Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

 
74 
lıdır.  Əsl  antonimlik  müxtəlif  köklü  sözlərin  əksliyi  şəklində 
təzahür  edən  leksik  antonimlərdir.  Məsələn:  ağ-qara,  dost-düş-
mən, gülmək-ağlamaq. 
 Antonimlər də leksik və qrammatik olmaqla 2 yerə bölünür. 
Leksik  antonimlər  əksmənalı  köklərdən  formalaşdığı  halda, 
qrammatik  antonimlər  şəkilçilərin  vasitəsilə  yaranır,  yaxud  kö-
məkçi nitq hissələrinin əksmənalılığı əsasında meydana çıxır. Be-
ləliklə, şəkilçilərin də antonimliyi olur. Məsələn: -lı
4
, -sız
4
 şəkil-
çilərinin antonimliyi: dadlı-dadsız, duzlu-duzsuz və s. 
 Leksikologiya  hər  cür  antonimliyi  yox,  leksik  antonimliyi 
öyrənir. 
 Antonimlər də sinonimlər kimi eyni nitq hissəsinə aid olur. 
Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və əşyaları qaba-
rıq,  obrazlı  bir  şəkildə  təsvir  etmək,  qiymətləndirmək,  nəzərə 
carpdırmaq  məqsədilə  də  antonimlərdən  istifadə  olunur.  Bədii 
təsvir vasitəsi kimi antonimlər nitqdə lakoniklik, konkretlik, ob-
razlılıq  yaradır.  Antonimlərdən  dilin  bütün  üslublarında  istifadə 
olunsa  da,  onlar  üslubi vasitə kimi  bədii ədəbiyyatda, poeziyada 
daha geniş şəkildə işlədilir: 
Mən yaşıd qardaşam qocayla, gənclə,  
 Sirli bir aləməm bütün aləmdə.  
 Nifrət məhəbbətlə, sevinc kədərlə 
 Baş-başa uyuyur mənim sinəmdə. 
 
Verilmiş  nümunədə  fərqləndirilmiş  sözlər  bir-biri  ilə  an-
tonimlik təşkil edir. 
Natiqlik təcrübəsində danışan bəhs etdiyi əşya və hadisələrin 
kəmiyyət,  keyfiyyət,  zaman  və  məkan  məzmunlarının  əks  və 
ziddiyyətli  cəhətlərini  ifadə  edərkən  daha  uyarlı  və  təsirli  anto-
nim  sözlərdən  istifadə  etməyi  bacarmalıdır.  Bu  məqsədlə  anto-
nimlər  məntiqi  vurğu  ilə,  nəzərə  çarpacaq  bir  tərzdə  tələffüz 
olunmalıdır. 


 
75 
Müasir Azərbaycan dilində iĢlənən söz qrupları 
 
Dilin  leksik  tərkibini  təşkil  edən  bütün  vahidlər  hər  cəhətdən 
bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xü-
susiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər di-
lin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəy-
yən  üslubi  məqsəd  üçün  yalnız  bir  üslubda  işlənir.  Bundan  başqa, 
dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s. 
Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi 
dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür:  ümu-
mişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, ter-
minlər, dialektizmlər, loru sözlər, vulqar sözlər. 
 
ÜmumiĢlək sözlər 
 
Cəmiyyət  və  kainata  aid  əşya,  hadisə,  əlamət  və  s.  anla-
yışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər 
deyilir.  Bunlar  hamı  tərəfindən  eyni  dərəcədə  və  eyni  mənada 
başa düşülür; Məsələn: 
 
Yenə də yamyaşıl geyinir dağlar,  
Göz kimi durulur qaynar bulaqlar. 
Əriyir güneylər döşündəki qar,  
Yağış da isladır o göy çəməni,  
Təbiət ilhama çağırır məni! 
 
 Bu misralardakı sözlərin hamısı ümumişləkdir. Çünki bunlar 
və  bu  qəbildən  olan  digər  sözlər  Azərbaycan  dilində  danışanlar 
üçün eyni dərəcədə aydındır. 
 Ümumişlək sözlər dilin leksik tərkibinin başlıca olaraq, əsas 
hissəsini  təşkil  edir  və  ən  zəruri,  həyati  anlayışları  əks  etdirir. 
Belə  sözlər  maddi  varlığa  və  eləcə  də  insan  fəaliyyətinin  bütün 


 
76 
sahələrinə aid olur; məsələn: 
a)ad bildirənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş; 
b)əlamət  və  keyfiyyət  bildirənlər:  yaxşı,  pis,  ağ,  qırmızı,  acı, 
şirin; 
c)miqdar və kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox; 
d)hal  və  hərəkət  bildirənlər:  yatmaq,  oxumaq,  yemək,  gəl-
mək, getmək. 
 Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi, 
ictimai,  rəsmi  üslublarında  işlənə  bilir  və  işləndiyi  nitqdə  fikrin 
bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir. 
 
POETĠK SÖZLƏR 
Yüksək  obrazlılığa,  emosianallığa  və  ifadəliliyə  malik  olan 
sözlərə poetik sözlər deyilir. Poetik söz nitqə incəlik verir və onu 
bədiiləşdirir; məsələn: 
Ey əzəli can ilə cananımız! 
Eşqi-ruxundur əbədi şanımız! 
                                   (Nəsimi) 
Hə, balam, doğrusu, ay dadaĢ mən dəxi 
Məsləhət ondan o yana bilmərəm. 
                                 (M.Ə.Sabir) 
 
 Bu misralardakı canan və dadaş sözləri poetik sözlərdir. Bunlar 
ümumişlək və digər sözlərdən öz xüsusiyyətlərinə görə fərqlənir. 
 Ədəbi  dildə  poetik  sözlər  müxtəlif  yollarla  meydana  gəlir. 
Bunlardan bir neçəsinə nəzər yetirək. 
1)Bəzi poetik sözlər xalq poeziyasından gəlir; məsələn: 
 
 Düşüb can dara, yerdə,  
 Qalıb qanara yerdə 
 Öldürdü canan məni,  
 Getdi can ara yerdə. 


 
77 
Tarixən folklor poeziyası üçün xarakterik olan canan sözü öz 
poetikliyini saxlayaraq ədəbi dilə keçmişdir. 
2)Bəzi poetik sözlər ədəbi dilin yeni söz yaratmaq imkanları 
əsasında əmələ gəlir; məsələn: 
Kürün qırağında, Muğan düzündə,  
Zəmisi, tarlası suyun gözündə,  
Salmanlı adlanan bir kəndciyəz var. 
                                     (S.Vurğun) 
 Bu  misralardakı  kənd  sözü  şəkilçi  vasitəsi  ilə  kəndciyəz 
formasında poetikləşdirilmişdir. 
3)Başqa dillərdən keçmiş bəzi sözlər poetik xarakter almışdır. 
Məsələn;  mənşəcə  başqa  dillərə  məxsus  olan  əlvida,  səma,  sayə, 
əfsus, acaba, mavi və s. Kimi sözlər dilimizdə əsasən fikrin obrazlı 
ifadə olunmasına xidmət etdiyi üçün poetikləşmiş vahidlərdir. 
 Dildə  poetik  sözlər  olduğu  kimi  poetik  ifadələr  də  vardır; 
məsələn: 
 Mən qartalam, qıy vuranda havada 
 Düşmənlərim tir-tir əsir yuvada. 
                                      (Ə.Qasımov) 
Bu  misaldakı  qıy  vurmaq  tir-tir  əsmək  ifadələri  poetik  xa-
rakter  daşıyır.  Dildəki  poetik  söz  və  ifadələrin  hamısı  poetizm 
adlanır. Poetizmlər əsasən ədəbi dilin bədii üslubunda işlənir. 
 
KöhnəlmiĢ sözlər 
 
Fəal şəkildə istifadədən qalan sözlərə köhnəlmiş söz deyilir. 
Azərbaycan  dilinin  lüğət  tərkibində  müəyyən  miqdar  köhnəlmiş 
söz  vardır.  Bunlara  aşağıdakıları  misal  göstərmək  olar:  ağa, 
nökər, bəy, girvənkə, çuxa, arxalıq, qul, cüt və s. 
 Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürək-
kəb bir prosesin nəticəsidir. Buna görə də bu və ya digər sözün 
köhnəlməsi  süni  olaraq  sərhəd  qoymaq  mümkün  deyildir.  Söz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə