Afaq Yusifli İshaqlı
36
saxlanılmaqdadır. Bolonyalılar taxta vedrəni qaytarmaq
iddiasına düşürlər. Medonalılarla onların arasında ciddi
mübarizələrə İmperator II Fridrix, onun oğlu, italyan şəhər
kommunaları, hətta Olimp allahları da qarışırlar. Komizm və
ciddilik bir-birinə qarışır, hansının harada başlayıb harada
qurtardığını seçmək çətinlik törədir. Tarixi şəxsiyyətlərlə
şairin müasirləri, dostları və düşmənləri bir-birinə qarışır.
Tarix və günün aktual hadisələri, şən bir lətifə və amansız
satira bir-birini əvəz edir. Şəxsi düşmənçiliklə bütün ölkənin
taleyi ilə bağlı siyasi düşüncələr bir-birində əriyir. Bir an
içində komik səhnə və şəxsiyyətlər qəhrəmanlıq səhnələrinə
keçir.
Tassoni qəsdən, düşünülmüş şəkildə hərəkət edir,
komikliklə qəhrəmanlığı, rəğbətli münasibətlə satiranı bir-
birinə qarışdırır. Şair oxuculara müraciətlə bu barədə yazır:
"Bu əsər belə toxunmuşdur ki, ən kamil dərəcədə
yüksək və burlesk poemasının məzmun və üslubundan asılı
olaraq tələb edilən bütün hissələr onda aşkardır. Bu, miləmil
deyil. Rəngdən-rəngə çalan bir parçadır ki, onda hər iki rəng
– burlesk də, yüksəklikdə eyni ecazkarlıqla işıq saçır".
Vedrənin oğurlanması kimi kiçik, cüzi bir hadisə epik
bir vüsətlə tərənnüm edildikcə gülüş doğurur. Şair gah ciddi
səhnələr yaradır, yüksək hislərdən, hadisələrdən danışır, gah
da oxucunu güldürmək, güldürə-güldürə düşündürmək yolu
ilə gedir, komik, karikatur surətlər yaradır.
Olimp allahları özü də komik bir tərzdə təqdim
olunurlar. Mars kəmər yerinə qədər corab geyinir, Diana
paltar yuyur, kələkbaz Silen allahların şərabına su qatır.
Diana gəlmədi dəvətə ancaq,
O, paltar yumağa getdi obaşdan.
Yazıq Toskanada, bataqlıqlarda
Bir fərəh axtardı qurudan, yaşdan.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
37
Ana üzr istədi qızına görə,
Girişdi işinə o bir də başdan
İynələr başladı oynamasına,
O, corab toxudu qız balasına.
Tassoni italyan aristokratlarını daha dərin bir
sarkazm, istehza və nifrətlə qələmə almışdır. XI nəğmədə
təsvir edilən "toyuq ürəkli" qrafın təsviri buna ən yaxşı
nümunə ola bilər. Dildə döyüşmək məcburiyyətində qalan,
lakin bütün gecəni qorxudan yata bilməyən qraf bu döyüşdən
necə qurtarmaq, nə bəhanə ilə can qurtarmaq barədə düşünür.
Səhər o, doğrudan da, belə bir bəhanə tapır, mədəsi ağrıdığı
üçün döyüşməkdən boyun qaçırır. Bu qorxaq, miskin, cılız
qraf Marino üslubunda aşiqanə şeirlər söyləyən zaman daha
komik görünür.
Bu cür eyhamlar, işarələr geniş məqsədlər izləməklə
bərabər şairin Marino və marinistlərə tənqidi münasibətini də
əks etdirir. "Oğurlanmış vedrə" poeması son dərəcə müasir
bir əsər idi. Burada forma, mövzu, süjet müasir gerçəkliyi
hərtərəfli şəkildə sərbəst bir tərzdə əks etdirmək üçün
əlverişli vasitədən başqa bir şey deyildir. Poemanın dərin
ictimai məzmunu, güclü sənətkarlıq xüsusiyyətləri ona
Avropa
xalqlarının
ədəbiyyatında
yüksək
mövqe
qazandırmış, bir çox şairlər onun təsiri ilə yeni-yeni komik
qəhrəmanlıq epopeyaları yaratmışlar.
Çoban poeziyası /yaxud pastoral ədəbiyyat/. XVII
əsr italyan ədəbiyyatında marinizmin təmtəraqlı, ədalı
üslubuna qarşı çıxış edən şairlər arasında "Arkadiya"
Akademiyasının üzvləri xüsusilə fərqlənirlər. Onlar italyan
ədəbiyyatını Marino və onun ardıcıllarının təsirindən
qurtarmağa çalışaraq sadə və səmimi bir poeziya yaratmağa
cəhd etdilər. Bu dərnəyin yaranmasının əsas səbəbkarı İsveç
kraliçası Xristina olmuşdur. Hakimiyyətdən əl çəkən, 1655-
Afaq Yusifli İshaqlı
38
ci ildən Romada yaşayan Xristinanın sarayında şair, alim və
tənqidçilərdən ibarət bir dəstə yaranır. Onlar marinizmi və
onların şeirlərində əks olunan nəzakətli pozğunluğu kəskin
şəkildə tənqid edir, əxlaqi təmizliyi, bakir saflığı özlərinin
əsas əxlaqi şüarına çevirirlər. Kraliça Xristina öləndən sonra
1690-cı ildə onun salonunun iştirakçıları "Arkadiya"
akademiyasını təşkil edirlər. Akademiyanın adından
göründüyü kimi, onun üzvləri real gerçəkliyin kobudluğu və
eybəcərliyindən qaçmaq üçün yer üzərində müqəddəs, saf bir
bucaq axtarırdılar. Akademiyanın gerbi dəfnə və şam
budaqlarından hörülən çələngə bürünmüş çoban tütəyi idi.
Körpə İsa isə bu Akademiyanın hamisi elan edilmişdir.
Dərnəyin üzvləri bir qayda olaraq Roma ətrafındakı
parklarda, təbiətin qoynunda yığışardılar.
"Arkadiya"nın üzvləri də Marinonu və onun ardı-
cıllarını tənqid edərək heç də prinsip etibarı ilə yeni yolla
getmirdilər. Onların da poeziyası Marinonun əsərləri kimi
xalqdan uzaq zadəgan ədəbiyyatı nümunəsi idi. Onların
əsərlərinin qəhrəmanı olan çoban qızlar öz nəzakətli, incə
sevgililəri ilə zadəgan şeirinin sevimli surətlərinə çevrildilər.
İtaliya ədəbiyyatının tanınmış tədqiqatçılarından olan
Anri Ovett "Arkadiya"nın zərərli təsirini nəzərə alaraq yazır:
"Knyazlar, krallar, papalar da, çoxsaylı çoban qızların
dəstəsinə qoşularaq şirin çoban həyatının ləzzətini dadmaq
istədilər; şimaldan cənuba qədər yarımadanın hər yerində,
hətta ən kiçik guşələrdə "Arkadiya koloniyaları" əmələ gəldi;
Alpdan Siciliyaya qədər hər yerdə mələşmə səsi eşidildi".
Arkadiyanın üzvləri də real gerçəklikdən qaçmağa
cəhd edirdilər. Marinizm də, çoban poeziyası da eyni
hadisənin müxtəlif təzahürləri idi. Marino və onun ardıcılları
kimi "Arkadiya" şairləri də "Arkadiya" pastoral romanının
müəllifi Sannadzaronu özləri üçün ən böyük nüfuz sayırdılar.
Marino "Sannadzaronun qəbri önündə" şeirində
Dostları ilə paylaş: |