin  müxtəlif  motivləri  mövcuddur.  Bunlardan    bilavasitə  işi  ilə  bağlı  olan 

yeniliklərin  tətbiqi,  fəaliyyəti  ilə  –yəni  işi  ilə  bağlı  olan  yeni  problemin  meydana  çıxması;  işinin  uzun 

müddət    müşahidəsi  və  təhlili  ilə  bağlı  olaraq  yeni    təkmilləşdirmə  maraqlarının  meydana  çıxması  və  s.  

göstərmək olar. 

İş  sahəsi,  fəaliyyətin  əsası  ilə    bağlı  olan  yeniliklərin    öyrənilərək  tətbiq  edilməsi,  müəyyən  mənada 

məcburi  və  zəruri  özüntəhsildir.  Yenilikləri  öyrənərək  işinə    tətbiq  etmə  cəmiyyətin  tələbidir.  Hər  bir 

vətəndaş  işçi  işindəki  yenilikləri  izləməli,  onu  işinə  tətbiq  etməyi  öyrənməlidir.  Bu    müasir  sahibkarlığa 

istinad  edən  cəmiyyətdə  daha  çox  aktuallıq  kəsb  edir.  Beləki,  yenilikləri  dərk  edərək  işinə  tətbiq  edə 

bilməyən şəxs  istehsala, maddi nemətlər istehsalına mənfi təsir  göstərdiyinə görə işdən azad edilir. 

Bəzən  fəaliyyət  prosesində  müəyyən  çətinliklər,  problemlər  meydana  çıxır.  Bu  problemin  həlli, 

çətinliyin  aradan  qaldırılması    işçidən  həmin  iş  prosesinin,  fəaliyyətin  elmi  əsaslarını  öyrənməyə,  təhlil-

tərkib edərək müqayisələr aparmağa məcbur edir. Bu zaman işçi müstəqil şəkildə öyrənir, elmi araşdırmalar 

aparır,  yeni  nəticələr  çıxarmağa  çalışır.  Bu  mənimsəmənin,  özüntəhsilin  müvəffəqiyyətində  sistemli  təhsil  

müəssisələrində  yiyələnmiş  bilik,  bacarıq  və  vərdişlər  böyük  rol  oynayır.  Müstəqil  işləmə  bacarığı, 

mənbələrdən səmərəli istifadə, biliklərini tətbiq edə bilmək özüntəhsildə böyük əhəmiyyətə malikdir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə