Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

120 
 
ən  çox  yayılanlarına  misal  olaraq    Marusinski  150,  Yerli  Perm, 
Tetraploid ВИК və s. göstərmək olar. 
 
4. 3. 2. Sürünən  üçyarpaq (üçyarpaq yonca) 
 
Sürünən üçyarpaq (Trifolium repens L.) otlaqların əsas paxlalı 
bitkisidir. Tapdalanmağa davamlı olması ilə o bütün paxlalı otları 
ötüb  keçir,  onun  sürünən  gövdələrinin  hər  bir  buğumarası  kök 
əmələ  gətirə  bilir.  Buğumaralarında  əmələ  gələn  saçaqlı  köklə-
rində  havanın  molekulyar  azotunu  (N
2
)  təsbit  edən  yumurcuqlar 
(fırlar) formalaşır və  bitki sərbəst qidalanır. Torpağın üzərinə uz-
un saplaqlı yarpaqlar və başcıqlı çiçəkdaşıyanlar qalxırlar.  
Sürünən  üçyarpağın  çoxlu  növmüxtəlifliyi  var.  Onun  otlaq, 
otlaq-biçin  və  biçin  tipləri  vardır.  Bunlar  təkcə  morfoloji  əlamət-
lərinə görə yox, əsas mühit amillərinə tələbatlarına görə də fərqlə-
nirlər.  Otlaq  sortları  alçaq  boyludurlar,  kifayət  qədər  torpaq  tur-
şuluğuna  dözürlər,  mineral  qida  elementlərinə  tələbkar  deyillər, 
soyuğa  davamlıdırlar,  qısa  müddətli  subasmaya  davamlıdırlar, 
lakin quraqlığa dözmürlər. 
Bioloji və aqrotexniki xüsusiyyətləri. Sürünən üçyarpaq (ağ  
üçyarpaq)  inkişafının  ilk  fazasında  çox  yavaş  boy  atır.  Onun  bi-
rinci həqiqi yarpaqları 18-20 gündən sonra əmələ gəlir, lakin bu-
daqların  əmələ  gəlməsi cücərtilərdən iki  ay sonra başlayır. Sürü-
nən üçyarpağın xüsusiyyəti ondan ibarətdir ki, toxumdan cücərmiş 
ilk  budağı  sonradan  boy  atmır,  ancaq  çoxlu  miqdarda  yarpaqlar 
əmələ  gətirir.  Yarpaq  qoltuğundan  isə  çoxsaylı  budaqlar  forma-
laşır (şəkil 31).  
Örtük  bitkisi  olmadan  yazda  səpilən  sürünən  üçyarpaq 
çiçəkləyir  və  yetkin  toxum  formalaşdırır.  Lakin  demək  olar  ki, 
həyatının  ikinci  ili,  yaxud  üçüncü  ilindən  daha  az  tam  inkişafına 
çatır. Digər növlərə nisbətən sürünən üçyarpaq həyatının ikinci ili 
əhəmiyyətli  dərəcədə  uzanmağa  başlayır.  Yazın  başlanğıcından 
çiçəkləmə dövrünə qədər davamlı surətdə uzanması 25 gün, lakin 
toxumun tam yetişməsi üçün 90-100 gün çəkir. Cücərtidən 10 gün 
sonra  kökdə  fırlar  (yumurcuqlar)  əmələ  gəlir.  Onların  kütləsi 


121 
 
qönçələmə  fazasına  qədər  artır,  sonra  isə  əhəmiyyətli  dərəcədə 
azalır.  Onların  kütləsi  nə  qədər  çox  olarsa  üçyarpağın  məhsul-
darlığı bir o qədər yüksək olar. Sürünən üçyarpağın xorası çəmən 
üçyarpağını  bir  neçə  dəfə  ötüb  keçir.  Əzilməkdən  (tapdalanmaq) 
qorxmur, buğum aralarının bölünməsi  yaxşı budaq əmələ gəlmə-
sini  və  sürünən  budaqların  kök  atmasına  köməklik  edir.  Yemin 
keyfiyyəti  sürünən  üçyarpaqda  digərlərinə  nisbətən  üstündür. 
Tərkibində xam  zülalın  miqdarı 19-22%-dir. Yaşıl kütləsi ot unu 
və senaj hazırlamaq üçün əla xammaldır.  
Sürünən  üçyarpağın  becərilmə  texnologiyası  çəmən  üçyar-
pağında olduğu kimidir. Səpin norması hektara 3-4 mln. ədəd cü-
cərmə qabiliyyətli toxumdur (3-4 kq).  
Sürünən üçyarpağın yarpaqları bol olduğundan və başcıqların 
bir  bərabərdə  yetişməməsindən  toxum  üçün  yığmaq  çətindir. 
Adətən optimal yığım müddəti kütləvi çiçəkləmədən 6 həftə sonra 
çatır.  Toxumluq  sahələrdə  başcıqlar  80-95%  qonurlaşanda  yığım 
birbaşa kombaynla aparılır.  
 
4. 3. 3. Hibrid üçyarpaq (hibrid üçyarpaq yonca) 
 
Hibrid üçyarpaq (çəhrayı üçyarpaq, İsveç üçyarpağı) - (Trifo-
lium hybridum L.) həyatını 2 - 4 il davam etdirən çoxillik bitkidir. 
Onu  tarla  və  çəmən  ot  əkinlərində  istifadə  edirlər.  Yabanı  halda  
demək olar ki, Avropanın bütün ölkələrində rast gəlinir. Uralda və 
Qafqazda da geniş yayılmışdır (şəkil 32). 
Bioloji  xüsusiyyətləri.  Hibrid  üçyarpaq  meşə  zonasının  bir 
çox  rayonlarında,  nəmliklə  təmin  olunmuş  alçaq  ərazilərdə 
müvəffəqiyyətlə  becərilir.  Qurudulmuş  torfluqlarda  4  ilə  qədər 
saxlanılır.  İntensiv  becərmə  şəraitində  onun    ömrü  2-3  il,  təbii 
senozlarda isə 5 ildən  artıq olur. Hibrid üçyarpaq biçildikdən son-
ra  tez yetişən çəmən sortlarına nisbətən zəif  böyüyür.  İkinci çalı-
mın məhsuldarlığı birinci çalımın 30-35 %-ni təşkil edir. 
Hibrid  üçyarpağın  ən  böyük  üstünlüyü  turşuluğa  davam-
lılığıdır. O soyuğa da davamlıdır. Torpaq reaksiyası (pH) 4-5 olan 
yerlərdə  bitir  və  hektardan  250-300  sen.  quru  ot  məhsulu  verir.  


122 
 
Soyuq, bataqlıq, ağır gilli torpaqlarda da becərilə bilir. Hektardan 
600-700  sen.    quru  ot  məhsulu  isə  strukturlu  münbit  torpaqlarda 
(pH  6-6,8)  əldə  edilir.  Hibrid  üçyarpaq  50  gün  su  örtüyü  altında 
qala  bilər.  Su  örtüyünə  ən  çox  ikinci  ili  dözür,  üçüncü  il  
dözümlülüyü aşağı düşür.  
Bu bitki yazlıq bitkidir. Səpildiyi il çiçəkləyir və əlverişli şə-
rait  olduqda  toxum  da  verir.  Örtüksüz  səpinlərdə  tam  çıxışların 
alınmasından    çiçəkləməyə  qədər  55-65  gün,  örtüklü  səpinlərdə 
isə 75-90 gün vaxt keçir. Hibrid üçyarpağın  becərilmə aqrotexni-
kası çəmən üçyarpağından fərqlənmir. Hektara səpin norması 4-5 
kq-dır (4-5 milyon cücərmə qabiliyyətli toxum). 
İkinci ilin  yazında hibrid üçyarpaq çəmən üçyarpağından bir 
neçə    gün  tez  böyüməyə  başlayır.  Adətən  iyun  ayının    I-II 
ongünlüyündə  qönçələməyə  başlayır.  İyunun  ikinci  yarısında  isə 
çiçəkləyir.  Toxumları  avqustun  I-II  ongünlüyündə  yetişir.  Onun 
toxumları çəmən üçyarpağına nisbətən 10-25 gün tez yetişir. Yaz 
böyüməsindən    çiçəkləməyə  qədər  80-85,  tam  yetişməyə    qədər 
100-110  gün  keçir.  Hibrid    üçyarpaq  birinci  ili  yüksək  toxum 
məhsulu  verir.  İkinci,  üçüncü  il  toxum    məhsuldarlığı  3-6  dəfə 
azalır. Toxumluq sahələr eyni vaxtda yetişir. Əgər toxum birbaşa  
kombaynla  yığılacaqsa  biçindən  qabaq  paxlaların  70-80  %-i  qo-
nurlaşanda desikasiya aparılır. Əgər  desikasiya aparmaq mümkün  
deyilsə onda  toxum hissə-hissə yığılır. 
Sortları. Hibrid üçyarpağın gecyetişən və orta yetişən sortları 
vardır. Ən çox yayılan  sortlarına  misal olaraq Krasnoufimskiy 4,  
Marusinskiy 448, Severodvinskiy 326, Smolenskiy və s.  göstərmək 
olar. 
4. 4. Xəşəmbül  
 
Əhəmiyyəti. Xəşəmbül vitaminlər və mineral duzlarla zəngin 
olan  qiymətli  yem  bitkisidir.  Eyni  zamanda  yaxşı  bal  verəndir. 
Yemlik  xassəsinə  görə  yoncadan  geri  qalmır.  Yaşıl  kütləsi 
heyvandarlıqda yem, quru ot və senaj üçün istifadə edilir. Çiçək-
ləmənin başlanğıcında xəşəmbülün quru kütləsində təxminən 19% 
zülal  olur.  Xəşəmbül  (barınc,  ballı  yonca)  siderat  bitki  qismində 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə