Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
15 
müxtəlif tərəflərinin pozulmasını Ģərtləndirir.  
    Nitq  qüsurlarını  yaradan  səbəbləri  araĢdırarkən  nitq  qüsurları  ilə 
mühafizə  edilmiĢ  analizator  və  onların  funksiyaları  arasındakı 
münasibətləri  nəzərə  almaq  lazımdır.  onlar  korreksiya  təlimində 
kompensasiya üçün əsas mənbə təĢkil edirlər.  
    Nitq  qüsurlarının  aradan  qaldırılmasında  müxtəlif  anomaliyaların 
erkən diaqnostikası böyük  əhəmiyyət kəsb edir. Əgər nitq qüsuru uĢaq 
məktəbə  getdiyi  zaman  aĢkar  edilirsə  və  ya  ibtidai  sinifdə  müəyyən 
edilərsə,  onları  korreksiya  etmək  çox  çətin  olur,  bu  isə  tədris 
materialının  mənimsənilməsinə  mənfi  təsir  göstərir.  Əgər  bu  qüsurlar 
uĢağın  çağalıq,  ya  da  məktəbəqədər  yaĢ  dövründə  aĢkar  edilirsə,  ilkin 
tibbi və pedaqoji korreksiya nəticəsində onun məktəbdə təlimdə uğurları 
yüksək olacaqdır. 
    UĢaqların  inkiĢafından  geri  qalmasının  erkən  aĢkar  edilməsi  birinci 
növbədə  «yüksək  risqli»  ailələrdə  aparılır.  «Yüksək  risqli»  ailələrə 
aĢağıdakılar aiddir.  
1.Artıq bu və ya digər qüsurlu uĢağın olduğu ailələr: 
2.Valideynlərdən  birində  və  ya  hər  ikisində    əqli  gerilik,  Ģizofreniya, 
eĢitmə qüsuru olan ailələr; 
3.Hamiləlik  dövründə  anaların  ağır  toksikoz  (doğuĢdan  sonra)  kəskin 
yoluxucu xəstəliklər keçirdiyi ailələr; 
4.UĢaqların bətndaxili oksigen aclığı, doğuĢdan sonra asfiksiya, zədə və 
ya  neyroinfeksiya  keçirtmiĢ,  həyatının  ilk  aylarında  kəllə-beyin 
travmaları almıĢ ailələr.  
   Nitq 
inkiĢafının 
pozulmasının 
profilaktikası 
da 
uĢaqların 
dispanezerizasiyası böyük rol oynayır.  
   Bundan  əlavə  məktəbin  və  ailənin  də  nitq  qüsurlarını  aradan 
qaldırmaq və qarĢısını almaqda rolu böyükdür.  
   Buna  görə  də  uĢaq  müəssisələri  və  ailə  qarĢısında  duran  əsas  vəzifə 
uĢağın  nitqini  inkiĢaf  etdirmək  və  onun  vasitəsilə  sözün  ən  geniĢ 
mənasında ümumi mədəniyyətini yüksəltməkdir.  
   Bu vəzifənin öhdəsindən gəlmək üçün uĢaqlarda müĢahidə edilən nitq 
qüsurları pedaqoji vasitələrlə korreksiya edilməli və qarĢısı alınmalıdır.  
Göstərmək  lazımdır  ki,  nitq  qüsurları  hər  hansı  amorf,  qrup  olmayıb, 
müxtəlif  forma,  xüsusiyyətlərə  və  xüsusi  kliniki  əlamətlərə  malik  olan 
anomaliyadır.  
    Müəyyən  tədqiqatçılar  bəzi  nitq  qüsurlarını  qruplaĢdırmaq,  müalicə-
pedaqoji tədbirləri aparmaq üçün təsnif etməyə cəhd göstərmiĢlər.  
    1860-cı  ildə  ilk  dəfə  həkim  ġultess  nitq  qüsurlarını  2  qrupda  təsnif 


 
16 
etmiĢdir.  I  qrupda  bütün  səs  tələffüz  qüsurlarının  növlərini  (pəltəklik-
dislaliya)  aid  etmiĢ,  II  qrupa  isə  nitq  ritminin  və  surətinin  pozulması, 
nitqdə  iĢtirak  edən  əzələlərin  qıc  olması  ilə  müĢayiət  olunan,  nitq 
qüsurunu (kəkələmə) daxil elmiĢdir.  
    Sonralar  bu  bölgü  digər  tədqiqatçılar  tərəfindən  daha  da 
təkmilləĢdirilmiĢ hər bir qrupun özünün yarımqruplara ayrılmıĢdır.  
    Qeyd etmək lazımdır ki, nitq qüsurları haqqında nəzəriyyəyə və onun 
aradan  qaldırılması  metod  və  vasitələri  haqqında  biliklər  ilk  baĢlanğıc 
mərhələsində  həkimlər  tərəfindən  iĢlənmiĢdir.  Sonralar  tədricən  nitq 
qüsurlarının kliniki təsnifi meydana çıxmağa baĢladı. Lakin bu təsnifat 
daha  çox  təsviri,  simptomatik  xarakter  daĢıyaraq  nitq  qüsurlarının 
mexanizmini  heç  də  açıqlamırdı.  Bu  onunla  izah  edilir  ki,  göstərilən 
mərhələdə  əsəb  sisteminin  fiziologiya  məsələləri,  xüsusilə  ali  sinir 
fəaliyyətində (nitq beyin sisteminin ali funksiyasıdır) lazımi qədər hələ 
öyrənilməmiĢdi.  
    Nitq  qüsurlarının  öyrənilməsində  və  qruplaĢ-dırılmasında  ilk  dönüĢü 
yaradan  rus  akademiki  S.P.Pavlov  olmuĢdur.  Onun  beynin  böyük 
yarımkürələrində  apardığı  elmi  araĢdırmalar  neyrofiziologiyada  inqilab 
idi.  S.P.Pavlovun  apardığı  eksperimentlər  nəticəsində  insan  və 
heyvanların  ali  sinir  sisteminin  qanunauyğunluqları,  fəaliyyəti 
öyrənilmiĢdir.  Onun  fikrincə  dərketmə  fəaliyyətini,  prosesini  həyata 
keçirən  fizioloji  mexanizm  kimi  siqnallar  sistemi,  xüsusilə  II  siqnal 
sistemi yalnız insana məxsusdur.  
    Nevrozlar və əsəb fəaliyyətinin digər pozulma növləri, nəhayət, beyin 
gövdəsinin  retikilyar  formasının  (beynin  ən  dərin  mexanizmləri)  rolu 
haqqında  sonrakı  araĢdırmalar  nitq  patalogiyasının  ayrı-ayrı 
formalarının  təbiətini  dərindən  öyrənməyə  imkan  verdi  və  bununla  da 
nitq qüsurlarını təsnif etməyə, diferensial diaqnostikasını     
    yaxĢılaĢdırmağa meydan açdı.  
Müasir dövrdə nitqin öyrənilməsinin sərhədləri daha da geniĢlənmiĢdir. 
Belə  ki,  nitq  qüsurlarının  pedaqogika,  fiziologiya,  linqvistika 
mövqeyindən  öyrənilməsi,  eləcə  də  xüsusi  elmlərin  birgə  tədqiqat  iĢi 
aparılması  bu  anomaliyanın  aradan  qaldırılması  və  profilaktikasında 
ciddi irəliləyiĢ olmuĢdur.  
   Nitq  qüsurlarının  aradan  qaldırılmasında  həkimlərlə  loqopedlərin  sıx 
əməkdaĢlığı nitq anomaliyalarının kliniki təsnifatına zəmin yaratdı.  
   Kliniki  təsnifatın  yaradıcıları  M.Y.Xvatset,  F.A.Rau,  O.V.Pravdina, 
S.S.Lyapidevskiy  və  b.  nitq  qüsurlarını,  qüsurun  yaranma  səbəblərinə 
(etiologiyasına) və patoloji göstəricilərlə (patogenezə) əsaslanaraq təsnif 


 
17 
etmiĢlər.  
Kliniki təsnifata görə aĢağıdakı nitq qüsurları vardır: 
1.Fonetik  qüsurlar  –  səslərin  təhrif  tələffüzü  və  ya  heç  olmaması.  Bu 
qüsurlar dislaliya, dizartriya və rinolaliya kimi diaqnozlaĢdırılırlar.  
2.Nitqin itirilməsi və ya inkiĢafdan geri qalması. Bura alaliya və afaziya 
daxildir. 
3.Nitq  surətinin,  ritminin  və  səlisliyinin  pozulması  taxılaliya, 
bradilaliya.  
    Nitq  rəvanlığının  pozulması  əzələlərin  qıc  olması  və  Ģəxsiyyət 
dəyiĢmələri  ilə  (loqonevroz  və  ya  kəkələmə  də)  müĢayiət  olunur. 
Bundan  əlavə,  eĢitmənin  pozulması,  əqli  gerilik  və  bəzi  nevropsixi 
xəstəliklər  –  Ģizofreniya  və  epilepsiya  nəticəsində  də  nitq  qüsurları 
fərqləndirilir.  
    Qeyd etmək lazımdır ki,  müasir dövrdə kliniki təs-nifatlarla bərabər, 
digər bölgü-psixoloji təsnifat da iĢlənir.  
Bu bölgü kliniki təsnifatdan nitq qüsurlarının pedaqoji təsir üçün vacib 
olan əlamətlərə görə qruplaĢdırılması ilə fərqlənir.  
    Psixoloji-pedaqoji  təsnifatın  müəllifi  R.E.Levina  psixolinqvistik 
meyarlara  nitqin  ünsiyyət  vasitələrinin  tətbiq  edilməsinin  pozulmasına 
görə nitq qüsurlarını 2 böyük qrupa ayırır.  
    I qrupa –fonetik inkiĢafdan geri qalma, fonetik-fone-matik inkiĢafdan 
qalma və nitqin ümumi geriliyi daxildir.                      
II  qrupa  kəkələmə  aiddir.  Bu  qüsurun  əsasınıda  dilin  ünsiyyət 
vasitələrinin  olmasına  baxmayaraq,  nitqin  kommunikativ  funksiyasının 
pozulması təĢkil edir.  
    Psixoloji  –pedaqoji  bölgü  loqopediyaya  geniĢ  imkanlar  açaraq,  elmi 
cəhətdən əsaslanmıĢ korreksiyanın frontal metodlarının nitq qüsurlarına 
və  məktəbəqədər,  məktəb  yaĢ  dövrlərində  uĢaqların  digər  psixi 
funksiyalarına təsir etmək praktikasını inkiĢaf etdirmiĢdir. Həm kliniki, 
həm  də  psixoloji-pedaqoji  təsnifat  bir-birini  tamamlayır  və 
loqopediyanın inkiĢafına təkan verir.  
    Göstərmək  lazımdır  ki,  uĢaqlarda  nitq  böyüklərin  təsiri,  normal  nitq 
mühiti Ģəraitindən, təlim və tərbiyə prosesindən asılı olaraq formalaĢır, 
inkiĢaf edir.  
    Nitq  anadangəlmə  bacarıq  olmayıb,  uĢağın  fiziki  və  əqli  inkiĢafı  ilə 
paralel  inkiĢaf  edən  və  onun  ümumi  inkiĢafının  ən  bariz  göstəricisidir. 
Nitq  qüsurlarının  patologiyasını  baĢa  düĢmək  üçün  uĢağın  normal 
inkiĢafında  nitqin  for-malaĢma  mərhələlərinin  ardıcıllığını  nəzərdən 
keçirmək  lazımdır.  Məs:  «uĢaq  1  yaĢ  5  ayında  hələ  danıĢmır.  Bunun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə