Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

onun fikrini  öyrənməkdən daha asandır: insan davranışı onun 
fikrinin  ifadəsidir  və  buna  görə  də  insan  davranışını  öyrə­
nərkən biz dolayısı ilə insan düşüncəsini də öyrənmiş oluruq. 
Bu  metodun  əsas  üstünlüyü  ondadır  ki,  o,  bizə  insanın 
ictimai-siyasi  davranışını  müxtəlif kontekstlərdə  idarə  edən 
qanun və prinsipləri dərk etməyə kömək edir.
Sosioloqlar,  siyasətşünaslar və siyasi sosioloqlar insa­
nın  ictimai-siyasi  davranışını  müxtəlif  kontekstlərdə,  məs., 
seçkilər,  tətil  və piketlər vaxtı  öyrənmişlər.  Lakin  çox zaman 
ağılda baş verənlər hərəkətlə müvafiq qaydada ifadə olunmur 
və  ya  əksinə,  davranış  heç  də  dərrakənin  nəticəsi  kimi  çıxış 
etmir.
4.2.  Sistem təhlil
İqtisadiyyatın,  sosiologiyanın,  psixologiyanın,  coğra­
fiyanın  və  d.  elmlərin  inkişafına  təsir  göstərmiş  bu  təhlil 
metodu  siyasi  sosiologiyada  yenidir.  Sistemli  yanaşma 
dedikdə  cəmiyyət və  ya  dövlətin bir sistem kimi  götürülərək 
təhlil edilməsi nəzərdə tutulur.
Bu  metodun  inkişafında  tanınmış  amerikan  siyasi 
sosioloqu  Devid  İstonun  böyük  rolu  olmuşdur  (“Siyasi 
sistem” (1953), “Siyasi analizin strukturu” (1965)).
Qeyd  edildiyi  kimi,  sistem təhlil  dövlət və  ya cəmiy­
yəti bütöv kimi  götürsə də onun  müxtəlif bölmələrinə ehtiyat 
bir hissə  kimi  münasibət bəsləyir.  Məs.,  mexaniki  bir  sistem 
və  ya  hər  hansı  bir  maşın  çoxlu  miqdarda  ehtiyat  hissələrə 
malik  olduğu  kimi,  siyasi  sistem  də  belədir.  Maşınlar  kimi 
siyasi  sistemlər  də  böyük  və  ya  kiçik,  güclü  və  ya  zəif ola 
bilir.  Maşında  bütöv  bir  sistem  daxilində  müxtəlif sistemlər 
olduğu kimi,  siyasi sistemdə də bir sistem daxilində müxtəlif
8
sistemlər  və  ya  subsistemlər  mövcuddur.  Onlardan  bəziləri 
enerji,  bəziləri  isə  hərəkət  və  ya  başqa  tipli  iş  yarada  bilər. 
Misal  üçün  avtomobili  götürək.  Avtomobilin  mühərriyi  onu 
eneıji  ilə  təchiz  edir,  ötürücü mexanizm  onun  işinə,  elektrik 
subsistemi  isə  batareyaların  işləməsinə  və  s.  yardım  edir. 
Bura  həm  də  avtomobilin  sürətinə  nəzarət  edən  subsistemi 
aid  edə  bilərik.  Eyni  sxemi  biz  siyasi  sistemə  də  tətbiq  edə 
bilərik.  Məs.,  siyasi  partiyalar  və  təzyiq  qruplarını  avtomo- 
bildəki  ötürücü  mexanizmlə  müqayisə  edə  bilərik.  Siyasi 
sistemdəki  kommunikasiya  subsustemi  avtomobildəki  elek­
trik  subsistemi  ilə  müqayisə  edilə  bilər.  Siyasi  sistemdəki 
ordu və polisi əyləc subsistemi ilə  müqayisə etmək olar və s. 
Sistem təhlil  tərəfdarları mühəndislik,  fizika, kimya,  riyaziy­
yat,  statistika  və  s.  kimi  sahələrdən  çoxlu  belə  misallar 
gətirmişlər.  Sistem  təhlilin  üstünlüklərindən  onu  göstərmək 
olar ki, o, müxtəlif idarəetmə, siyasi sistemlər və cəmiyyətlər 
haqqında  məlumat  və  biliklərin  təşkilinə  və  sistemləşdiril- 
məsinə kömək edir.  Sistem təhlil bu sistemlərin inkişafını və 
müxtəlif meylləri qabaqcadan söyləməyə və bunlar barəsində 
ölçü götürməyə imkan verir.
4.3.  İnput-autput (Giriş-çıxış) təhlili
Bu  nəzəriyyə  siyasi  sistem  də  daxil  olmaqla  müxtəlif 
istehsal  sistemlərinə  faydalı  və  effektiv baxışı  əks  etdirir.  Bu 
nəzəriyyə  siyasi  elmə  və ya  siyasi  sosiologiyaya iqtisadiyyat 
elmi  vasitəsilə  gəlmişdir.  Onu  ilk  dəfə  Harvard  universite­
tinin  iqtisadiyyat  kafedrasının  professoru  Vasiliy  Leontyev 
irəli sürmüşdür.
İnput-autput  nəzəriyyəsi 
qısaca  olaraq  istehsal 
isteminə  daxil  olanla  ondan  alınan  nəticə  arasında  mühüm
9


əlaqənin  olduğunu  bildirir.  Məsələn,  toxuculuq  fabrikində 
pambıq,  şəkər  zavodunda  isə  şəkər  qamışı  giriş,  onlarda 
istehsal  olunan  parça  və  şəkər  isə  çıxış,  nəticə  hesab  oluna 
bilər.  Daha  sonra,  eyni  vaxtda  birdən  çox  giriş  ola  bilər. 
Məsələn,  pambığa  və  ya  şəkər  qamışına  əlavə  etmək  üçün 
müəyyən  kimyəvi  maddələr  lazım  gələ  bilər.  Belə  ki, 
müxtəlif sistemlər  m üxtəlif giriş  tələb  edə  bilər  ki,  bunların 
da  faizi  və  ya  dərəcələri  bir-birindən  fərqli  ola bilər.  Çıxışa 
gəldikdə isə, burada da bir-birindən faiz və dərəcələrinə görə 
fərqlənən  bir  neçə  çıxış  ola  bilər.  Yenə  də  misala  müraciət 
edək.  Şəkər  zavodu  şəkərdən  başqa  əlavə  məhsul  kimi 
alkoqollu  içkilər  də  (məs.,  viski,  konyak)  istehsal  edə  bilər. 
Beləliklə,  verilən  sistemdə  istər  giriş,  istərsə  də  çıxış  tək  və 
ya sadə, yaxud çox və ya mürəkkəb ola bilər.
Giriş-çıxış  təhlili  müxtəlif  istehsal  sistemləri  ilə 
yanaşı  siyasi  sistemə  də  tətbiq  edilə  bilər.  Sistem  təhlilin 
inkişafında  böyük  rol  oynamış  Devid  İston  giriş-çıxış 
nəzəriyyəsindən də bəhs edir.  Daha sonra Qabriel Almond və 
Binqam  Pauel  “Müqayisəli  siyasət:  inkişaf yanaşması”  adlı 
əsərdə bu məsələyə toxunaraq  sisyasi  sistemdə  iki  cür girişin 
mümkünlüyünü  qeyd  edirlər:  siyasi  sistemdəki  tələbatlar  və 
siyasi  sistemə  göstərilən  dəstək.  Siyasi  sistemdə  müxtəlif 
fərdlər  m üxtəlif tip  tələbatlara  malik  olurlar.  Onların  siyasi 
sistem  tərəfindən  təmin  olunmalı  müxtəlif  ümid  və 
ehtiyacları  vardır.  Bura  hər  hansı  bir  əmtəə  və  ya  xidmətə, 
mənzilə,  təhsilə,  siyasi  sistemdə  iştiraka və  s.  tələbat  aid  ola 
bilər.  Tələbatlar  eyni  zamanda  siyasi  sistem  tərəfindən 
məcbur edilə biləcək müəyyən bir qayda və ya nizamlama ilə 
də bağlı ola bilər.  Məsələn,  dövlət ailə planlaşdırılması proq­
ramından  çıxış  edərək  vətəndaşlar  uşaq  doğumuna  qoyulan
10
məhdudiyyətin aradan qaldırılmasını tələb edə bilərlər;  başqa 
bir  tələb  isə  nazirlərin  vəzifəyə  təyin  olunanadək  öz  əmlakı 
və  öhdəçilikləri  haqqında  ictimaiyyəti  məlumatlandırması 
ola bilər.
Beləliklə,  müxtəlif  sistemlərdə  fərdlər  siyasi  sistem 
tərəfindən  ödənilməli  olan müxtəlif cür  tələbatlara malik  ola 
bilərlər.
İkinci tip girişə siyasi  sistemə göstərilən müxtəlif tipli 
dəstək  aid  edilə  bilər.  Əgər  hər  hansı  bir  şəxs  öz  sağlam­
lığının  qeydinə  qalırsa  bunu  siyasi  sistemə  dəstək  kimi  də 
dəyərləndirmək  olar.  Bu  vaxt  dövlət  səhiyyə  sahəsi  həmin 
şəxs xəstə olacağı təqdirdə sərf edəcəyi maliyyə vəsaitinə və 
ya  dərmanlara  qənaət  etmiş  olacaq;  həmin  şəxs  fiziki  və 
zehni  cəhətdən  sağlam  olduğu  təqdirdə  o,  məsələn,  polis  və 
ya  orduda  xidmət  üçün  yararlı  olaraq  dövlətə  də  xeyir 
gətirəcəkdir.  Beləliklə,  hətta  adi  bir  vətəndaş  təkcə bu  yolla 
dövlətə  dəstək  nümayiş  etdirmiş  olur.  Başqa  bir  misal 
gətirək.  Prezidentin  inauqurasiya  (andiçmə)  mərasimini 
televiziyadan  seyr  edən  və  ya  Müstəqillik  gününün  qeyd 
olunmasında iştirak edən vətəndaş siyasi  sistemə rəmzi  və ya 
təntənəli dəstək nümayiş etdirmiş olur;  əgər o, qayda-qanuna 
tabe  olub  ona  riayət  edirsə  bununla  yenə  də  sisyasi  sistemə 
dəstək  nümayiş  etdirmiş  olur;  əgər  fövqəladə  hallar  və  mü­
haribə  zamanı  o,  insanlara  kömək  əlini  uzadır,  orduda 
könüllü  xidmətə  yollanırsa bununla  da  siyasi  sistemə  dəstək 
nümayiş  etdirmiş  olur;  əgər  o,  kütləvi  informasiya  vasitə­
lərindən  istifadə  edərək  vətəninin  daxili  və  ya  xarici 
siyasətinə  dair  hər  hansı  bir  materialla  tanış  olursa,  bu  da 
siyasi  sistemə  dəstək  kimi  qiymətləndirilə  bilər.  Bütün  bu 
misallar  siyasi  sistemə  göstərilən  dəstəyin  müxtəlifliyi,
11


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə