211
belə qənaətə gəlib ki, gözəl nitqə əsaslanmayan müdriklik cə-
miyyətə bir o qədər də fayda verməz. Müdrikliyə əsaslanmayan
gözəl nitq isə əksinə zərər gətirər. Ancaq müdrik adam natiq ola
bilər.Yaxşı natiq o adam ola bilər ki, düşünməyi bacarır, kim hə-
yatını gözəl danışmaq sənətinə həsr edirsə, o, eyni zamanda öm-
rünü müdrikliyə həsr edir. Heydər Əliyevə görə, dövlət məmuru
danışmağa hazırlaşarkən hər şeyi gərək dönə-dönə araşdırsın, mü
zakirə etsin, ölçüb-biçsin, təcrübədən keçirsin.Onu danışma mən-
tiqinə çevirsin.
Siseron izah edir ki, danışdığın dildə natiqlik sənətinə yiyə-
lənmək çox çətindir. Çünki o, çoxlu biliklə, səylə bağlıdır.Sözləri
seçib cümlə düzəltməklə nitqə gözəllik verməlisən; təbiətin in-
sana bəxş etdiyi ruhun bütün hərəkətləri ilə hər şeyi ən incəlik-
lərinə qədər öyrənməlisən. Ona görə ki, sənin danışığın dinləyi-
cilərin ruhunu ya sakitləşdirmək, ya da oyatmaq üçündür.
Heydər Əliyev hər hansı mövzunu nütəxəssisindən daha gö-
zəl ifadə etmək üçün ciddi səy göstərirdi. Heydər Əliyevin ana
dilində söhbətləri, danışıqları, çıxışları xalq kütləsinin ürəyinə
yol tapır, onları sanki ovsunlayırdı.
Siseron yazır ki, ―Natiqlik sülhün peykidir, asudə vaxtın,
dincliyin müttəfiqidir‖, elə bil yaxşı qurulmuş cəmiyyətin tərbiy-
yəçisidir.
Azərbaycan dilinin böyüklüyünü, onun gözəlliyini bütün
dünyaya tanıdan şəxs Heydər Əliyev xalqımız üçün böyük iş
görüb, bizə fayda vermişdi.
212
Abbas Səhhət. "Vətən"
Könlümün sevgili məhbubu mən
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!
Almaz Ġldırım, "Azərbaycan"
Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, lay-lay balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!..
Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim, oy!..
213
Salam versəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy.
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim taxtım, tacım, oy.
Oyanmazmı kor olası baxtım oy
Səməd Vurğun,
"
Azərbaycan
"
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
214
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xallı ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…
Ölməz könül, ölməz əsər,
Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır.
Deyilən söz yadigardır.
Bəxtiyar Vahabzadə,
"
Ana dili
"
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız-laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyin
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
215
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Dostları ilə paylaş: |