Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

onun  əlində  qalmış  olur.  Bu  yolla  hakimiyyət  pillələrindəki 
vəzifələri də o özü tutur.
Veblen göstərir ki,  asudə sinif öz daxilində sanki  gizli 
bir işlə məşğul olur.  Belə ki,  o, üzvlərinin cəmiyyətin  strateji 
və  həyati  əhəmiyyətli  aşağıdakı  dörd  əsas  qruplarında 
yerləşdirilməsinə diqqət yetirir:
1.  ruhanilər;
2.  ordu və ya hərbi mütəxəssislər;
3.  siyasət,  hökumət,  idarəetmə  və  ya  bürokratiya, 
xidmət sahəsində çalışanlar;
4.  idmançılar və b.
Veblen  razılaşırdı  ki,  bu  dörd  kateqoriya  arasında 
idman  ən  az  əhəmiyyət  kəsb  edir.  Lakin  idman  asudə  sinif 
üçün  həm  də  vacibdir.  Belə  ki,  idmanla  məşğul  olaraq  öz 
əzələlərini,  reflekslərini,  komandada  işləmək  bacarığını, 
mənəviyyatım,  döyüşkənlik  təcrübəsini  və  s.  inkişaf etdirir. 
Bu,  asudə sinif üçün gələcək toqquşmalar,  yırtıcı və  istismar 
fəaliyyəti və karyerası üçün çox mühümdür.
Veblen  göstərirdi  ki,  asudə  sinfin  nümayəndələri  öz­
lərini  hakimiyyət  mövqelərinə müxtəlif metodlarla,  məsələn, 
rekrut,  varislik  və  ya  başqa  yollarla  uyğunlaşdırırlar.  Onlar 
bu  mövqelərə  müvəqqəti  deyil,  uzunmüddətli  bir  şey  kimi 
baxırlar.  Buna  isə  müvafiq  münasibətlərin,  təsisatların, 
ənənələrin,  presedent  və  praktikanın yaradılması  və  eləcə  də 
lazımi  siyasətin  aparılması,  qanunların  qüvvəyə  minməsi  və 
həmçinin müəyyən müqavilələrin bağlanması ilə nail olurlar.
Veblen  qeyd  edirdi  ki,  elitar  sinfin  bütün  keyfiyyət­
lərinin  kökü ən qədim dövrlərə gedib  çıxır.  O,  təəssüf hissilə 
xatırladır  ki,  yalnız  ibtidai  cəmiyyətlərdə  asudə  və  qeyri- 
asudə  sinfə  bölünmə  o  qədər  aydın  deyildi  (misal  olaraq  o,
32
Hindistanın  Nilgiri  təpələrində  yaşayan  Todos  icmasını  və 
Britaniya  istilasına  qədərki  Andaman  adalarındakı  tayfaları 
göstərir).  Bütün  digər  cəmiyyətlərdə  isə  bu  bölgü  mövcud­
dur. Dəyişən isə yalnız metodlar və ya texnikadır.
Qədim  cəmiyyətlərdə  baş  verənlər  mərhələ-mərhələ 
sonrakı cəmiyyətlərdə də olmuşdur.  Qədimdə qadından fərqli 
olaraq kişi yırtıcı sinif idi.  Fərqli  fiziki qüvvəsi  və ayıqlığına 
görə  kişilər  təcavüzkar  və  ya  yırtıcı  fəaliyyətə  daha  çox 
uyğun gəlirdilər  (vəhşi  heyvan ovu  və  s.).  Qadınlar isə  evdə 
qalaraq daha passiv əl  işləri  və ya mexaniki işlərlə, məsələn, 
xörək bişirmək,  ev təsərrüfatını  aparmaq,  uşaqları tərbiyə et­
mək  və  s.  ilə  məşğul  olurdular.  Qadm  əməyi  əhəmiyyətinə 
görə  ikinci  dərəcəli  və  kişiyə  tabe  bir  hal  kimi  götürülürdü. 
Lakin Veblen belə qərara gəlir ki,  bu vəziyyət nəinki qədim, 
habelə  müasir  cəmiyyətlər  üçün  də  səciyyəvidir.  Belə  ki, 
asudə  sinif müasir  cəmiyyətdə  mühüm  yer  tutur  və  sənaye 
sinfinə  də  əhəmiyyətsiz  və  şərəfsiz  işlər görmək üçün  şərait 
yaradır.
Özünün  “Asudə  sinif nəzəriyyəsi”  kitabının  “Arxaik 
xüsusiyyətlərin konservasiyası” adlı  fəslində Veblen yazır ki, 
qədim dövr adamının psixologiyası müasir cəmiyyətdə  yeni­
dən  bərpa  olunmuşdur.  “Şücaətin yaşaması”  adlı  digər  fəsil­
də  isə  o,  müasir  cəmiyyətdəki  asudə  sinfi  qədim  dövrdəki 
kişilərin  vəziyyəti  ilə  müqayisə  edərək  göstərir  ki,  indi  də 
qüvvə,  qəddarlıq,  fəndgirlik  və  digər  keyfiyyətlərə  malik 
olduğuna görə  asudə  sinif digər sinfi  özünün yaxşı yaşaması 
və  qüvvətlənməsi  üçün  lazım  olan  bütün  şeyləri  yerinə 
yetirməyə məcbur edir.
Veblen kişi  ilə qadınm qarşılıqlı münasibətlərini daha 
da  geniş  təsvir  edərək  göstərir  ki,  sənaye  sinfinin  üzvi  kimi
33


qadının  müasir  cəmiyyətdə  rolu  qədim  zamanlarda  olduğu 
kimidir.  Belə  ki  müasir  cəmiyyətdə  asudə  sinif  qadından 
özünü ev və ev işləri ilə,  uşağın tərbiyəsi və kilsəyə getmək­
lə,  ibadətlə  məhdudlaşdırmağım  gözləyir.  O,  qadmm  istis­
mardan azad olması uğranda mübarizəyə -  emansipasiyaya o 
qədər də inanmırdı.
Veblen xüsusi  olaraq  asudə  sinfin  öz  şan-şöhrətini  və 
cəmiyyətin  elitar,  lider  sinfmə  məxsusluğunu  nümayiş 
etdirmək üçün göstərdiyi  səyləri  geniş  təsvir edir.  Bu,  özünü 
müxtəlif əşya və hallarda büruzə  verir:  paltar,  tərbiyə,  təhsil, 
incəsənət,  ədəbiyyat  və  mədəniyyət,  ziyafətlər,  oyunlar  və
i.a.  Yeblenə  görə,  onlar  ali  sinfə  mənsubluğunu  göstərmək 
üçün  külli  miqdarda  xərc  çəkirlər.  Belə  ki,  bu  xərclər  ev 
tikilməsinə  və  onun  bəzənməsinə,  bahalı  paltarların  alınma­
sına  və  ya  tikilməsinə  və  eləcə  də  elitar  təhsil  ocaqlarında 
təhsil  almağa  sərf  olunur.  Onlar,  məsələn,  ona  görə  bahalı 
paltar  alırlar  ki,  ucuz  paltonu  kasıb  adam  geyinir  və  əgər 
ucuz palto  geyilərsə  onlar  da kasıb  görünə  bilərlər.  Rahatlıq 
onlar üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Daha çox 
diqqəti  isə  geydikləri  paltarı  nümayiş  etdirməyə  verirlər. 
Misal  olaraq,  o,  hündürdabanlı  fransız  qadın  ayaqqabılarını 
göstərir:  rahat  olmasa  da  yaraşığına  görə  onlar  yüksək 
qiymətləndirilirlər.  Başqa  misalda  o  göstərir  ki,  Qərbi  Av­
ropa  ölkələrində  evlərin  qabağmda  çox  təmtəraqlı  yaşıllıq­
ların  salınmasına  böyük  miqdarda pul  xərclənir  ki,  bu  da  ev 
sahiblərinin  yüksək  nüfuz  sahibi  olduqlarını  nümayiş 
etdirməyə xidmət edir.
Beləliklə,  biz  Veblenin  asudə  sinif  və  ya  elitalar 
haqqındakı  fikirlərini  nəzərdən  keçirdik.  İndisə  onun 
fikirləriylə razılaşmadığımız bəzi yerləri göstərək:
34
1)  Veblen  fikirlərini  ifadə  edərkən  müəyyən  mənada 
ifrata varır.  Belə ki, onun üçün istənilən cəmiyyət qeyd etdiyi 
iki  sinfə  bölünür.  Lakin  bu  heç  də  verilən  cəmiyyəti 
səciyyələndirmək üçün kifayət etmir.
2)  Asudə  sinif  tərəfindən  müxtəlif  malların  isteh- 
lakının  və  xidmətin  mənasızlığını  göstərməyə  çalışaraq  o, 
insan  psixikasının  xüsusiyyətini  unudur.  Çünki  ev  tikərkən, 
paltar  geyinərkən,  yemək  yeyərkən,  müxtəlif  ev  heyvanları 
saxlayarkən,  universitetə  və  ya  musiqi  məktəbinə  gedərkən 
insanlar  təkcə  öz  fiziki  ehtiyaclarının  qayğısına  qalmırlar. 
Onlar  həmçinin  öz  psixoloji  ehtiyaclarını  ödəyərək,  sahibi 
olduqları  əşyaları  başqalarına göstərməyə  can  atırlar.  Bu  isə 
insan  psixologiyasıdır.  Daha  sonra  göstərməliyik  ki,  özünü 
nümayiş  etdirməyə  (ekzibisionizm)  və  ya  zövqünü  təmin 
etməyə  can  atma  təkcə  asudə  sinfə  aid  deyil.  Bu  həmçinin 
sənaye  sinfinə də aiddir.  Yəni psixoloji  cəhətdən bu hislər və 
ya xüsusiyyətlər bütün  insanlara məxsusdur.
3)  Asudə  sinfi  tüfeyli,  sənaye  sinfini  isə  ağır  işlə 
məşğul  olan  kimi  qələmə  verməkdə  Veblen  heç də haqlı  de­
yildir.  Xüsusi  olaraq  qeyd  etmək  lazımdır ki,  bəşər tarixində 
ən  dəyərli  və qiymətli  sənət əsərlərinin  və s.  mümkünlüyü və 
həyata  keçirilməsi  asudə  sinif  tərəfindən  reallaşdırılmışdır. 
M üxtəlif  fəlsəfi  təlimlər,  elmlər,  texnologiyalar,  evlər, 
şəhərlər,  bağlar,  qalereyalar,  musiqi  məktəbləri,  univer­
sitetlər,  fabriklər və s.  və i.a onların səyinin nəticəsidir.
Beləliklə,  əgər  Veblen  göstərsəydi  ki,  hər  kəs  asudə 
sinfə  mənsub  olmaq  imkanına  malikdir  və  bununla  da  heç 
kimi  mühakimə  etməyə  dəyməz,  bu  daha  elmi  və  müdrik 
olardı.
Müasir  elm  və  texnika,  iqtisadi  istehsal  sistemlərinin
35


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə