Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

101 
 
lidir.  Şəkərli  diabet  və  başqa  xəstəliklərin  müalicəsində  istifadə 
edilir.  
Botaniki təsviri və bioloji  xüsusiyyətləri. Yerarmudu (Hel-
ianthus    tuberosus L.)  Astra  (Asteraceae) 
fəsiləsinə mənsub olan 
çoxillik  bitkidir.  Bu  bitkinin  botaniki  təsviri  ilk  dəfə  təbiətşünas 
alim K. Linney (Sp.  pl.:
1753, s. 905) tərəfindən verilmişdir. He-
lianthus  cinsinin 100-
dən  çox  növ  müxtəlifliyi  içərisində  yalnız 
ikisi - Helianthus annuus L
. (günəbaxan) və Helianthus tuberosus 
(yerarmudu)  təsərrüfat əhəmiyyətinə malikdir 
(Şəkil 14, s. 122).
  
Botanik  Kokkerl  Şimali  Amerikanın  müxtəlif  ştatlarında 
yabanı halda yayılan Helianthus tuberosus bitkisinin 7 növmüxtə-
lif
liyini  aşkar  edib,  onların  botaniki  təsvirini  vermişdir.  Bunlar 
aşağıdakılardır:  
1.
 
Var. tupicjus Cock.  – 
gövdəsi çox sayda budaqlanandır, 
yan budaqların üzərində soxlu çiçək səbətçikləri yerləşmişdir.  
2.
 
Var. alexandri Cock.  – 
bunu başqalarından fərqləndirən 
kök yumruların sancaq  formasında olmasıdır.  
3.
 
Var. nebrascensis Cock.  – 
az budaqlanan, tezyetişən və 
parıldayan yarpaqlardan ibarətdir.  
4.
 
Var. purpurellus Cock. – 
yarpaqları saplaqlı, tünd rəngli 
qısa qanadvaridir. Kök yumruları xırdadır.  
5.
 
Var. fusiformis Cock.  – 
yarpaqlar  əsas  hissədə  pazvari, 
kök yumruları iri, cəhrayı rənqli, azca iyvaridir.  
6.
 
Var. albus Cock. – 
gövdəsi nazik, az budaqlanan, yarpaq 
saplağı  enli  qanadvari,  kökyumrusu  iri  dairəvi  olub,  yer  altında 
topa  halında  yerləşmişdir.  Kök yumrularının  xarici  qabığı 
ağımtıldır. Bu bitkinin kök yumruları qədim hind xalqlarının əsas 
qidasını təşkil etmişdir.  
7.
 
Var. puppureus Cock.  –  kök yumrusu iri, c
əhrayı  – 
bənövşəyi  rəngli  olub,  mədəni  halda  geniş  sürətdə  qida  bitkisi 
kimi əkilib  becərilir.  
Yerüstü  orqanlar
ın  quruluşuna  görə  yerarmudu  (Helianthus) 
cinsinin  dig
ər  nümayəndəsi  olan  günəbaxan  bitkisinə  oxşayır. 
Yarpaqlarının  bir  qədər  xırda  olması,  gövdənin  daha  çox 


102 
 
budaqlanması,  və  çiçək  qrupunun  (səbətinin)  xırda  olması  ilə 
günəbaxandan fərqlənir.  
Onun  gövdəsi  düzduran,  yaxşı  budaqlanan,  yarpaqla  sıx 
örtülü, yaşıl və yaxud zəif bənövşəyi rəngli, hündürlüyü 2-4,5 m-ə 
çatır.  Bir  yumrudan  1-5-ə  qədər  zoğ  çıxır.  Yarpaqları  müxtəlif 
formada  yumurtavari,  uzanmış  yumurtavari  və  ya  enli 
yumurtavari olur. Ya
rpaqları saplaqlıdır, iridir, yumurta şəkillidir, 
uc  tərəfədən  itidir,  kənarları  iri  dişli  çıxıntılarla  nəhayətlənir. 
Cücərmə  fazasında  yarpaqlar  rozet  əmələ  gətirir.  Qönçələmə 
fazasında isə gövdənin aşağı hissəsindəki yarpaqlar qarşı-qarşıya 
gövdənin orta və yuxarı hissəsində isə növbəli düzülürlər.  
Topinamburun  çiçəyi səbət tiplidir, ancaq günəbaxanın səbə-
tindən bir qədər kiçikdir, diametri 1,3-8 sm-dir. Çiçək qrupu əsas 
və yan budaqların uclarında yerləşir.   Əmələ gələn çiçəklərin sayı 
budaqlanma dərəcəsindən bir başa asılı olaraq 1-dən-50-yə qədər 
dəyişə  bilər.  Çiçəklər  külək  və  həşəratlar  vasitəsi  ilə  çarpaz 
tozlanır.  
Meyvəsi  toxumcadır  və  xırdadır.  1000  ədəd  toxumun  orta 
çəkisi  7-10  qramdır.  Toxumla  çoxalma  əsasən  effektsizdir,  lakin 
seleksiya  məqsədi  üçün  və  isti  iqlim  şəraitində  toxumla 
çoxaltmadan istifadə olunur. Toxumlar cücərdilərkən kök birinci 
ili  mil  kök  tipli  olur.  Kökün  yer  altında  dərinliyə  və  yanlara 
inkişafı əsasən torpaq tipindən asılıdır. Kök 2 metr dərinliyə kimi 
hərəkət edə bilir. Kök bitkinin ümumi kütləsinin 8-10 %-ni təşkil 
edir.  
Budaqlanma yeraltı və yerüstü tipli olur. Yerüstü budaqlanma 
akropetal  (yəni  aşağı  qarşı-qarşıya  düzülmüş  yarpaqların 
qoltuğunda)  və  baziopetal  tipli  (yuxarı  növbəli  düzülən 
yarpaqların qoltuğundan) olur. Gövdənin yeraltı hissələrində 3-cü, 
4-
cü  buğumaralarında  stolon  əmələ  gəlir.  Stolonların  ölçüsü  və 
çəkisi  sortlardan  və  becərilmə  şəraitindən  asılı  olaraq  müxtəlif 
ölçü və çəkidə olur.  
Kök yumrusu armudvarı, uzunsov, hamar, kələkötür, ümumi-
y
yətlə  qeyri  müəyyən  formalarda,  stolonların  rəngi  isə  açıq-sarı, 


103 
 
qəhvəyi,  bənövşəyi  ola  bilir.  Kartof  yumrusundan  fərqli  olaraq 
stolonlarda  gözlər  bir  qədər  qabarıq  olur.  Bir  bitki  kolunda 
təqribən 30-50-ə qədər kök yumrusu olur. Yabanılaşmış növlərdə 
kök yumrula
rı  xırda,  ancaq  sayca  çox  olur.  Topinamburun  kök 
yumrularının üzərində periderm qatı nazik və zərif olduğuna görə 
onun adi şəraitdə saxlanılması çətinliklər törədir.  
Helianthus  tuberosus L. 
növündə  kök  yumrularının  əmələ 
gəlməsi  gün  uzunluğundan  bir  başa  asılıdır.  Beləki,  topinambur 
uzun gün bitkisi sayılır. 
Hər il yerüstü kütlə vegetasiyanın  sonunda məhv olur. Tərki-
bində polisaxarid inulin və digər şəkərli maddələr olan yumrular 
isə qışa dözürlər. Yazda hər bir yumrudan 3-ə qədər budaq əmələ 
gələrək  kol  təşkil  edirlər.  Tumurcuqlar  torpaqda  5-6 
0

temperaturda  cücərməyə  başlayırlar.  8-10 
0
C- 
də  yaxşı  cücərti 
verir  və  3-4  həftədən  sonra  çıxışlar  alınır.  Yumrular  əmələ 
gəlməzdən  qabaq  gövdənin  böyüməsi  sürətlənir.  Gövdənin 
maksimum inkişafı iyul-avqust aylarında müşahidə edilir. Məhsul 
əsasən sentyabr-oktyabr aylarında formalaşır.  
Ən  yaxşı  məhsul  yay  və  payız  ayları  hədsiz  isti  keçəndə 
alınır. Faydalı temperaturun miqdarı 2500-2800 
0
C-dir.  
Topinamburun yerüstü kütləsi qısa müddətli – 8 
0
C şaxtaya, 
yumrular
ı  isə  -  12 
0
C  şaxtaya  dözürlər.  Torpaqda  qar  örtüyü 
altında  havanın  mənfi  35 
0
C  şaxtasına  davamlıdırlar.  1  ton  yaşıl 
kütlə ilə torpaqdan 3 kq azot, 1,2-1,4 kq fosfor və 4,5 kq kalium 
aparır. Köküyumrularla müvafiq olaraq 2,0-2,5 kq azot və fosfor, 
1 kq kal
ium elementi aparır.  
Mərkəzi  qaratorpaq  zolağının  cənub  -  şərq  şəraitində 
topinambur  kök  yumruları  ilə  çoxaldılır:  Bu  bitki  cənub  bitkisi 
olduğundan onun çiçəkləməsi gec baş verir və toxumlar yetişməyə 
imkan  tapmır.  Rusiyanın  Orta  və  Şimal  hissələində  topinambur 
bitkisi ümumiyyətlə çiçəkləmir.  
Tarixi, yayılması və məhsuldarlığı. Fəsilənin nümayəndələri 
kosmopolit  olaraq  əsasən  mülayim  və  subtropik  iqlim  zonasında 
daha  çox  yayılmışdır.  Yabanı  halda  yerarmudu  bitkisi  Şimali 
Amerikanın  gilli  torpaqlarında  xüsusi  ilə  çay  və  yollar  ətrafında 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə