Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə11/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   216

indi  Alar  kəndinin  camaatı  öz  yerlərindən  «köçürülüb  torpaqla  təmin 

edilmədən  başlı-başına  buraxılmışdır».  Muğanda  və  Mildə  yalnız  4 

kəndin 2 mindən çox kəndli ailəsi öz ata-baba yurdlanndan qovulmuşdu. 

1909-cu  ildə  Quba  qəzasında  ən  münbit  torpaqlann  bir  hissəsi  buraya 

Kiyev quberniyasından köçürülmüş 2 min kəndliyə verilmişdi. 

Çarizmin  köçürmə  siyasəti  Azərbaycanda  zorla  həyata  keçirilirdi. 

Əslində  bu,  çarizmin  hələ  keçən  əsrdən  başladığı  müstəmləkəçi  və 

ruslaşdırma  siyasətinin  davamı  idi.  Təkcə  1908-1910-cu  illərdə 

Azərbaycana  üç  mindən  artıq  kəndli  ailəsi  köçürülmüşdü.  Bəzi  rəsmi 

sənədlərdə  qeyd  edildiyi  kimi,  köçürmə  fondu  yerli  əhalinin  torpaq 

hüququnu  biabırcasına  pozmaq  yolu  ilə  yaradılırdı.  Nəticədə 

köçürülənlərlə yerli əhali arasında açıq düşmənçilik münasibəti yaranırdı. 

Yerli əhalinin haqlı hüquqları pozulurdu. Xalqın etiraz səsi silah gücünə 

susdurulurdu.  Köçürmə  siyasəti  üzündən  aztorpaqlı  və  torpaqsız 

kəndlilərin sayı ildən-ilə artırdı. 

Yalnız Bakı Quberniyasında torpağı olmayan ailələrin sayı 16 mini 

keçmişdi.  Gəncə  quberniyası  və  başqa  yerləri  də  nəzərə  alsaq,  onda 

torpaqsız kəndli ailələrinin sayı yuxanda verilmiş rəqəmdən iki dəfə çox 

olar. 

Əhalinin  etirazlarına  məhəl  qoymayan  çar  hökuməti  müstəmləkəçi 



köçürmə siyasətini davam etdirirdi. 1911-ci ildə Muğana köçürülən min 

nəfər rus kəndli ailəsinə beş min desyatin torpaq verilmişdi. 1912-ci ildə 

Rusiyadan  müxtəlif  vaxtlarda  Muğana  köçürülmüş  20  min  əhalinin 

yaşaması  üçün  49  kənd  salınmışdı.  Yerli  kəndlilərdən  qorunmaq  üçün 

Muğandakı  rus  kəndlilərinə  dövlət  rəsmi  olaraq  silah  verirdi.  Qafqaz 

canişini etiraf edərək bildirirdi ki, torpaq münasibətlərindəki qarışıqlığa 

dözmək  olmaz.  Xüsusən  ona  görə  ki,  bu  münasibət  yerli  əhalidə 

hakimiyyətə  nifrət  oyatmaqla  yanaşı,  inqilabi  əhvali-ruhiyyəni 

gücləndirirdi.  Canişinin  gətirdiyi  dəlillər  belə,  çarizmi  bu  siyasətdən 

çəkindirmirdi. 



§ 4. Yeni aqrar qanunlar 

Azərbaycanda kəndlilərin \'əziyyəti ağır idi. Yenə də torpağın 70%-ə 

qədəri  dövlətin  əlində  idi  ki,  orada  kəndlilərin  68%-i  məşğul  idi.  1,5 

milyon  kəndlinin  üçdə  bir  hissəsi  mülkədarlann  və  bəylərin 

torpaqlanndan  istifadə edirdi.  Çarizmin  müstəmləkəçi  köçürmə  siyasəti 

kəndlilərin  vəziyyətini  daha  da  ağırlaşdırmışdı.  Torpaqsızlann  sayı 

ildən-ilə artırdı. 

29 



1907-

 

ci  üdə  Şuşa,  Cəbrayıl,  Gəncə,  Cavanşir,  Qazax  və 



Naxçıvan qəzalannda torpaqsız kəndlilərin sayı 110 minə çatnuşdı. Təkcə 

Şuşa qəzasında isə var-yoxu əllərindən çıxmış 38 min nəfərə qədər kəndli 

vardı. 

1870-ci il kəndli islahatı Azərbaycanda aqrar məsələni yanmçıq həll 



etdi.  Kəndlilərin  şəxsən  azad  edilməsinə  baxmayaraq,  onlara  veriləcək 

pay  torpağı  məsələsini  1912-1913-cü  illərin  aqrar  qanunlanna  qədər 

reallaşdırmaq  mümkün  olmadı.  Yeni  aqrar  qanunlann  qəbuluna  qədər 

Bakı  quberniyasında  sahibkar  torpaqlannda  olan  115  min  kəndlinin 

yalnız az bir hissəsi öz pay torpağını satın almağa müvəffəq ola bilmişdi. 

Lakin  1882-ci  ildə  Kəndli  torpaq  bankının  təşkilindən  sonra 

kəndlilərin  az  bir  qismi  və  ayn-ayn  şirkətlərdə  birləşmiş  kənd  əhalisi 

müəyyən qədər torpaq sahəsi almağa müvəffəq olmuşdu. 1883-cü ildən 

1912-ci il qanunu verilənədək keçən müddətdə Bakı qubemiya- smdakı 

iki kəndli şirkəti Kəndli torpaq bankı vasitəsilə 3314 desyatin torpaq satın 

almışdı. Gəncə quberniyasında isə bir kəndin əhalisi 1472 desyatin, beş 

kəndli şirkəti 2530 des. və 67 kəndli ailəsi 2134 desyatin pay torpağı satın 

ala  bilmişdilər.  Əlbəttə,  bu,  sahibkar  kəndlilərin  satın  almalı  olacaqlan 

pay  torpaqlannm  ümumi  sahəsi  ilə  müqayisədə  çox  cüzi  idi.  Məsələm 

çətinləşdirən amillərdən biri də Azərbaycanda pay torpaqlannm satınalma 

qiymətinin Rusiyadakından dəfələrlə baha olması idi. Bakı quberniyası 

üzrə  pay  torpaqlannm  satınalma  qiyməti  Rusiyanm  daxili 

qubemiyalanndakından 8 dəfəyə yaxın, Gəncə quberniyasında isə 17 dəfə 

baha idi. Ona görə də kəndlilər pay toıpaqlanm ala bilmirdilər. İslahatdan 

sonra  kəndlilər  istifadə  etdikləri  pay  torpağı  əvəzində  islahata  qədərki 

vergiləri  verməyə  və  mükəlləfiyyətləri  daşımağa  məcbur  idilər.  Başqa 

sözlə,  «müvəqqəti  mükəlləfıyyətli»  münasibətlər  Rusiyada  1881  və 

1886-cı illərdə ləğv edildiyi halda, Azərbaycanda eyni vəziyyət 40 ildən 

çox davam etmişdi. 1870-ci il kəndli islahatından sonrakı dövrdə mülk 

sahibləri  ilə  kəndlilər  arasındakı  torpaq  münasibətini  müəyyən  etmək 

üçün  nəzərdə  tutulan  torpaq  nizamnamələri  çox  ləng  tərtib  edilirdi. 

Məsələn,  1873-cü  ilin  sonunadək  Bakı  quberniyasında  6603  kəndli 

həyətini əhatə edən 126,1872-ci ildə Gəncə quberniyasında 5419 kəndli 

həyətini (14154 nəfəri) və 46222 desyatin torpağı əhatə edən 147 torpaq 

nizanmaməsi  tərtib  edilmşdi.  XX  əsrin  əvvəllərində  bu  iş  bir  qədər 

sürətlənmişdi.  1905-ci  ildə  Bab  quberniyası  üzrə  satın  alınacaq  pay 

torpaqlannm 94%-ni və Gəncə quberniyası 



30 


özTB isə 69%>ni əhatə edən nizamnamələrin tərtibi başa çatdınImışdı. 

1912-ci ilin sonuna yaxın quberniyalar üzrə müvafiq faiz nisbəti 100 və 

87 olmuşdu. 

XX  əsrin  əvvəlinə  qədər  hökumət  dövlət  kəndində  torpaq 

münasibətlərini nizama salmaq məqsədilə elə bir ciddi tədbir görməmişdi. 

Hərçənd  dövlət  kəndlisinin  istifadəsindəki  torpaq  sahəsi  sahibkar 

kəndlisinin istifadə etdiyi torpaqdan üç dəfə çox idi. 

Kənddə  ictimai  təbəqələşmənin  dərinləşdiyi  şəraitdə  torpaq  alqı- 

satqı vasitəsinə çevrilmişdi. Kənd təsərrüfatında kapitalist əmtəə istehsalı 

artdıqca torpağın qiyməti də sürətlə yüksəlirdi. Ona görə də qolço- maqlar 

və bəylər kəndlinin istifadəsində olan pay torpaqlannı müxtəlif yollarla 

ələ keçirirdilər. 

Hər  iki  əsrin  ayncında  -  1900-cü  il  mayın  1-də  hökumət  dövlət 

kəndində torpaq münasibətlərini qaydaya salmaq haqqında qanun verdi. 

«Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında» adlı bu 

qanun  dövlət  kəndlilərinə  icma  torpaqlarından  nəsli  istifadə  hüququ 

verirdi.  Bunun  üçün  isə  kənd  icması  yığıncaqlannm  razılığı  olmalı  idi. 

Qanunun bu maddəsi icma torpaq mülkiyyətinə çox böyük zərbə vurdu. 

1900-cü il may qanununun 14-cü maddəsinə uyğun olaraq, 1903-cü il 

aprelin  21-də  «Cənubi  Qafqazın  beş  quberniyasında  pay  torpaqlannı 

müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haqqında» 

əsasnamə  verildi.  Qanuna  görə,  pay  torpaqlarının  planı  hazırlanarkən 

istifadə  edilən  mövcud  sərhədlər  əsas  götürülməli  idi.  Əsasnamədə  isə 

hazırlanmış  planların  torpaq  quruluşu  komissiyalannda  təsdiq  edilməsi 

irəli sürülürdü. 

Məsələnin  belə  çətinləşdirilməsi  icma  torpaqlan  sərhədlərinin 

müəyyənləşdirilməsini  xeyli  ləngitdi.  Torpaqlann  müəyyənləşdirilməsi 

başa çatdınlan kəndlərdə vergilər xeyli artırıldı. Çünki lazımsız torpaqlar 

kəndlilərin  istifadə  etdikləri  torpaq  sahələrinə  əlavə  edilməklə  ümumi 

sahə  genişləndirilirdi.  Bundan  başqa,  kəndlilər  pay  torpaqlan-  nm 

planlannı almaqdan ötrü xeyli pul verməli olurdular. Ona görə də dövlət 

kəndlilərinin  vəziyyəti  yaxşılaşmaq  əvəzinə  daha  da pisləşmişdi.  Lakin 

xəzinə  torpaqlannın  vaxtaşın  icma  üzvləri  arasında  bölüşdürülməsi 

qaydası,  demək  olar  ki,  ləğv  edildiyi  bir  şəraitdə  və  qanunlann  verdiyi 

imkanlardan  istifadə  edən  varlı  kəndlilər  torpaqlann  əsas  hissəsini  öz 

əllərində  toplamaqla  dövlət  kəndində  ictimai  təbəqələşmə  prosesini 

genişləndirirdilər. Əsasnamədəki yenilik kəndlilərə əlavə pay 

31 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə