Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 

mühitdə  elə  bir  vəziyyət  başa  düşülür  ki,  müəyyən  şəraitdə 
arzuedilməz  hadisə  və  proseslərin  yaranması  mümkün  olsun    və 
bu  proseslər    insan  və  ətraf  mühitin  vəziyyətinə  mənfi  təsir 
göstərərək aşağıdakılardan birinə və ya onların məcmusuna gətirib 
çıxara bilsin: 
  İnsan sağlamlığına mənfi təsir; 
  Ətraf mühitin vəziyyətinin kəskinləşməsi. 
Təhlükənin  ekoloji  faktorları    -  təbii  хüsusiyyətlərə  malik 
səbəblərə əsaslanır (insan, bitki və heyvanat aləminin həyatı üçün  
əlverişsiz iqlim şəraiti,  təbii fəlakətlər). 
Təhlükənin sosial - iqtisadi faktorları – ictimai, iqtisadi və 
psixoloji  хüsusiyyətlərə  malik  səbəblərə  əsaslanır  (qida,  səhiyyə, 
maddi sərvətlərlə təminatın kifayət etməyən səviyyəsi,  pozulmuş 
cəmiyyət  münasibətləri,  kifayət  qədər  inkişaf  etməmiş  sosial 
struktur). 
Təhlükənin  texnogen  faktorları  –  insanların  təsərrüfat 
fəaliyyətinə  əsaslanır  (ətraf  mühitə  həddən  artıq  təsərrüfat 
tullantılarının  atılması,  təbii  ehtiyatların  təsərrüfat  dövriyyəsinə 
həddən  artıq  cəlb  edilməsi,  ərazilərin  təsərrüfat  fəaliyyəti 
məqsədilə zəbt edilməsi). 
Təhlükənin  hərbi  faktorları  –  hərbi  sənayenin  işinə 
əsaslanır  (hərbi  materialların  və  avadanlığın  nəqli,  silah  -  sursat 
növlərinin sınaqdan keçirilməsi  və  məhv edilməsi). 
İnsanın  və  ətraf  təbii  mühitin  təhlükəsizlik  probleminin 
öyrənilməsi  zamanı  bütün  bu  amillərə  (faktorlara)    onların 
arasında  qarşılıqlı  təsir  və  əlaqə  nəzərə  alınmaqla  kompleks 
şəkildə baxılmalıdır. 
 
1.3. Ekoloji təhlükənin yaranma səbəbləri 
Ekoloji  təhlükə  mənbələrinin  elmi  təhlinin  aspektlərindən 
biri onların müxtəlif əsaslarına görə təşkilatlaşdırılmasıdır. Ekoloji 
təhlükə  xarici  və  daxili  təhlükəyə  bölünərsə,  bu  zaman  I  qrupa 
dövlətlərarası  silahlı  münaqişə  və  təbii  –  texnogen  qəzalarla 
əlaqədar  təhlükə,  II  qrupa  isə  bir  qayda  olaraq  sənaye  sahəsi, 
regional səviyyədə qəzaların təsiri nəticəsində yaranan təhlükə aid 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 

edilə  bilər.  Davamiyyət  müddətinə  görə  ekoloji  təhlükə  qısa 
müddətli və uzun müddətli , məkanca isə qlobal, regional və lokal 
ola 
bilər. 
Ekoloji 
təhlükənin 
əsas 
yaranma 
səbəbləri 
aşağıdakılardır: 
1.  İnsanların  məskunlaşdığı  mühitin  əlverişli  şəraitinin 
qorunub  saxlanılmasına  təbiət,  cəmiyyət    və    insanın  qarşılıqlı 
təsirinin  təbii  mexanizminə  təsir    dərəcəsi    nəzərə  alınmadan 
ictimai, iqtisadi, texnoloji problemlərin həll edilməsi təcrübəsi; 
2.  Təbii  mühitin  ən    şiddətlənən  çirklənməsi  və  dağılması. 
Planetdə  və  xüsusilə  sənayesi  güclü  inkişaf    etmiş,  təbii 
ehtiyatların  çox  mənimsənildiyi  regionlarda  ekoloji  tarazlığın 
pozulması. Təbii ətraf mühitin qeyri-effektiv mühafizəsi; 
3.  Ərazidə  ekoloji  və  antropogen  yükün  qeyri  bərabərliyi, 
torpaqların  məhsuldarlığının  itməsi,  içməli  su  ehtiyatının 
tükənməsi, flora və fauna genofondunun azalması və itməsi; 
4.  Yeni  xəstəliklərin  yaranması,    ölüm  halları  səviyyəsinin 
artması  ilə    ekoloji  vəziyyəti  pozan  amillərin  təsiri  altında 
bilavasitə  əlaqənin  ictimai,  dövlət    və  hüquqi  cəhətdən 
qiymətləndirilməməsi; 
5.  Ekoloji təhlükəsizlik  əsaslarının  əhaliyə tədris etmə  forma 
və  üsullarının təkmilləşdirilməmiş olması, ekoloji anlayışın aşağı 
səviyyədə olması. 
Ekoloji  təhlükənin  yaranmasının  ən  əsas  səbəbləri 
texnoloji  və  ekoloji  böhranlardır.  Bu  böhranların  mənbələrini  və 
nəticələrini nəzərdən keçirək. 
Texnogen  böhran.  Bəşəriyyətin  elmi  –  texniki  tərəqqi 
əsrinə daxil olması, texnosferin sürətli inkişafı ilə əlaqədar olaraq, 
texnoloji  qəzalardan  dəyən  zərərin  miqyası  təbii  fəlakətlərin 
analoji  göstəriciləri  ilə  müqayisə  ediləcək  səviyyəyə  çatmışdır. 
Potensial cəhətdən ən təhlükəliləri atom obyektləri, kimya və neft 
emalı  sənayesi,  boru  kəmərləri,  nəqliyyatdır.    Belə  ki,  hər  gün 
atmosfer  və  sututarlara  atılan  tullantılardan,  zərərli  tullantıların 
torpağa  basdırılmasından  yaranan  «sakit»  texnoloji  qəzalar  baş 
verir.  Onların  təhlükəsi  ondan  ibarətdir  ki,  tədricən  və  gözə 
görünmədən  zərərli  maddələr  toplanaraq,  təbiətə  və  insana 
gələcəkdə böyük təhlükələr yaradır. 


             
     Ekoloji təhlükəsizlik 
 
10 
Texnogen  çirklənmələrin  insan  sağlamlığına  etdiyi 
öldürücü  təsiri  barədə  alimlər  dəfələrlə  xəbərdarlıq  etmişlər. 
Mutagen  amillərin  təsiri  haqqında  olan  mülahizələr  öz  təsdiqini 
son  30  ildə  inkişaf  etmiş  ölkələrdə  anadangəlmə  pataloji  qüsuru 
olan uşaqların sayının kəskin surətdə artması ilə göstərir. 
Ekoloji  cəhətdən  əlverişsiz  şəraitə  malik  ərazilərdə  əsəb 
sisteminin  pozulması  riski  60  %  -  dən  artıqdır.  Uşaq  əlilliyinin 
səbəbləri  sırasında  ümumi  əlil  uşaqların  arasında  mərkəzi  sinir 
sisteminin  pozulması,  beyin  xəstəlikləri  (əqli  inkişafdan  geri 
qalma) –   30 %, əsəb – əzələ sistemi xəstəlikləri – 20 % uşaqlarda 
müşahidə  olunur.  Qurğuşun  tullantıları  daha  təhlükəlidir.  Hətta 
onların  kiçik  dozası  uşaqların  beyinlərinin  inkişafına  öz  mənfi 
təsirini göstərir. Eyni təsiri civə də göstərir. 
Yaşlı  əhali  qaraciyər,  böyrək,  ağciyər  xəstəliklərindən 
əziyyət  çəkir.  Ağır  metallar  və  pestisidlərlə  çirklənmiş  qida 
məhsulları  astmaya,  vərəmə,  həzm  orqanlarının  xəstəliklərinə, 
beyinin  dizfunksiyasına  gətirib  çıxarır.  Tədqiqatlar  göstərir  ki, 
istehsalat  şəraitndə  insanın  rastlaşdığı  100-ə  qədər  maddə 
kansoregendir.  Bütün  bunlar  ölkənin  genofondu  üçün  təhlükə 
yaradır. 
Hərbi  qarşıdurma  və  elmi  –  texniki  tərəqqi  nəticəsində 
hərb və sənayenin  baza sahələrində texnologiyaların  inkişafı  yeni 
hərb  və  sənaye  obyektlərinin  yaranmasına  –  ekoloji  təhlükələrə 
səbəb  olmuşdur.  Onların  iri  sənaye  mərkəzlərinin  yaxınlığında 
yerləşməsi  əhalinin  potensial  təhlükəsini  artırır,  yanğınlara, 
partlayışlara,  kimyəvi  və  radioaktiv  məruzqalma  zonalarının 
yaranmasına səbəb olur. 
Texnoloji  qəzaların  təhlükəsinin  qarşısının    alınması  üçün 
texnoloji təhlükəsizlik sisteminin yаrаdılması tələb olunur. Lakin, 
hər şeydən əvvəl istehsalatın özündə  insan və təbiət  üçün ekoloji 
təhlükəsizliyi  təmin  edəcək  keyfiyyətli  dəyişikliklər  aparılması 
zəruridir. Texnoloji böhran ekoloji böhranı yaradır. 
Ekoloji  böhran.  Elmi  ədəbiyyatı  nəzərdən  keçirdikdə 
aydın  olur  ki,  təkcə  biosfer  deyil,  həm  də  cəmiyyətdə  neqativ 
dəyişikliklərə səbəb olan ekoloji problemləri ifadə etmək üçün iki 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə