Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

T l? R t Z M 
ğa imkan verirdi. Əgər əvvəllər adamlar gündə 40-50 km yol gedə bilirdilərsə, 
arabalarla  (atlara  və  öküzlərə  qoşulmuş)  onlar  gündə  100-150  km  məsafəni 
keçirdilər.  Arabaya  qoşulmuş  atlar  gündüz  yol  gedir,  axşam  isə  onları 
dəyişirdilər.  Bundan  başqa,  arabalarla  çoxlu  yük  aparmaq  olurdu  ki.  bu  da 
şəhərlər  və  ölkələr  arası  yük  daşımanın  miqdarını  çoxaldır  və  ticarətin 
inkişafına səbəb olurdu. 
Maraqlısı  odur  ki.  icad  olunan  təkərin  vasitəsilə  səyahətdə  fəth  olunan 
yolun uzunluğunu dəqiq təyin etmək olurdu. Finikiyalılar ilk dəfə pul və yazı 
icad elmişlər, bu da səyahətin əsasını qoymuşdur. Finikiya dövlətinin Misir və 
Mesopotamiya  ilə  geniş  iqtisadi  əlaqələri  var  idi.  Bu  ölkələrin  Finikiya 
dövlətinin yaranmasında çox böyük rolu oldu. Yaxın Şərqin o zamankı böyük 
dövlətləri  finikiyalılara  Asiyaya  daxil  olmağa  və  genişlənməyə  imkan 
vermirdilər. Ona görə də, Finikiya Aralıq və Qara dəniz salıillərində ondan çox 
koloniya yaratmışdır. Bu koloniyalardan biri də Karfagen dövləti idi. Sonralar 
Karfagen metropoliyadan ayrıldı və müstəqil dövlət oldu. 
Finikiya Aralıq dənizi ölkələrinin hamısı ilə ticarət əlaqələri yaratmışdır. 
Bəzən  onların  gəmiləri  quldurluq  ilə  də  məşğul  olurdular.  Sürətdə  onların 
gəmilərinə çatan gəmi yox idi. Sahil boyu yaşayış məntəqələrinə hücum edib 
onları qarət edir, adamları isə əsir götürüb satırdılar. Qullar yaxşı pula gedirdi. 
Onlardan gəmilərdə avar çəkmək və yük daşımaq üçün istifadə edirdilər. 
Sonralar Karfagen qüdrətli bir dövlətə çevrilmişdir. 
Atlantik Okeanının Azor adaları və Afrikanın Atlas dağları haqqında ilk 
məlumatları  məhz  kaıfagenlilər  vennişdilər.  Qədim  tarixçilər  Karfagen 
dövlətinin  tarixini,  apardığı  müharibələri  və  onun  qüdrətini  kifayət  qədər 
işıqlandırmışlar.  Karfagenlilərin  ticarət  karvanları  müntəzəm  olaraq  Saxara 
səhıasını  kəsib  Niger  çayına  çıxırdı.  E.  ə.  VII-VI  əsrlərdə  Karfagenlilər 
Afrikanın  Atlantik  Okeanı sahillərini  və  Priney  yarımadasının  Aralıq  dənizi 
sahillərini ilk mənimsəyənlərdən olmuşlar. Karfagenin qüdrətli dövlət olması. 
görünür  onun  qonşularını  çox  narahat  edirdi.  Romanın  senatoru  Ka-  tan 
senatın  çıxışlarında  hər  dələ  öz  çıxışını  belə  bitirərdi:  «...Karfagen 
dağılmalıdır».  Karfagen  sonradan  həqiqətən  də  darmadağın  oldu  və  çox 
təəssüf  ki.  Karfagenlilərin  səyahətləri  haqqında  bizə  çox  az  məlumatlar 
çatmışdır. 
Antik  dövrün  lari.\çiləri  məlumat  verirlər  ki,  e.  ə.  450-ci  ildə  Karfa- 
gendən  sərkərdə  Qannonun  başçılığı  ilə  60  avarlıq  gəmi  Afrikanın  qərb 
sahillərinə yola düşmüşdür. Gəmidə 30 min qadın və kişi var idi. Bu heç də 
təsadüfi  deyildir.  Səfərdə  məqsəd  yeni  torpaqların  axtarışı  və  koloniya 
yaradılınası idi. Qannonun gəmisi Aralıq dənizindən Qibraltar boğazını 


YEGANLI S.T.. HACIYEV E. M. 
keçərək.  Afrikanın  qərb  sahili  boyu  üzərək  Qvineya  körfəzinə  çatmışdır. 
Ərzaq  sursatı  qurtardığına  görə  gəmi  geri  qayıtmışdır.  Lakin  səfər  öz 
məqsədinə çatmışdır. Kanar adalarında Kerna koloniyası yaradılmışdır. 
Tarixçilər  xəbər  verirlər  ki,  Qannonun  səfəri  haqqında  məlumat  Kar- 
fagenin Baala kilsəsində qoyulmuş daşın üstündə hikkələnmişdir. E. ə. 146-cı 
ildə  III  Punik  müharibəsində  bütün  şəhər,  o  cümlədən  Baala  kilsəsi 
darmadağın  olmuşdu.  Qannon  özü  bu  səyahətin  təsnifatını  yunanlara 
söyləmişdir. Deyilənlərə görə, Karfagenlilər ola bilsin ki. «Yeni Dünyaya» da 
səyahət etmişlər. Lakin bu haqda da bizə heç bir məlumat gəlib çatmamışdır. 
24 


T   u   R I Z  
M  
in 
FƏSİL
 
3.1.
 
ELLİNİZM DÖVRÜNDƏ TURİZMİN ÇİÇƏKLƏNMƏSİ 
Yunanıstanda  dəniz  səyahətlərinin  qədim  tarixi  vardır.  Bu  səyahətlər 
yunan  əfsanələrində  öz  əksini  tapmışdır.  Ən  məşhur  əfsanə  «Arqonaftlar» 
eposudur. Səyahət e. ə. XIII əsrdə baş vermişdir. Atasının hakimiyyətini ələ 
keçirəndən sonra əmisi Uasonu 50 nəfər yunanla birlikdə «Arqo»* gəmisi ilə 
«qızıl yun» dalınca uzun sürən səyahətə göndərir. Səyahət 20-25 il davam edir 
və  onun  bütün  marşrutu  dəqiqliklə  əsərdə  təsvir  olunur.  Səyahət  zamanı 
arqonaftların  başına  çox  işlər  gəlir  və  dəfələrlə  ölümdən  qurtararaq 
sağ-salamat vətənə qayıdırlar. 
Arqonaftların səyahəti 1984-cü ildə ingilis alimi və səyyahı Tim Seve- rin 
tərəfindən  təkrar  olunmuşdur.  Bundan  ötrü.  Severin  qədim  yunan  avar  və 
yelkənlə idarə olunan gəmi qayıtdırmışdır. 
Yunan  alimləri  Homeri  «coğrafiyanın  atası»  adlandırırdılar.  Kor  şairin 
«İliada»  və  «Odisseya»  eposları  bütün  xalqların  dillərinə  tərcümə 
olunmuşdur.  İliada  adı  İlion  şəhərinin  adından  əmələ  gəlmişdir.  Yunanlar 
Troyanı  belə  adlandırırdılar.  Şübhə  yoxdur  ki,  «Odisseya»  Aralıq  və  Qara 
dənizlərdə  üzən  dənizçilərə  və  onların  səyahətlərinə  həsr  olunmuşdur.  Hər 
tərəfdən  dənizlə  əhatə  olunan  qədim  yunanların  həyatında  dəniz  və  dəniz 
səyahətləri həlledici rol oynayırdı. 
Odissey  dəniz  allahı  Poseydonun  qəzəbinə  düçar  olur.  Ona  görə  də,  o 
uzun  müddət  dənizləri  fırlanaraq  yol  tapa  bilmir  və  təhlükəli  macəralarla 
qarşılaşır. Odisseyin bütün yoldaşları həlak olur, o tək qalır. Bu səyahət 10 il 
davam  edir.  Odissey  Poseydonun  oğlu  birgözlü  Polifenin  gözünü 
çıxartmışdır. Ona görə də. dəniz allahı Poseydon ondan intiqam alırdı. Axırda 
ona bu təhlükəli səyahətdən can qurtarmaqda sevgi allahı Afina kömək edir. 
Odisseyin  səyahətləri  arqonaftların  səyahətlərinə  bənzəyir.  Odissey  də 
arqonaftlar kimi səyahət zamanı çoxlu təhlükələrlə rastlaşır, onlardan salamat 
çıxır  və  sağ-salamat  vətənə  qayıdır.  Onlar  yunanlar  tərəfindən  qəhrəmanlar 
kimi  qəbul  olunurlar.  Qədim  yunanlar  bu  cür  əfsanələri  gerçəkləşdirməyə 
çalışırlar. 
Məşhur  səyyahlardan  biri  də  yunan  tarixçisi  Herodot  (e.  ə.  484-430) 
olmuşdur.  O,  bütün  Yunanıstanı,  Cənubi  İtaliyanı,  Yaxın  Şərqi,  Misiri, 
Persiyanı.  Aralıq  dənizi  adalarını.  Kaspiy  dənizini.  Krımı  qarış-qarış 
gəzmişdir. Onun bu səyahətləri 10 il vaxt aparmışdır. O. özünün «Tarix» 
.\
K
|
O
 sür.‘'tli dcnı.''kılir. 
25 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə