Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru


BİRİNCİ NÖV TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə12/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   8   9   10   11   12   13   14   15   ...   118

BİRİNCİ NÖV TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ
Birinci  növ təyini  söz  birləşmələri,  müasir türk  dillərində 
olduğu kimi,  qədim türk yazısı abidələrinin dilində də iki sözün 
heç  bir  qrammatik  şəkilçi  qəbul  etmədən  bir-birinə  yanaşması 
yolu ilə, başqa sözlə desək, yanaşma əlaqəsi  ilə əmələ gəlir. İki 
sözün birləşib birinci növ təyini söz birləşməsi əmələ gətirməsi 
üçün  bu  şərtlər  lazımdır:  1)  iki  söz  arasında  yanaşma  tabelilik 
əlaqəsi  olmalıdır;  2)  birləşmə  əmələ  gətirən  sözlər  arasında 
məna  əlaqəsi  olmalıdır;  3)  birləşməyə  daxil  olan  sözlərdən 
birincisi  ikincisini  təyin  etməlidir;  4)  birləşməyə  daxil  olan 
sözlər birləşmə yaratmaq  üçün  heç  bir qrammatik şəkilçi qəbul 
etməməlidir;  5)  birləşmə  yaratdıqdan  sonra  birləşmənin birinci 
tərəfi  yenə  də  heç  bir  qrammatik  şəkilçi  qəbul  etməməlidir, 
ikinci  tərəfi  isə cümlədəki vəzifəsindən asılı  olaraq tələb edilən 
qrammatik  şəkilçi  qəbul  edə  bilər.  Birinci  növ  təyini  söz 
birləşmələrinin  komponentləri  bir-birinin  yanında  işlənməlidir:. 
komponentlərin  arasında  bir  ədalı  və  bəzi  qoşmalarda  savayı 
heç bir söz daxil ola bilməz.
Türkoloji  əbədiyyatda  belə  bir  fikir  söylənilir  ki,  birinci 
növ  təyini  söz  birləşmələrini  əmələ  gətirən  yanaşma  əlaqəsi 
sintaktik  əlaqələrdən  ən  sadəsi  olduğu  ve  heç  bir  qrammatik 
əlaqə  tələb  etmədiyi  üçün  ən  qədim  qrammatik  əlaqədir. 
Bununla  əlqədar  olaraq  demək  olar  ki,  birinci  növ  təyini  söz 
birləşməsi  də  ikinci  və  üçüncü  növ  təyini  söz  birləşmələrinə 
nisbətən  daha  qədimdir.  Bu  fikri  sübut etmək  üçün  qədim türk 
yazısı abidələrinin dilindən  iki faktı göstərmək olar:
1. Qədim türk yazısı abidələrinin dilində birinci növ təyini 
söz  birləşmələrinin  işlənməsi  birlikdə  götürülmüş  ikinci  və 
üçüncü  növ  təyini  söz  birləşmələrinin  işlənməsindən  müqayisə 
edilməz dərəcədə qat-qat çoxdur.
2.  Müasir  türk  dillərində  ikinci,  hətta  üçüncü  növ  təyini 
söz birləşmələri  kimi  işlənən söz birləşmələri qədim  türk yazısı 
abidələrinin  dilində  birinci  növ  təyini  söz  birləşmələri  kimi 
işlənir.  Görünür,  yanaşma əlaqəsi,  habelə birinci  növ  təyini  söz 
birləşmələri  türk  dillərinin  hələ ən  erkən çağlarında, onlar hələ 
analitik  inkişaf  dövrü  keçirərkən  törəmişdir.  Sonralar  dilin
46
qrammatik  quruluşu  inkişaf  etdikcə,  dil  analitik  quruluşdan 
sintetik  quruluşa  keçdikcə  əvvəlcə  idarə  əlaqəsi  və  ikinci  növ 
təyini  söz  birləşmələri,  sonra  uzlaşma  əlaqəsi  və  üçüncü  növ 
təyini söz birləşmələri yaranmışdır.
Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi, adətən, 
isimlərlə,  yaxud  substantivləşmiş  digər  nitq  hissələri  ilə  ifadə 
edilir,  birinci  tərəfi  isə  isimlər  də  daxil  olmaqla  müxtəlif nitq 
hissələri  ilə  ifadə  edilə  bilər.  Bu  xüsusiyyət  birinci növ  təyini 
söz  birləşmələrinin  məna  çalarlannm  xeyli  genişlənməsinə 
səbəb olur. Bu məna çalarlannı  daha müfəssəl  göstərmək üçün 
birinci  növ  təyini  söz  birləşmələrini  əvvəlcə  tərəflərinin  hansı 
nitq  hissəsi  ilə  ifadə  edilməsinə  görə  qruplaşdırmaq,  sonra  isə 
hər  qrupun  daxilində  hansı  məna  çalarının  təzahür  etdiyini 
göstərmək lazımdır.
Tərəflərinin  hansı  nitq  hissəi  ilə  ifadə  edilməsinə  görə 
qədim türk yazısı abidələrinin dilində  işlənən birinci növ təyini 
söz birləşmələrini belə qruplaşdırmaq olar:
1.  Hər iki tərəfi  isimlə  ifadə edilən birinci növ təyini  söz 
birləşmələri.
2.  Birinci  tərəfi  sifət,  ikinci  tərəfi  isimlə  ifadə  edilmiş 
birinci növ təyini söz birləşmələri.
3.  Birinci tərəfi  feli sifət,  ikinci tərəfi isimlə ifadə edilmiş 
birinci növ təyini söz birləşmələri.
4.  Birinci  tərəfi  say,  ikinci  tərəfi  isimlə  ifadə  edilmiş 
birinci növ təyini söz birləşmələri.
5.  Birinci  tərəfi əvəzlik,  ikinci  tərəfi  isimlə  ifadə edilmiş 
birinci növ təyini söz birləşmələri.
6.  Birinci  tərəfi  isim,  ikinci  tərəfi digər nitq  hissələri  ilə 
ifadə olunmuş birinci növ təyini söz birləşmələri.
I. 
H ər iki tərəfi  isimlə ifadə olunmuş birinci nov təyini 
söz  birləşmələri.  Əvvəlcə  onu  qeyd  etmək  lazımdır  ki,birinci 
növ  təyini  söz  birləşmələrinin  bu  tipi  qədim  türk  yazısı 
abidələrin  dilində  müasir  türk  dillərindəkinə  nisbətən  daha 
genişdir.  Müasir türk  dillərində  ikinci növ təyini  söz birləşməsi 
kimi  formalaşmış  hər iki tərəfi  isimlə ifadə olunmuş təyini  söz 
birləşmələrinin bir neçə strukturu və məna tipi qədim türk yazısı 
abidələrinin  dilində  birinci  növ  təyini  söz  birləşməsi  kimi 
formalaşmışdır.  Qədim  türk  yazısı  abidələrinin  dilində  birinci, 
müasir  türk  dillərində  ikinci  növ  təyini  söz  birləşməsi  kimi 
formalaşmış həmin birləşmələri belə qruplaşdırmaq olan
47


1.  Birinci tərəfi  etnik ad,  ikinci tərəfi bodun «xalq» sözü 
ilə  formalaşanlar:  türk bodun  (O  2)  «türk  xalqı»,  tabğaç bodun 
(O 9) «tabğaç xalqı»,  tölis bodun (KTş  13) «tölis xalqı», tarduş 
bodun  (KTş  13)  «tarduş  xalqı»,  kırkız  bodun  (KTş  20)  «qırğız 
xalqı» və s.
2.  Birinci tərəfi etnik ad,  ikinci tərəfi rütbə, titul bildirən 
birinci  növ  təyini  söz  birləşmələri:  az tutuk (KTş  38)  «az tutu- 
ku»,  az  eltəbər  (KTş  3)  «az  eltəbər»,  tabğaç  bəglər  (KTş  7) 
«tabğaç bəyləri»,  türk kağan (T  18) «türk xaqanı», basntıl ıdıkut 
(BKş  25)  «basmıl  ıdıkutu»,  tarduş  şad  (T  41)  «tarduş  şadı», 
oğuz tamğaçı (KTşm  13) «oğuz möhürdarı» və s.
3.  Birinci  tərəfi  rütbə,  titul  bildirən,  ikinci  tərəfi 
ümumişlək  sözdən ibarət olan  birinci nov  təyini söz birləşmələri: 
kağan at (KT ş 20) «xaqan adı», ər at (KT ş 31) «igid adı», bəgər 
(IB 7) «bəy igidliyi», şad at (O 6) «şad adı» və s.
4.  Birinci  tərəfi  ümumişlək  sözdən,  ikinci  tərəfi  rütbə, 
titul bildirən sözdən  ibarət olan birinci növ təyini söz birləşmə­
ləri: buyurük bəylər (KT c  1) «buyuruq bəyləri».
5.  Birinci  tərəfi  etnik  ad,  ikinci  tərəfi  məkan  məfhumu 
bildirən  sözdən  ibarət  olan  birinci  növ  təyini  söz  birləşmələri: 
türgiş el (HT 3) «türgiş eli».
6.  Birinci tərəfi xüsusi yer adı (toponim),  ikinci tərəfi yer 
adının  (toponimin)  növünü  bildirən  sözdən  ibarət  olan  birinci 
növ  təyini  söz  birləşmələri:  Yinçü  ügüz  (KT  c  3)  «İnci  çayı», 
Ötükən yış  (KT c 4) «ötükən meşəli dağları»,  Tünyazı (KT c 6) 
«Tün düzü», ötükən yer (KT c 8) «ötükən yeri», Böklü çöl (KT 
ş 4) «Böklü çölü», Kögmən sub  (KT ş 20)  Kögmən suyu,  Toğu 
bälık  (BK  ş  30)  «Toğu  şəhəri»,  Kömür  tağ  (MÇ  8)  «Kömür 
dağı», Kazlukköl (MÇ 26) «Qazlıq gölü» və s.
7.  Birinci  tərəfi  heyvan  adı,  ikinci  tərəfi yıl «il»  sözü  ilə 
ifadə olunan birinci növ  təyini  söz birləşmələri:  koy y ıl (KT şm 
ş)  «qoyun  ili»,  takığu y ıl  (MÇ  10)  «toyuq  ili»,  lüi  yıl  (O  12) 
«əjdaha  ili»,  tabışğan yıl  (MÇ  20)  «dovşan  ili»,  bars yıl  (MÇ
19)  «bars  ili»,  lağzınyil (BK c  10) «donuz ili»,yılan yıl (HT  7) 
«ilan ili», biçin yıl (KT şm ş) «meymun ili», ıt yıl (BK c  10) «it 
ili».
48
Qədim türk yazısı abidələrinin dilində işlənmiş birinci növ 
təyini  söz  birləşmələrinin  bir  hissəsi  türk  dillərinin  inkişafı 
prosesində öz qrammatik  formasını qoruyub saxlamış,  ikinci və 
üçüncü növ təyini söz brləşmələrinə çevrilməmişdir. Abidələrin 
dilində birinci növ təyini söz birləşməsi kimi işlənmiş həmin dil 
vahidləri  indi  də  müasir  türk  dillərində  birinci  növ  təyini  söz 
birləşməsi  kimi  işlənir.  Abidələrin  dilində  işlənmiş  bu  birinci 
növ təyini söz birləşmələrini belə qruplaşdırmaq olar:
1.  Təyin  (birinci  tərəf)  təyinlənənin  (ikinci  tərəfin) 
hazırlandığı  maddənin  admı,  təyinlənən  isə  həmin  maddədən 
hazırlanmış  əşyanın  adını  bildirir. 
Qədim  türk  yazısı 
abidələrinin dilində belə söz birləşmələrinin birinci təpəfi  həm 
məcazi,  həm  də  həqiqi  mənada  işlənə  bilər.  Bu  tip  təyini  söz 
birləşmələri  abidələrin dilində az işlənir;  məsələn:  təmir kapığ 
(KT  c  4)  «dəmir  qapı»,  altun  keşig  (Y  3)  «qızıl  kəmər»,  altun 
örgin  (IB  1)  «qızıl  saray»,  kümüş  bodun  (Y  45)  «gümüş  xalq», 
altun  so Qa  (Y  28)  «qızıl ördək», altun tuyuğ (IB  7) «qızıl  nal», 
taş  balbal  (Y  34)  «daş  balbal»,  taş  bark  (BK  şm  15)  «daş 
sərdabə» və s.
2.  Təyin  şəxs  adını,  təyinlənən  isə  həmin  şəxsin  ictimai 
vəziyyətini  (rütbə,  titul,  vəzifə və  s.)  bildirir;  məsələn:  Bumın 
kağan  (KT ş  1)  «Bumın  kaqan»,  Kül tigin  (KT  ş  26)  «şahzadə 
Kül»,  Bars bəg (KT  ş  20)  «Bars  bəy»,  Küli çor (KÇ  2)  «Küli 
çor»,  Küm  səQün  (T  9)  «Küm  sənün»,  Kuşu  tutuk (KT  şm  1) 
«Kuşu  tutuk»,  Makraç  tamğaçı  (KT  şm  13)  «möhürdar 
Makraç», Işbara tarkan (O 4) «Işbara tarxan» və s.
3.  Təyin  qohumluq  münasibəti,  təyinlənən  vəzifə,  titul, 
rütbə  bildirən  sözlə  ifadə  edilir;  məsələn:  kaQım  kağan  (KT  ş
14)  «atam xaqan», eçim kağan (KT ş  17) «əmim kaqan», kaQım 
şad (O 8) «atam şad».
4.  Birinci  tərəf ümumişlək  sözlə,  ikinci  tərəf şəxs  adı  ilə 
ifadə edilir; məsələn,  bilgə Küli çor (KÇ  8) «müdrik Küli çor», 
bilgə  Tonyukuk  (T  1)  «müdrik  Tonyukuk»,  bilgə  Taçarn  (O  4) 
«müdrik Taçarn» və s.
5.  Birinci tərəf ictimai vəziyyət, rütbə, vəzifə,  ikinci tərəf 
xüsusi  ad  bildirir;  məsələn:  tudun  Yamtar  (BK  ş  40)  «tudun
49


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə