67
İbtidai sinif şagirdlərinin
təsəvvürləri konkret olur.
Buna görə də müəllim, dərsdə öz fikrini uzun-
uzadı danışmaqla deyil, konkret və aydın misallarla izah etməlidir.
Bəzən çətin olan, lakin musiqinin müşayiəti ilə icra edilən hərəkətlərə dair uşaqlarda müəyyən
təsəvvürlər yaranır və onlar buna heyran olurlar.
Təfəkkür uşaqlarda konkret və emosional xarakter daşıyır. Lakin kiçikyaşlı iəktəblilərdə təfəkkürün ən
yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Bundan əlavə, onlarda qeyri-iradi diqqət, mexaniki
hafizə daha yüksək səviyyədə inkişaf edir və məntiqi təfəkkürün elementləri yaranmağa başlayır. Habelə,
bu yaşda da emosional vəziyyətlərin tez-tez dəyişilməsi, xəyalpərəstlik və s. hallar müşahidə olunur.
Məktəbdə ardıcıl aparılan bədən tərbiyəsi məşğələləri şagirdlərdə psixi və zehni proseslərin
inkişafını sürətləndirir. Baş beynin qabığında şərti reflekslər sürətlə yaranır və mürəkkəbləşir.
Müəllim təfəkkürün əmələ gəlməsi, anlayış və mühakimələrin yaranması yollarını və onun
qanunlarını öyrənib tədris
işində bunu tətbiq etməklə, uşaqların təfəkkürünü inkişaf etdirə bilir və bu
zaman təlimin səviyyəsi də yüksəlir.
II.4. Fiziki tərbiyə təliminin elmi-nəzəri əsasları
4.1. Fiziki tərbiyənin təliminə təsir göstərən amillərin elmi nəzəri mahiyyətini öyrənməyin əhəmiyyəti
Orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində fiziki tərbiyə prosesinin daha da
təkmilləşdirilməsində, kiçikyaşlı məktəblilərin fiziki tərbiyəsinin pedaqoji-psixoloji və anatomik-fizioloji
əsaslarını sinif müəllimlərinin dərindən bilməsi çox vacibdir. Fiziki tərbiyənin tədrisi prosesinin əsaslarını
bilmədən və riayət etmədən bu sahədə təlimin səmərəliliyindən söhbət etməyə dəyməz.
Mütəfəkkir pedaqoqlar uşaqların fiziki tərbiyəsinə, fiziki və mənəvi sağlamlığına böyük
əhəmiyyət vermişlər. Dahi çex pedaqoqu Y.A.Komenski «Yaxşı təşkil olunmuş məktəbin qanunları» adlı
əsərində göstərir ki, məktəbin həqiqi məktəb, humanistlik emalatxanası olması və can sıxıntısından xilas
olması üçün orada elmi biliklərin yaxşı öyrədilməsi ilə bərabər, şagirdlərin fiziki tərbiyəsinin yüksək
səviyyədə, maraqlı və məzmunlu təşkili zəruridir. O, göstərirdi ki,
məktəblilərin zehni işdən, təlim
fəaliyyətindən və eləcə də nahardan-yeməkdən sonra hərəkətli həyat tərzi keçirməsi, fəal istirahət
etməsi, gəzintiyə çıxması və hərəkətli oyunlarla məşğul olması, əylənməsi lazımdır və çox vacibdir. O,
şagirdlərə deyirdi: «Nahardan sonra yatmaqdan çəkin, … qida həzm olunan kimi gəzinti, ədəbli söhbətlər
və oyunla özünə istirahət ver».
Qeyd etməliyik ki, hərəkət və oyunlar elə təşkil olunmalıdır ki, o, uşağın həm fiziki inkişafına və
həm də onun mənəvi tərbiyəsinə və elmi bilikləri, gerçək aləmi, füsünkar təbiəti müvəffəqiyyətlə
öyrənməsinə kömək etməlidir. Elə oynamaq lazımdır ki,
oyun həyat, sağlamlıq, ədəb üçün təhlükə
yaratmasın.
Azərbaycan xalqının böyük maarifpərvər oğlu, görkəmli təbiətşünas alim H.B.Zərdabi insanın
həyatda xoşbəxt və şən yaşaması üçün var-dövlətə deyil, möhkəm bədən sağlamlığına malik olmasını
zəruri şərt hesab etmiş, «Dünyada bədən sağlamlığından artıq dövlət yoxdur» - demişdir.
Görkəmli rus anatom-pedaqoqu P.F.Lesqaft müəyyən etmişdir ki, məktəblilərin cismani və
mənəvi sağlamlığı üçün onların yaş və güclərinə müvafiq fiziki təhsil və tərbiyə almaları zəruridir.
P.F.Lesqaft deyirdi ki, fiziki təhsil zamanı uşağın icra edəcəyi hər bir hərəkətin (məsələn, oyun, gəzinti,
çimmək və s.) əhəmiyyəti, qayda və üsulları şagirdlərə müəllim tərəfindən aydın izah edilməlidir. Belə
olduqda, fiziki təhsilin mahiyyəti şüurlu dərk edilir, bu əsasda onda zehni, əxlaqi
sifətlər, estetik zövq və
s. təşəkkül tapır. A.S.Makarenko, N.K.Krupskaya və b. fiziki təlimin düzgün təşkilinə xüsusi diqqət
yetirmişdir.
Yuxarıda göstərilənlərdən aydın olur ki, fiziki tərbiyə sahəsində nailiyyətlər əldə etmək üçün
təlim prosesində uşaqların yaş xüsusiyyətlərini (anatomik-fizioloji, psixoloji), habelə hansı hərəkətin,
oyunun keçirilməsində hansı təlim üsulundan və yaxud prinsipindən istifadə olunması qabaqcadan
müəllim tərəfindən müəyyənləşdirilməlidir. Bu zaman fiziki tərbiyənin məzmunu da nəzərə alınmalıdır.
Müəllimlərin qarşısında duran çox mühüm vəzifələrdən biri də təlim prosesinin
optimallaşdırılması, yəni şagirdlərdə hərəki və yaradıcı təfəkkür vərdişlərini inkişaf etdirməkdən,
müstəqil hərəkət etməyi bacarmağı öyrənməkdən ibarətdir. Bunun üçün də müxtəlif və səmərə verən
təlim metodları və priyomlarına, eləcə də milli fiziki tərbiyə vasitələrinə geniş yer vermək lazımdır. Bu
68
şərtlə ki, həmin prosesdə yerli iqlim şəraiti, məktəbin idman bazası, onların alət, avadanlıqlarla və
ləvazimatlarla təchiz olunması nəzərə alınmış olsun. Bunlar təlimə şüurlu münasibəti, marağı təmin edir.
Məşğul olanların hərəki fəallığını, dərketmə qabiliyyətini, idman fəallığını yüksəldir.
Konkret desək, nəticə etibarı ilə təlimin intensiv təşkili və keçirilməsinə zəmin yaradır. Təlimin
intensiv təşkilinin əsasları probleminin qoyuluşuna pedaqoji-psixoloji ədəbiyyatda
müəyyən qədər yer
verilmişdir. Bu barədə pedaqoji aspektdə yazılmış bəzi tədqiqatların, dərslik və dərs vəsaitlərinin mövzu
baxımından təhlilləri aparılmışdır. Məlum olmuşdur ki, ümumtəhsil məktəblərində tətbiq olunan təlim
metodları və prinsiplərinin elmi əsaslarına aid didaktika mütəxəssisləri, həmçinin metodist-alim və
müəllimlər eyni fikirdə deyildir. Pedaqoq və psixoloqların və metodistlərin təlim-tərbiyə və onların
prinsipləri haqqında vahid rəydə olmaları o qədər də vacib deyildir. Bütün fikirlər bu və ya digər formada
və məzmunda təlim prosesinin səmərəliliyinin yüksədilməsinə yönəldilmişdir. Başlıca məsələ onda deyil
ki, kim məsələyə necə və nə cür, hansı mövqedən yanaşır. Əsas məsələ ondadır ki, ayrı-ayrı tədris
fənlərinin elmi-nəzəri əsasları barədə deyilən ümumi fikir təlimin konkret problemlərindən bəhs etsə də,
müxtəlif təlim, metod və prinsiplərinin şərhi zamanı lazımınca öz
əksini tapmır. Söylənilənlərin «Fiziki tərbiyə və onun tədrisi metodikası»
təliminə daha çox aidiyyəti
vardır.
Fiziki
tərbiyə sahəsində rus dilində xeyli ədəbiyyat olsa da, bütün bunlar fiziki tərbiyənin
bilavasitə ümumi problemlərini əhatə etmiş, yaxud da onun müəyyən bir pedaqoji-psixoloji məsələlərinin
həll edilməsinə istiqamətləndirilmişdir. Çap olunmuş metodik işlərdə
94
isə fiziki təlimin məsələləri
elmi cəhətdən qənaətləndirici
səviyyədə işıqlandırılmamış, yalnız ümumi didaktik fikirlər söylənilməklə kifayətləndirilmişdir.
Azərbaycan dilində isə şagirdlərin fiziki tərbiyəsinə həsr olunmuş metodik işlər çox az miqdarda
nəşr edilmişdir. Burada fiziki tərbiyənin nəinki ümumi metodik baxımdan, hətta ayrı-ayrı məsələləri də
kifayət qədər konkretləşdirilməmişdir.
Fiziki tərbiyə prosesində tətbiq olunan təlim metodları və prinsiplərinin Azərbaycan dilində
ümumi pedaqoji – psixoloji və metodiki ədəbiyyatda elmi əsasları istənilən səviyyədə şərh edilməməsi
səbəbindən bədən tərbiyəsi müəllimləri və metodistlərinin təlim işini optimal
təşkil etmələrinə öz mənfi
təsirini göstərmişdir.
N.M.Kazımov bu və ya digər təlim üsulu, yaxud priyomunun nə dərəcədə səmərəli olub-
olmadığını nəzəri cəhətdən söyləməyə əsas verən nədir? Sualını belə izah edir: Belə bir əsas həmin üsul
və ya priyomun maddi aləmin başlıca qanunauyğunluqlarına, fizioloji və psixoloji qanunauyğunluqlara,
məntiq hadisələrinə uyğun gəlib-gəlmədiyidir. Deməli, hər hansı təlim üsulu və priyomunun nə dərəcədə
səmərəli olduğunu nəzəri cəhətdən söyləmək üçün həmin üsul və priyomun obyektiv varlığın
qanunauyğunluqlarına, ali sinir sistemi fəaliyyətinin, eləcə də düzgün məntiqi təfəkkür
qanunauyğunluqlarına uyğun gəlib-gəlmədiyini, fəlsəfə, fiziologiya, psixologiya
və məntiq nöqteyi-
nəzərindən təhlil etmək lazımdır. Belə bir təhlil nəticəsində alınan biliklər, yəni müvafiq fəlsəfi, fizioloji,
psixoloji və məntiqi biliklər təlim üsulları və priyomlarının elmi-nəzəri əsaslarına daxil olur.
Qeyd etməliyik ki, təlim üsulları və priyomları barədə deyilənləri fiziki tərbiyəyə də aid etmək
olar. Çünki fiziki tərbiyə prosesinin cisim və hadisələrlə, ali sinir sistemi fəaliyyəti, habelə psixologiyası
ilə və s. ilə nə qədər sıx əlaqədə olduğu inkar edilməzjir. Buna görə də fiziki tərbiyənin məzmununu,
eləcə də həmin prosesi təşkil edən bədən tərbiyəsi müəllimi təbiətin və cəmiyyətin cisim və hadisələrinin
müvafiq şəkildə şagirdlər tərəfindən dərk olunmasını təşkil etməsi lazımdır. Həmin cisim və hadisələrin
qanunauyğunluqları ilə bərabər,
həm də xüsusi - yəni bioloji, ictimai, psixoloji, fiziki və kimyəvi
qanunauyğunluqları da mövcuddur.
94
В.Артишевски вя М.Черевков. Физическайа культура в школе. «Учпедиз» Наркомпроса РСФСР, М., 1939 г
.Физическайа культура в Ы-ЫВ классах восьмилетних школ. Под об.ред.З.И.Кузнетсова. «Учпедгиз», Л.1961 г
.Физическайа культура в школе.В-ВЫЫЫ классах. Изд-во «Просвешение», М., 1967 г.А.А.Гугин. Уроки физической
культуры в начальной школе. Изд. «Просвешение», М., 1970 г.
Физическайа культура в школе. Методика уроков в ЫВ-ВЫЫЫ классах. Под
ред.З.И.Кузнетсова. «Просвешение»,
1972 г.
Физическайа культура в школе. Методика уроков в ЫХ-Х классах. Под ред З.И.Кузнетсова, М., «Просвешение», 1973.