Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
SİSTON
®
tabletlər
CYSTONE
®
Tərkibi
Təsiredici maddələr:
Hər tabletin tərkibində:
Ekstraktlar:
Didimokarpus (Didymocarpus pedicellata)
65 mq
Daşqıran
(Saxifraga
ligulata)
49
mq
Marena (Rubia cordifolia)
16 mq
Cil (Cyperus scariosus)
16 mq
Qaba saman çiçəyi (Achyranthes aspera)
16 mq
Onosma (Onosma bracteatum)
16 mq
Vernoniya
(Vernonia
cinerea)
16
mq
Tozlar:
Silisium əhəngi (Hajrul yahood bhasma)
16 mq
Təmizlənmiş şilajit (Shilajeet (Purified))
13 mq
Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı dərman bitkilərindən alınan ekstraktın buxarı ilə
işlənmişdir: Reyhan (Ocimum basilicum), Dəmir tikanı (Tribulus terrestris), Utancaq mimoza (Mimosa
pudica), At taxılı (Dolichos biflorus), Ətirli pavoniya (Pavonia odorata), At quyruğu (Equisetum arvense),
Tik ağacı toxumu (Tectona grandis seed).
Köməkçi maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, sodium karboksimetilsellüloza,
krospovidon, aerosil.
Farmakoterapevtik qrupu
Bitki mənşəli preparat. Litolitik, uroantiseptik vasitə.
Farmakoloji xassələri
Siston sidiyin litogen maddələrlə doymasının qarşısını alır, kristal-kolloid tarazlığını bərpa edir,
oksamidlərin (daş əmələ gəlməsini sürətləndirən maddələr) bağırsaqdan sorulmasına nəzarət edir.
Preparat daş əmələ gətirən maddələrin: oksalat turşusu, kalsium hidroksipirolin və s. miqdarını
azaltmaqla daşların əmələ gəlməsini ləngidir. Siston kristal hissəciklərini birləşdirən mutsinə təsir edərək,
konkrementlərin parçalanmasına səbəb olur. Mikrob əleyhinə təsir göstərdiyi üçün, preparat sidikçıxarıcı
yollarda sidikdaşı xəstəliyi və kristalluriya fonunda əmələ gələn infeksiyaların qarşısını alır. Spazmolitik və
iltihab əleyhinə təsirinə görə Siston duzların və xırda konkrementlərin xaric olmasına və böyrək sancıları,
sidik ifrazı zamanı yaranan göynəmə və ağrı hissiyyatının aradan qalxmasına səbəb olur.
İstifadəsinə göstərişlər
1. Sidikdaşı xəstəliyi
- oksalat daşları
- fosfat daşları
- uratlar və sidik turşusunun duzları
- kristalluriya
- qarışıq kristallar - qlikol turşuları
- cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların qarşısının alınması.
2. Köməkçi vasitə kimi:
- sidik yollarının infeksiyası
- hamiləlik zamanı sidik yollarının infeksiyası
- qeyri-spesifik uretrit
- sistit, pielit
- sidik ifrazı zamanı ağrı və göynəmə hissi olduqda
- podaqra və hiperurikemiya
3. Qadınlarda sidik saxlamamanın kəskin formaları
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Daxilə.
Sidikdaşı xəstəliyində və kristalluriyada: 2 tabletdən gündə 3 dəfə olmaqla 3-4 ay ərzində, sonra 1
tabletdən gündə 2 dəfə olmaqla daşlar xaric olanadək.
Sidikçıxarıcı yolların iltihabında: 2 tabletdən gündə 3 dəfə olmaqla xəstəliyin ağırlıq dərəcəsindən asılı
olaraq, sağalana qədər.
Ağrılı sidik ifrazı zamanı: 2 tabletdən gündə 3 dəfə olmaqla, 4 gündən 2 həftəyə qədər müalicə kursu ilə
və ya simptomlar aradan qalxana qədər.
Cərrahi əməliyyatdan sonra böyrək konkrementlərinin təkrar əmələ gəlməsinin profilaktikası: 1 tabletdən
gündə 3 dəfə olmaqla 4-5 ay ərzində.
Xəbərdarlıqlar
Böyük ölçülü konkrementlərlə obstruksiya təhlükəsi olduqda istifadəsi məqsədə uyğun deyil.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşkar olunmayıb.
Xüsusi göstərişlər
Yoxdur.
Buraxılış forması
100 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya
yerləşdirilir.
Saxlanma şəraiti
+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti
3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Rеsеptsiz buraxılır.
«The Himalaya Drug Company» -
firması tərəfindən istehsal olunur.
Makali, Bangalore 562 123, Hindistan
www.himalayahealthcare.com
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14 Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com